«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə35/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   31   32   33   34   35   36   37   38   ...   212

FRANSUAZA SAQAN

108


yir? O, mənə deyirdi ki, Loransın etrusklarınkına

1

  bənzər 



pro fi li var! Təsəvvür edirsiniz, Bill Leyton, nəhayət ki, 

port ret çəkmək qərarına gəlib?!

– Amma… o lap ağlını itirib! Bu ki əladır! – Lorans xoş-

bəxt lik dən qıpqırmızı qızararaq çığırdı.

– Vensan, siz təəccüblənmədiniz? – Mani, nəhayət ki, 

mə nim əlimi buraxdı, – arvadınızın etrusklara bənzər pro-

fi linin olmasına təəccüblənmədiniz?

Mən heç qaşımı belə tərpətmədim.

– Yox, bu, onu təəccübləndirmir. Onu artıq heç nə 

təəc cüb ləndirmir, heç nə heyrətləndirmir, – Lorans replika 

at dı və yanındakılardan kimsə güldü.

Mən təzim edərək etirazımı bildirdim:

– Əziz Manni, Lorans heç vaxt məni təəc cüb lən dir-

məyə son qoymayacaq, – arvadıma baxdım, o isə dərhal 

ba xış larını yayındırdı.

Mən onun profilini görürdüm: Lorans qorxudan gər-

gin ləş di və yerindəcə donub-qaldı. Hələ bu gün səhər 

mə nim bütün günahlarımı unutmağa və görməməyə ha zır 

olan bu qadının indi istənilən bir istehzalı eyhamdan dik-

sin məsi, adam arasında gülünc görünməkdən qorxması 

qə ri bə idi. Əslində, Balansların evi həmin o yerlərdən idi 

ki, Lo rans orada «rahat nəfəs alırdı»; adətən, Lorans belə 

de yir di və  mən onun bu məftunluğuna uzun müddət tab 

gə tir miş dim; indi isə başa düşürəm ki, əslində, bütün 

bun lar mənasız snobizm imiş.

Nə olursa olsun, ailəmizin başının üstünü alan ki 

çik, 

ya da böyük bulud Balansların hər zaman gözəl olan zi ya-



fət lərinin üstünə kölgə salmırdı. Qonaq də vət edil miş lərin 

nəzakət dolu səsləri, bir-birinə, eyni za 

man da da mə nə 

qar şı nümayiş etdirdikləri maraq və diq qət insanı  tən gə 

gə tir mir di,  əksinə, mənə gözəl sa kit ləş di rici təsir ba ğış la-

yır dı. Ba lanslar tamamilə fərqli in san la rı öz ev lə rin də top-

la ya raq, ori jinallıq nümayiş et dir mə yi se vir di lər; bu ra da hər 

cür adam vardı – xey riy yə cə miy yə ti ni təm sil edən akt yor 

cüt lü yün dən ta mür gü lə yən aka de mi kə  qə dər; in cə sə nət-

lə ma raqlanan müəs si sə sa hib ləri də var dı, gənc və ya ra-

şıq lı qadınlar da; əlbəttə, sonuncular ev sa hi binin mə həb-

bətlə dolu olmasını simvolizə edir di lər. Sürtülmüş, çox şıq, 

1

 Etrusklar – İtaliya ərazisində yaşamış qədim xalq.




BOYUNDURUQ

109


lakin zövqsüz geyinmiş, öz yaşı ilə bağlı bütün əla mət lə ri 

itirmiş, bununla belə, adama zə li ki mi yapışan Fi li ber qə-

tiy yət lə  məni qonaq otağından çı xa ra raq, siqaret çək mək 

üçün nəzərdə tutulan yerə apardı  və ata sının gö zəl hə rə-

kətlərindən olan xarakterik bir jestlə kres lonu gös tər di. 

– Əyləş, – o, xırıltılı səslə dedi.

Məndən hündür boyu, ölgün gözləri, necəsə  rəngi 

ayırd edilməyən saçları – bilmək olmurdu onlar sarıya, 

yox  sa boza çalır – ilə bu «uşaq» küçə tinində hansısa qa dı-

nı qor xu da, hətta zorlaya bilərdi.

– De… bir de mənə, – o, gurultulu bir gülüşlə güldü, 

– pul məsələsi ilə bağlı deyilənlər doğrudur? Sənin pulun 

var?

– Sən haradan bilirsən? Pul istəyirsən… yəni sən də?



– Valideynlərim dedi. Həm də hamı deyir ki, sənin in-

di çoxlu pulun var.

Hə də, doğrudan da! Hətta bu körpə uşaq da mənim 

var-dövlətimlə maraqlanırdı. Onun valideynlərinin bizi 

be lə  səmimiyyətlə  qəbul etməsi, həmsöhbətlərimin 

xüsusi mehribanlığı 

və istiqanlılığı artıq məni 

təəccübləndirmirdi… qətiyyən təəccübləndirmirdi. Daha 

Loransın hərdəmxəyal  əri rolunda çıxış etmirdim; mən 

varlı  bəstəkar, «Leysan»ın müəllifi idim, yəni  şəxsiyyətə 

çevrilmişdim. Bu pul sahibləri müvəqqəti uğurun 

ərköyünlüyü qarşısında özlərini itirmişdilər.  İndiyə  qədər 

mənə Loransın vassalı,  əri və qab dibi yalayanı kimi 

yanaşırdılar. Bu gün isə suzeren

1

 və səlahiyyət sahibi kimi 



baxırdılar və  mən bunu çox gözəl başa düşürdüm. Onlar 

isə hə lə dərk etmirdilər ki, mən qazandığım pulları tez də 

əldən verərək vecsiz bir statistə

2

, qapı  ağzına qoyulmuş 



bi ri nə çevrilmişəm. Bu hörmət dolu baxışlar və sözlər mə-

nim üçün yeni idi, amma həm də gecikmişdi.

– Öz rəsminə baxmaq istəyirsən? – Filiber soruşdu.

Balanslar, həqiqətən də, impressionistlərin gözəl kol-

lek siyasına sahib idilər və bu kolleksiyanı ailə sahibi öz fə-

ra sə ti sayəsində, özü dediyi kimi, bir tikə çörək bahasına 

1

 Suzeren – feodalizm dövründə: öz vassallarının hökmdarı olan 



bö yük feodal.

2

  Statist – səhnədə sözsüz rolları oynayan şəxs, bir işdə əhə miy yət-



siz rol oynayan adam, başqasının göstərişilə hərəkət edən adam.


FRANSUAZA SAQAN

110


əl də etmişdi (amma mənə elə gəlir ki, hələ o vaxt bu cür 

ba zar lığa fərasətdən daha çox, çörək tikələri sərf edil miş-

di). Kolleksiyada iki Mane, bir Renuar, bir Vyuyar və künc-

də  mə nim sevimli Pisarrom var idi: o, ön planda kənd 

təs vir etmişdi, onun arxasında dəyirmi təpələri, uşaq la rın 

rəsm lə rində olduğu kimi, yaşıl alma rəngləri ilə… on la rın 

ya mac larında isə yumşaq, təmiz işığı… yayın qız mar vax-

tı nın  şadyanalıq edən işığı  xəfif-xəfif axırdı.  İşıq  şəkildəki 

tə kər ləri yuyub-təmizləyirdi, sanki, onları darayaraq bir is-

ti qa mə tə  əyirdi. Bu işıq ağacların dik duran yal kimi par-

laq, dəbdəbəli çətirlərinin üzərinə, elə bil, krep

1

 at mış dı. 



İşıq çayın axarını saxlayaraq, üzərinə gümüşü işıq zo laq-

ları salmışdı, sanki, o, heç dənizə tökülməyə  tə ləs mir di 

də... Və adama elə gəlirdi ki, bu son dərəcə sa də, ürə ka-

çan mənzərə başdan-ayağa işıqla yaradılıb və rəs sam yal-

nız bundan sonra gəlib onu gördüyü kimi də  çək miş di: 

tər pən məz…. sonsuzluğun bizə göründüyü o ya lan çı, ca-

zi bə dar hərəkətsizlik onun kətanında möhürlənmiş və bi zə 

ba ğış lan mışdı…

Həyatım boyu mən bir çox rəsm  əsərindən zövq al-

mış dım… Daha zərif və mürəkkəb, yaxud da daha ağılsız… 

amma bu… bu əsərdə xoşbəxtliyin, özü də yetərincə əl ça-

tan xoşbəxtliyin obrazı mənə daha çox təsir edirdi…

– Siz öz Pisarronuza tamaşa etməyə gəlmisiniz?

Çevrildim. Paris vəkillərinin ağsaqqalı siqaret çəkilmək 

üçün nəzərdə tutulan yerə gəlmişdi, gözəl bir əl hərəkəti 

ilə  mənə siqaret təklif etdi. Qorxa-qorxa kresloda yerimi 

ra hat la dım: deyəsən, siqaret otaqları ilə bağlı  məndə 

mən fi rəy yaranmağa başlayırdı.

– Beləliklə, əziz Vensan?! – Balans sifətini yayaraq gü-

lüm sədi; mən pərt halda başa düşdüm ki, «uğur qa zan-

ma ğa başladığım o vaxtdan bəri» bura bir dəfə də gəl mə-

mi şəm; yəni süfrə başında ünvanıma söylənəcək təbrik 

söz lə ri olmadan keçinə bilməyəcəyik. Əllərimi qaldırdım:

– Pol,  əgər etiraz etmirsinizsə, bu barədə sonra da nı-

şarıq!

O, arxayın-arxayın başını yırğaladı:



– Necə istəyirsiniz, necə istəyirsiniz! Hələliksə,  əgər 

o, əvvəlki kimi xoşunuza gəlirsə, kiçik Pisarronu sizə ucuz 

1

  Krep – qara rəngli zərif, nazik qırış-qırış parça




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə