FRANSUAZA SAQAN
156
Fortepianoya tərəf çevrilərək, musiqimi ləng Latın
Ame rikası sambası üslubunda ifa etdim; bilirdim ki, bu
sam ba onun xoşuna gəlir.
– Kimindir? – onun nəfəsi boynuma toxundu.
Geri çevrilmədən cavab verdim:
– Özün tap! Bu, sənin ən sevimli bəstəkarınındır,
əzizim.
Yalnız beş-altı saniyədən sonra araya çökmüş sükutun
hələ də pozulmadığının fərqinə varıb geri çevrildim. Onun
si fətinin necə ölgünləşdiyini gördüm, başa düşdüm ki, bu
qorxunc sözləri dodaqaltı mızıldaya-mızıldaya mənə ya-
xın laş mamışdan əvvəl artıq hər şey bitib:
– Sən hələ dünən bu barədə bilirdin, düzdür? Ona gö-
rə cə sarətlənmişdin?! Pulsuz qalmayacağına, ye ni dən pul
qa za nacağına əmin idin? Ona görə çıxıb get mə yə ha zır la-
şır dın?!. Hə, əlbəttə, axı daha mənə eh ti yac yoxdur… Am-
ma ümumi hesab üçün yazılmış çeki görəndə, hər halda,
tə rəd düd etdin, «Ah, necə də heyif!» fikirləşdin! Mən isə
sə nin bu cür cəsarətlənməyinin səbəbini başa düşə bil mir-
dim; heç cür başa düşə bilmirdim!
Bu dəfə mən ayağa qalxdım. Öz fortepianomun ya-
nın da dayanmışdım; özümü itirmiş halda ona baxırdım.
Sa də cə, özümü itirmişdim, başqa heç bir şey. Bu isə onu
özün dən daha çox çıxartdı: tələsik addımlarla for te pia no-
nun yanına gəldi, yumruqları ilə klavişləri döyəcləməyə,
dır naq ları ilə onları cızmağa başladı:
– Sən özünü belə hiyləgər hesab edirsən, hə? O
zaman bax… sənə bir şey deyəcəyəm: əgər bu lənətə
gəlmiş musiqi keçərsə, sənin üçün daha yaxşı! Ona görə
ki, çek, mənim sənə dünən verdiyim bu bədnam çek…
Mən onu şikayət edib ləğv edəcəyəm, axmaq! Ümumi
he sab dan olan çeki ləğv etdikdə isə bu, elə də asanlıqla
ötüş mür. Sən isə elə bildin ki, bir gecəyə milyon dollar
ve rir lər sə, deməli, canfəşanlıq etmək olar? Özünü çox bil-
miş hesab edirsən? Məni isə axmaq, axmaq, axmaq?!
O getdikcə daha bərkdən bağırırdı: «Axmaq, axmaq…»
cır-cır çığırır, yarıçılpaq halda ora-bura vurnuxurdu; o, iy-
rənc idi. Onu bir daha görməmək üçün dəhlizə qaçdım.
İn di nə pis niyyətdən, nə axmaqlıqdan, nə qəddarlıqdan,
nə də hansısa abstraksiyadan qaçıb qurtulmağa çalışırdım;
BOYUNDURUQ
157
mən yarımağıllı bir qadından qaçırdım; o qadın məni sev-
mir və həddindən artıq bərk bağırırdı.
Qapının ağzında çamadanlarımı qapıb maşına atdım
və yola düşdüm. On dəqiqədən sonra artıq Port d’Orlean
is ti qa mətində Parisdən çıxırdım.
Şəhərətrafında gözəl idi, yaşıllıq idi, əsl Pisarro; və
mən bütün şüşələri aşağı salaraq nəm oktyabr torpağının
qo xu su nu ciyərlərimə çəkirdim. Hələ beş min frankım
qa lır dı: çalışaram onları bir az gec xərcləyim ki, yollarda
da ha çox dolaşa bilim. Son suya qədər bütün pullarımı
xərc lə dikdən sonra Koriolanı taparam. Hələliksə havamı
də yiş məliyəm.
Saat ona yaxın günəş buludların arxasından gö rün dü;
fikirləşdim ki, əgər musiqim uğurlu olarsa və var la na ram-
sa, özümə üstüaçıq maşın alacağam. Saat on birdə Sansa
ət ra fında idim; radioda dinlədiyim caz konserti bitdi. Öz
ye ni melodiyamı fitlə çalmaq istədim, amma xatırlaya bil-
mə dim. Nə qədər çalışdımsa-çalışım, əbəs idi; o zaman
Ko rio lana zəng etdim: o, harasa çıxmışdı. Nəhayət ki,
me lo di ya nı neçə-neçə not vərəqinə köçürüb studiyada
giz lət di yimi xatırladım və Odilə zəng etmək qərarına gəl-
dim; o, mövzunu mənə oxumaq üçün solfeciodan ye-
tə rin cə baş çıxarırdı. Odil uzun müddət telefona yaxın
gəl mədi, dəstəyi qaldıranda isə hönkürtüsündən uzun
müd dət onun nə dediyini başa düşə bilmədim; sonra an-
la dım ki, sən demə, mən çıxıb gedən kimi Lorans pən-
cə rə dən özünü atmış və ölümcül əzilmişdi. Amma özünü
at ma mışdan əvvəl əyninə daha münasib bir ev paltarı ge-
yin mə yə imkan tapmışdı.
Şose şütüyən maşınlarla dolu idi. Maşını çətinliklə dön-
də rib Parisə yola düşdüm. Yarıyolda musiqimi xa tır la dım.
Ras pay bulvarına çatana qədər fitlə elə hey onu ça lır dım.
D O L A N B A C Y O L L A R L A
(roman)
Labor omnia vincit improbus.
Virgile
Gərgin əmək hər şeyə qalib gəlir.
Vergili, «Georgiklər», I, 145
İyunda biçənləri tufan gözləyir.
Qədim boseron atalar sözü
Oğlum Deniyə
DOLANBAC YOLLARLA
161
Qırxıncı ilin gözəl iyun günəşinin şüaları altında par-
la yan «Çenard-volker» arxada və qarşıda gedən, aradabir
isə onu keçən, gurultu salmış tozlu avtomobil yığınında
əməl li-baş lı seçilirdi. Maşın karvanı daralmış şose ilə ya-
vaş-ya vaş irəliləyirdi. Yol boyunca cansız, bozarmış ağac-
lar sı ra lan mışdı; aradabir isə coşqun bir çılğınlıqla hay-küy
sal mış «yunkers» pulemyotlarının səsi eşidilirdi. İlin bu
vax tı üçün adi olan günəş də elə bu cür şiddətli şaxıyırdı;
on la rın çılğınlığı dincəlmək bilmirdi.
– Doğrudan da, elə bil, Fransanın avtomobil parkının
tul lan tı ları arasına düşmüşük, – maşının arxa oturacağında
əy ləş miş sərnişinlər içərisində ən gənci və bəlkə də, ən
sno bu olan Bryuno Delor dilləndi.
– Təbii! Bütün normal adamlar hələ səkkiz gün əvvəl
bu ra dan çıxıb gediblər, – dörd nəfər arasında ən yaşlı, ən
var lı, eyni zamanda da ən hökmlü olanı – Diana Lessinq
onun sözünü ağzındaca qoydu.
Bu nizamsız qaçışın içərisində belə bir arxayın gəzinti
onu özündən çıxarırdı. Əgər Bayreyt
1
teatrında ifa edilən
uver tü ra ya gecikmiş olsaydı, ən azından bu qədər əsə bi-
lə şə bilərdi; elə bu səbəbdən də onun səsi getdikcə daha
acıq lı çıxırdı.
– Hə, doğrudan da, gözəl həftə oldu! – Orsa sa hil lə-
rin də otuz ildən artıq xarici işlər nazirliyinin attaşesi iş lə-
miş – bu da, təbii ki, ona söhbətə qarışmaq hüququ ve-
rir di – Loik Lermit əlavə etdi. O, paytaxtdan qaçışlarını
«tak ti ki ge
diş» adlandırırdı; adətən, söhbət edərkən hər
cür me yar dan istifadə etməyə üstünlük verirdi, təki mə nə-
vi-əx la qi mülahizələr olmasın.
– Bütün bunlar mənə görə oldu! – dördüncü sərnişin,
iyirmi yeddi yaşlı Lyus Ader inildədi; onun varlı və çoxdan
yoxa çıxmış əri vardı, bu isə Bryuno Delora artıq iki ildir
onun məşuqu olmağa imkan verirdi.
Lyusun elə bu günlərdə appendisitini kəsmişdilər.
Onun yaşı üçün yetərincə yersiz əməliyyat idi, xüsusilə də
nəzərə alsaq ki, bu əməliyyat 1940-cı ilin iyununda edil-
1
Rixard Vaqnerin əsərlərinin ifa edilməsi üçün 1876-cı ildə Bay-
reyt də yaradılmış teatr (Bavariya).
Dostları ilə paylaş: |