«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə53/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   49   50   51   52   53   54   55   56   ...   212

DOLANBAC YOLLARLA

165


daha yaxşıdır. Onsuz da, bütün Fransa dağılır;  əgər za  hi  ri 

dəbdəbə də yoxa çıxarsa, ümumiyyətlə, itib-ba ta ca ğıq». 

Loikin ağlına gözlənilməz bir fikir gəldi: tez-tez sno-

bizm lə, ya da riyakarlıqla qarışıq salınan, lağ  və gülüş 

obyek ti olan, faydasız hesab olunan bu zahiri dəbdəbə 

ona abır lı adam kimi mərdliklə ölməyə kömək edə bilər; 

axı baş  qa adamlar, ondan daha yaxşı olanlar da daha la-

yiq li şə raitlərdə qəhrəmancasına dünyalarını dəyişiblər. 

Əslinə qalarsa, balaca Bryuno layiq olduğu münasibəti 

almışdı; Diana onu öz yerində oturtmuşdu. Loik gü lüm-

sə yərək öz-özünə etiraf etdi ki, özü də elə bu cür rəftar 

edər di.


O, Parisdə yaşadığı illər  ərzində başa düşmüşdü ki, 

kəs kin deyilmiş söz insanı hər cür hakimiyyətdən yük sək-

lə rə  də qaldıra bilər, hər cür qanunu pozmaq hüququ da 

ve rə bilər; bura hətta ədəb qanunları da aiddir.

O, öz şəxsi ambisiyalarından yüksəkdə dayanırdı. Loik 

Ler mit o adamlar cərgəsinə aid idi ki, onlar xoş sözün na-

mi nə hətta öz karyeralarını belə puç etməyə hazır olur lar. 

O, hə min bu azsaylı və indi tamamilə yoxa çıxmış adam-

lar dan biri idi; bu adamlar o vaxt yoxa çıxdılar ki, ümum-

xalq işi böyük əksəriyyət üçün «öz işim»ə çevrildi. 

Avropa getdikcə Amerikaya bənzəməyə başlayırdı.

Ayaqlarını yerə vura-vura Loikin ardınca gedən uşaq 

ona ilişdi və ağlaya-ağlaya otların üstünə yumalandı. Gü-

nə şin altında tərdən islanmış anası maşının içindən nifrətlə 

Loi kə baxdı; Loik geri çevrildi. Deyəsən, meşşan əxlaqının 

hökm sürdüyü yolda veyllənməkdənsə, adət etdiyin ba ra-

ma nın içərisində – cah-calal və  ədavət qoynunda giz lən-

mək daha yaxşı idi. 

Yolboyu «çenard-volker» gah o biri avtomobilləri 

ötüb-keçir, gah onlardan geridə qalırdı, amma nədənsə, 

bu gö 

zəl limuzinin görünüşü qaçqınlarda gülüş do 



ğu-

rur du. Bir qədər sonra ətrafdakıların istehzalı münasibəti 

ya vaş-yavaş yox olub getdi… Ya «yunkerslər»in hava hü-

cum la rı, tıxac, çaxnaşma üzündən, ya da bu vaxta qədər 

hök m ranlıq edən qorxu səbəbindən… Karvanın tısbağa sü-

rə ti, avtomobillərin yığını, məcburi dayanacaqlar ona gə-

ti rib çıxardı ki, hər bir maşının önündə  və arxada daimi 

qon şu su peyda oldu.




FRANSUAZA SAQAN

166


«Çenard-volker»in qarşısında içinə bar-bar bağıran 

çox saylı ailə üzvlərinin doluşduğu bir maşın dayanmışdı, 

ar xa da isə yaşlı və əsəbi ər-arvadın səssizcə oturduğu ba-

la ca avtomobil... Loik qapını açdı. Küncə  qısılmış Bryu no 

hə lə  də hirsli idi, Lyus və Diana isə dayanmadan da nı şır-

dı lar.


– Sizə elə  gəlmir ki, şəhərətrafı yenə  də gözəldir, 

Lyus? – Diana soruşdu, – bu nə gözəllikdir!... Parisdə be lə 

şey görməzsən… Elə deyil, dillənin görək… Amma bir şey 

də var ki, Parisdə pəncərədən boylanmaq üçün də vax tı-

mız olmur... Burada isə  hər  şey başqa cürdür, düz de mi-

rəm? Bir baxın: sakitlik, genişlik, necə də…

– Diana,  «necə  əmin-amanlıqdır» deməmişdən  əvvəl 

dü şünün… – Loik dedi.

Diana gülməyə başladı, çünki həqiqətən də, az qala, 

di lin dən «əmin-amanlıq» sözü çıxacaqdı.

– İçməyə nəsə qalıb? – Diana soruşdu.

Loik arakəsmənin arxasında hərəkətsiz oturmuş sü rü-

cü yə tərəf çevrilib şüşəni taqqıldatdı. Sonra da göz lə nil mə-

dən qaşqabağını sallayıb oturmuş Bryunoya tərəf çev ril di:

– Qulaq asın, qoçaq, nə üçün bu işlə siz məşğul ol ma-

ya sınız?

Loik maraqla gözlərini ona dikmiş qadınlara baxdı.

– Bax belə, lənət şeytana! – O – belə kübar, belə lütf-

kar, be lə  nəzakətli Loik Lermit artıq  əlli yaşını ad la yır dı, 

ona gö rə də məişət qayğılarını otuzyaşlı alfonsun çi yin lə-

rinə ötü rə bilərdi. Bu arada sürücü onları bir-birindən ayı-

ran şü şə ni aşağı endirmişdi. Bryuno mızıldandı:

– Biz  içmək istəyirik, Andre… Can… Sizdə yemək dolu 

sə bət olmalıydı…

– Təbii ki, müsyö… Müsyö istəyir ki, səbəti mən gə-

tirim?


– Hə, hə,  əlbəttə… Bu, çox gözəl olardı, – Diana mı-

zıl dandı, – özünüz üçün nəsə götürə bilərsiniz, Can, belə 

elə səniz, yola düşəndə yeməli olmayacaqsınız, yəni fik ri-

niz də dağılmayacaq. Nə qəribədir… Səyahətlərdə ada mın 

iştahı elə açılır ki… düz demirəm? – o, öz qabarıq və qan-

qır mızı dırnaqlarını korsajın

1

 düymələrinin arasına dür tə rək 



əlavə etdi.

1

  Korsaj – qadın paltarının döşü örtən hissəsi.




DOLANBAC YOLLARLA

167


Sürücü arxa qapını açdı, yemək dolu zənbili Loik və 

Dia na nın ayaqlarının yanına – xalçanın üstünə qoydu və 

onu digər sərnişinlərə tərəf itələməyə çalışdı, amma Dia na 

göz lə nilməz bir hərəkətlə zənbili futbol topu kimi bal dır la-

rı nın arasında sıxıb saxladı. 

– Qoyun qalsın, – dedi, – o, mənə mane olmur. Mə-

nim ayaqlarım Lyusun ayaqlarından daha qısadır. Zərif qa-

dın olduğumu yaxşı bilirəm… Amma indi Amerika üs lub-

lu, yəni at kimi böyük qadınlar dəbdədir, mən heç vaxt 

be lə olmamışam. Bir vaxtlar nərmənazik qadınlar çox se-

vi lir di!.. Hər halda, mənə inana bilərsiniz! – o, au di to ri ya-

nın söhbətə qulaq asmadığını hiss etdiyi bütün vaxt lar da 

ol duğu kimi, söhbətlə maraqlanan naməlum din 

lə yi ci yə 

mü raciət edərək dedi.

Bütün bu sözləri söyləyə-söyləyə onun üzük dolu bar-

maq ları yemək dolu səbətdə eşələnirdi; Diana monoloqun 

so nu na yaxın oradan qapağı dik duran ağ  şərab  şüşəsini 

tən tə nəli şəkildə tapıb çıxardı. 

– Lyus, – o, şərab  şüşəsini silkələyə-silkələyə dedi, – 

bir cə qurtum… e… e… – Diana şüşənin etiketinə nəzər saldı, 

– «Lyaduset»dən bircə qurtum?

– Yox, təşəkkür edirəm.

Üç saat əvvəl onlar buradan əlli kilometr aralıda, ya-

nın dan böyük magistral yollar keçən orta əsrlərə aid aş-

xa na ların birinin yanında dayanmışdılar. Real həyatdan 

ye tə rin cə uzaq qalmış  aşxana sahibi hazırladığı paştetin 

da dı na baxmaları üçün yetərincə israr etdi. Uzun sö zün qı-

sa sı, onlar süfrədən yalnız iki saat əvvəl qalxa bilmişdilər, 

Dia na isə artıq ikinci yumurtanı aşırırdı; amma yenə də ac-

lı ğı nı yatıra bilmirdi.

– Mən bir məsələ haqqında ciddi-ciddi düşünürəm: 

gö rə sən, sizin yediyiniz bütün bu ərzaqlar hara gedir? – 

Bryu no Diananın arıq bədən quruluşunu nəzərdən ke çi rə-

rək fısıldadı, – bilmirəm bütün bunları siz harada giz lə dir-

si niz… Bu bacarığınıza görə qarşınızda baş əyirəm.

– Mən həmişə kaloriləri yandıran qadın olmuşam – 

öz fiziologiyasından məmnun qaldığı açıq-aydın görünən 

Dia na mütəxəssis ədası ilə dedi, – ümid edirəm ki, sizdə 

də belə olur.

Birdən maşın yerindən tərpəndi və oturacağın kə na-

rın da  əyləşmiş Diana məxmər qoltuqaltından yapışmaq 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə