«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə47/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   43   44   45   46   47   48   49   50   ...   212

FRANSUAZA SAQAN

144


caq san… mən isə burada oturub saatlarla səni gözləməli 

olu ram; boş-boşuna gözləməmək üçün məcbur qalıram 

ki, evdən çıxıb gedim… sən isə elə bilirsən ki, özüm bu nu 

is tə yirəm?! Axı mənə əzab verirsən, Vensan! Bu gün lər ər-

zin də mənə əzab verirsən… xüsusilə də bütün bu həftəni... 

Düz bir həftədir yatmıram… az qala, adımı da yaddan çı-

xar tmı şam...

Mən özümü itirmişdim, key-key ona baxırdım. Ada-

ma elə  gəlirdi ki, o səmimidir və  əsəb partlayışının cəmi 

bir ad 


dımlığında dayanıb. Onun qarışıq fikirləri ilə bağlı 

mü ba hisə etməyə çalışmadan dərhal çıxıb getmək lazım 

idi; on 

suz da, bu işin öhdəsindən gələ bilməyəcəkdim, 

biz, sa dəcə, bir-birimizə əzab verəcəkdik… yəni, onsuz da, 

hər şey faydasız idi…

– Yaxşı, – ayağa qalxdım, – yaxşı, qoy mən günahkar 

olum. Bağışla. İndi isə gedirəm.

– Yox, yox!

Lorans çarpayının üstündə dikəldi və kobud bir hə rə-

kət lə qolumdan yapışdı; o, demək olar, yıxılırdı, eyni za-

man da da irəli atılmağa hazır idi; elə  mənasız və elə gü-

lünc görünürdü ki… bütün bunlara sakitcə tamaşa etmək 

be lə dözülməz idi. 

Mən birdən-birə sakitləşdim.  İndi onun timsalında 

keç miş arvadımı, düşmənimi, xüsusilə  də yad bir ada-

mı yox, yalnız və yalnız qorxunc nevrastenik qadın gö-

rür düm; və bu qa dın dan tez bir zamanda canımı qur ta rıb 

qaç  ma lı idim. O, yavaş-yavaş barmaqlarını ara la yıb qo lu-

mu bu 


rax dı, sanki, mən hiyləgərlik etməyə ha 

zır la şır mı-

şam. Son ra arxası üstə yıxıldı, yanaqları allandı, mən yal nız 

in di başa düşdüm ki, bu ana qədər o, necə də solğun imiş.

– Aman Allah… – dedi, – sən məni qorxutdun…

Onun gözlərindən yaşın necə axdığına dəhşət içə ri-

sin də baxırdım; daha bir leysan… pəncərə arxasında hay-

küy salmış o leysan kimi bu da təbii idi; indi onun sifəti 

ey bə cər hala düşəcək, o, dodaqlarını dişləyəcək, üzünü 

əl lə ri arasında gizlədəcək və hönkürtüdən boynunun ar-

dıy la çiyinləri silkələnəcəkdi.

– Axı  sən haradaydın? Nə  işlə  məşğul idin? Üç gün-

dür mən nə ölüyəm, nə diri, bu lap dəhşətdir! Ah, Ven-

san, bu dəhşətlidir! Harada idin? Sənin harada olduğunu 




BOYUNDURUQ

145


fi kir ləşməkdən  əldən düşmüşdüm. Elə hey öz-özümdən 

so ru şur dum: «Haradadır? Neyləyir? Nə istəyir?» Dəh şət dir! 

Am ma neyləmək olar, Vensan? Bu əhvalat çox iy rənc dir.

Mən məyus və laqeyd gözlərlə ona baxırdım. Göz ya-

şı tökən qadını görən hər bir nəzakətli kişi kimi əlimi onun 

çi yinlərinə  tərəf uzatdım, amma vaxtında ayıldım.  İndiki 

mə qamda ona toxunmaq, onu qucaqlamaq qəddarlıq 

olar dı. Lorans özündə deyildi; o, hər şeyi yanlış görür, id-

ra kı dərk etməkdən imtina edirdi; onun ruhu susur, göz lə-

ri isə görmürdü; və yeni yanlışlıqlar üçün ona bəhanə ver-

mək olmazdı. 

Nəhayət, mən onun dodaqaltı nə mızıldandığını başa 

düş düm.

– Axı sən hara gedəcəksən? Əlindən nə gəlir ki? Heç 

bir şey… sən heç bir iş bacarmırsan. Bu necə də iyrəncdir… 

Bir az pul tapan kimi məni atmaq istəməyin… Heç bu ba-

rə də fikirləşmisən? Hamının gözündə alçaq adam kimi 

gö rü nə cəksən. Heç yerdə özünə yer tapa bilməyəcəksən, 

heç kim sənə kömək etməyəcək. Bəs sənin aqibətin necə 

ola caq? – o, elə bir səmimi həyəcanla danışırdı ki, az qala, 

qəh qəhə çəkib güləcəkdim. 

– Tamamilə mümkündür… amma kimdir günahkar? 

O, çiyinlərini çəkdi, sanki, bu sual cavabı verilməli 

olan ən son sual, ən mənasız xırdaçılıq idi. 

– Kimin günahkar olması vacib deyil, – dedi, – amma 

hə qi qət budur. Sən aclıqdan, soyuqdan öləcəksən… ney lə-

yə cək sən?

– Bilmirəm, – əminliklə dedim, – hər halda, geri qayıt-

ma yacağam.

– Bilirəm, – o, pıçıltı ilə söylədi, – bilirəm ki, geri qa-

yıt  ma  ya caqsan… bu, dəhşətdir. Yeddi ildir sənin çıxıb ge -

də cə yi ni gözləyirəm; yeddi ildir hər səhər hələ də bu ra  da 

olub-olmadığına baxıram; hər gecə yanımda ya tıb-yat  ma -

dı ğı nı yoxlayıram; yeddi ildir yalnız bu qorxu ilə ya  şa  yı-

ram… və budur o, budur! Aman Allah, bu, mümkün de  yil! 

Sən heç bir şey dərk etmirsən!

Sonuncu cümləsi elə  təbii səsləndi ki, maraqla ona 

bax dım. O, ağlamaqdan  şişib qızarmış gözlərini qaldırdı, 

si fə ti tanınmaz hala düşmüşdü; mən Loransı hələ heç vaxt 

be lə görməmişdim.




FRANSUAZA SAQAN

146


– Ah, Vensan, sən belə sevməyin nə demək olduğunu 

bil məzsən… Bəxtin gətirib ki, bilmirsən… bəxtin gətirib! – 

o, yenə  də  təkrarladı. – Bunun nə demək olduğunu bil-

mirsən…


O, bu sözləri tamam başqa səslə deyirdi; bütün qor-

xu suna baxmayaraq, səsi mənim qulaqlarımda bir qədər 

uzaq, həm də qəzəbsiz cingildəyirdi; həm də göründüyü 

kimi, elə  də  «şəxsi kədər»lə dolu deyildi. Sanki, o, mənə 

ba şı na gələn hansısa hadisədən danışır və bu işdə mənim 

mə su liyyət daşımadığımı söyləyirdi. Bunu başa düşdüyüm 

an ürəyim sızıldadı, elə bil, Lorans mənə xərçəngə, ya da 

baş qa bir sağalmaz xəstəliyə düçar olduğunu söyləmişdi.

– Sənə elə gəlmir ki, bir az şişirdirsən? – dedim, – bi-

lir sən ki, mənim yerimdə başqa biri də ola bilərdi.

O, yenə də mənə baxıb sifətini əlləri ilə örtdü.

– Hə, amma bu sənsən, sən… və sözlər heç bir şeyi 

də yi şə bilməz. Bu sənsən… Heç nə eləmək mümkün de-

yil… sən çıxıb gedirsən! Mən bunu istəmirəm, mümkün 

de yil, Vensan, başa düş, mümkün deyil: mən ölərəm. 

Qal ma ğın üçün həddindən artıq uzun müddət mübarizə 

apar mı şam,  əlimdən gələn hər  şeyi etmişəm; hətta ola 

bilsin ki, im kanımdan da artığını…  Əgər qəfəsim olsaydı, 

sə ni onun içi nə salardım; əgər qumbaram olsaydı (yadro), 

sə ni ona bu xov la yar dım… bir daha belə  əzab çəkməmək 

üçün səni divara qoyub hörərdim, təki bilim ki, gecə  də, 

gün düz də buradasan, heç yerə getməyəcəksən; mən nə 

de sən, eləyə bilərəm!

– Elə buna görə  də  çıxıb gedirəm, – bir az qorxmuş 

hal da dedim, – məhz buna görə, mənim zavallım, – çox 

gü man ki, ona yazığım gəldiyi üçün sonuncu söz özüm 

də bilmədən dilimdən çıxmışdı. Artıq söhbət nə Loransla 

Ven san, nə  də onların artıq köhnəlmiş  əhvalatları haqda 

ge dir di; məhəbbət və ehtiras adlanan ciddi və köhnə bir 

prob lem lə param-parça olmuş kişi ilə qadından gedirdi. 

Mən bu fərqi tutan kimi bir az özümə gəldim.

– Sən məni sözün həqiqi mənasında sevmirsən, – de-

dim, – insan sevdiyinə yalnız yaxşılıq arzulayır, onun xoş-

bəxt olmasını istəyir. Sən isə  məni ancaq və ancaq öz 

ya nın da saxlamaq istəyirsən… özün belə dedin. Mənim 

xoş bəxt olub-olmadığım isə heç vecinə də deyil.




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə