«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə50/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   46   47   48   49   50   51   52   53   ...   212

BOYUNDURUQ

153


Bununla belə, bu dustaqxanadan sağ-salamat və yaxşı 

əh va li-ruhiyyədə qurtarmağım möcüzə idi: sanki, uğurlu 

bir  əməliyyatdan sonra ayaqlarımda da, başımda da xoş 

bir gi zilti hiss edirdim; hərəkət etməyə çalışır, bivaxt şad-

ya na lıq edir və heç cür yuxuya gedə bilmirdim.

Ayağa qalxıb gözəl fortepianomun yanına getdim; 

o, bütün bu qeyri-adi həftənin konkret və ən ciddi izi idi; 

qey ri-ixtiyari öz məşhur akkordumu yığdım.

Onun ardınca yenə  də qeyri-ixtiyari on iki not gəldi; 

mən onları bir dəfə çaldım, ikinci, üçüncü dəfə yenə çal-

dım… ta ki onların haradan, kimin səsindən və  nə üçün 

gəl məsi sualı məni düşündürənə qədər…

Hər  şey  əbəs idi. Mən bu mövzu üzərində rok, pop, 

slou üslubunda improvizə edir, caz və vals ritmində  nə-

sə  dınqıldadırdım; onun üçün fransız, ingilis, ispan di-

lin də sözlər seçdim; onu eşitdiyim filmi xatırlamağa ça-

lış dım… amma bu musiqi məşhur müğənnilərdən heç 

bi ri nin səsinə yatmırdı; orkestrdə  səslənməmişdi, yad da-

şı mın hansısa xəlvət guşəsində  də onun izinə rast gəl-

mə dim. Heç bir iz… O zaman yenidən notlara mü 

ra ciət 

et dim, onların öz-özlüyündə necə  səsləndiyinə diq 

qət lə 

qu laq asdım. Onları birlikdə çalır və  hər birinin əv vəl cə 



öz yerində, sonra isə bir-birinə qarışaraq necə hay ver-

di yi ni dinləyirdim. Onlara uyğun gələn digər not 

la rı da 

işə saldım; sanki, hər biri öz-özünə yaranan və  nəğ mə, 

melodiya, bəlkə də, mahnı olacaq bu parça üçün o qə dər 

vacib idi ki… İndi mənə yalnız və yalnız onu not dəf tə ri mə 

kö çür mək qalırdı – bu gözəl, cəzbedici və  zərif, ey ni za-

man da da həm sevincli, həm də  kədərli bir səs uy ğun lu-

ğu nu… demək olar ki, təsvirəgəlməz melodiyanı.

Bu musiqinin mənim, mənim, mənim… başqa heç ki-

min yox, mənim olduğunu danmağa cəsarət edən is tə ni-

lən adamı o dəqiqə öldürərəm!.. 

İndi cibimdən çekləri çıxarıb pəncərədən tullaya bi-

lər dim, daha onların  əhəmiyyəti yox idi. Artıq etdiyimiz 

mü ba hi sələr də  mənə qaçılmaz, amma ibrətamiz za ra fat 

kimi görünürdü; bu zarafat yalnız ona görə belə dra ma tik 

səslənirdi ki, indi çaldığım on iki not heç cür ifa də olu na 

bil mə mişdi… Amma… bəlkə  də, onlar bu əzab ve ri ci  əh va-

lat la rın nə ticəsində yaranmışdı? Ya da onun nəticəsində 



FRANSUAZA SAQAN

154


ki… Bil mirəm… Yalnız bir şeyi bilirdim: budur, onlar mənim 

qarşımdadır və  mən yorulmadan onları çalırdım; özü də 

get dikcə daha bərk və daha bərk çalırdım; yəqin, artıq bü-

tün evi yuxudan qaldırmışdım. Amma otağıma heç kim 

gəl mə mişdi. Lakin bu, mənim xoşbəxtliyim idi, çün ki şad-

ya nalıq edirdim və adətən, belə olanda ifadə et di yim hiss-

lər sevincli bir azğınlığa daha çox bənzəyirdi; həm də bu 

cür sevinəndə heç bir müdaxiləyə tab gətirə bil məz dim.

Bütün melodiya yalnız bir akkorddan axıb tökülürdü 

– son dörd gündə özümdən asılı olmadan elə hey çal dı-

ğım qəribə  və yaxamdan əl çəkməyən o akkorddan; elə 

Ko riolan da məndən inadla soruşurdu ki, bu musiqi ha ra-

dan dır, mən isə ona düz-əməlli cavab da verə bilmirdim. 

Heç ağlıma da gəlməzdi ki, bu üç notun ardınca başqa 

not lar gələcək; öz-özünə, on iki, ya da on üç bacı… Bu 

oy naq, planlaşdırılmış musiqi aranjiman edilmiş müa 

sir 

mu siqilərin yırtıq, hoppanıb-düşən ritmlərini də, for te pia-



no improvizələrinin naz-qəmzəsini də alt-üst edə bi lər di. 

Mən onun əsasını qeyd etmişdim, leytmotivin not 

la rını 

bi ri ni o birinin ardınca seçə-seçə, ard-arda on 

lar ca dəfə 

ça la-çala, hər dəfəsində də onların bir-biri ilə həm rəy li yin-

dən zövq ala-ala etmişdim bunu. 

Giriş hissəsini iki dəfə  tətbiq edəcəyəm, sonra klar-

net, saksafon, fortepiano və gitara başlayacaq və nə ha yət

sakit bir səs eşidiləcək – canlı insan səsi; bu mah nı üçün 

hamının eşidən kimi tanıya biləcəyi ağır bir tembr la zım-

dır. Bu musiqi insanın canına sevincqarışıq bir təəs süf gə-

ti rir di. Əlbəttə, bəstəkar uğurunun əsl mahiyyətinin nə dən 

iba rət olduğunu ağlıma belə  gətirmirdim; amma bi lir dim 

ki, bu musiqini eşidən kimi insanlar hələ gənc və aşiq ol-

duq la rı vaxt onun necə çalındığını, sədaları altında necə 

rəqs etdiklərini, səsləndiyi vaxt Tanrının onlara qarşı  hələ 

xeyir xah olduğunu xatırlayacaqdılar. Bu musiqidə bütün 

bu  şeylərin hamısı var idi. Görəsən, onu «təəssüflərin se-

vin ci» adlandırmaq olardımı? Nə  fərqi vardı?..  Əsas odur 

ki, me lodiyanın özü haqqında xatirə insan ruhunu hə yə ca-

na gətirsin; bu musiqi ilə belə də olacaqdı. 

Özümü dəhşətli dərəcədə xoşbəxt hiss edirdim, am-

ma bununla qürrələnmirdim, əksinə, bu dəfə ciddi qal ma-

ğı bacarmışdım. Birdən-birə içimi xüsusiyyətçilik həyəcanı 



BOYUNDURUQ

155


bü rü dü və  mən qaraqışqırıqçı  sığortaçılar kimi musiqini 

on, ya da on iki ayrı-ayrı not vərəqinə köçürüb onları stu-

di ya mın ayrı-ayrı künclərində gizlətdim. 

İndi də son yoxlanış: Koriolana zəng edib öz övladımı 

onun üçün ifa etdim. Cavabında dəstəkdən sükut eşitdim… 

əgər belə söyləmək mümkündürsə. Sonra o dedi ki, bu, 

ta ma milə yeni musiqidir və buna əmindir; dedi ki, mu si qi 

çox gözəldir və onda insanı  sərxoş edən nə isə var, əv-

vəl lər buna bənzər bir şey eşitməyib; bu musiqinin əs rin 

ən böyük uğuru olacağına başı ilə cavabdehdir, ya da… bir, 

yox, on şüşə viskidən mərc də gələ bilər…. və sair və ila-

xır… Bu mədhiyyəni böyük bir məmnunluq hissi ilə din lə-

dim, çünki bilirdim ki, Koriolan yalan danışmağı bacarsa 

da, musiqi ilə bağlı bunu qətiyyən etməz.

Nəhayət, özümü bəstəkar kimi hiss edirdim, çünki 

«Ley sanlar» atelyenin künc-bucağında dünyaya gəlmişdi; 

ya zıl ma sına iki saat qalmış  məşq etmiş, ilk dəfədəncə ifa 

et miş di lər; bu işlər, necəsə, oğurluq kimi alınmışdı; daha 

doğ ru su, filmdə boş yerləri doldurmaq üçün...

Amma bu əsəri – «Təəssüflərin sevinci»ni… yox… bu nu 

mən onlara belə asanlıqla verməyəcəyəm; icazə ver mə-

rəm ki, onu kefləri istəyən kimi çalalar; qoy bu musiqi gö-

rüş lərin, məhəbbətlərin, nəvazişlərin, ümidlərin və  təəs-

süf lə rin musiqisi olsun.

Beləliklə, əsərini tamamlayan kasıblamış həvəskar sə-

nət kar kimi əsl dəliyə çevrildim: artıq istəmirdim ki, bəs-

tə lə di yim musiqi yalnız sadaladığım hissləri yaratsın; is tə-

yir dim o, insanı bu hissləri keçirməyə vadar etsin.

Ona görə  də studiyamın astanasında dayanıb mənə 

ba xan adamı tərpənməz ağ bir ləkə kimi gördüm; özü də 

gözucu…. bunun Lorans olduğunu və orada düz on də-

qi qə dayandığını anladığım vaxt mənim axmaqcasına 

xoş bəxt göründüyümü hiss etməsindən qorxdum; ey 

ni 


za manda da yazdığım musiqiyə valeh olaraq ye rin də do-

nub-qaldığını başa düşdüm və bu, sözün əsl mənasında, 

çox xoşuma gəldi.  Əyləşdiyim stuldaca geri çevrilib ona 

bax dım.  Şəffaf gecə köynəyinin üstünə atılmış nazik bir 

pe nüar da idi; solğun görünürdü, geniş açılmış gözləri ona 

ye tərin cə romantik görünüş verirdi.

– Hə, necədir, xoşuna gəlir? – gülümsəyərək soruş dum.



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə