Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə252/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   248   249   250   251   252   253   254   255   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Lakin  bu  gecə  mənim  qoşunum  azdır,  sabah  səhər  kömək  göndərə 



bilərik. 

-

 



Yox,  əlahəzrət!  -  Kuaktye  bağırdı,  -  ona  bu  saat  kömək  gön-

dərilməlidir, yoxsa quldurlar səhərə kimi iyirmi dəfə məhkəmə bina-

sını  dağıdıb,  məhkəmə  rəisini  asa  bilərlər!  Əlahəzrət,  Allah  eşqinə, 

səhərə kimi qoşun göndərin! 

-

 

Sizə dedim ki, sabah səhər göndərərik, - kral onun gözlərinin 



içinə diqqətlə baxaraq dedi. 

Bu, elə bir baxış idi ki, bundan sonra artıq cavab verməyə ehtiyac 

yox idi. XI Lüdovik bir qədər susduqdan sonra yenə səsini ucaltdı: 

-

 



Kum  Jak,  hər  halda,  sizə  məlum  olmalıdır.  Paris  hakiminin 

feodal hüququ nədən ibarət idi... - sonra sözünə düzəliş verərək

-

 

ibarətdir? - dedi. 



-

 

Əlahəzrət,  onun  ixtiyarında  Qalandr  və  Erbri  küçələri  arasın-



dakı məhəllə, Sen-Mişel meydanı, camaat arasında Hasararası deyilən 

məhəllə, Notr-Dam-an-Pre kilsəsinin civarındakı (burada XI Lüdovik 

şlyapasını  bir  qədər  qaldırdı)  on  üçə  qədər  ev  var;  sonra  Möcüzələr 

sarayı  civarındakı  cüzam  xəstəxanası  və  nəhayət,  bu  xəstəxana  ilə 

Sen-Jak  qapıları  arasındakı  məhəllə  də  onun  ixtiyarındadır.  Şəhərin 

bütün  bu  hissələrində  məhkəmə  və  nəqliyyat  haqqı  ona  aiddir;  o, 

burada hakim sayılır. 

-

 



Vay, vay, vay! - Kral sağ əlilə sol qulağını qaşıyaraq dedi. 

-

 



Bu ki mənim gözəl Parisimin böyük bir tikəsidir! Cənab məhkəmə 

rəisi şəhərin bütün hissəsinə hakim imiş ki! 

O, bu dəfə sözünə düzəliş vermədi və öz-özünə danışırmış kimi 

dalğın-dalğın sözünə davam etdi: 

-

 

Cənab  məhkəmə  rəisi,  demək,  siz  beləymişsiniz!  Demək, 



cənab  məhkəmə  rəisi,  siz  bizim  Parisimizin  gözəl  bir  loğmasını 

dişlərinizin arasında saxlamısınız! 

Sonra hərarətlə dedi: 

-

 



Bizim mülklərimizdə özünə məhkəmə rəisi, ağa və hakim adı 

verib,  hər  meydanda,  hər  küçədə  dar  ağacı  quran  və  bizim  sadiq 

təbəələrimizi  asan  bu  ağalar  rədd  olsun  cəhənnəmə!  Onların  sayə-

sində bildiyi say qədər Allahı olan yunan və gördüyü ulduzlar qədər 

Allah  tanıyan  iranlı  kimi  hər  bir  fransız  da  gördüyü  dar  ağacı  qədər 

kral saya bilər. Lənətə gəlsin! Belə iş yaramaz, mən buna son qoy 

748 

downloaded from KitabYurdu.org




malıyam! Paris şəhərində bizim ədalətimizdən başqa məhkəmə, bizim 

təyin etdiyimiz  yol vergilərindən başqa yol vergisi, bizdən başqa bir 

hökmdar  ola  bilərmi!?  Ruhuma  and  içirəm  ki,  cənnətdə  bir  Allah 

olduğu kimi,  Fransada da yalnız bir kral,  yalnız bir hökmdar,  yalnız 

bir hakim olmalıdır. 

O,  yenə  papağını  qaldırdı  və  it  sürüsünü  qışqırdan  ovçu  kimi 

kimsəyə müraciət etmədən sözünə davam etdi: 

-

 



Yaxşı, mənim xalqım! Çox gözəl! Bu yalançı ağaları məhv et! 

Öz işinə davam et! Rədd olsunlar gözümdən! Talan et, dar ağacından 

as, evlərini tar-mar et! Bəli, ağalar, siz kral olmaq istəyirdiniz! Onları 

yaxşıca döyəclə, ey mənim xalqım, yaxşıca döyəclə! 

Ancaq burada ağzından qaçmış bir fikri, sanki, tutmaq istəyirmiş 

kimi  dayandı  və  dodağını  gəmirdi.  Sonra  ətrafındakıları  sırayla 

nəzərdən keçirdi, başındakı papağını çıxarıb ona baxdı və dedi: 

-

 



Ah,  sən  mənim  başımda  nə  olduğunu  bilsəydin,  mən  səni 

yandırardım!  -  Sonra  yenə  bütün  ətrafı  diqqətli  və  təşvişli  tülkü 

nəzərilə  gözdən  keçirərək  sakitcə  əlavə  etdi:  -  Ancaq  məsələ  bunda 

deyil! Biz hakimə yardım göndərəcəyik. Lakin təəssüf ki, hal-hazırda 

bizim  ixtiyarımızda  çox  az  qoşun var  və  bu  qədər  adama  qalib  gələ 

bilməz.  Sabaha  qədər  gözləmək  lazımdır.  Şəhərdə  intizam  bərpa 

ediləcək, ələ keçənlər isə cəzalarını alacaqlar. 

-

 



Ah, əlahəzrət, - Kuaktye dedi, - az qalmışdı, bir şeyi sizə xəbər 

verməyi  unudum.  Gecə  qarovulu  bu  dəstədən  iki  nəfəri  tutmuşdur. 

Əlahəzrət  onların  üzünə  baxmağı  arzu  edərsə,  yaxındadırlar,  onları 

gətirtmək olar. 

-

 

Necə  arzu  etməmək?  -  kral  bağırdı.  -  Bu  cür  şeyləri  nə  cür 



unuda bilirsən. Olivye, tez ol, onları buraya gətir! 

Olivye  otaqdan  çıxdı  və  bir  dəqiqə  sonra  yenə  qayıtdı;  bu  dəfə 

onun  yanında  kral  qarovulu  nişançılanyla  əhatə  olunmuş  iki  əsir 

vardı;  əsirlərdən  birinin  şişkin,  axmaq,  sərxoş  və  heyrətli  üzü  vardı. 

Əyninə  cır-cındır  geyinmişdi,  yeridikcə  ayaqlarını  sürüyür  və 

çökürdü. İkincinin üzü gülümsər və solğun idi. Onu oxucular tanıyır. 

Kral  bir  dəqiqə  onların  üzünə  baxdı,  bir  söz  söyləmədi,  sonra 

qırıq bir səslə birincidən soruşdu: 

-

 

Sənin adın nədir? 



-

 

Zoffirua Pensburd. 



-

 

Sənətin nədir? 



749 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Avarayam. 

-

 

Sən bu cinayətkar dəstəyə nə üçün qoşulmusan? 



Avara  əllərini  oynadaraq  mənasız-mənasız  kralın  üzünə  baxırdı. 

O,  başında  sönmüş  şam  işığı  qədər  işıq  olmayan  dar  düşüncəli 

adamlardan biriydi. 

-

 



Bilmirəm, - o cavab verdi, - onlar getdi, mən də onların dalın-

ca getdim. 

-

 

Sizin  Paris  şəhəri  hakimi  və  ağanızı  arsızcasına  qarət  etmək 



və öldürmək məqsədiniz yox idi? 

-

 



Bilmirəm. Mən yalnız onu bilirəm ki, birini soymağa gedirdi-

lər, başqa heç bir şey bilmirəm. 

Qarovulçulardan  biri  quldurun  əlində  tutulmuş  orağı  krala  gös-

tərdi. Kral soruşdu: 

-

 

Bu silah sənindir? 



-

 

Bəli, bu mənim orağımdır. Mən bağbanam. 



XI Lüdovik o biri əsiri göstərərək sözünə davam etdi: 

-

 



Bu adamın sənin yoldaşın olduğunu etiraf edirsən? 

-

 



Yox, mən onu heç tanımıram. 

-

 



Yetər,  -  kral  dedi  və  qapının  yanında  hərəkətsiz  və  dinməz- 

söyləməz  dayanmış,  oxucunun  nəzər-diqqətini  cəlb  etdiyimiz  adama 

əlilə işarə edərək əlavə etdi: 

-

 



Kum Tristan, bu adamı götür, o sənindir. 

Adamayovuşmaz Tristan təzim etdi və qarovulçuların qulağına 

nəsə dedi. Qarovulçular zavallı sərsərini apardılar. 

Kral  ikinci  əsirə  yaxınlaşdı;  bu  əsirin  alnında  iri  tər  damcıları 

görünürdü. Kral ondan soruşdu: 

-

 



Sənin adın nədir? 

-

 



Pyer Qrenquardır, əlahəzrət. 

-

 



Sənətin nədir? 

-

 



Filosofam, əlahəzrət. 

-

 



Məlun,  sən  bizim  dostumuz  Paris  hakiminin  üzərinə  hücum 

etməyə  necə  cəsarət  etdin?  Sən  bu  iğtişaş  haqqında  nə  söyləyə 

bilərsən? 

-

 



Əlahəzrət, mən onda heç iştirak etməmişəm. 

-

 



Necə  iştirak  etməmisən,  məlun?  Səni  qarovulçular  bu  köpək 

uşağının arasında tutmayıb? 

-

 

Əlahəzrət, belə deyil, burada bir səhv var, bədbəxt bir təsadüf. 



Əlahəzrət, lütfən mənə qulaq asın, mən tragediya yazıram: mən 

750 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   248   249   250   251   252   253   254   255   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə