«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə55/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   51   52   53   54   55   56   57   58   ...   212

DOLANBAC YOLLARLA

171


qeyri-ixtiyari olaraq ayağı ilə bir təpik ilişdirdi, sonra da 

ba şını Diananın əlindən çıxardı; Diana isə elə o dəqiqə də 

ye nidən onun saçından yapışmağa çalışdı. 

Özünü saxlamaq üçün hər iki əli ilə oturacağın söy kə-

nə cə yindən tutmuş Loik birdən çap maşınının tıqqıltısını 

eşit di; bu maşın onların səfəri boyu elə hey döyəcləyirdi. 

Və o, bərkdən qışqırdı:

– Diana! Lyus!

Əslində, bu, susmaq bilməyən pulemyot qatarının 

şaq qıltısı idi. Yəqin ki, o, bunu indi olduğundan daha tez 

də başa düşə bilərdi.

Sonra haradansa uşaq qışqırtısı  eşidildi, ardınca ara-

ya yenə də gərgin, titrək bir səssizlik çökdü… Loikin ağ lı na 

gələn ilk fikir bu lənətə  gəlmiş qutudan, dəmir və  də ri-

dən ibarət tələdən çıxmaq idi; onsuz da, az qala, burada 

öl müş dü. Loik əli ilə yoxlaya-yoxlaya, nəhayət ki, qapı 

dəs tə yi nə bənzər bir şey tapdı, dartdı və hiss etdi ki, ya-

nın da kı qapı açılır. Artıq bayıra çıxmışdı ki, ürəyində  əsl 

xris tia na məxsus bir şey qımıldanıb onu Lyusa tərəf çev ril-

mə yə vadar etdi; şübhəsiz, o, sağ idi, çünki Loikin ardınca 

sü rü nür dü. İlk dəfə idi Lyus olduğundan da qətiyyətli gö-

rü nür dü.

Böyrü üstə düşmüş maşın qeyri-adi dərəcədə hün dür 

görünürdü. Loik oturacaqların üstü ilə süründü, ma şın dan 

çölə düşdü, asfaltda oturdu və lap yerinə düşən bir yas-

tığa söykəndi. Lyus maşından əyilmədən çıxa bil di yi üçün 

Loi kin arxasında onu üzünü çevirməyə  və  əli ilə  ağzını 

tut ma ğa vadar edən nə isə gördü. Lyusun baxışlarını  tə-

qib edən Loik geri boylandı və gördü ki, xilasedici yastıq, 

əs lin də, hələ on dəqiqə  əvvəl yemək dolu səbəti onlara 

ötü rən sürücü Canın bədəni imiş. Bu kədər doğuran «yas-

tıq dan» aralanan Loik bir sıçrayışla artıq ayaq üstə idi, me-

yit isə asta-asta torpağa enirdi; bir an sonra öz çəkisinin 

ağır lı ğı altındaca üzüüstə asfalta dəydi. Nifrətindən ağap-

paq ağaran Loik üst-başının tozunu çırpmağa başladı. «Bu, 

dəh şət dir! – o, nəhayət ki, fikirləşdi. – Mən dəhşət dolu 

mən zə rə gördüm, əsl dəhşət, belə bir şeyi  əvvəllər heç 

tə  səv vür də etməzdim.  Əgər nə vaxtsa məndən dəhşətli 

bir şey haqda soruşsalar, yəqin ki, məhz bu dəqiqəni xa-

tır la ya ca ğam».




FRANSUAZA SAQAN

172


Bununla belə, baş verən hadisələrə onun reaksiyası bir 

o qədər də adekvat deyildi: dəhşət hissi öz yerini ba ca rıq-

sız lı ğı na görə  pərtlik hissinə vermişdi, çünki o, öz çiynini 

çək miş  və zavallı ölü yerə  yıxılmışdı; onun yıxılması isə 

uğur suz, alçaldıcı və iyrənc idi.

Digər tərəfdən də o, ətrafı soyuq-soyuq nəzərdən 

ke çi rir di, hətta buna görə özünü qınadı da. O, pulemyot 

qa ta rının qeyri-adi həndəsi fiqurlarla küvetin

1

  qırağına və 



yo la çəkdiyi  şəklin qırıq-qırıq izlərini görürdü; o, qo ca la-

rın maşınından yan keçmişdi, amma «çenard-vol ker»in sağ 

qanadını, kapotunu və baqajın sol hissəsini kor la mış, na-

mə lum istiqamətdə asfaltı deşərək təsadüfən yo lu na çıx-

mış Canı öldürmüş, şoseni kəsib keçmişdi (bu tə sa düf ta-

leyin hər hansı digər təsadüfündən heç də az ax maqca sı nı 

de yil di, amma müharibənin qəddarlığı və bunun Mün hen-

dən, ya da hansısa başqa yerdən olan naməlum sa dist tə-

rə fin dən məqsədli  şəkildə edilməsi fikrinin özü ona şi şir-

dil miş, səfeh və ədəbsiz məna verirdi). 

– Can! Zavallı Can! – meyitin qarşısında təbii bir hə rə-

kətlə diz üstə çökən Lyus zarıdı; adətən, qadınlar ya ra lı-

ları, ya da həlak olanları görərkən belə təbii olurlar; kişilər 

isə instinktiv olaraq kənara çəkilməyə çalışırlar, Loik də 

be lə etdi.

– Axı  nə baş verir? – maşının qabağında peyda olan 

Dia na bağırdı. Onun görünüşü insanda baş vermiş hava 

hü cu mun dan heç də az qorxu yaratmırdı. O, Lyusun Ca-

nın meyiti qarşısında  əyildiyini görsə  də, davakarcasına 

sual yağdırırdı:

– Mənə kimsə izah edəcəkmi ki, nə baş verir?

Sanki,  ətrafdakı faktlar ona azlıq edirdi; gözləri qar şı-

sın da açılan səhnənin bütün aydınlığına baxmayaraq, o, 

özü nü hər hansı bir həqiqətdən daha yaxşı  mə lu mat lan-

dı ra caq və sakitləşdirəcək kübar təfərrüatlar, ya da şərhlər 

eşit mək istəyirdi; Loik bunu çox gözəl başa düşürdü. 

– Aman Allah! Bu «yunkers»lər necə də iyrəncdir! – di-

gər tərəfdən peyda olan Bryuno aşağı  əyilmiş Lyusa ba-

xa raq dedi. O da bu ölümdən heyrətlənmiş Loik kimi ya-

xın gəlməyə cəsarət etmirdi. Və baş verənlərə bu tip ki mi 

eyni reaksiya verməsi fikrinin özü Loiki bir anlıq əzab çək-

1

 Küvet – şose və ya dəmir yolu boyunca gedən su arxı.




DOLANBAC YOLLARLA

173


məyə vadar etdi. – Lyus! Nə olub sizə?! Qalxın! Siz ki gö-

rür sü nüz, ümid yoxdur… İndi biz nə edək?

– Onu burada qoymaq olmaz, görün nə qədər qarışqa 

var… – Lyus inildədi.

Diana onu qabaq oturacaqda, sükan arxasında olan 

sü rü cüyə görə lazım olmayan məqamda gözlənilməz çə-

tin lik lər qarşısında qoyduğu üçün göyləri şahidliyə çağırdı. 

– Bizim aqibətimiz necə olacaq? – o, ləyaqətlə sükuta 

da vam gətirərək köksünü ötürdü.

– Bizim? – Bryuno soruşdu, – mən maşın sürməyi ba-

ca rıram.

Söylədiyinə sübut olaraq o, mütəxəssis  ədası ilə ya-

xın lıq dakı təkərə təpiklə vurdu. Amma sükan arxasına ye-

ni cə keçmişdi ki, «çenard-volker»in içində nə isə partladı, 

sonra da ətrafı qatı tüstü bürüdü.

Loik maşına tərəf əyildi və bu vaxt yuxarıdan ətrafdakı 

bü tün insanların diqqətini özünə  çəkən rəvan və sakit bir 

səs eşidildi. Bu, iki at qoşulmuş arabanın sahibi idi; o, yo lu 

ad la malı idi; amma qocaların maşını ilə bir za man lar «çe-

nard-volker» olmuş (bu «çenard-volker» hətta ötən 1939-

cu ildə Dovildə  İdman Eleqantlığı «Qran-pri»sində oyuna 

qo yul muşdu. «Qran-pri»ni heç bir çətinlik çəkmədən ya-

xın dostlarının Lyus adlandırdığı madam Andre Ader ud-

muş du. O vaxt bu barədə «Lya qazet de Ot-Normandi» və 

«Fi qa ro» belə yazırdı) dəmir-dümür yığını arasından özünə 

yol eləməyə çalışırdı.

– Gördüyünüz kimi, müsyö, əməlli-başlı zibilə düş mü-

şük, – Diana sadəlövhcəsinə, həm də xeyirxahlıqla de di. 

Mə sə lə ondadır ki, bir zamanlar o, şuanlar

1

 haq qın da bir 



ne çə fil mə baxmışdı və bu da onu kəndlilərlə ya xın laş dır-

mış dı. O, kloşarlara qarşı  mərhəmət duyur, onları yüksək 

qiy mət lən di rir di, çünki bu adamlar öz şairanə görünüşləri 

ilə onu əyləndirirdilər; digər tərəfdən də bu zavallıları nə-

yin belə hala saldığını öyrənmək maraqlı idi; o, bu dün ya-

nın dəyərləri ilə uyğunsuzluqlarına görə onlara dərin hör-

mət hissi duyurdu.

Diana söyləyirdi ki, fəhləyə, sənətkara, azad peşələrin 

nü mayəndələrinə, tacirə, əkinçiyə, məmura, müəssisə sa-

1

  Şuan – Böyük Fransa inqilabı dövründə Bretan və Normandiyada 



üs yan etmiş kəndli-royalistləri belə adlandırırdılar.


Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə