Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə255/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   251   252   253   254   255   256   257   258   ...   272

fınə  nail  olan  həmin  dəhşətli  bərbər  olduğunu  çoxdan  anlamışdır. 

Əlbəttə,  biz  burada  bu  qəribə  adamın  xarakterini  açmaq  niyyətində 

deyilik, yalnız onu qeyd edə bilərik ki, onun üç adı vardı: sarayda ona 

Olivye  Le-Den  deyirdilər,  xalq  onu  iblis  Olivye  adı  ilə  çağırırdı,  əsl 

adı isə Olivye le Move idi. 

Olivye,  yəqin  ki,  narazı  olduğundan  yerindən  tərpənmir  və  Jak 

Kuaktyenin üzünə çəp-çəp baxırdı. 

-

 



Hə, hə, hər şey həkimindir, - o, dişləri arasından mırıldandı. 

-

 



Əlbəttə,  həkim  üçündür.  -  XI  Lüdovik  qəribə  yumşaqlıqla 

dedi.  -  Həkim  səndən  daha  əhəmiyyətlidir,  çünki  bütün  bədənimiz 

onun əlindədir, sənin əlində olan yalnız çənəmizdir. Əzizim, sənin öz 

taleyindən şikayət etməyə haqqın yoxdur. Əgər mən də kral Xil- perik 

kimi  saqqal  saxlasaydım,  sənin  halın  necə  olardı?  Yaxşı,  kir-  vəcik, 

öz işinlə məşğul ol, üzümü qırx. Get, nə lazımsa gətir. 

Olivye  kralın  bu  gün  hər  şeyi  zarafata  salmaq  niyyətində  oldu-

ğunu  və  onu  açıqlandırmağın  mümkün  olmadığını  görüb  əmrini 

yerinə yetirmək üçün söylənə-söylənə otaqdan çıxdı. 

Kral ayağa durdu, pəncərəyə yaxınlaşdı və birdən böyük həyəcan 

içində pəncərəni açaraq səsləndi: 

-

 



Bu  nədir?  Qədim  şəhərin  üzərində  şəfəq  var!  Hakimin  evi 

yanır!  Hə,  hə,  bu,  onun  evidir!  Ah,  mənim  mərhəmətli  xalqım! 

Nəhayət, sən feodallarla haqq-hesab çəkməkdə mənə yardım edirsən! 

Sonra  flamandriyalılara  müraciət  etdi:  -  Ağalar,  yaxın  gəlin,  baxın! 

Bu yanğın şöləsidir, eləmi? 

-

 



Bəli,  yanğındır,  həm  də  böyük  bir  yanğın,  -  Giyom  Rim  yol- 

daşıyla birlikdə pəncərəyə yaxınlaşaraq dedi. 

Kopenolun gözləri birdən parladı. 

-

 



Ah, - o, bağıraraq dedi, - bu, baron Emberkurun evinin yanma-

sını mənim yadıma salır. Görünür, orada ciddi bir üsyan qopmuşdur. 

-

 

Cənab Kopenol, siz elə zənn edirsiniz? - XI Lüdovik soruşdu. 



Gözləri  corabçının  gözləri  kimi  sevinclə  parlayırdı.  -  Bu  üsyanı 

yatırtmaq elə də asan iş deyil? Eləmi? 

-

 

Əlbəttə, əlahəzrət! Bununçün çoxlu əsgər qurban verməlisiniz. 



-Ax, mən! Bu, başqa söhbətdir! Əgər mən istəsəm... 

Corabçı cəsarətlə etiraz etdi: 

-

 

Əgər  bu  üsyan  mənim  zənn  etdiyim  kimidirsə,  sizin 



istəkləriniz burada az rol oynayacaq. 

757 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Kirvə, - kral dedi, - narahat olmayın, iki alay qarovul əsgərləri 

və bir cüt yaylım atəşiylə bu qara camaatın öhdəsindən gəlmək olar. 

Yoldaşının  gözünü  ağartmasına  baxmayaraq,  corabçının  kralın 

qarşısında məğlub olmaq istəmədiyi görünürdü. 

-

 



Əlahəzrət, - o dedi, - isveçrəlilər də qara camaatdan başqa bir 

ata  nifrətlə  baxardı.  O,  Qranson döyüşündə  bağırırdı:  “Ey,  topçular! 

Bu  köpək  uşağına  mərmi  atın!  Müqəddəs  Georgi  bizə  kömək  edir!” 

Lakin şəhər yüzbaşısı Şarnaxtal öz xalqı və dəyənəklərilə birlikdə bu 

məşhur  hersoqun  üzərinə  hücum  etdi.  Ehtişamlı  Burqundiya  ordusu 

qara camaatla toqquşduqdan sonra daşa dəyən şüşə kimi parça- parça 

oldu. Bu müharibədə həmin kəndlilər bir çox məşhur cəngavəri məhv 

etdilər, birinci Burqundiya kavaleri hesab olunan baron Şatogiyonun 

meyiti isə boz atıyla bərabər bataqlıqdan tapılmışdı. 

-

 



Dostum, siz müharibədən danışırsınız, buradakı isə yalnız ixti- 

şaşdır; bu ixtişaşı yatırmaq üçün qaşlarımı oynatmağım yetər. 

Flamandriyalı laqeyd cavab verdi: 

-

 



Ola  bilər,  əlahəzrət.  Demək,  bu  xalq  hələ  lazımi  qədər 

yetişməyib. 

-

 

Cənab  Kopenol,  -  Giyom  Rim  söhbətə  qarışaraq  dedi,  -  siz 



qüdrətli bir kralla danışırsınız. 

-

 



Mən bunu bilirəm, - Kopenol sakitcə cavab verdi. 

-

 



Hörmətli  cənab  Rim,  ona  mane  olmayın.  -  Kral  dedi.  - 

Mənimlə açıq danışanları sevirəm. Atam VII Karl deyərdi ki, həqiqət 

həmişə axsayır, mənsə bu fikirdəyəm ki, həqiqət vəfat etmişdir, həm 

də  tövbə  etmədən.  İndi  bu  cənab  Kopenol  mənə  yanıldığımı  isbat 

etmək istəyir. 

Kral  əlini  dostcasına  Kopenolun  çiyninə  qoyaraq  sözünə  davam 

etdi: 

-

 



Cənab Jak, demək, siz söyləyirdiniz ki... 

-

 



Əlahəzrət, mən söyləyirdim ki, sizin haqlı olmanız yalnız ölkə-

nizdə xalqın yetişəcəyi zamanın hələ gəlmədiyini isbat edir. 

-

 

Əzizim,  bəs  zaman  nə  vaxt  gələcək?  -  Kral  diqqətlə  onun 



üzünə baxaraq soruşdu. 

-

 



Onu siz özünüz görəcəksiniz. 

-

 



Bəs mən bundan necə xəbər tutacağam? 

Kopenol  sakit  və  soyuqqanlı  tərzdə  kralın  qolundan  tutaraq 

pəncərənin yanına gətirib dedi: 

-

 



Əlahəzrət, lütfən qulaq asın, baxın, bu qüllədir, o isə zəngdir, 

topdur, əsgərlərdir, vətəndaşlardır. Xalqın zamanı zənglər çalınanda, 

758 

downloaded from KitabYurdu.org




toplar  atılanda,  qüllələr  gurultuyla  yıxılanda,  əsgərlər  və  vətəndaşlar 

bağıraraq bir-birini öldürməyə başlayanda gələcəkdir. 

XI  Luinin  üzündə  ciddi  və  dalğın  bir  ifadə  göründü.  Sonra  o, 

hərb atının meyitini oxşayan döyüşçü kimi əlini qüllənin qalın divarı 

üzərində yavaş-yavaş gəzdirərək dedi: 

-

 



Yox.  Sən  o  qədər  də  asanlıqla  uçmayacaqsan,  mənim  gözəl 

Bastiliyam! 

Sonra üzünü cəsur flamandriyalılara tutub əlavə etdi: 

-

 



Cənab Koppenol, siz heç xalq üsyanı görmüsünüz? 

-

 



Əlahəzrət,  mən  xalq  üsyanında  iştirak  etmişəm,  -  corabçı 

cavab verdi. 

Kral maraqlanaraq soruşdu: 

-

 



Bəs siz bu işə necə başladınız? 

-

 



Bu, elə də çətin bir iş deyil, - Kopenol dedi. - Bunun yüz cür 

yolu var. Əwəla, şəhərdə narazılıq olmalıdır, - zatən, bu çox da nadir 

şey deyil. Sonra bir çox şey şəhərlərin xasiyyətindən asılıdır: məsələn, 

Gent əhalisi üsyanı çox sevir, onlar, adətən, öz hökmdarlarının oğlunu 

sevərlər, hökmdarın özünü isə heç vaxt sevmirlər. Fərz edək ki, gözəl 

günlərin  birində  mənim  dükanıma  gəlib  deyirlər:  “Kopenol,  məsələ 

belədir:  Flandriya  hersoginyası  öz  nazirlərini  xilas  etmək  istəyir, 

hökumət  isə  dəyirman  vergisini  ikiqat  artırır”.  Yaxud  buna  bənzər 

başqa  şeylər  söyləyirlər.  Heç  bir  fərqi  yoxdur.  Mən  o  saat  işimi  bir 

kənara buraxıb emalatxanamdan küçəyə çıxıram və: “Köməyə gəlin” 

-  deyə  bağırmağa  başlayıram.  Burada  mənim  ayaqlarıma  boş  bir 

çəllək  dolaşır,  mən  bu  çəlləyin  üstünə  çıxıb  ağlıma  gələni, 

ürəyimdəkiləri  ucadan  danışmağa  başlayıram;  əlahəzrət,  aşağı 

siniflərə mənsub olan adamların qəlbində isə hər zaman bir dərd var. 

Camaat mənim ətrafıma toplaşır, səs-küy salmağa başlayır, əsgərlərin 

əlindən  aldıqları  silahı  əhaliyə  paylayırlar,  yolda  rast  gələnlərin 

hamısı  bizim  izdihama  qoşulur  -  bununla  artıq  üsyan  başlamış  olur. 

Nə  qədər  ki  mülklərdə  mülkədarlar,  şəhərlərdə  şəhərlilər,  kəndlərdə 

isə kəndlilər var, hər zaman belə olacaq. 

-

 



Bəs siz kimin əleyhinə üsyan edirsiniz? - kral soruşdu. - Mül-

kədarların əleyhinə, yoxsa məmurların əleyhinə? 

-

 

Cürbəcür  olur,  bəzən  onların  əleyhinə,  bəzən  də  hersoqun 



əleyhinə. 

759 


downloaded from KitabYurdu.org


Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   251   252   253   254   255   256   257   258   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə