«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə57/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   53   54   55   56   57   58   59   60   ...   212

DOLANBAC YOLLARLA

177


– Çox maraqlıdır, görəsən, sizin «təcili yardım»ınız bu-

ra necə gəlib çıxacaq? – Diana ağzından, az qala, od püs-

kü rür dü, – hava ilə? Yoxsa dənizlə? Bəs hospital nəyinizə 

la zım dır? Axı özünüz də görürsünüz ki, hospitala getmək 

üçün çox gecdir. Bəs kilsə? Məgər indiki şəraitdə ora ge-

dib «De profundis»

1

 oxumaq bu qədər vacibdir? Ah, yox! 



Ola bilməz! Ciddi sözünüzdür, Lyus?! Qətiyyən ola bil məz!

O, ayaqlarını yerə çırparaq kəndliyə tərəf çevrildi; san-

ki, onun timsalında yeganə layiqli həmsöhbət görürdü.

– Bəs maşın nə olsun? Doğrudan, onu düzəltmək 

müm kün deyil? – Lyus günahsız görkəmini dəyişmədən 

so ruş du.

– Hə, siz maşını yaddan çıxarsanız, yaxşıdır, – kəndli 

dedi.


Bu sözün son hökm olduğunu qeyd etmək üçün o, 

ara banın qarşı  tərəfinə  qəhvəyi rəngə çalan uzun bir tü-

pür cək vızıldatdı. Hər iki qadının əti ürpəşdi və onlar baş-

la rı nı  aşağı saldılar; elə bil, kəndli onların qarşısına xə-

bər dar lıq sız-fi lan sız, çılpaq çıxmışdı. Loikin reaksiyası da, 

təx mi nən, qa dınlarınkı kimi idi, amma bununla belə: «Qə-

ri bə dir, bu ko bud vərdişinə baxmayaraq, onda insanı iy-

rən di rə cək heç nə yox dur. Onunla kişi söhbəti etmək la-

zım dır (bu formula o, çox nadir hallarda müraciət edirdi), 

mən öz qa dın larımı buradan çıxarmalıyam», – deyə bey-

nin dən ke çir di.

O, «öz qadınlarına» tərəf çevrilərkən birdən fərqinə 

var dı ki, onlar gücdən düşüblər, saçları pırtlaşıb, özləri də 

kos me tikasızdırlar. Onlardan biri toyuq kimi qaqqıldayırdı, 

o biri isə səssizcə dayanmışdı, amma hər ikisi miskin gö-

rü nür dü. Və mərhəmət hissi, onları müdafiə etmək arzusu 

(əs lində, bunlar onun üçün tamamilə yeni hisslər idi) onun 

ruhuna hakim kəsildi. «Xoşbəxtlikdən, mən buradayam, – 

fi kirləşdi, – Tarzan-Lermitlə yanaşı, onlar heç nədən qorx-

maya bilərlər».

– Hə, sevimli xanımlar, – o, keçmiş zamanlarda, sa-

lon dan-salona kokteyl içə-içə adladığı və orada ol ma yan-

la rı ələ saldığı həmin xoşbəxt vaxtlarda olduğutək za ra fat 

edir miş kimi söylədi, – bu cavan yaraşıqlıya ya xın gəlin, o, 

1

  Zəbur surəsindən olan tövbə duası; adətən, yas mərasimlərində 



ölü duası kimi oxunur.


FRANSUAZA SAQAN

178


ma şın da oturub; ona deyin ki, qoy bütün əş ya ları  çı xart-

sın; bunu etsəniz, mənə böyük bir yaxşılıq edə cək si niz. 

Mən isə bizim yeni yoldaşımızla söhbət etməliyəm. Hə 

də, irəli!..

Yəqin ki, qadınlar onun səsindəki amiranə notları duy-

duq ları üçün itaət etdilər. O isə hələ də ayaq üstə dayana 

bil di yinə təəccüb edərək, soyuqqanlı halda arabanın ayaq-

ye rin də əyləşdi.

– Deyin görüm, qoçaq, siz axı məni bu iki zavallı qa-

dın la və küsməkdən başqa  əlindən iş  gəlməyən o tiplə 

tək-tənha buraxmaq fikrində deyilsiniz, düzdür? Hər bir 

ki şi nin həyatında ağır məqamlar olur, həqiqətən də, ciddi 

sö züm dür…

Oğlan sarı və boz çilləri olan qonur rəngli qəribə göz-

ləri ilə ona baxırdı və gözlənilmədən gülümsədi. Onun sıx 

və siqaretdən hələ korlanmamış ağappaq dişləri vardı.

– Mən sizi bu həngamənin içində tək qoymayacağam, 

nəhayət ki, dilləndi, – xüsusilə  də ölü ilə birlikdə! Belə 

bir vaxtda bu, elə də yaxşı alınmaz. Bu cür yüklə heç kim 

si zi öz maşınına götürməz.

O, bir anlıq fikrə getdi, sonra yerə tüpürdü, tüpürcəyi, 

az qa la, Loikin üstünə düşəcəkdi, hətta zavallı diplomat 

əməl li-başlı ürpəşdi də.

– Belə! Görün mən neyləyəcəyəm: sizi öz evimə apa-

ra cağam. Sabah isə maşın dalınca gedəcəyəm. Gecə qal-

maq üçün anam bu xanımlara yer düzəldər, kişilərə gə lin-

cə, orada baxarıq… ola bilsin, gecəni anbarda keçirəsiniz… 

No.. Yeri görüm! 

– Ey, gözləyin! Mən hər şeyi onlara izah etməliyəm!

Zavallı kəndli yanında Diana Lessinq və Lyus Ader ol-

du ğu vaxt qərar qəbul etməyin nə demək olduğunu heç 

tə səv vür belə edə bilməzdi; biri həddindən artıq cəsarətli, 

di gə ri isə tam əksi… və məlum deyil ki, onlardan hansı işə 

daha çox mane olacaq… Hə, bu balaca zəhlətökən Bryu no-

nu da yaddan çıxartmaq olmazdı… Hər halda, ət ra fın da kı 

ye ga nə sağlamdüşüncəli adamla birlikdə yola düşə bi lə-

cək di, – Loik fikirləşdi və maşınların üfüqə  qədər uzanan 

və sonu görünməyən sırasına nəzər saldı. Ferma! Soyuq 

su lu, təzə-tər samanlı ferma! Atları, sədaqətli itləri olan əsl 

fer ma! O lap uşaqlıqdan bəri yaşıl otun və torpağın ətrini 




DOLANBAC YOLLARLA

179


ci yər lə rinə  çəkmirdi, halbuki Dovil və Kannda yalnız bu 

ha va ilə nəfəs alırdı.

Kəndli əsəbiləşməyə başladı.

– Nə istəyirsinizsə, edin, başa düşdünüz? Sizə gö 

rə 

vaxt itirə bilmərəm. Nə qədər ki boşlar onu yan dır ma yıb-



lar, məhsulu yığmaq lazımdır. Hələ yaxşı ki, havalar is ti 

keçir. Deməli, belə… mənimlə getmək istəyirsinizsə, ge-

dək, amma indi, bu dəqiqə!

– Gedirik, gedirik! Çox sağ olun! – Loik dedi və ins-

tink ti nə tabe olaraq əlini uzadıb özünü təqdim etdi, – Loik 

Ler mit.


– Moris Anri.

Onlar ciddi görkəmlə bir-birinin əlini sıxdılar, sonra 

Loik öz hərəmlərinin yanına qaçdı  və onları Bryunonun 

hə lə də hirsli olması ucbatından çığır-bağır etdikləri yerdə 

tapdı. 

– Diana, Lyus, qulaq asın, bu kəndli təklif edir ki, biz 



onun evinə gedək və bir gecəlik orada qalaq. Səhər isə o, 

bi zim üçün maşın axtarmağa yollanacaq. Məncə, bu, ye-

ga nə çıxış yoludur.

– Gecəni bu kəndçinin evində keçirmək? Boğaza qə-

dər peyinin içərisinə düşmək? Yox, siz, deyəsən, ağlınızı 

itir mi siniz, Loik, – Bryuno ağappaq ağardı  və  əsəbindən 

diş lə rini qıcadı: qorxu hələ onu bütünlüklə öz hakimiyyəti 

al tı na ala bilməmişdi. – Mən snob deyiləm, amma hər 

hal da!.. Görünür, siz fransız fermalarına qətiyyən bələd 

de yil siniz.

Loikin  əsəbdən bir anlıq başı gicəlləndi, gözlərinin 

önün də  hər  şey ləngər vurdu. Ürəyindən keçdi ki, bu sı-

ğal lı alfonsa birini ilişdirsin.

– Siz cəfəngiyat danışırsınız, Bryuno! Əvvəla, snob ol-

ma ğına snobsunuz! İkincisi isə fransız fermaları haq qın da, 

hər halda, məndən çox bilmirsiniz. Bu, bizim ye ga nə  çı-

xış yolumuzdur; əlbəttə,  əgər gecəni yolun or 

ta sın da ca 

ke çir mək istəmiriksə. Bir sözlə, mən gedirəm! O ki qaldı 

«kənd çi» məsələsinə, o, bizim dördümüzə  də dal da la na-

caq təklif edir və şəxsən mən bunu çox nəzakətli hərəkət 

he  sab edirəm! Mən gedirəm. Bəs siz, xanımlar?

– Mən də gedəcəyəm, – Diana dedi, – gecəni səs-küy 

və qarmaqarışıqlıq içərisində keçirmək… üstəgəl də benzin 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə