Dünya əDƏBİyyati klassiKLƏRİ



Yüklə 6,79 Mb.
Pdf görüntüsü
səhifə259/272
tarix08.09.2018
ölçüsü6,79 Mb.
#67265
1   ...   255   256   257   258   259   260   261   262   ...   272

dəmirçixananın iki  yüksək bacasına bənzəyirdi. Parisin qalan hissəsi 

isə,  sanki,  dumana  bürünmüşdü.  Arxa  fonun  bu  cür  təsvirini  Rem- 

brandtın əsərlərində görmək olar. 

Fənərli  adam  burunun  kənarına  doğru  gedirdi;  orada  çayın  lap 

qırağında  bir  hasar  görünürdü.  Hasarın  taxtalarına  üzüm  tənəyi  sar-

maşmışdı. Arxasındakı kölgəlikdə kiçicik bir qayıq gizlənmişdi. Qara 

bürüncəkli  adam  Qrenquarla  gənc  qıza  işarə  edərək  qayığa  minmə-

lərini  təklif  etdi;  keçicik  də  onların  dalınca  qayığa  atıldı;  nəhayət, 

naməlum  adam  da  mindi.  Sonra  naməlum  adam  qayığı  sahildən 

araladı, qayığın dibindəki kürəkləri götürüb baş tərəfdə əyləşdi və var 

gücü  ilə  avar  çəkməyə  başladı.  Senanın  suyu  burada  sürətlə  axdı-

ğından çayın ortasına çatmaq üçün xeyli əziyyət çəkməli oldu. 

Qrenquar  qayığa  minən  kimi  keçini  dizləri  üstündə  oturtdu.  O, 

qayığın  arxa  tərəfində  əyləşdi,  özündən  asılı  olmayaraq  naməlum 

adamdan  qorxan  gənc  qız  isə  şairin  yanında  əyləşib  onun  böyrünə 

qısıldı. 

Filosof  qayığın  sahildən  uzaqlaşdığını  görcək  əl  çalmağa  başla-

yaraq Calini öpdü və bağırdı: 

-

 

Ah,  artıq  hamımız  xilas  olduq!  -  Sonra  dərin  və  mənalı  bir 



görkəm alaraq əlavə etdi: - böyük işlərin həyata keçirilməsinə bəzən 

uğur, bəzən də hiylə yardım edir. 

Qayıq yavaş-yavaş sağ sahilə doğru irəliləyirdi. Gənc qız ürkək- 

ürkək  naməlum  adama  baxırdı.  O,  fənərinin  qabağını  tutduğundan 

qayığın  ön  tərəfində  qaranlıqdakı  kabus  kimi  görünürdü,  üzünə  sal-

dığı başlığı üzünü görməyə mane olurdu. Hər dəfə avar çəkəndə geniş 

açdığı  qolları  nəhəng  yarasa  qanadlarına  bənzəyirdi.  O,  hələ  susur, 

səsini  çıxarmırdı.  Kürəklərin  şappıltısından  və  suyun  şırıltısından 

başqa, heç nə eşidilmirdi. 

-

 



Vicdanıma and olsun ki, - birdən Qrenquar səsləndi, - biz lap 

qaradinməz adamlar kimi sevinirik. Balıqlar, ya da pifaqorçular kimi 

lal  olmuşuq.  Ancaq,  dostlar,  mən  bir  az  laqqırtı  vurmaq  istərdim. 

İnsan səsi - insanın qulağında musiqi kimi səslənir. Bu sözlər mənim 

deyildir,  İskəndəriyyəli Didimindir. Gözəl sözlərdir. İskəndə- riyyəli 

Didim  xariqüladə  filosof  idi.  Bircə  kəlmə  deyin,  gözəlim,  Allah 

eşqinə, bircə kəlmə söyləyin! Bir zamanlar siz çox qəribə və sevimli 

bir  ədayla  üzünüzü  turşudardınız:  siz  bunu  unutmamısınız  ki?  Sev-

gilim,  siz  bilirsiniz  ki,  parlament  sığınacaq  haqqını  poza  bilər  və 

kilsədəki hücrənizdə böyük təhlükə altında idiniz. Bəli, bəli, troxil 

769 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

adlı bir quş var, bu quş öz yuvasını timsahın ağzında qurur. Ah, yenə 



ay  çıxır!  Bizi  görməsələr  yaxşıdır!  Biz  bu  xanımı  xilas  etməklə  çox 

yaxşı iş görürük, amma bizi bir yerdə tutsalar, dar ağacından qurtula 

bilməyəcəyik. Təssüf ki, hər şeyin iki ucu var! Səni alqışladıqları şeyə 

görə  mənə  cəza  verə  bilərlər.  Katilinanı  söydükləri  şeyə  görə  Sezarı 

mədh  edirdilər.  Belə  deyilmi,  ustad?  Siz  bu  fəlsəfə  haqqında  nə 

düşünürsünüz?  Arı  təbiətən  mühəndis  olduğu  kimi,  mən  də  təbiətən 

filosofam. Ancaq mənə kimsə cavab vermir, yoxsa ikinizin də kefiniz 

yoxdur?  Mən  tək  danışmağa  məcburam,  buna  biz  dramaturqlar 

monoloq  deyirik.  Bəli,  sizə  söylədim,  mən  bir  az  bundan  əvvəl  kral 

XI  Luinin  özüylə  söhbət  edirdim...  Onlar  hələ  də  kilsənin  yanında 

bağırırlar!..  O,  xəz  paltar  geyinmiş  kinli  və  eybəcər  bir  qocadır. 

Yazdığım  toy  şerinin  pulunu  bu günə  qədər  verməməsi  bir  yana,  bu 

axşam, az qalmışdı, məni asdırsın; bu, məni pulumu nə vaxtsa almaq 

imkanından  belə  məhrum  edərdi.  O  çox  xəsis  adamdır,  ləyaqətli 

adamlara  mükafat  verməyə  simiclik  edir.  Kelnli  Salvinin  “Xəsislik 

əleyhinə”  əsərini  oxusaydı,  pis olmazdı,  ümumiyyətlə,  o,  istedadlara 

qiymət verə bilməyən zalım bir kraldır. Xalqın pullarını süngər kimi 

sorur.  Dalağı  digər  daxili  orqanlarının  qidasını  sorduğu  üçün 

şişmişdir.  Buna  görə  də  çox  arıqdır.  Halbuki  hamı  zəmanənin 

çətinliyindən şikayət edir, kralın əleyhinə danışır. Bu dindar və guya, 

sakit  kralın  dövründə  asılan  adamların  ağırlığından  dar  ağacları  sın-

mağa  başlayıb,  meydanlarda  edam  edilənlərin  qanı  qurumur,  həbs-

xanalar  ağzınadək  dolmuşdur.  Bu  kral  bir  əlilə  alır,  o  biri  əlilə  asır. 

Onun  yalnız  iki əyləncəsi var: vergi  və dar  ağacı. Hökmü  və qüdrəti 

olanları  qarət  edir,  adi  adamları  isə  asdırır,  ümumiyyətlə,  o  çox  pis 

kraldır; mən onu sevmirəm, ustad, siz necə? 

Qara  bürüncəkli  adam  onun  boşboğazlığına  mane  olmurdu.  O, 

Qədim şəhər adasıyla müqəddəs Lüdovik adası arasında əmələ gəlmiş 

burulğanın içindən çıxmaq üçün var gücüylə avar çəkirdi. 

- üstad, - birdən Qrenquar söhbətin mövzusunu dəyişərək dedi, - 

yaxşı  yadıma  düşdü,  biz  meydandan  keçərkən  hörmətli  ruhani  ata 

zavallı  bir  uşağı  gördümü?  Sizin  kar  iblis  o  uşağın  başını  sürahiyə 

vurub  əzmək  istəyirdi.  Mənim  gözüm  yaxşı  görmədiyindən  onu 

tanıya bilmədim. Siz bu zavallının kim olduğunu bilirsiniz? 

Qara  bürüncəkli  adam  heç  bir  söz  demədi,  lakin  birdən  onun 

əlləri yanına düşdü, kürəkləri buraxdı, başı köksünə sallandı və 

770 

downloaded from KitabYurdu.org




Esmeralda  onun  dərindən  ah  çəkdiyini  aydınca  eşitdi.  Qız  diksindi, 

çünki bu ah ona tanış gəldi. Qayıq sərbəst buraxıldığından bir müddət 

çayın axını ilə getdi. Lakin qayıqçı yenə düzəldi, kürəklərdən yapışdı 

və qayığı yenə axına qarşı sürməyə başladı. O, ada burnunu keçib Ot 

limanına doğru sürdü. 

- Aha! - Qrenquar yenə laqqırtıya davam edərək dedi, - bu, Barbo 

otelidir.  Ustad,  orada  qara  damlardan  əmələ  gələn  qəribə  əyri  xəttə 

baxın!  Baxın,  orada,  bu  alçaq,  damar-damar,  murdar  buludların 

altında,  damların  üzərində  Ay  yumurta  sarısı  kimi  doğmuşdur.  Çox 

gözəl  binadır.  Orada  olduqca  gözəl,  bəzəkli  qübbəsi  olan  bir  məbəd 

var, onun üzərində isə zəng qülləsini görə bilərsiniz. Bu evin yanında 

nohurlu  qəşəng  bir  bağça,  quş  hini,  labirint,  şar  oyunu  meydançası, 

heyvanxana  və  sevişənlər  üçün  olduqca  əlverişli  olan  kölgəli 

xiyabanlar var. Bu bağçada bir ağac var ki, onun adını ehtiras ağacı 

qoymuşdular.  Həmin  ağacın  kölgəsində  məşhur  bir  şahzadə  xanımla 

ağıllı,  lakin  əxlaqsız  bir  konnetabl  çox  ehtiraslı  günlər  keçirmişdi. 

Təəssüf! Bizim  kimi  filosoflar  konne-  tablın  yanında  -  Luvr  bağçası 

yanında kələm,  yaxud turp ləki kimi bir şeydir. Ümumiyyətlə, insan 

həyatı  istər  bizim  kimi  günahkarlar  üçün,  istərsə  də  qüdrətli  və 

hökmlü  adamlar  üçün  yaxşıyla  pisin  bir-birinə  qarışmasından  başqa 

bir şey deyil. Kədər həmişə sevinci təqib edər. Yox, ustad, mən sizə 

Barbo evinin tarixçəsini söyləməliyəm. Onun sonu çox faciəlidir. Bu 

hadisə  1319-cu  ildə,  Fransa  kralları  arasında  ən  ucaboylusu  olan 

beşinci Filippin səltənəti zamanında olmuşdur. Bu əhvalatdan belə bir 

nəticə çıxarmaq olar ki, zina hər zaman fəlakətlidir və xeyir verməz; 

bundan başqa, insan gözəlliyə qarşı nə qədər həssas olsa da, qonşunun 

arvadına  şorgözlük  eləmək  yaxşı  iş  deyil.  Ər-arvadlıqda  xəyanət  - 

başqasının aldığı həzzə olan marağın təmin olunmasıdır... Oho! Səs-

küy artmağa başlamışdır! 

Doğrudan  da,  kilsənin  yanındakı  gurultu  getdikcə  artırdı.  Onlar 

yenə  qulaq  asmağa  başladılar.  Qulaqlanna  açıq-aydın  qələbə  səsləri 

gəlirdi.  Birdən  əsgərlərin  dəbilqələrində  əks  edən  yüzə  qədər  məşəl 

kilsənin 

müxtəlif 

yerlərində, 

qalereyalarında, 

qüllələrində, 

pəncərələrin,  qübbələrin  altında  göründü.  Məşəli  tutan  adamlar  nəsə 

axtarırdılar;  birdən  qayıqdakıların  qulağına  aydın  bir  səs  gəldi: 

“Qaraçı qız! Cadugər! Qaraçı qıza ölüm!” 

771 

downloaded from KitabYurdu.org




Yüklə 6,79 Mb.

Dostları ilə paylaş:
1   ...   255   256   257   258   259   260   261   262   ...   272




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə