FRANSUAZA SAQAN
84
«Aman Allah, – yorğun halda fikirləşdim, – dalaşmaq
la zım gələcək...» Bundan qaçmaq üçün nəsə fikirləşib tap-
ma ğa çalışdım; amma baş verənlərə əsəblərim məndən
da ha tez reaksiya verdi; yumruğum Qəpik-quruşsuzun
çə nə si ni tutmadı, əvəzində almacıq sümüyünə dəydi. O,
ye rin də yırğalanaraq geri çəkildi, sonra da çığırmağa baş-
la dı: «Sa kit, sakit, qoçaq! Hə, indi sən də özünü gözlə!»
Ar tıq hədə-qorxu yersiz idi, çünki Qəpik-quruşsuz pa la zı-
nın üstünə yıxılmışdı; bu palaz artıq onun gözünə əvvəlki
kimi yumşaq görünməyəcəkdi.
– Bu, sizə baha başa gələcək! – o, şəhadət barmağını
sil kələyərək xırıldadı.
Mən də, öz növbəmdə, gülə-gülə ona öz barmağımı
yellədim.
– Hə, bunun, həqiqətən də, mənə baha başa gə lə cə-
yi ni blirəm, – mən onun ağzını əyib cinləndirdim.
Çıxıb gedərkən idarənin işçilərinin məni necə hey-
ran lıq, hətta minnətdarlıq dolu baxışlarla yola saldıqlarını
gör düm. Qapını arxamca bərk-bərk bağladım, halbuki bu-
ra işlərim, layihələrim haqqında danışmaq üçün hamı ki mi
tez-tez gedib-gəlməli olduğumu düşünürdüm... Kon
tor!
Mə nim, az qala, öz kontorum olacaqdı! Bu nə cə fən gi yat-
dır belə!..
Yaxınlıqdakı kafenin terrasında əyləşib əsl kişi kimi
vis ki sifariş verərkən də bu kiçik toqquşmadan sonra ürə-
yim hələ sakitləşməmişdi. Əgər nə vaxtsa əlimə dü
şər-
sə, Ksavye Bonnaya da birini ilişdirməliydim. Bunu yad-
dan çıxarmaq olmazdı! Amma bu məsələdə özümə o
qə dər də inanmırdım: özümdən çıxdığım anlar nə zə rə
alın mazsa, pis şeylər yadımda o qədər də çox qal
mır;
mə sə lən, qayınatamın klerklərinin qalib gəldiyi za val lı Qə-
pik- qu ruşsuza artıq yazığım gəlirdi; Ksavye Bon na nın da,
de mək olar, münasibəti eyni idi: planlarının darmadağın
ol ması onu elə aciz halda yalan danışmağa vadar etmişdi
ki... Bununla belə... Zərbə zərbə dalınca gəlirdi və uğur
göz görə-görə məni tərk edirdi.
Qarsonu çağırdım. İkinci qədəh üçüncüdən daha pis,
üçün cü isə dördüncüdən daha pis getdi... Uzun sözün
qı sa sı, saat dördə yaxın «Fuke»nin terrasında əməlli-başlı
sər xoş olub oturmuşdum və bundan dəhşətli dərəcədə
BOYUNDURUQ
85
ra zı idim. İndi gözdə-qulaqda olmaq lazım idi ki, bu və-
ziy yət də yanlışlıqla evə gedib çıxmayım: içkidən sonra
elə mehriban olur, insanları elə sevirdim ki… Bu halda, yə-
qin ki, günahlarımın bağışlanması üçün yalvaracağım və
üstünə şəfqət yağdıracağım Loransın ağuşuna atı la caq-
dım. İçimdə isə bir şey bunu qətiyyən etməyim deyə mə-
nə xəbərdarlıq edirdi.
Koriolanın barına yollana bilərdim, amma bircə də-
fə də olsun orada olmamışdım; yəqin, ona görə ki, Ko-
rio la nın özü bunu istəməmişdi. Yəni... neyləmək olar...
kü çə də oturub qaldım; başqa dostlarım yox idi (onların
ha mı sı nı Lorans pərən-pərən salmışdı), rəfiqələrim də, tə-
bii ki, həmçinin. Valideynlərimin yeganə oğlu idim; on lar
hə yat dan gedəndən sonra evdən kənarda özümə yer ta pa
bil mirdim. Düzdür, dəlisov məşuqələrim vardı, ək sə riy-
yə ti də Lo ransın tanışları idi; amma onlarla da artıq iki-üç
ilə yaxın idi görüşmürdüm, çünki Lorans macəralara olan
hə və simi də keyləşdirmişdi. Kazinoya yollanmaq olar-
dı, amma heç kim mənə lazım olan məbləği təminatı ol-
ma yan çeklə verməzdi. Mənim isə yalnız viskinin pulunu
ödə mə yə pulum çatardı.
Səxavətlə qarsona çaypulu verdiyim vaxtlarda – hələ
var lı ikən Koriolana bağışladığım beş yüz franklıq çekin
ci bim də qaldığını gördüm. Axı bir vaxtlar varlı idim! Ola
bilsin ki, bu vəziyyətimdən o qədər də çox ləzzət ala bil-
mə dim, amma belə bir şey hər adamın qismətinə düşmür.
Ehtiyatla ayağa qalxdım və əmin oldum ki, alkoqola
dö zü müm elə də pis deyilmiş: özümü düz tuturdum, ba-
şım azca yana əyilirdi; lap Alkaponeyə oxşayırdım, təəs-
sü rat mükəmməl olsun deyə bircə şlyapam çatışmırdı.
Mən də dükana yollanıb şlyapa aldım; bundan sonra ci-
bim də yeddi yüz frankdan bir az artıq pulum qalmışdı;
yeni dən öz yerimə qayıtdım. Yox, bu pullarla qətiyyən
evə get mək olmazdı: astanadan ayağımı içəri qoyan kimi
Lo rans la atası, əlbəttə ki, onları əlimdən alacaqdılar. «Yox,
bu də fə onlar məni soya bilməyəcəklər... – mızıldandım, –
bu lap ağ olardı... Yox, bircə bu gün yox!»
Kafedən çıxaraq maşınımı tapmağa çalışdım, amma
ta pa bilmədim; əvəzində gözəl bir qızla qarşılaşdım; belə
de mək mümkünsə, yüngülxasiyyətli bir qızla. Hələ ki da-
FRANSUAZA SAQAN
86
nı şa bilirdim və o, mənə öz tarifini söyləməyə imkan tap-
ma mış, təşəbbüsü öz əlimə almaq qərarına gəldim.
– Mənim yeddi yüz frankım var, – ona yaxınlaşaraq
söy lədim.
– Mənim isə, əksinə, pulum yoxdur, – o çox sevimli
bir şəkildə cavab verdi və mən onunla birlikdə evinə yol-
landım.
Caninlə iki gözəl saat keçirdim. Lorans belə bir sər-
bəst liyə qətiyyən imkan verməzdi; həm də mən artıq xey-
li müddət idi şiddətli həzzin nə demək olduğunu yaddan
çı xar mışdım. Canin hər şeyə icazə verirdi, ona görə də
tək cə sevinc dolu azadlıq hissinin qayıtdığını deyil, həm
də məhəbbət oyunumuzda yenidən güc topladığımı hiss
edir dim; əgər Lorans məni bu məsələdə də saxlayır və
ida rə edirdisə, yaddan çıxartmaq olmazdı ki, heç mən də
həz zin bütün ehkamlarını onun qarşısında taybatay aç ma-
mışdım.
Şərabın təsiri altında idim, rəfiqəmlə münasibətdə isə
təpədən dırnağa kimi zəriflikdim; elə o da mənim ürək-
dən söylədiklərimi iltifatla qəbul edirdi. Ondan qə tiy yən
ayrılmaq istəmirdim: bir çox kişilər məhəbbət oyun la rın-
dan sonra özlərini yorğun hiss edirlər, məndə isə heç vaxt
be lə olmurdu. Qəhvəyi rəngli palazı, xırda rəng li çi çək ləri
olan yaşıl pərdəsi, eyni ruhda düzəldilmiş ara
kəs mə ləri
olan bu alaqaranlıq otaq Raspay bulvarındakı mən zi li miz-
dən qəşəng olmasa da, xoş təsir bağışlayırdı. Bununla be-
lə, Canini tərk etməli, avtomobilimi axtarıb tapmalı idim,
bu na isə, az qala, bir əsr zaman sərf etməli oldum.
Koriolan dükandan saat altıda çıxırdı, mən isə bundan
bir qədər əvvəl maşını ora yaxın yerdə saxladım. O, vax-
tın da çıxdı; mən şlyapanı gözümün üstünə salıb qa zı bas-
dım. Koriolan qapıya tərəf əyilərkən təəccüblə qaş la rı nı
dartdı:
– Nə oyun çıxarırsan?
– Al Kapone oyunu. Bircə məni ayaq üstə olanda gö-
rəsən...
– Sən ki əməlli-başlı sərxoşsan! – o, ancaq ölümə məh-
kum olunmuş adamın otura biləcəyi yerə əyləşərək de di.
Əslində, mən artıq ayılmışdım. Koriolanla birlikdə
«Lyon de Belfor»a çatanda öz fərəhli vəziyyətimi yenidən
Dostları ilə paylaş: |