«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə61/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   57   58   59   60   61   62   63   64   ...   212

DOLANBAC YOLLARLA

189


– Mən sizə xəbərdarlıq etmişdim ki, bu kəndçiyə görə 

heç barmağımı da tərpədən deyiləm!

Sükutun uzanması özündə  fırtına həyəcanı gizlədirdi, 

Dia na nın truba, şeypur, ya da hərbi orkestrdən olan hər 

han sı başqa bir musiqi alətinin səsi kimi çıxan səsi də bun-

dan xəbər verirdi.

– Sizə  xəbərdarlıq edirəm,  əziz Bryuno, əgər elə bu 

də qi qə Loikə kömək etməsəniz, Parisə, ya da Nyu-Yorka 

ça tan kimi çeklə bağlı  əhvalatınızı hamıya danışacağam…. 

O amerikalı qadının çekini deyirəm… mənim nədən da nış-

dı ğı mı başa düşürsünüz də…

Bryuno irəli iki addım atdı, rəngi ağappaq ağardı. Səsi 

tit rə di, yeniyetmə kimi ciyildəməyə başladı:

– Siz bunu etməyəcəksiniz, düzdür, Diana? Əks təq-

dir də özünüz gülünc vəziyyətə düşəcəksiniz.

– Dostum, mən yaşda qadını gülüş öldürmür!.. O yal-

nız xətrə  dəyir. Amma sizin yaşınızda cavanı… öldürür! 

Məhv olarsınız! Bütün cəmiyyət sizdən üz döndərər! Söz 

ve ri rəm ki, şəxsən özüm bununla məşğul olacağam!.. İna-

nın mənə!

Bryuno mübahisəni kəsərək onlara yaxınlaşdı, kənd li-

nin ayağından yapışdı, qaldırdı və onu Loiklə bir lik də evə 

apardı. Onlar qapıdan içəri addım atan kimi bö yük və qa-

ranlıq bir otağa düşdülər;  əvvəlcə  səbirsiz hal 

da on 

la ra 


köhnə adyallarla örtülmüş yatağın yerini gös tə rən qa dın-

dan başqa heç nə görə bilmədilər; amma son ra  ətraf ay-

dın laş dı… yaralını elə həmin yataqda da yer ləş dir di lər.

Yay olmasına baxmayaraq, otaqda soba yanırdı. Otaq 

Dia nanın söylədiyi kimi «livinq-rum» idi. İstənilən halda 

ki şi lərdən heç biri otaqdakı  şəraitə diqqət yetirmədi: 

Bryu no  şüurlu  şəkildə, Loik isə fikri dağınıq olduğundan 

– Ame ri ka çeki ilə bağlı əhvalat onun ağlını bərk qa rış dır-

mış dı.

Loikin içində yenidən kübar cəmiyyətin insanı oyan-



mış dı: o, başa düşürdü ki, Diana ona hər şey haqqında da-

nış ma yana qədər sakitləşə bilməyəcək.

Bu barədə fikirləşirdi ki, bütün gücünü toplayan Dia-

na cəsarətli addımlarla otağa daxil oldu. Əvvəlcə as ta na-

da ayaq saxlayıb hacıleylək kimi boynunu içəri uzat dı  və 

gül məli şəkildə gözlərini oynatdı. Əzilmiş kostyu mu, çaş-




FRANSUAZA SAQAN

190


mış sifəti və pırtlaşmış saçları ilə o, axşam vax tı bura gə lib 

çıxmış köhnə mebel alıcısını, ya da xey riy yə çi cə miy yət-

dən gəlmiş kasıb axtarıcısı olan qa dı nı xa tır la dır dı. «İn cə, 

zərif Diana Lessinq birdən-birə deyingən alverçiyə çev ril-

di», – Loik fikirləşdi. Diana birdən-birə, sanki, sehrli çu bu-

ğun işarəsi ilə öz səyahətlərinin mənasını kəşf elədi.

 O, özündən çıxaraq gözləri həyəcandan parlaya-par-

laya (o həyəcanı heç bugünkü macəralar belə öldürə bil-

mə mişdi) Loikin əlindən yapışdı  və hökmlü, eyni za man-

da da yaltaqlıq dolu səslə dedi:

– Loik, bir bu stola baxın! Mən Zizi Mapl üçün məhz 

be lə sini axtarırdım! Bəs bu çörəkqabı! Qəşəngdir! Saatlar 

isə… hey-rə-ta-miz-dir! Necə düşünürsünüz, bunları bizə 

sat maz lar ki? Heyif… bu gözəl mebeldən heç kim istifadə 

et mir. Ah, bu nə saatdır belə, mənim lap ağlım başımdan 

çıx dı!


– Siz  axı onları Birləşmiş  Ştatlara apara bilməzsiniz, – 

Loik ilk dəfə işgüzarlıq göstərərək söylədi, – ən yaxşı hal-

da müharibənin qurtarmağını gözləmək lazım gələcək…

– Bura necə də sakitlikdir! Məncə, yaxşı yerdir, – Lyus 

de di, – düzdür, bir az əvvəl çox qorxurdum. Ümu miy yət-

lə, bu gün içimə elə bir qorxu dolmuşdu ki!

– Elə atların da! – Diana dedi, – onları necə saxlaya 

bil di yi mi özüm də başa düşmürəm… Əgər düzünü desəm…

– Ah, Diana! Siz əla sürürdünüz! – Lyus təbii bir hə yə-

can la dedi, bu isə Diananın canına yağ kimi yayıldı. Loik 

ona baxıb gülümsədi:

– Təəssüf ki, mən heç nə görmədim! Hansısa tirdən 

ya  pış  mışdım; az qala, arabadan bayıra düşəcəkdim, geri 

çıx mağa çalışsam da, gicbəsər kimi havada yellənirdim. 

Bryu no da o gündə idi. Düz demirəm, Bryuno?

Otağı ikrah hissi ilə süzən Bryuno çiyinlərini çəkib ca-

vab vermədi. 

– Amerika  çeki  ilə bağlı o əhvalat nədir elə? – Loik 

Dianaya müraciətlə  pıçıldadı, o da, öz növbəsində, pıçıltı 

ilə cavab verdi:

– Sonra danışaram… əgər sözəbaxan olsanız… Əvvəlcə 

bi zim ev sahibləri haqqında danışmalıyıq.

Bu sözü deyə-deyə o, düz yataq yerinə tərəf yollandı; 

oğ lu nun ayağına qəribə bir kompres qoyan qadın orada 




DOLANBAC YOLLARLA

191


əy ləşmişdi; adama elə  gəlirdi ki, bu kompres torpaqdan, 

bir də qapqara tənzifdən ibarətdir. 

– O, indi yaxşıdır? Necə dəhşətli yaradır. Bilirsiniz, bu 

xoş si fət cavan oğlan bizi xilas edib. 

Fermer qadın tərpənmədiyi və ona tərəf baxmadığı 

üçün Diana ağır artilleriyanı işə salmaq fikrinə düşdü:

– Mənim adım Diana Lessinqdir, – o, əlini düz ev sa-

hi binin burnunun altına tərəf dürtdü; qadın isə  təəccüb 

için də bu əli sıxdı.

– Bunlarsa Loik Lermit, Lyus Ader və Bryuno De lor-

dur! Əziz madam, evinizə bu şəkildə soxulduğumuz üçün 

təəs süf edirik. Çox təəssüf edirik! Amma, – o, Morisə tərəf 

işarə etdi, – o olmasaydı, biz həlak olmuşduq! Lap zavallı 

Can kimi… – sonra əlavə etdi: – Aman Allah! – o, ayağa 

qal xıb  əllərini yelləyərək qışqırdı. – Aman Allah! Biz onu 

yad dan çıxarmışıq! O, hələ də arabadadır?

– Mənə elə gəlir ki, artıq onun başına pis bir şey gələ 

bil məz! – qadının  əlini güclə  sıxan Bryuno (digərlərindən 

fərq  lən məmək üçün o da qadının  əlini sıxırdı; qadın isə, 

yə qin ki, özünü itirdiyindən heç bir maraq göstərmir və 

reak siya vermədən onlara bunu etməyə icazə verirdi) so-

yuq qan lı halda dedi. 

– Mən isə Arletəm, – o dedi, – Arlet Anri. Bu, mənim 

oğ lum dur, Moris. Oradakı isə atamızdır, – qadın əlini so-

ba nın yanında qoyulmuş kresloya uzatdı. 

Hamı o tərəfə çevrildi, bununla belə, köhnə adyaldan 

baş qa heç nə görə bilmədilər. 

– Bəlkə, müsyö-xanımlar içmək istəyirlər? – Arlet so-

ruş du. «Belə bir ad, adətən, yüngül əxlaqlı qızlara yaraşır… 

daha bu Memlinq

1

 üslubunda sifəti olan qadına yox», 



– Dia 

na fikirləşdi. Madam Lessinqin belə fikirləşməsinin 

sə bə bi fır landığı  cəmiyyətdə belə  tərki-dünya sifətlərinin 

Mem linq üslubuna aid edilməsi idi; Bottiçelli – deməli, 

yax şı qa dın dır. Bosx – kabuslar səhnəsinə aiddir, Breygel 

– qo naq lıq lar və qar, Renuar – gonbullar, Modilyani – arıq 

qa dın lar, Van Qoq isə özündə dahini və kəsik qulağı, kör-

pü və stu lun bəd bəxt ahəngini təcəssüm etdirirdi…

Dörd səyahətçinin dördü də ciddi bir hərəkətlə baş la-

rı nı tərpətdi. Artıq neçə saat idi ki, onlar yaşadıqları güclü 

1

  Memlinq Hans (1433–1494) – holland rəssamı.




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə