«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə56/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   52   53   54   55   56   57   58   59   ...   212

FRANSUAZA SAQAN

174


hi binə və onun köməkçilərinə, zabitə və unter-ofiserə, qa-

pı  çıya və başqalarına böyük hörmətlə yanaşır. O, qa pı çı-

la ra qarşı da pis fikirdə deyildi – axı onlar əksər hallarda 

nə za kətli olurlar; amma digər tərəfdən də Diana sıravi 

fran sı za qarşı ikrah və nifrət hiss edirdi, xüsusilə  də bu 

adam lar kütlə halında yığılırdılarsa.

Kütlə xalqdan fərqlənirdi, Diana bunu bilir və xalqa 

or ta əsrlərə aid sadə müxalifət kimi mərhəmətli bir xeyir-

xah lıq la yanaşırdı.

Axşamlar xalqın nümayəndələri nizamla ailə ocağının 

kə na rında özünə yer edirdi, hər zaman azğın olan kütlə 

isə bulvarı avara-avara dolaşırdı.

…Kəndlinin sifətindəki heyrət hissi ikrahla, bu qa rı şıq-

lı ğı görəndən sonra isə çimçişmə qarışmış rahatlıqla əvəz 

olun du. Ancaq yolun kənarına sərilmiş meyiti görərkən 

üzü nün ifadəsi dəyişdi; onda dəhşət hissindən daha çox 

inam və bu tanımadığı adamlar dəstəsini sakitləşdirmək 

is tə yi oxundu, sanki, bu adamlarla özü arasında ümumi 

cə hət tapmışdı.

2

Bu sentimental personaj ortaboylu idi, fransızlara 

məx sus zərif sifəti,  şabalıdı saçları, açıq-qəhvəyi gözləri 

var dı,  əzmli və  əyri burnu dəqiq cizgili ağzının və ucları 

yu xa rı dartınmış dodaqlarının üstünə sallanmışdı. Baxan 

ki mi bilinirdi ki, bu kəndli öz qüvvətli  əzələlərini zəhmət 

sa yə sin də yığıb, qaməti, boy-buxunu da yerində idi, en siz 

ombaları üzərində əzəmətli bədəni ucalırdı, gündən qa ral-

mış bədənini qar kimi ağappaq mayka daha da qara gös-

tə rirdi.

Kişilərdə mərdliyi xüsusi dəyərləndirən Loik ilk ba xış-

dan ca başa düşdü ki, bu tipdən ehtiyatlanmağa dəyər; bu, 

xü susilə yüksək həssaslığı və tamahı olan qadınlara aiddir.

 Amma şübhəsiz ki, Lyusu bu cərgəyə aid etmək ol-

maz. Tənha, gözəl, qulluq görməyə adət etmiş bu qa dın 

özü nə  məşuq tapmaq üçün üç il əlləşəsi olmuş  və sev-

gi li qismində kobud, bayağı, amma yaraşıqlı Bryu 

no nu 


seçmiş, bununla da hər  şey bitmişdi. Amma bilmək ol 

-

maz  dı, bəlkə də, bu, yaxşılığa doğru idi. Özünü ledi Çat-




DOLANBAC YOLLARLA

175


ter ley kimi aparmağın yeri yox idi, xüsusilə də lord Ader 

Çat ter ley lə birlikdə… Bu, həmin o adam idi ki, dünəndən 

bə ri Amerikaya yola düşmək üçün onları Lissabonda göz-

lə yə-gözləyə səbirsizlikdən «dırnağı ilə yer eşirdi». 

Günəşin altında üzünün bəzəyi axıb bir-birinə qa 

rış-


mış və özündən çıxmış Diana qaşqabağını sallayaraq «çe-

nard-volker»in necə tüstüləndiyinə tamaşa edirdi. Kənd li 

çox uşaq lı ailənin doluşduğu maşının və limuzinin qa lıq la rı 

ara sın dan keçməyi bacarmışdı; ailənin böyüyü av to mo bi-

li ni arxaya vermiş, beləliklə də, lap limuzinin yanına gəlib 

çıx mışdı.

– Hə… ay tüstülənir ha, – o, arabanın üstündə di kə lə rək 

cibindən siqaret çıxara-çıxara dedi, – ona nə olub be lə?

Tanımadığı adamlara qarşı laqeyd qala bilməyən Dia-

na cavab verməyə çalışdı:

– Ona  təyyarədən atılan güllələr dəydi… çox güllə… 

Yə qin, onlardan biri əhəmiyyətli bir yerə dəyib… yəni… va-

cib mexanizmlərdən birinə… Bu azmış kimi, su da qurtarıb. 

İndi onu kim sürəcək?! Axı bu maşını sürmək üçün xüsusi 

təc rübə lazımdır; o, seriyada ilk modellərdən biridir, onu 

an caq zavallı Can idarə edə bilirdi.

Diana addımlaya-addımlaya adıçəkilən Cana işarə etdi 

və  kəndli təəssüflə başını yellədi, bu isə,  əlbəttə ki, bir 

kənd li tərəfindən edilə biləcək ən böyük lütfkarlıq idi.

Nəhayət, praktik zəkası olan biri tapıldı; deyəsən axı 

bu kəndli axmaq Bryunonun tayı deyildi. Görəsən, sükan 

ar xa sına keçib açarı otərəf-butərəfə fırlamaq onun haradan 

ağ lı na gəlmişdi? Sükanı dartışdırmağa da vaxt tapdı! Doğ-

ru dan da! Bryunoya etibar etmək olmazdı, Loikə isə heç 

ol maz dı: Loikin əkinçiyə necə baxdığını öz gözləri ilə gör-

dü. Bircə bu çatışmırdı! Bircə bu!

Əslində, Loik yaddaşını qurdalamaqla məşğul idi; o, 

baş verənlərin ona hansı pyesi xatırlatdığını ay 

dın laş dır-

ma ğa çalışırdı. Nəhayət ki, yadına düşdü: Rasin, «Fedra»… 

«Fed ra»da Teramenin əhvalatı: «O, öz cəng arabasının üs-

tün də dayanmışdı…»

«Teramen mənəm, – o fikirləşdi, – Lyus isə gözəl Fed-

ra dır, Diana qəddar Enonanın rolunu oynayır, sərt Te sey 

isə bizi Lissabonda gözləyir. Bəs zavallı Bryunoya han 

sı 


rolu verək? Estetik baxımdan o, İppolit ola bilərdi, am ma 

şəraiti nəzərə alsaq, yalnız bu kəndli cəng arabasını ida rə 




FRANSUAZA SAQAN

176


edən, pulemyot güllələri arasında dolaşan, taleyin tu fan la-

rı içərisində sürətlə irəliləyə bilən İppolit ola bilər». 

– Nə yaman fikrə getmisiniz, Loik? – Enona-Diananın 

sə si ona əsəbi və səbirsiz göründü, – əzizim, xəyallara qa-

pıl ma ğın vaxtı deyil. Zavallı Canla neyləyə bilərik, axı o… 

– o, «sükan arxasında otura bilməyəcək», «o, bizə mane 

olur», «o daha heç bir işə yaramır» söyləmək istəyirdi, am-

ma sö zü nü yarımçıq saxladı; halbuki bu fikirlər, doğrudan 

da, ağlından keçirdi. Nəhayət, deməli olduğu sözü tapdı: 

«Onu yolun ortasında təkcə qoymaq olmaz… Siz özünüz 

ba şa düşürsünüz axı…» 

Diana əsəb keçirirdi.

– Hər halda, nə isə etmək lazımdır! O axmaq niyə 

ma şını qurdalamaq fikrinə düşüb? Nədir, elə indi onu dü-

zəl tmək istəyirdi? Axı maşın artıq yanır…

– Bəs nə üçün «o biri sarsaq» dediniz? Sizcə, sarsağın 

birincisi mənəm? – Loik soruşdu.

– Ah, inciməyə vaxt tapdınız da! – Diana dediyini, hər 

halda, təkzib də etmədi, – bəs siz nə fikirləşirsiniz, Lyus, 

bu radan necə çıxacağıq?

O, iki addım atıb tamamilə sarsılmış zavallı Lyusa tə-

rəf çevrildi:

– Hər halda, bizi bura sizin maşınınız gətirib çıxarıb, – 

Dia na tənə ilə söz atdı.

– Çox təəssüf edirəm, amma o, əvvəllər çox yaxşı iş-

lə yirdi, siz ki bilirsiniz, – Lyus geri çəkilərək müdafiə olun-

mağa çalışdı.

– Onun  maşını… hər halda, bu, təyyarə deyil, – Loik 

haqq-ədaləti bərpa etmək istəyərək düzəliş verdi, – gəlin 

bu dəmir yığınını yaddan çıxaraq! Müsyö, xahiş edirəm! – 

o, axrayın bir tonla fikrə getmiş  kəndliyə dedi, – müsyö, 

bi zim dostumuzun cəsədini apara bilməzsiniz ki?..

Amma Lyusun aşıb-daşan cəsarəti onun sözünü ağ-

zın da qoydu.

Adama elə  gəlirdi ki, o, əlləri qoynunda yerə çök-

mə yə hazırlaşır. «Başdan-ayağa hüzn mü cəs sə mə sidir!» – 

Dia na əsəbi halda fikirləşdi.

– Hə, müsyö… buralarda yaxınlıqda kilsə, ya da hos-

pi tal yoxdur ki? Bəlkə, zavallı Canı aparmaq üçün «təcili 

yar dım» tapmaq olar?




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə