Dünya əDƏBİyyati klassiKLƏRİ


GÖDƏK TİYƏLƏR CİNGİLDƏYİR



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə257/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   253   254   255   256   257   258   259   260   ...   272

VI 

GÖDƏK TİYƏLƏR CİNGİLDƏYİR 

Qrenquar Bastiliyadan çıxdıqdan sonra ipini qırmış at kimi Sent- 

Antuan  küçəsiylə  qaçmağa  başladı.  Boduaye  meydanına  çatdıqda 

meydanın ortasında yüksələn daş xaça doğru getdi; qaranlıqda xaçın 

altındakı  pillələrdə  oturmuş  qara  cübbəli  adamın  üzünə  baxmağa 

başladı. 

-

 

Bu sizsiniz, metr? - Qrenquar soruşdu. 



Qara cübbəli adam ayağa qalxdı. 

-

 



Şükür  allaha!  Siz  mənim  səbrimi  tükəndirdiniz,  Qrenquar. 

Artıq Sen-Jervə qülləsinin keşikçisi gecə ikinin yansı olduğunu xəbər 

verdi. 

-

 



Ah, buna mən yox, gecə qarovulu ilə kral müqəssirdir, - Qren-

quar  cavab  verdi.  -  Dar  ağacından  zorla  qurtardım,  mən  həmişə 

asılmaq şansını əldən verirəm, görünür, taleyim belədir. 

-

 



Sən hər şeyi əldən verirsən, - ikinci cavab verdi. - Tez ol, lən-

gimək olmaz. Parolu bilirsən? 

Qrenquar onun sualına cavab vermədən: 

-

 



Bilirsiniz,  ustad,  mən  kralı  gördüm,  bu  saat  onun  yanından 

gəlirəm, onun əynində pamazı şalvarı var. Bu, böyük macəradır. 

-

 

Bəsdir çərənlədin! Bircə sənin macəran çatmırdı!.. Avaraların 



parolunu bilirsən? 

-

 



Narahat olmayın, parol belədir: “Gödək tiyələr cingildəyir”. 

-

 



Yaxşı! Bunu bilməsək, kilsəyə gedə bilmərik, quldurlar bütün 

küçələri  tutublar.  Xoşbəxtlikdən,  onlar  müqavimətə  rast  gəliblər. 

Bəlkə də, hələ gecikməmişik. 

-

 



Hə, ustad, ancaq kilsəyə necə girəcəyik? 

-

 



Zəng qülləsinin açarı məndədir. 

-

 



Bəs oradan necə çıxacağıq? 

-

 



Monastırın arxasında çaya açılan balaca bir qapı var. O qapı-

nın açarı məndədir. Ora səhər-səhər bir qayıq da bağlamışam. 

-

 

Ancaq,  -  Qrenquar  başını  yırğalayaraq  dedi,  -  onlar,  az  qal-



mışdı, məni assınlar! 

-

 



Yaxşı,  yaxşı,  tez  ol  gedək!  -  ikinci  dedi  və  hər  ikisi  sürətli 

addımlarla Qədim Şəhərə doğru tələsdilər. 

763 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

VII 



ŞATOPER, KÖMƏK ET! 

Oxucu,  bəlkə  də,  Kvazimodonu  təhlükəli  vəziyyətdə  buraxdığı-

mızı unutmuşdur, üzərinə hər bir tərəfdən hücum edilən bu qəhrəman 

taqətdən  düşməsə  də,  qaraçı  qızı  -  o,  özünü  qətiyyən  düşünmürdü  - 

xilas etmək ümidini büsbütün itirmişdi. O, naümid halda qalereyanın 

içiylə oyan-buyana qaçırdı. Hücum edənlər hər dəqiqə kilsənin içinə 

soxula  bilərdilər.  Birdən  qonşu  küçələrdə  at  tappıltısı  eşidildi  və  bir 

dəstə atlı çapa-çapa meydana daxil oldu. Atlıların çiyinlərində nizələri 

və əllərində məşəllər vardı. Onlar ucadan bağırırdılar: 

- Yaşasın, Fransa! Qırın üsyançıları! Şatoper, kömək et! 

Qorxuya  düşmüş  quldurlar  üzlərini  yeni  düşmənə  doğru  çevir-

dilər. Heç bir şey eşitməyən Kvazimodo yalnız yalın qılıncları, məşəl-

ləri  və  nizələri  görürdü.  O,  atlı  dəstəsinə  başçılıq  edən  kapitan  Febi 

gördü.  Sonra  hücum  edənlərin  sıralarında  qarışıqlıq  əmələ  gəldiyini, 

ən  qəhrəmanlarının  belə  qorxuya  düşdüyünü  gördü. Qəfildən  gəlmiş 

bu  kömək  Kvazimodoya  o  qədər  qüvvət  verdi  ki,  qalereyanın 

sürahisini  aşmağa  çalışan  bir  neçə  hücumçunu  heç  bir  çətinlik 

çəkmədən itələyib aşağı saldı. 

Bu, həqiqətən, kral qoşunu idi. 

Ancaq  quldurlar  vəhşicəsinə  müqavimət  göstərməyə  başlamış-

dılar. Həm öndən - Sen-Pyer küçəsi tərəfdən, həm də arxadan - Papert 

küçəsi  tərəfdən  hücuma  məruz  qaldıqları  üçün  kilsənin  yanına 

sıxışdırılmışdılar. Onlar  yenə də kilsəyə hücum edir,  Kvazimodo isə 

yenə  onu  müdafiə  edirdi. Beləliklə,  onlar  eyni  zamanda  həm  hücum 

edən,  həm  də  müdafiə  olunan  rolunu  oynamaqla  qəribə  vəziyyətə 

düşmüşdülər.  Qraf  Anri  d’Arqur  da  1630-cu  ildə  məşhur  Turin 

mühasirəsində  belə  bir  vəziyyətə  düşmüşdü.  Qraf  Anri  d’Arqur 

mühasirəyə aldığı savoylu knyaz Tomla üzərinə hücum edən markiz 

Leqanez  arasında  qalmışdı.  Onun  məzar  daşı  üzərinə  “Turini  müha-

sirəyə alan və Turində mühasirəyə düşən” sözləri yazılmışdır. 

Dəhşətli döyüş başlamışdı: salnaməçi Pyer Matye yazır: “Sanki, 

köpək dişi qurd dərisindən yapışmışdı”. Kral atlıları, başda qəhrəman 

kapitan Şatoper olmaqla heç bir aman vermədən sağa-sola 

764 


downloaded from KitabYurdu.org


qılınc  çalırdılar;  quldurlar  pis  silahlanmalarına  baxmayaraq,  dəhşətli 

müqavimət göstərirdilər. Kişilər, qadınlar, uşaqlar pişik kimi dişlərilə, 

ayaqlarıyla  və  əlləriylə  atların  quyruq  və  yallarından  tuturdular. 

Bəziləri  yanan  məşəlləri  atlıların  üzlərinə  vururdu;  bəziləri  isə 

atlıların boyunlarına dəmir kəmənd atıb, onları yəhərin üstündən salır, 

yerə  düşənlərin  başını  əzirdilər.  Böyük  kərənti  ilə  silahlanmış  bir 

quldur  murdar  səslə  mahnı  oxuya-oxuya  atların  ayaqlarını  biçirdi; 

beləliklə, o, sakit, yavaş və aramla taxıl zəmisində işləyən biçinçinin 

hərəkətlərilə atlıların əmələ gətirdiyi dairəylə irəliləyirdi. 

Bu adam Klopen Truyefu idi. Nəhayət, tüfəngdən açılan atəş onu 

yerə sərdi. 

Bu  zaman  yaxındakı  evlərin  pəncərələri  də  yenidən  açılmışdı. 

Qonşular  kral  qarovulunun  səslərini  eşidib  onlara  kömək  etməyə 

başlamış və pəncərələrindən quldurlara güllə atmağa başlamışdılar. 

Kilsənin qabağındakı meydanı tüstü bürümüş, kilsənin və əlillər 

evinin  divarları,  sanki,  dumana  qərq  olmuşdu. Pəncərələrdən  solğun 

üzlü əlillər qorxa-qorxa meydana baxırdılar. 

Nəhayət, quldurlar geriyə çəkilməyə məcbur oldular. Yorğunluq, 

yaxşı  silahlanmamalan,  birdən-birə  üzərlərinə  hücum  edilməsi,  pən-

cərələrdən  atəş  açılması  onları  taqətdən  saldı.  Quldurlar  hücum 

edənlərin  sıralarını  yararaq  otərəf-butərəfə  qaçmağa  başladılar. 

Meydanda çoxlu meyit qalmışdı. 

Son  ana  qədər  mübarizə  aparan  Kvazimodo  onların  qaçdığını 

görüb diz çökdü və əllərini göyə qaldırdı. Sonra sevincindən nə edə-

cəyini  bilməyərək  sürətli  addımlarla  qəhrəmancasına  müdafiə  etdiyi 

kiçik daxmaya doğru yüyürdü; o yalnız ikinci dəfə xilas etdiyi qadı-

nın qarşısında diz çökəcəyini düşünürdü. 

Ancaq hücrəyə daxil olanda orada heç kəsi görmədi. 

765 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   253   254   255   256   257   258   259   260   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə