«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə51/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   47   48   49   50   51   52   53   54   ...   212

FRANSUAZA SAQAN

156


Fortepianoya tərəf çevrilərək, musiqimi ləng Latın 

Ame rikası sambası üslubunda ifa etdim; bilirdim ki, bu 

sam ba onun xoşuna gəlir. 

– Kimindir? – onun nəfəsi boynuma toxundu.

Geri çevrilmədən cavab verdim:

– Özün tap! Bu, sənin  ən sevimli bəstəkarınındır, 

əzizim. 

Yalnız beş-altı saniyədən sonra araya çökmüş sükutun 

hələ də pozulmadığının fərqinə varıb geri çevrildim. Onun 

si fətinin necə ölgünləşdiyini gördüm, başa düşdüm ki, bu 

qorxunc sözləri dodaqaltı  mızıldaya-mızıldaya mənə ya-

xın laş mamışdan əvvəl artıq hər şey bitib:

– Sən hələ dünən bu barədə bilirdin, düzdür? Ona gö-

rə  cə sarətlənmişdin?! Pulsuz qalmayacağına, ye ni dən pul 

qa za nacağına əmin idin? Ona görə çıxıb get mə yə ha zır la-

şır dın?!. Hə, əlbəttə, axı daha mənə eh ti yac yoxdur… Am-

ma ümumi hesab üçün yazılmış çeki görəndə, hər halda, 

tə rəd düd etdin, «Ah, necə  də heyif!» fikirləşdin! Mən isə 

sə nin bu cür cəsarətlənməyinin səbəbini başa düşə bil mir-

dim; heç cür başa düşə bilmirdim!

Bu dəfə  mən ayağa qalxdım. Öz fortepianomun ya-

nın da dayanmışdım; özümü itirmiş halda ona baxırdım. 

Sa də cə, özümü itirmişdim, başqa heç bir şey. Bu isə onu 

özün dən daha çox çıxartdı: tələsik addımlarla for te pia no-

nun yanına gəldi, yumruqları ilə klavişləri döyəcləməyə, 

dır naq ları ilə onları cızmağa başladı:

– Sən özünü belə hiyləgər hesab edirsən, hə? O 

zaman bax… sənə bir şey deyəcəyəm:  əgər bu lənətə 

gəlmiş musiqi keçərsə, sənin üçün daha yaxşı! Ona görə 

ki, çek, mənim sənə dünən verdiyim bu bədnam çek… 

Mən onu şikayət edib ləğv edəcəyəm, axmaq! Ümumi 

he sab dan olan çeki ləğv etdikdə isə bu, elə  də asanlıqla 

ötüş mür. Sən isə elə bildin ki, bir gecəyə milyon dollar 

ve rir lər sə, deməli, canfəşanlıq etmək olar? Özünü çox bil-

miş hesab edirsən? Məni isə axmaq, axmaq, axmaq?!

O getdikcə daha bərkdən bağırırdı: «Axmaq, axmaq…» 

cır-cır çığırır, yarıçılpaq halda ora-bura vurnuxurdu; o, iy-

rənc idi. Onu bir daha görməmək üçün dəhlizə qaçdım. 

İn di nə pis niyyətdən, nə axmaqlıqdan, nə qəddarlıqdan, 

nə də hansısa abstraksiyadan qaçıb qurtulmağa çalışırdım; 




BOYUNDURUQ

157


mən yarımağıllı bir qadından qaçırdım; o qadın məni sev-

mir və həddindən artıq bərk bağırırdı.

Qapının ağzında çamadanlarımı qapıb maşına atdım 

və yola düşdüm. On dəqiqədən sonra artıq Port d’Orlean 

is ti qa mətində Parisdən çıxırdım. 

Şəhərətrafında gözəl idi, yaşıllıq idi, əsl Pisarro; və 

mən bütün şüşələri aşağı salaraq nəm oktyabr torpağının 

qo xu su nu ciyərlərimə  çəkirdim. Hələ beş min frankım 

qa lır dı: çalışaram onları bir az gec xərcləyim ki, yollarda 

da ha çox dolaşa bilim. Son suya qədər bütün pullarımı 

xərc lə dikdən sonra Koriolanı taparam. Hələliksə havamı 

də yiş məliyəm.

Saat ona yaxın günəş buludların arxasından gö rün dü; 

fikirləşdim ki, əgər musiqim uğurlu olarsa və var la na ram-

sa, özümə üstüaçıq maşın alacağam. Saat on birdə Sansa 

ət ra fında idim; radioda dinlədiyim caz konserti bitdi. Öz 

ye ni melodiyamı fitlə çalmaq istədim, amma xatırlaya bil-

mə dim. Nə  qədər çalışdımsa-çalışım,  əbəs idi; o zaman 

Ko rio lana zəng etdim: o, harasa çıxmışdı. Nəhayət ki, 

me lo di ya nı neçə-neçə not vərəqinə köçürüb studiyada 

giz lət di yimi xatırladım və Odilə zəng etmək qərarına gəl-

dim; o, mövzunu mənə oxumaq üçün solfeciodan ye-

tə rin cə baş  çıxarırdı. Odil uzun müddət telefona yaxın 

gəl mədi, dəstəyi qaldıranda isə hönkürtüsündən uzun 

müd dət onun nə dediyini başa düşə bilmədim; sonra an-

la dım ki, sən demə, mən çıxıb gedən kimi Lorans pən-

cə rə dən özünü atmış və ölümcül əzilmişdi. Amma özünü 

at ma mışdan əvvəl əyninə daha münasib bir ev paltarı ge-

yin mə yə imkan tapmışdı.

Şose şütüyən maşınlarla dolu idi. Maşını çətinliklə dön-

də rib Parisə yola düşdüm. Yarıyolda musiqimi xa tır la dım. 

Ras pay bulvarına çatana qədər fitlə elə hey onu ça lır dım.





 

D O L A N B A C   Y O L L A R L A

(roman)

Labor omnia vincit improbus.

 Virgile

Gərgin əmək hər şeyə qalib gəlir.

Vergili, «Georgiklər», I, 145

İyunda biçənləri tufan gözləyir.

Qədim boseron atalar sözü

Oğlum Deniyə



DOLANBAC YOLLARLA

161


Qırxıncı ilin gözəl iyun günəşinin  şüaları altında par-

la yan «Çenard-volker» arxada və qarşıda gedən, aradabir 

isə onu keçən, gurultu salmış tozlu avtomobil yığınında 

əməl li-baş lı seçilirdi. Maşın karvanı daralmış  şose ilə ya-

vaş-ya vaş irəliləyirdi. Yol boyunca cansız, bozarmış ağac-

lar sı ra lan mışdı; aradabir isə coşqun bir çılğınlıqla hay-küy 

sal mış «yunkers» pulemyotlarının səsi eşidilirdi.  İlin bu 

vax tı üçün adi olan günəş də elə bu cür şiddətli şaxıyırdı; 

on la rın çılğınlığı dincəlmək bilmirdi. 

– Doğrudan da, elə bil, Fransanın avtomobil parkının 

tul lan tı ları arasına düşmüşük, – maşının arxa oturacağında 

əy ləş miş  sərnişinlər içərisində  ən gənci və  bəlkə  də,  ən 

sno bu olan Bryuno Delor dilləndi.

– Təbii! Bütün normal adamlar hələ  səkkiz gün əvvəl 

bu ra dan çıxıb gediblər, – dörd nəfər arasında ən yaşlı, ən 

var lı, eyni zamanda da ən hökmlü olanı – Diana Lessinq 

onun sözünü ağzındaca qoydu.

Bu nizamsız qaçışın içərisində belə bir arxayın gəzinti 

onu özündən çıxarırdı.  Əgər Bayreyt

1

 teatrında ifa edilən 



uver tü ra ya gecikmiş olsaydı,  ən azından bu qədər  əsə bi-

lə şə bilərdi; elə bu səbəbdən də onun səsi getdikcə daha 

acıq lı çıxırdı.

– Hə, doğrudan da, gözəl həftə oldu! – Orsa sa hil lə-

rin də otuz ildən artıq xarici işlər nazirliyinin attaşesi iş lə-

miş – bu da, təbii ki, ona söhbətə qarışmaq hüququ ve-

rir di – Loik Lermit əlavə etdi. O, paytaxtdan qaçışlarını 

«tak ti ki ge 

diş» adlandırırdı; adətən, söhbət edərkən hər 

cür me yar dan istifadə etməyə üstünlük verirdi, təki mə nə-

vi-əx la qi mülahizələr olmasın. 

– Bütün bunlar mənə görə oldu! – dördüncü sərnişin, 

iyirmi yeddi yaşlı Lyus Ader inildədi; onun varlı və çoxdan 

yoxa çıxmış  əri vardı, bu isə Bryuno Delora artıq iki ildir 

onun məşuqu olmağa imkan verirdi.

Lyusun elə bu günlərdə appendisitini kəsmişdilər. 

Onun yaşı üçün yetərincə yersiz əməliyyat idi, xüsusilə də 

nəzərə alsaq ki, bu əməliyyat 1940-cı ilin iyununda edil-

1

 Rixard Vaqnerin əsərlərinin ifa edilməsi üçün 1876-cı ildə Bay-



reyt də yaradılmış teatr (Bavariya).


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə