«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə43/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   39   40   41   42   43   44   45   46   ...   212

FRANSUAZA SAQAN

132


dəqiqləşdirdi, – ona görə ki… hə, nə isə… və  mən sizin 

məş hur sağlığınızı əzbər bilirəm: «Amor, salud, y pesatas, 



y ticmpo para gustarlas!»

1

 – qayınatam uzada-uzada dedi. 



(Sən bir işə bax! Mızıldanmağa da başlayıb!)

– Sağlıq? Bravo! Bravo! Sağlıq! – Koriolan heyranlıq 

için də bağırdı. – Sağlıq! – viski butulkasını qapdı,  şap pıl-

tı sala-sala özünə də, mənə də, qayınatama da süz dü, əl-

bət tə ki, onun bu hərəkəti səmimi olduğu üçün təh qi re di-

ci görünmədi.

– Si, si! – o, qədəhlə  bərabər  əl-qol ata-ata dedi. – 

Amor salud y pesatas, y tiempo para gustarlas! Exas te-

men te! Ec co!

2

– Exastemente! Exastemente! – qayınatam tərif do lu 



səslə cavab verdi və bu tərifin öz ana dilini bildiyi üçün 

Ko rio lanamı, yoxsa bu dildən bir parça öyrəndiyi üçün 

özü nə mi ünvanlandığını başa düşmək çətin idi. – Exas te-

men te! – o, təkrar etdi və görünür, mənə müraciət et mək 

is tə mə diyi üçün harasa boşluğa üz tutub dedi: – Hər hal-

da, bü tün dillər bir-birinə bənzəyir, hamısının kö kün də la-

tın di li durur, bu, o qədər sadədir ki... Yaddan çı xar  maq 

la zım deyil ki, Avropada ya latın dilində, ya da kelt di lin-

də danışıblar. Hə, əyləşin, senyor Latello, xahiş edi rəm! – 

o, alicənab ev sahibi ədası ilə Koriolana başı çox bə la lar 

çəkmiş divanı göstərdi (yaddan çıxartmayaq – III Na po-

leon). – Siz bura iş üçün gəlmisiniz, senyor Latello? – qa-

yı na tam həvəs dolu səslə soruşdu.

– Latello, iki «l», Latello, dos «l», – Koriolan də qiq ləş-

dir di, – Latellio!

– Latelo! Latellio! – qayınatam əsəbi halda mızıldandı.

– No,  no!  Latellio! Latellio! Lio, li No! – Koriolan ar-

tıq kəlmə-kəlmə söylədi, həm də  məncə, «l»nı da üç ləş-

dir miş di; və mən onun üstünə bağırdım: bəsdir samitlərin 

he calanması üzərində oynadın, həm də bu komediyanı 

qur tar maq vaxtıdır, yoxsa hər şey çox pis nəticələnə bilər; 

Lo rans gələn kimi komediya, onsuz da, drama çevriləcək.

1

  Məhəbbət, sağlamlıq-pul və bütün bunlardan zövq almaq üçün 



zaman! (isp.)

2

  Dəqiq! Lot! (isp., ital.)




BOYUNDURUQ

133


– Senor Latello, – mən sərt səslə dedim, – pol er 

vues tro telcphono, es aqui

1

, – və onun qolundan ya pı şa-



raq qapıya tərəf dartışdırdım.

Qayınatam qeyri-ixtiyari ayağa qalxdı, xu da ha fiz lə şər-

kən bizim qapıdan necə tələm-tələsik çıxmağımıza ta ma şa 

etdi; məncə, o artıq nədənsə şübhələnməyə baş la mış dı.

– Yo ritorno! Yo ritorno!

2

 – Koriolan astanada dayanıb 



ona dedi, o artıq özünü ələ verməyə başlamışdı və pil lə-

kə nə ayaq basan kimi dəli bir qəhqəhəyə tutuldu. 

O, gülüşdən boğula-boğula və  məktəbli kimi məni 

yum ruqlaya-yumruqlaya pillələrlə aşağı enirdi. Biz vax tın-

da aradan çıxmışdıq: yuxarı qalxan liftdən gənc bir qadına 

ya raş mayan, fahişə və meşşanlara məxsus ətirin iyini duy-

dum – arvadım evə qayıdırdı.

Alicənab ispanın, senyor Latellonun yoxa çıxmasından 

son ra ata ilə qız arasındakı söhbət, çox güman ki, ma raq-

lı alı nacaqdı. Təəssüf ki, biz söhbətdən həzz ala bil mə yə-

cək dik. Mən hələ  də bu məzhəkəni xatırlayıb qəhqəhə 

çə kir dim, eyni zamanda da, fikirləşirdim ki, geri qayıdışım 

elə  də parlaq olmayacaq. Deyəsən, ürəyimdən keçənlər 

si fə timə yazılmışdı, çünki Koriolan qaşqabağını salladı  və 

köy nəyimi kobud şəkildə dartışdıra-dartışdıra, məni sil kə-

lə mə yə başladı.

– Xatırladıram ki, o, sənin pullarını  çırpışdırıb və  səni 

bü tün el-aləmin gözü qarşısında təlxək yerinə qoyub; sən 

isə mə ni, öz yeganə dostunu onun atasının yanında is pan 

za də ganı kimi qələmə verdin; and içirəm ki, bunda qor-

xu lu heç bir şey yoxdur! And içirəm ki, sən hələ də on la-

rın etdiyi əclaflığa layiqincə cavab verə bilməmisən…

Birdən o, məni buraxıb iri addımlarla darvazaya tə rəf 

yönəldi. Mən çaşqın halda onun arxasınca ba xır dım.  Əl-

bəttə, onu başa düşürdüm. Amma necə izah edəy dim 

ki, onların  əclaflığına müəyyən mənada ca 

vab ver 

miş-


dim; belə olmasaydı, həyatsevərlikdə Lo 

ran sı bu də rə-

cə də arxada qoymazdım; bu sahədə o, heç vaxt mə nə 

çata bilməyəcəkdi; bu isə o demək idi ki, yerdə qa 

lan 

şey lər də  də  məndən aşağı pillədə da ya nır dı.  Əs lin də, iş-



1

  Senyor Latello, sizin telefonunuza, ora! (isp.)

2

  Mən qayıdacağam! Mən qayıdacağam! (isp.)




FRANSUAZA SAQAN

134


lər elə bir şəkildə getdi ki, bütün bu ma 

ni pul ya si ya ları 

et diyim həmin o axşam mənim içim də bü tün kə dər eh-

ti ya  tı tükəndi; qisas yanğısı da həm çi nin. Hə min acı na-

caq  lı gecə  mən onun satqınlığı haq qın da çox fi kir ləş dim. 

İn di isə başqaları  məni Loransı  cə za lan dır ma  ğa va 

 dar 

edir dilər; başqaları…  əlbəttə ki, elə özüm də… san ki, gün-



lərin bir günü şöhrətpərəstlik his 

si nin,  əda lət və mül 

-

kiy  yətçilik hissinin, ola bilsin, artıq qa 



nı ma və cis 

mi mə 


girmiş mərdliyin dərdin, passiv və ümu miy yət lə, as so sia-

tiv mətləbin üzərində  qələbə ça la ca ğını qa baq ca dan gö-

rür dük. Sonralar özümü gü nah lan dır ma yım de yə Lo ran sın 

ünvanına söyləyə bi 

lə cə yim mə zəm mət lə ri içimdə sax-

la yır dım; qoy bu, in 

di nə  qə dər gül 

məli gö 


rü nür sə gö-

rünsün. Məndən heç vaxt mən sub ol ma dı ğım, heç vaxt 

sevmədiyim bir ada 

mın hərəkətlərinə görə  hə yə can ke-

çir məyi və  əzab çəkməyi tələb etmək olmazdı; xü su silə 

də nə zərə alsaq ki onun rəftarının səbəbi mənə qar şı düş-

mən çi liyi yox, özünəməxsus  şəkildə  qıcıqlanmış eh ti ras-

dır. Hər halda, bu, belə görünürdü… 

Amma belə alındı ki, qıcıqlanmış burjua ilə pula-ma la 

ta mahı olmayan dostlarım ilk dəfə olaraq bir-biri ilə söz lə-

şib mişlər kimi rəftar edirdilər; yəni tezliklə özümdən çı xa-

ca ğımı və bu əhvalata son qoyacağımı gözləyirdilər. Tə bii 

ki, günlərin bir günü mən də onlar kimi düşünməyə baş-

la ya caqdım.  İradəmin ziddinə olaraq bu döyüşçüsüz son 

dö yü şü, məhkəmə prosesini başlayacağam. Bu dö 

yüş-


də kim lə rəsə görə  mən qurban rolunda, kimlərəsə gö rə 

müt tə him rolunda çıxış edəcəkdim;  əslində isə, sa 

də cə, 

ruh suz bir şahid idim. Və qətiyyən hakim ol ma ya caq dım: 



hal buki hansı rolu oynamalı oluramsa olum, nəticədə, on-

suz da, haqsız çıxacaqdım. O zaman bü tün bu sar sın tılar 

nə ilə başa çatacaqdı? Məncə, məni hey rət lən dir məyə ara 

ver mə yən Lorans tamamilə  məntiqli olaraq və  məntiqə 

uyğun hərəkət edərək ya mənim qarnıma bıçaq soxacaq, 

ya da gözəl bir şam yeməyinə dəvət edəcəkdi. Uzun sö-

zün qısası, qoy hələ  məni  ələ salsınlar; amma çox uzun 

çək mə sin, çünki hiddətim, qəzəbim və nifrətim artıq son 

həd də çatmışdı.  Şəfqət və  mərhəmətim də eləcə… sanki, 

bü tün hisslərim əldən düşmüşdü. Tutarsızlığımın məni hə-

lə də sevən adamlara necə dəhşətli, hətta ola bilsin ki, fa-



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə