Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə258/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   254   255   256   257   258   259   260   261   ...   272

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

On birinci kitab 

ı 

AYAQQABI 

Quldurlar  kilsəyə  hücuma  başlayanda  Esmeralda  yatırdı.  Az 

sonra kilsənin ətrafında getdikcə artmaqda olan gurultu əvvəl keçisini 

oyatdı,  keçinin  mələməsinə  o  da  oyandı.  Esmeralda  yatağının 

üzərində  əyləşdi,  diqqətlə  qulaq  asmağa  və  baxmağa  başladı.  Sonra 

gurultudan  və  gecənin  bu  vaxtında  qeyri-adi  görünən  məşəllərin 

işığından  qorxuya  düşərək  nə  olduğunu  öyrənmək  üçün  yüyürə- 

yüyürə  hücrədən  çıxdı.  Meydanın  ümumi  görünüşü,  orada  hərəkət 

edən  adamlar,  gecə  qarovulunun  intizamsızlığı,  yuxarıdan  baxdıqda 

qaranlığa  atılan  bir  dəstə  qurbağaya  bənzəyən  bu  iyrənc  camaat, 

gecənin  qaranlığında  yüyürüşən  və  bir-birinə  toxunan  qırmızımtıl 

məşəllər;  bütün  bu  səhnə  onun  nəzərində  şər  ruhlar  ilə  kilsənin  daş 

heykəlləri arasında başlamış gizli müharibəyə bənzəyirdi. Hələ uşaq-

lıqdan  qaraçı  tayfasına  xas  xurafatın  təsirində  olduğundan  əvvəlcə 

belə  zənn  etdi  ki,  zülmət  ruhlarının  gecə  sərgüzəştlərini  seyr  edir. 

Sonra bu müdhiş kabusdan canını qurtarmaq niyyətilə yenə yorğanını 

başına çəkdi. 

Lakin  yavaş-yavaş  qorxusu  keçdi,  tədricən  artan  gurultulardan 

başqa bir çox reallıqlardan anladı ki, işə kabuslar deyil, canlı adamlar 

qarışmışdır.  O  zaman  onun  dəhşəti  artmasa  da,  başqa  bir  şəkil  aldı. 

Düşündü ki, bəlkə də, xalq onu xilas etmək üçün üsyan qaldırmışdır. 

İkinci  dəfə  həyatla  vidalaşmaq  düşüncəsi,  dumanlı  ümid,  Feb,  öz 

gələcəyini düşündüyü zaman qarşısında daim onun xəyalını görməsi, 

zəif  olduğunu  hiss  etməsi,  qaçmağın  mümkün  olmadığını,  öz 

acizliyini, yalqız və kimsəsiz olduğunu düşünməsi 

766 


downloaded from KitabYurdu.org


kimi  yüzlərcə, minlərcə fikir ona əzab verməyə başladı. O, dizi üstə 

yıxıldı,  üzü  yatağa  toxundu,  əllərilə  başını  tutdu.  Qaraçı  olmaqla 

bərabər, həm də bütpərəst olmasına baxmayaraq, hıçqıra-hıçqıra ağla-

mağa,  Allaha  yalvarmağa  və  məbədinə  sığındığı  həzrəti-Məryəmə 

yalvarmağa  başladı.  Həyatda  elə  anlar  olur  ki,  etiqadı  olmayan 

adamlar belə, ona yaxın olan məbədə tapınmağa başlayır. 

Esmeralda  uzun  müddət  bu  vəziyyətdə  qaldı.  İbadət  etməkdən 

çox şiddətlə titrəyirdi; kütlənin hiddətinin səbəbini başa düşməyərək, 

nə  etmək  istədiyini  anlamayaraq,  eyni  zamanda  dəhşətli  bir  sonluq 

qarşısında olduğunu dumanlı şəkildə hiss edərək tir-tir titrəyirdi. 

Bu  gurultu  və  iztirab  içində  birdən  yaxınlığında  ayaq  səsləri 

eşitdi.  Dönüb  baxdı:  otağına  iki  nəfər  girdi;  onlardan  birinin  əlində 

fənər vardı. O, zəif səslə qışqırdı. 

-

 



Qorxmayın, - ona tanış gələn dedi, - mənəm. 

-

 



Siz kimsiniz? - qız soruşdu. 

-

 



Pyer Qrenquar. 

Bu  ad  qızı  sakitləşdirdi.  Gözlərini  qaldırdıqda,  həqiqətən,  qarşı-

sında  şairi  gördü.  Amma  şairin  yanında  qara  libaslı  və  dinib-danış-

mayan bir adamı görəndə ürəyi çırpındı. 

-

 

Cali məni sizdən qabaq tanıdı, - Qrenquar məzəmmətlə dedi. 



Doğrudan da, keçicik Qrenquarın adını söyləməsini gözləmədən 

başını  mehribancasına  onun  dizlərinə  sürtməyə,  yunuyla  şairin 

paltarını  bulaşdırmağa  başladı  (keçinin  tükü  tökülməyə  başlamışdı). 

Qrenquar da heyvanı oxşadı. 

-

 

Sizinlə gələn kimdir? - Esmeralda yavaşca soruşdu. 



-

 

Narahat  olmayın,  bu,  mənim  dostlanmdan  biridir,  -  Qrenquar 



cavab verdi. 

Sonra  filosof  fənərini  yerə  qoyub  çömbəldi  və  Calini  bağrına 

basaraq sevinclə qışqırdı. 

-

 



Nə  sevimli  heyvandır!  Düzdür,  boyu  balacadır,  ancaq  hər 

hansı  professordan  daha  ağıllıdır!  Cali,  göstər  baxım,  oyunlarını 

unutmamısan ki? Jak Şarmolü necə yeriyir?.. 

Lakin  qara  cübbəli  adam  Qrenquarın  sözünü  bitirməsinə  imkan 

vermədi:  Qrenquara  yaxınlaşıb  çiynindən  tutaraq  itələdi.  Qrenquar 

ayağa durdu. 

-

 

Hə, doğrudan da, - dedi, - lap unutmuşdum, tələsmək lazımdır. 



Ancaq, ustad, bu heç də adamla bu cür rəftar etməyə əsas vermir. 

767 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Mənim sevimli yavrum, sizin də, Calinin də həyatı təhlükədədir. Sizi 



yenə  asmaq  istəyirlər.  Biz  sizin  dostunuzuq,  sizi  xilas  etmək  üçün 

gəlmişik, bizimlə gəlin. 

-

 

Bu doğrudur? - Esmeralda sarsılmış halda dedi. 



-Tamamilə doğrudur. Tez olun, qaçaq! 

-

 



Məmnuniyyətlə, - qız mızıldandı. - Bəs dostunuz niyə susur? 

-

 



Bilirsiniz,  -  Qrenquar  cavab  verdi,  -  onun  atasıyla  anası  çox 

qəribə adamlar olduğundan onu qaradinməz ediblər. 

Qız  onu  qətiyyən  qane  etməyən  bu  izahla  istər-istəməz  razılaş-

malı  oldu.  Qrenquar  onun  əlindən  tutdu,  yoldaşı  isə  fənəri  götürüb 

qabağa düşdü. Gənc qız qorxusundan tamamilə çaşıb qalmışdı, odur 

ki  heç  bir  söz  söyləmədən  itaətkarlıq  göstərirdi.  Keçicik  Qrenquarı 

yenidən  gördüyü  üçün  sevindiyindən  tullana-tullana  onların  dalınca 

getdi.  Buynuzlarını  tez-tez  Qrenquarın  ayaqlarının  arasına  soxdu-

ğundan onun büdrəməsinə səbəb olurdu. 

-

 



Həyat  belədir  də,  -  filosof  hər  dəfə  büdrəyəndə  deyirdi,  -  ən 

yaxşı dostlarımız belə bizə badalaq gəlirlər. 

Onlar  sürətlə  zəng  qülləsinin  pilləkənindən  aşağıya  endilər, 

qaranlıq  və  kimsəsiz,  ancaq  bayırdakı  gurultudan  əks-səda  verən 

kilsəni keçib qırmızı qapıdan monastırın həyətinə çıxdılar. Hücumdan 

qorxuya  düşmüş  rahiblər  bir  yerdə  ibadət  etmək  üçün  yepiskopun 

mənzilinə qaçdıqlarından  monastır bomboş idi; həyət də boşalmışdı; 

yalnız  bir  neçə  qorxaq  monastır  xidmətçisi  həyətin  qaranlıq 

künclərində  gizlənmişdi.  Qrenquarla  yoldaşları  çayın  sahilinə  gedən 

darvazaya tərəf yönəldilər. Qara bürüncəkli adam açarla qapını açdı. 

Darvazanın  arxasında  adanın  şərq  cəhətini  təşkil  edən  və  kilsə 

kapituluna  aid  olan,  eyni  zamanda,  Qədim  şəhərin  hasarıyla  əhatə 

olunmuş bir burun vardı. Bu yer tamamilə kimsəsiz və boş idi; Papert 

meydanındakı  gurultu  belə  buraya  güclə  gəlib  çatırdı.  Sərin  külək 

burunun  kənarında  bitmiş  ağacın  yarpaqlarını  xışıldadırdı.  Bununla 

belə,  onlar  yenə  də  təhlükəli  yerə  çox  yaxın  idilər:  ən  yaxın  binalar 

yenə  də  kilsə  və  arxiyepiskop  sarayı  idi.  Yəqin  ki,  bu  sarayda  da 

böyük  qarışıqlıq  vardı.  Yandırılmış  kağız  yığınının  içində  uzun 

müddət  qəribə  şəkilli  qığılcımlar  göründüyü  kimi,  burada  da,  evin 

qaranlıq  divarında  bir  pəncərədən  o  biri  pəncərəyə  qaçan  işıqlar 

görünürdü;  bir  az  o  tərəfdə meydanı  tutmuş qırmızımtraq  işıqda kil-

sənin əsas binası üzərində böyük zəng qüllələri yüksəlir, nəhəng 

768 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   254   255   256   257   258   259   260   261   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə