«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə59/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   55   56   57   58   59   60   61   62   ...   212

DOLANBAC YOLLARLA

183


adi məşğuliyyəti… O, buna xüsusi həvəslə can atmasa 

be lə, bu məşğələlər onu bürüşük bədənindən çıxan bəzi 

qa ba rıq yerlərlə mükafatlandırmışdı; bugünkü hadisədən 

son ra lovğalıq etmədən onları «əzələ yığını» adlandırmaq 

olar dı. Məhz əzələləri ona var qüvvəsi ilə dartınmağa im-

kan verdi və o, təlaş içərisində barmaqlarına, bir də  əyil-

miş bədəninə güc verərək, cırıldayan dəmir əyləc tu ta ca-

ğın dan yapışdı. 

Çox az qadın, çox az akrobat və idmançı tapılardı ki, 

hə min gün Diana Lessinqin yandırıcı günəş altında, heç 

bir hazırlıq görmədən, həm də tamaşaçı yoxluğunda et-

di yi ni edə bilsin. Həmin an onun tamaşaçısı ola biləcək 

adam lar bir qalaq kimi ora-bura atılır və sürüşürdülər; 

uzun sö 


zün qısası, heç kim qəhrəmancasına arabaçılıq 

edən Dia naya gözünün ucu ilə belə baxmırdı.

Hələ ki yaşayanlar dünyasına, yəni arabanın dibinə 

qayı dan və dizləri üstə dayanıb titrəməkdə olan Diana yal-

nız bir şey haqqında fikirləşirdi: «Mən sağam! Mən yeni-

dən yaşayıram! Buna görə özümə borcluyam!» Belə  şey-

lər fikirləşə biləcəyi  əvvəllər ağlına belə  gəlməzdi. Var 

lı 


adam ların böyük əksəriyyəti kimi Diana da öz hə ya tı na 

pas siv, necə deyərlər, fizioloji nöqteyi-nəzərdən ya na şar-

dı: bəd bəxt hadisələr və risk onlardan uzaq məfhumlar 

idi, sağlamlıq onların xüsusi mülkiyyəti idi; tale daim ona 

qəsd etməyə çalışırdı; Diananın indiki hərəkəti isə idman 

sa hə sində qəhrəmanlıq kimi ifadə oluna bilərdi.

Bədəni bu günə kimi onun üçün həzzin deyil, daha 

çox, ağrı və əzabın mənbəyi olmuşdu. İndi isə birdən-bi rə 

mə lum olmuşdu ki, o, həyatının xilası üçün özünə borc lu-

dur və instinktinə tabe olaraq, minnətdarlıq hissi ilə bun-

dan sonra öz sağlamlığının qeydinə qalacağına qərar ver di.

«Mən hələ çox şeyə qadirəm!» – o, gizli bir qürur hissi 

ilə fikirləşdi. Hələ  də külək altında ağac kimi titrəməkdə 

da vam edən, amma sürahidən bərk-bərk yapışmış  əlləri 

ilə eşə ləyə-eşələyə, nəhayət ki, kəndlinin gücdən düşmüş 

əlin də yellənən cilovu tapdı. Ondan yapışıb asta-asta 

dikəldi.

Artıq uzun illər idi ki, Parisin kübar cəmiyyəti istehza, 

ya da qorxu ilə deyirdi ki, Diana Lessinq hər şeyə qadirdir. 

Bu məsələdə bütün Parisi nə isə  təəccübləndirəcəkdisə




FRANSUAZA SAQAN

184


o da əhvalatın baş verdiyi şərait ola bilərdi; onun ayaqları 

ara ba nın döşəmə taxtaları arasına sıxışıb qalmışdı, sifəti 

isə ka meyada

1

 olduğu kimi düzgün cizgilərə malik idi – 



əs lin də, yalnız onun özü belə hesab edirdi – və arxaya 

atıl mışdı; Diana insan üçün əlçatmaz olan vəhşi bağırtılar 

çı xa raraq, iki azğınlaşmış perşeronu

2

 idarə edirdi; bu çı ğır -



tı lar, heç şübhəsiz, heyvanlar üçün də anlaşılmaz idi, çün ki 

atlar ayaq saxlayanda tir-tir titrəyir, tərdən par-par par la-

yır, gözlərini dəli kimi ora-bura fırladırdılar; onların ağzın-

dan köpük axırdı.

Bu isə  bərk qorxduqlarını sübut edirdi; bununla belə, 

on lar qulaqlarını  şəkləmişdilər və bu, açıq-aydın maraq 

əla məti idi. Hər nə olur-olsun, atlar dayandılar və Diana 

mü zəf fər görünüşlə arabanın dibində bir-birinə  qısılmış, 

hey ran lıq içərisində çaşmış yol yoldaşlarına tərəf çevrilib, 

əl çantasının hara yoxa çıxdığını soruşdu.

Güllə kəndlinin topuğuna dəymişdi; Diana onun ya ra-

sı nı öz şərfi ilə sarımağa hazırlaşırdı, amma yaradan çox 

qan axdığı üçün Lyusun şərfinə üstünlük verdi: onsuz da, 

da ha onu taxmaq olmayacaqdı. O, elə belə də elə di. Lyu-

sun sinəsinə tərəf uzanan və onun göz yaşları ilə yu yu nan 

kənd li tez bir zamanda özünə gəldi, amma yerindən tər pə-

nən arabanın ilk təkanındaca yenidən huşunu itirib yıxıl dı.

Oğlan yalan deməmişdi: bir neçə kilometr getdikdən 

son ra atlar onları diqqətlə baxmadıqda görünməyən və 

dü zən ga hın arxasından keçən talanın kənarına gətirb çı-

xar dı. Onun dərinliyində  ağaclarla  əhatələnmiş ferma var 

idi. Bu, «L» hərfi formasında böyük ev və onların güman 

et dik ləri kimi tipik bir kənd ferması idi.

3

Məyus-məyus bu sadə tikililəri gözdən keçirən Diana 

ara banı hərəkətə gətirdi. O, bunu professional arabaçı gö-

rü nüşü ilə etdi, daha doğrusu, dilini şappıldadaraq: «U…la! 

U…la!.. U-la!..», – deyə çığırdı.

1

  Kameya – daş və ya balıqqulağından düzəldilən bəzək əşyası.



2

 Perşeron – ağır yük daşıyan at cinsi.




DOLANBAC YOLLARLA

185


Məlum deyil nə üçün, amma onun bu hərəkəti ar xa-

dakı «kapitan körpücüyü»nə keçmiş Loiki əy lən dir mək-

dən sə, bərk məyus etdi. 

 – «U-la!.. U-la-la!..», bu nədir belə… yox bir… – o, 

özün dən asılı olmayaraq dodaqaltı deyindi.

Atların sözəbaxanlığından bir az da ürəklənən Diana 

əsə bi ləşərək ona tərəf çevrildi:

– Nə demək istəyirsiniz?

– Atlara «U-la-la! U-la-la!...» demirlər.  Əslində, bunun 

heç bir mənası yoxdur, Diana. Yaxşısı budur, diqqətiniz 

yol da olsun.

Loik özü də bilmədən Diananın heysiyyətinin yenicə 

üzə çıxan həssas telinə toxunmuşdu. 

– Deməli, belə! Deməli, «U-la-la!» demirlər, – o, təəc-

cüb və istehza dolu səslə soruşdu, bu isə Lyusa özünün fi-

lip piklərini

1

 xatırlatdı və gənc qadın Loikə qorxu dolu ba-



xış larla baxdı.

– O zaman deyin görək, dostum, atları necə səsləmək 

la zımdır?

Öz sözlərinə görə artıq peşman olan Loik müdafiə 

olun mağa çalışdı:

– Bilmirəm… Hər halda, dəqiq bilmirəm! Yəqin ki, sizin 

yerinizə olsaydım, «Ue! Ue! Ue-dia!» – deyərdim, – o, sə-

sin burada çöllərdə olduğundan daha bərk çıxdığı üçün 

pərt olub gülümsədi.

– Ue? Ue-dia? – ətrafdakı kolları  nəzərdən keçirən 

Dia na soruşdu, sanki, bu sualı orada gizlənmiş yerli məh-

sul dar lıq allahına verəcəkdi. – Ue-dia? – o, inam 

sız lıq la 

tək rar etdi, – əminsiniz, Loik? Bu, sizin şəxsi fan ta zi ya nız-

dır, yoxsa bunu kitablarda oxumusunuz?

– Ah,  yaxşı, yaxşı, daha bu barədə danışmayaq! – 

Loik üzünü çevirib arabanın arxa tərəfinə – Bryunonun 

yanındakı yerinə keçməyə çalışdı, amma yoldakı çala-çu-

xur onu oturacaqdan bərk-bərk yapışmağa vadar etdi.

– Bəlkə, cilovu tutmaq istəyirsiniz? Yəqin, siz atlar 

dörd nala çapıb yüyəni darta-darta bizi fəlakətə aparanda 

be lə etməli idiniz! Mütləq sizin «Ue-dia»nız onları sax la-

1

  Filippik – ifşaedici çıxış, nitq.




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə