Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə254/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   250   251   252   253   254   255   256   257   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Baxın, Kopenol, - Rim səsini alçaldaraq dedi. - O, Kuaktye ilə 

Tristanın  arasında  əyləşmişdir.  Bu,  onun  bütün  məiyyəti  deməkdir: 

həkim onun özü, cəllad isə başqaları üçündür. 

Kuaktye kralın nəbzini yoxladıqca sifəti ciddiləşirdi. XI Lüdovik 

bir  qədər  rahatsızlıqla  onun  üzünə  baxırdı.  Kuaktyenin  üzü  getdikcə 

tutulurdu. Kralın xəstələnməsi ona gəlir gətirdiyindən həmişə bundan 

mümkün qədər faydalanmağa çalışırdı. 

-

 

Oho!  -  Nəhayət,  Jak  Kuaktye  dedi,  -  belə  şeylərlə  zarafat 



etmək olmaz! 

-

 



Doğrudan? - Kral narahat halda soruşdu. 

-

 



Nəbziniz  düz  deyil,  tez-tez  vurur,  qızdırmalısınız,  -  həkim 

sözünə davam etdi. 

-

 

Lənətə gələsən! 



-

 

Bəli, belə davam edərsə, insan üç gün belə yaşamaz. 



-

 

Ya Məryəm! - kral bağırdı. - Bunun heç bir əlacı yoxdur? 



-

 

Əlahəzrət, mən də elə bunu düşünürəm. 



O,  kraldan  dilini  çıxarmağı  rica  etdi,  başını  yırğaladı,  üzünü 

qırışdırdı və birdən dedi: 

-

 

Yeri  gəlmişkən,  əlahəzrət,  sizə  deməliyəm  ki,  yeparxiya  və 



monastırlardan kral vergisi yığan məmur vəzifəsi boşalmışdır, mənim 

isə bir qardaşım oğlu var... 

-

 

Kum  Jak,  mən  bu  vəzifəni  sizin  qardaşınız  oğluna  verirəm,  - 



kral cavab verdi, - ancaq məni sinəmdəki bu hərarətdən xilas et. 

-

 



Əlahəzrət,  madam  ki,  siz  bu  qədər  mərhəmətlisiniz,  -  həkim 

yenidən dilləndi, - güman edirəm ki, mənim bir ricamı da rədd etmə-

yib Sent-Andre küçəsindəki evimin inşasını qurtarmaq üçün bir qədər 

yardım edərsiniz. 

-

 

Hm! - kral öskürdü. 



-

 

Məsələ burasındadır ki, mənim pulum çatmır,  - həkim davam 



etdi,  -  evimə  dam  düzəltdirə  bilməsəm,  çox  mütəəssir  olacağam. 

Zatən, məsələ evin özündə deyil. Bu, adi bir şəhərli evidir, ən çox bu 

evin  karnizlərini  zinətləndirən  gözəl  Jan  Furbo  freskalarına  heyfim 

gəlir.  Həmin  freskaların  üzərində  Diananın  havada  uçması  təsvir 

edilmişdir. Olduqca gözəl, incə və zərif bir rəsmdir. Diananın başında 

tac əvəzinə aypara var, bədəninin ağlığı da o dərəcədə gözəldir ki, ona 

yaxından baxan adamın ağlını əlindən ala bilər. Orada bir Ser- era da 

var ki, çox qəribə bir şeydir. Serera taxıl dərzləri üzərində 

754 

downloaded from KitabYurdu.org




əyləşib, başında isə tarla çiçəklərindən və taxıl başaqlarından hörül- 

müş çələng var. Bu qədər aşiqanə gözlər, gözəl ayaqlar, nəcabətli 

görkəm, zərif geyim təsəvvür etmək mümkün deyil. O, sənətkar 

qələmindən çıxmış ən kamil və ən həyalı gözəllərdən biridir. 

-

 

Yaxşı, - XI Lüdovik dedi, - sözünün canını de. 



-

 

Bilirsiniz, əlahəzrət, bütün bu bədii əsərləri yığmağa bir yer 



lazımdır, bu çox baha olmasa da, mənim pulum qalmayıb. 

-

 



Yaxşı, bununçün sənə nə qədər lazımdır? 

-

 



Nə deyim? Bəzəkli və qızıllı misdən düzəldilərsə, olsa-olsa iki 

min livrə başa gələr. 

-

 

Vay, quldur! - kral bağırdı. - Ağzımdan çıxardığın hər bir diş 



mənə brilyant bahasına başa gəlir. 

-

 



Mən buna ümid bəsləyə bilərəm? - Kuaktye soruşdu: 

-

 



Yaxşı, lənət şeytana, ancaq məni sağalt. 

Jak Kuaktye ehtiramla təzim etdi və dedi: 

-

 

Əlahəzrət, sizin bir əlacınız var, biz sizin böyrünüzə erməni 



gilindən, yumurta ağından, taxta yağından və sirkədən hazırlanmış 

böyük bir məlhəm qoyarıq. Bundan başqa, siz dərmanınızı içməyə 

davam etməlisiniz. Belə olarsa, biz əlahəzrətin can sağlığına cavab- 

deh ola bilərik. 

Yanan şamın ətrafına çox mığmığa toplaşır. Olivye kralın kefi- 

nin yaxşı olduğunu görüb, əlverişli vəziyyətdən istifadə edərək krala 

yaxınlaşdı: 

-

 



Əlahəzrət... 

-

 



Hə, daha nə var? - XI Lüdovik soruşdu. 

-

 



Cənab Simon Radenin ölməsi əlahəzrətə məlumdur? 

-

 



Yaxşı, nə oslun ki? 

-

 



O, kral xəzinəsinin müşaviri idi... 

-

 



Nə olsun ki? 

-

 



Əlahəzrət, bu yer indiyədək boşdur. 

Bu  sözləri  söylərkən  Olivyenin  üzündəki  vüqarı  yaltaqlıq  əvəz 

etdi: yalnız bu iki ifadə saray əhli üçün xarakterikdir. Kral onun göz-

lərinin içinə baxıb və quru tərzdə dedi: 

-

 

Başa düşürəm. - Sonra bir az susub davam etdi. - Cənab Olivye, 



marşal  Busiko  deyərdi:  “Hədiyyə  hər  zaman  kraldan,  balıq  isə 

dənizdən olmalıdır”. Görürəm, Busikonun rəyini bölüşürsünüz. İndi isə 

qulaq asın. Mənim çox yaxşı yaddaşım var. Biz 1468-ci ildə 

755 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

sizi  öz  yanımızda  kamerger  təyin  etdik,  1469-cu  ildə  sizi  Sen-Qlu 



qəsrinin  komendantı  və  yüz  tur  livrlik  maaş  təyin  etdik  (siz  maaşın 

Paris livri ilə verilməsini rica etmişdiniz). 1473-cü ilin noyabr ayında 

Jerjolda  verdiyimiz  əmrlə  sizi  kavalyer  Jilber  Aklın  yerinə  Vensen 

meşəsinə  nəzarətçi  təyin  etdik.  1475-ci  ildə  Jak  Lemerin  əvəzinə 

Rüvye-Sen-Qlu  meşəsinə  meşəbəyi  təyin  olundunuz.  1478-ci  ildə  öz 

mərhəmətimiz  sayəsində  sizə  yaşıl  möhürlü  sənədlərlə  bərabər, 

ömürlük olaraq on Paris livri məbləğində, arvadınızın adına keçirmək 

şərtilə  Sen-Jermen  məktəbinin  yaxınlığındakı  tacir  dükanlarının 

yerləşdiyi  yerin  rentasını  təyin  etdik;  1479-cu  ildə  sizi  zavallı  Jan 

Dezin  yerinə  Senar  meşəsində  meşəbəyi,  sonra  Loş qəsrinin  komen-

dantı,  ondan  sonra,  yenə  həmin  ildə  Sen-Kanten  valisi  və  nəhayət, 

Milan  körpüsünün  kapitanı  vəzifəsinə  təyin  etdik,  bu  da  sizə  qraf 

Milan adını daşımaq haqqı vermişdi. Hər bazar günü üz qırxan hər bir 

bərbərin  verdiyi  beş  su miqdarında  cərimənin  üç  susu  sizin  payınıza 

düşür,  yerdə  qalanı  isə  xəzinəyə  çatır.  Bundan  başqa,  köhnə 

soyadınızın  (“Le  Mauvais”  -  pisniyyət)  sizə  çox  yaraşmasına  bax-

mayaraq,  onu  dəyişdirməyə  icazə  verdik.  1474-cü  ildə  bizim  zadə-

ganların böyük narazılığına baxmayaraq, sizə zadəgan gerbi verdik və 

onu  döşünüzə  taxmağa  icazə  verdik.  Məgər  bunlar  sizə  bəs  deyil? 

Məgər siz bu uğurlu ovdan razı deyilsiniz? Qorxmursunuz ki, artıq bir 

balıq  gəminizin  batmasına  səbəb  ola  bilər?  Kirvə,  qürur  sizi  məhv 

edəcək; o, hər zaman fəlakətə və iflasa səbəb olur. Bunu yaxşı düşü-

nün və sakit oturun. 

Ciddi tərzdə söylənən sözlər Olivyenin üzünə yenə ona xas olan 

həyasız ifadəni qaytardı. 

-

 



Yaxşı, nə olar, - Olivye, demək olar ki, eşidiləcək tərzdə mırıl-

dandı, - görünür, bu gün kralın halı xarabdır: hər şeyi həkimə verir. 

XI  Lüdovik  Olivyenin  bu  fikrinə  hirslənmədi,  ancaq  yetərincə 

qısa şəkildə dedi: 

-

 

Dayanın! Mən bir şeyi unutdum. Mən sizi Gent şəhərində her- 



soginya  Məryəmin  yanına  səfir  təyin  etmişdim.  -  Kral  flamandriya- 

lılara üzünü tutub əlavə etdi, - bəli, ağalar, bu adam səfir olmuşdur. - 

Sonra Olivyeyə dedi: - Kirvə, indi isə, dalaşmağın yeri yoxdur; biz ki 

köhnə dostuq. Artıq vaxt keçir, məşğələ bitdi, üzümüzü qırxın. 

Şübhəsiz,  oxucular  cənab  Olivyenin,  XI  Lüdovik  tərəfindən 

oynanılan  uzun  və  qanlı  faciədə  olduqca  mühüm  bir  rol  oynamaq 

şərə- 

756 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   250   251   252   253   254   255   256   257   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə