«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə41/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   37   38   39   40   41   42   43   44   ...   212

FRANSUAZA SAQAN

126


di. Amma indi bu sadəlövh fikirlərin heç biri yadıma düş-

mür dü. Bütünlüklə ümidsizlik və ruh düşkünlüyü içində 

bat mış dım; bu cür böhranlı  vəziyyətlərin nadir hallarda 

ba şı ma gəldiyini nəzərə alsaq, bu fakt onları bir az da çox 

hə qi qətə uyğunluq aurasında təqdim edirdi.

Ümumiyyətlə, mən öz məyusluğumun səbəbini çox 

gö zəl başa düşürdüm; mən aciz, inamını itirmiş, hələ  də 

uşaq lıq xüsusiyyətlərini saxlayan, cəsarətsiz, özü özünə 

yük olan sıradan bir adam idim; beləliklə  də, öz-özümə 

ümu mi lik də  həyata etdiyimdən daha çox nifrət edirdim; 

bu, mə nim «mən»imin arxa üzü idi və bütün dünya, bir 

qay da olaraq, öz valehedici tərəfini çevirib göstərirdi.

Mən yalnız ilk günəş  şüaları  pəncərəmi döyəndə yu-

xu ya getdim.

Ayılanda başım, elə bil, kütləşmişdi və  mən gü 

nah 


his si ilə bir gün əvvəl nə  qədər konyak içdiyimi xa tır la-

dım. Bərk həyəcanlandım; guya, Lorans yenə də məni cə-

za lan dır maq, ya da bağışlamaq kimi bir ixtiyara malik idi. 

Nə  qədər təəccüblü olsa da, istənilən hərəkətimə onun 

ica zə si olmadan həyatımı  təsəvvür edə bilmirdim. Da 

ha 


pi si: deyəsən, buna ehtiyacım da vardı. Ola bilsin ki, da xi li 

mü va zi nətim məhz onun mübtəlalığı ilə  mənim amorf lu-

ğum arasındakı uyğunsuzluqdan asılı idi. Bəlkə  də, mən 

ona o səbəbdən getdikcə daha az əsəbiləşirdim ki, o, sö-

zün əsl mənasında, qəzəbli, təhlükəli olmuşdu, bufer

1

 ya-



rım çıq tədbirlərdən imtina etmişdi. Daha bəsit desək, ona 

qar şı tam soyusam da, yenə  də  məni öz yanında sax la-

maq istəyəcəyinə inana bilmirdim. Hər halda, bu gün 

sə hər ürəyim kədərlə dolu idi, dərdimə  şərik olan birini 

ar zu la yır dım. Bu istehza dolu ibarələrin, bədxahlığın ara-

sın da uzun müddət yaşaya bilməzdim, bu mühit mənim 

üçün dö zül məz idi.

Yerimdən qalxdım, tələm-tələsik geyindim, gər gin li-

yi mi azaltmaq üçün fortepianoda bir neçə not çaldım, iki-

üç akkord vurdum və  nəhayət, kafeyə – Koriolana zəng 

et dim. Dostum artıq orada əyləşmişdi və deyəsən, cı dır-

da kı qoçaqlığımız haqqında məruzə edirdi, çünki telefon 

dəs tə yin dən qəhrəmanlıqla dolu intonasiyalar eşidilirdi.

1

  İki vuruşan tərəf arasında qalan dövlət.




BOYUNDURUQ

127


– Mən gecikdim, – Koriolan qəhqəhə çəkərək dedi və 

mən onun sərxoş olduğunu başa düşdüm.

– Gəl! – birdən dilimdən çıxdı. – Gəl! «Steynvey» haq-

qın da sənə demişdim, amma hələ onun səsini eşit mə mi-

sən. Həm də sənə çox şey danışmalıyam.

O susdu.


– Amma… amma Lorans?

– Hə, nə olsun ki? Mənim üçün daha fərqi yoxdur. 

Həm də o, evdə deyil, – mən qəhrəmancasına  əlavə et-

dim. Nəfəs almasından başa düşdüm ki, bu sözüm onun 

tə rəd dü dünə son qoydu.

Beş dəqiqə sonra ikimiz də mənim studiyamda əy ləş-

mişdik və Odil – gözlənilməz qonağa heyran olmuş mü-

qəd dəs sadəlövhlüklə «Steynvey»də akkord yığdığımız 

vaxt bizə qəhvə dəmləyirdi.

– Necə  də melodikdir! – Koriolan məftun-məftun de-

di. – Çal və öl! Bəs bu, nədir? Sən nə çalırsan?

– Boş  şeydir, – dedim, – iki akkorddur. Amma onlar 

yal nız «Steynvey» sayəsində yazılacaq böyük bir əsərin 

baş lan ğıcı kimi səslənir. 

– Sən onu özünə götürəcəksən?

– Bu, bizim harada yaşayacağımızdan asılıdır. Onu 

giz lin apara bilməzsən.

Koriolan sevinərək kişnəməyə başladı. Onun alicənab 

pro fi linə heyranlıqla tamaşa edən Odil bu böyük dişləri və 

se vinc dolu sifəti görərək həyəcanlandı və qəhvəni ətrafa 

sıç rat dı, sonra da ah-vay edərək  əsgi dalınca mətbəxə 

qaç dı.


– Bu günah üçün sizə neçə qamçı  zərbəsi düşür? – 

Ko rio lan mərhəmət dolu səslə soruşdu, – siz döşəmədə 

qul kimi neyləyirsiniz? Sizin kimi belə bir füsunkar çiçək, 

Odil?.. Deyəsən, çariçanın ağır xasiyyəti var, istəklisi çıxıb 

ge dən dən sonra nələr olacaq? Fırtına gözləyin!

Odil başını  tərpədirdi; elə bil, dostum kimi o da mə-

nim mütləq çıxıb gedəcəyimə  əmin idi; və bu əminlik 

mə ni dəhşətə gətirirdi. 

– Sakitləşin, sevimli Odil, hələ son sözümü de 

mə-


mişəm!

Mən qətiyyətlə danışırdım, amma hər ikisinin ba xış la-

rı nı necə qaçırdığını gördüm; elə o zaman qərar verdim. 



FRANSUAZA SAQAN

128


On lar,  əlbəttə ki, haqlıdırlar, çıxıb getməliyəm. Özü də 

yu ban ma dan. Məsələ  nə vaxt gedəcəyimdə deyildi, mə-

sə lə hara gedəcəyimdə idi! Düzdür, məni narahat edən 

tək cə gedəcək sığınacağımın olmaması deyildi…. Əş ya la rı-

mı yığmalı olduğum haqda fikrin özü də içimi sil kə lə yir di.

– Mən tezliklə gəlib onu aparacağam, – növbəti ifa də-

ni, yəni «Əlvida! Hə, məsələ həll olunubdur!» sözlərini ta-

mamlamaq üçün qəti olaraq əlavə etdim.

Sanki, onlar bir qədər yüngülləşərək nəfəslərini dər di-

lər və bu, mənə çox ağır təsir etdi. Mən nə  işə düş müş-

düm belə?  Əlbəttə ki, Loransın etdiklərini bağışlamaq 

haq qın da söhbət belə gedə bilməzdi; pullarımı  əlim dən 

aldı, məni alçaltdı, sanki, onun qulluqçusu idim – hə mi şə 

məni gülünc vəziyyətə salırdı, daha nəyi de yim? Am ma 

bütün reaksiyalarımın ləng olduğu məni na ra hat edirdi; və 

bu nun səbəbini özümə qarşı hörmət his si min zəif lə mə sin-

də görürdüm. Hiss edirdim ki, buna bu də rə cə də so yuq-

qan lı yanaşmamalıyam. Həm də dünən, Balansların evin-

də artıq bütün silahlarımdan atəş açmışdım.  Şübhəsiz ki, 

uzun müddət gözləmək lazım gəlməyəcəkdi: qəzəb qa-

sır ğa sı nın üstümə hücuma keçməsi an məsələsi idi. Yaxşı 

olar dı ki, çılğınlıqdan, heç olmasa, öz-özümə hansısa til-

sim ləri pıçıldayaydım, amma dünənki hadisədən sonra 

bo ğa zım da qurumuşdu, sözümə qulaq asmaq istəmirdi. 

İçim Odilə, Koriolana və onun kimi bir çoxuna qarşı qeyri-

sə mi mi hisslərlə dolu idi. Onlar niyə belə tələsirdilər axı? 

Nə üçün mənə qarşı bu qədər tələbkar idilər? Əgər onlara 

qu laq assaydım, mənim rəftarım hər zaman – elə indi də 

qüsursuz dərəcədə təmiz olmalı idi; insan öz həyatını elə 

beləcə  zəhərləyir, bəzən hətta məhv də edir. Nə baş ve-

rir sə versin, mən özüm özümə nifrət etməkdən boyun 

qa çı rır dım; bağışlayın, məni bu kədərli və getdikcə daha 

da artan fərqli insanların dəstəsindən xilas edin; o insanlar 

mə nim timsalımda yalnız tüfeyli və gicbəsər birisini gö rür-

lər; əgər yer üzündə yalnız bir adamın mənə hörmət edə 

bi lə cə yi alnıma yazılıbsa, qoy elə həmin adam mən özüm 

olum.

Hələ yeddi il əvvəl Loransın atasının iddialarına gö rə, 



mən ona layiq deyildim. Mən isə elə o vaxt da bi lir dim 

ki,  əgər bir kişi cidd-cəhdlə qadınla məhəbbətlə  məş ğul 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə