«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə49/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   45   46   47   48   49   50   51   52   ...   212

FRANSUAZA SAQAN

150


edə bilər, onu isə məhz indi aldatmaq dəhşətli olardı. Di-

gər tərəfdən, götürməsəm, yenə də tələyə düşmüş ola ca-

ğam. Çünki Koriolanla məni səfalət gözləyəcəkdi, həm də 

heç kim bütün bu baş verənlərin nə ilə bitəcəyini bilmir. 

Əl bət tə, söhbət mənim pullarımdan gedirdi, amma onları 

Lo ran sın əlindən aldığıma görə özümü elə hiss edirdim ki, 

san ki, artıq mənə mənsub deyil. 

Beynimdə fikirlər bir-biri ilə toqquşur, bir-birinə qa rı şır-

dı. İçimdəki əxlaq qalıqları son nəfəsə qədər duy ğu la rım la 

vuruşdu. Loransın məndə yaratdığı dəhşət və mər hə mət-

qa rı şıq bir hiss çox pis məsləhətçi idi. Xüsusilə də nə zə rə 

alınsa ki, özümlə bu cür döyüşlərə adət et mə miş dim.

Elə bu səbəbdən də içimdə daha hündürdən çıxan və 

bir-birinə o qədər də zidd olmayan iki səsin söylədiyi kimi 

hə rə kət etməyim, fikrimcə, ən düzgün iş olacaqdı. Dilənçi 

və ziy yətinə düşməmək üçün çek kitabçasını götürüb ci-

bi mə soxdum, sonra Loransı qucaqlayıb ağrısı sakitləşsin 

de yə özümə sıxdım. İnsan təbiətinə bu hərəkətlərdən da-

ha uyğun, daha ağıllı və daha təbii olan nə ola bilərdi ki? 

– Oh, Vensan, – Lorans mənə  sığınaraq mızıldandı, – 

ba ğışla məni, bir də heç vaxt belə etməyəcəyəm; özü mü 

dəh şətli eqoist kimi aparmışam, sənə çox ziyan vur mu-

şam, səni alçaltmışam; mən hər şeyi sınaqdan çıxarırdım, 

bil mir dim ki, sənin bu sevimli, inam dolu təbəssümünü 

ne cə silim, bu laqeyd görünüşünü necə yox edim. Daha 

heç vaxt belə eləməyəcəyəm, söz verirəm, bir də heç 

vaxt… Mən səni xoşbəxt etməyə çalışacağam.

– Mən səndən bunu istəmirəm, – Loransın saçını tu-

mar laya-tumarlaya dedim, – bunu yox. Sadəcə, özün aza-

cıq xoşbəxt olmağa çalış, mənəsə balaca küçük ki mi ya-

naş ma. Yenidən sevimli ol, mülayim ol, yenidən meh ri ban 

ol. Əv vəllər indi olduğundan daha yaxşı idin.

O, demək olar, boğulurdu, sinəsindən qəribə  xırıltılı 

səs lər çıxırdı; başa düşmək çətin idi ki, yüngülləşdiyi üçün 

be lə edir, yoxsa bu, onun bir az əvvəl yaşadığı qorxu və 

kə də rin nəticəsidir. 

– Sənə and içirəm, – o deyirdi, – and içirəm. Nə üçün 

bu və ziyyətə düşdüyümü izah etməliyəm. Bilirsən, mən 

qor xur dum…

Lorans uzun və qəddar bir söhbətə başladı; əsl qorxu 

filmi idi və bu filmdə o, özünə acımırdı (mənə acımadığı 



BOYUNDURUQ

151


ki mi); bundan da açıq-aydın görünürdü ki, romanlarını 

hör mət dolu təəccüblə oxuduğum digər klassiklər kimi 

Ra sin də heç nəyi  şişirtmirmiş. Loransın hissləri isə dö-

zül məz dərəcədə  şişirdilmişdi. Bu qədər ehtirasın nədən 

qay naq lan dı ğını başa düşə bilmirdim; onda belə bir şe yin 

olma sı nı ehtimal etmək belə  çətin idi. Bütün bunlar ada-

ma elə  təsir bağışlayırdı ki, sanki, qayınatamın ocağına 

bir dən-birə poetik bir düha düşmüşdü. 

Bununla belə, Lorans nə qədər uzun danışırdısa, mən 

bir o qədər yaxşı başa düşürdüm ki, yeddi il ər zin də, sa-

də cə, onun hisslərinin passiv şahidi olmuşam; bu hiss ləri 

ya rat maq üçün heç nə etməmişəm, yalnız bağışlanmaz 

yel be yin liyimlə hər dəfəsində onları təhqir etmişəm. Düz-

dür, əslində, mən bu hissləri görə bilməmişdim, ona görə 

də onların əleyhinə də addım atmamışdım. 

İçimi başgicəlləndirici bir şəfqət hissi bürümüşdü, öz-

özü mü inandırırdım ki, mütləq ona kömək edəcəyəm; 

onu hər yerə özümlə aparacaqdım, hətta cıdıra belə… Ko-

rio lanla barışdıracağam; öz qüsurlarını  ələ salıb gülməyi 

və ehtirasları onu külə döndərməsin deyə istehzadan il-

dı rım ötürücüsü kimi istifadə etməyi öyrədəcəyəm. Onu 

qu ca ğım da yelləyə-yelləyə: «Zavallı Lorans, zavallı balam, 

mə nim zavallı qızcığazım» – deyirdim.

Bu qaranlıq otağın içində onun həddindən artıq zəh lə-

tö kən, dəlisov, eyni zamanda da kifayət qədər bayağı da-

nışığı çox acınacaqlı təsir bağışlayırdı; içimi bürümüş mər-

həmət hissi Loransa mənim üçün yeganə mümkün va si tə 

ilə məhəbbətimi sübut etməyə çağırırdı. Deyəsən, doğ ru-

dan da, bu, onu sakitləşdirdi.

Bədənimin coşqunluğuna və laqeydliyinə çaşıb-qal-

mışdım.

11

Yuxudan ayılanda birinci Loransın çiynini gördüm. Elə 

o dəqiqə  də onun zərif dərisinin,  ətrinin qoxusunu duy-

dum; rahatlıq və məmnunluq hissi bütün bədənimi do laş-

dı; yerə atılıb qalmış  şalvarımın cibindəki  əzilmiş, am ma 

imzalanmış çeklər haqqında fikirləşəndə bu hiss bir az da 

çoxaldı… Bu qadının mənəvi sakitliyi, Koriolanın xoş bəxt-



FRANSUAZA SAQAN

152


liyi, mənim isə müstəqilliyim ayaqlarımın altına – palazın 

üs tü nə atılıb qalmışdı. 

Zavallı Lorans. O, yuxuda da mənə sığınmışdı, de yə-

sən, ruhunu incidən tikan və dişləri, müvəqqəti də olsa, 

yad dan çıxartmışdı. Öz-özümə onun məkrli mübtəlalığını 

tə min etmək, ya da yüngülləşdirmək üçün əlimdən gələn 

hər şeyi edəcəyimə dair söz verdim. Pis bir şey yaşamağı, 

ya da onun yerində olmağı  qətiyyən arzulamazdım. Hə-

lə lik sə arvadımın sifətini diqqətlə  nəzərdən keçirirdim. 

Onun xəyalpərəstlərə  məxsus enli alnı,  şöhrətpərəstlərə 

məx sus hündür almacıq sümüyü vardı; iradəli üst və həs-

sas alt dodaqları müasir qadınların böyük əksəriyyəti üçün 

xa rak terik olan ikitirəlikdən xəbər verirdi. Əgər gündəlik 

vər dişlərini mənəvi tələblərlə, şıltaqlıqlarını isə borcları ilə 

qa rışdırmasaydı, həyat onun üçün daha asan olardı. Hə-

lə liksə ehtiraslarına göz yumması və bütün dünyaya zülm 

etməyə son qoyması daha yaxşı idi. O, əsəblərimi əməl li-

başlı pozmuşdu, bu mübahisələrdən, sadəcə, ürə yim bu-

la nır dı. Qapının o üzündə  məni istehza dolu at ma ca ların 

göz lə diyi üçün heç də vəcdə gəlmirdi. Yox, bizim ikimizə 

bir lik də hansısa qərarlar qəbul etmək, hətta «pozulmaz 

qə rar lar» qəbul etmək olmazdı.

Ağlıma gələn gözəl planlardan həvəslənərək çar pa yı-

dan atılıb düşdüm, qəti addımlarla yenidən «bizim» olan 

ya taq otağını adlayıb təmiz hava almaq üçün pəncərəyə 

tə rəf getdim. Pəncərəni yarıaçıq qoydum, sonra eh ti ram-

la Lorans «ana»nın göstərişlərinə  əməl edərək ya 

ta ğı ma 

qayıtdım və adyalı çiyinlərimə qədər çəkdim. O, göz lə ri ni 

açdı, kirpiklərini qırpdı, məni tanıdı və öpüş üçün do daq-

la rı nı uzadaraq dartındı (içimdə hansısa səs, bi 

vaxt olsa 

da, çir kin bir söyüş söydü). Onu tələm-tələsik öpüb stu di-

ya ma yol lan dım. On iki saat əvvəl birdəfəlik tərk etdiyimi 

dü şün dü yüm çarpayıma atılıb yenidən tək qaldığım üçün 

məm nun- məm nun yayxandım. Məndə müəyyən vərdişlər 

çox tez bir zamanda formalaşmışdı, onlardan eyni tez lik lə 

yaxa qurtarmaq, deyəsən, çətin olacaqdı. Qəpik-qu ruş su-

zun yanına pul üçün getdiyim gündən cəmi bir həf tə keç-

miş di. Zaman ildırım sürəti ilə axırdı; ağacları  və  ağılları 

kü lə çevirən,  şabalıd ağaclarını  və ürəkləri isə boş qoyan 

il dı rım… (bəzən daxilimdə boşboğazlıq edən birinin səsini 

açıq-aydın duyurdum). 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə