«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə54/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   50   51   52   53   54   55   56   57   ...   212

FRANSUAZA SAQAN

168


is tə di, amma tuta bilməyərək geri yıxıldı; müvazinətini 

sax la maq üçün əllərini havaya qaldırdı, ayaqlarını qatladı. 

O, az qala, yıxılacaqdı və bu dəfə onun hərəkətləri əvvəlki 

in cə liyini itirmişdi; bu da hər iki kişini gizlicə də olsa, gül-

dür dü.

Elə bu vaxt bir qadın çığırtısı eşidildi:



– Uçurlar! Onlar uçurlar!

Qışqırıq getdikcə daha da bərkiyirdi.

– Bryuno,  siz  yenə  də düşünürsünüz ki, avtomobillər 

da ha təhlükəsizdir? – instinktiv olaraq başını çiyinləri ara-

sı na qısan Diana söz atmağa da imkan tapdı.

İndi hamı bilirdi ki, «onlar» pulemyotlarla təchiz edil-

miş alman «yunkers»ləridir. 

– Dayan, Can!

Bryuno var gücü ilə onları sürücüdən ayıran pəncərəni 

döyəc ləməyə başladı, amma sürücü onun təklifini göz lə-

mə dən özü maşını kənara sürüb saxladı.

«Mən bu adamlarla birlikdə ölmək istəmirəm! Mənim 

əlli dən artıq yaşım var, bu vaxta kimi yaşamamışam ki, 

be lə karikaturalarla birlikdə öləm», – Loik fikirləşdi; onun 

bu cür düşündüyü birinci dəfə deyildi, çünki Parisdən gə-

lər kən yolda artıq iki dəfə gülləbaran edilmişdilər.

Lyusla Diana maşının döşəməsinə sarı əyildilər, nə za-

kətli olmağa alışmış Loiklə Bryuno isə qadınları qorumaq 

üçün onların üstünə atıldılar. Bədbəxtlikdən, Loik kübar 

sür-sümük yığını olan Diana Lessinqin üstünə düşmüşdü; 

bu, onu lap özündən çıxararaq donquldanmasına səbəb 

ol du: «Cəmiyyətin tələbinə əməl edə-edə gör bir hara gə-

lib çıxmışam! Otuz il itaətkarlıq, zahiri həyatsevərlik və 

məc buri subaylıq!»

Orsa sahillərində xidməti ilə Loik yaşamaq üçün yaxşı 

pul qazanırdı, amma bu, sevdiyi və oksigen kimi ehtiyac 

duy du ğu kübar cəmiyyətin adamı olmaq üçün kifayət 

deyil di. O artıq otuz il idi öz şəxsi keyfiyyətləri sayəsində 

yük sək cəmiyyətə aid ola bilmişdi, bunun səbəblərindən 

bi ri də o idi ki, nahar süfrəsi arxasında on dörd nəfər əy-

ləş mə li dir, bric oyununa isə dörd tərəf-müqabil lazımdır; 

dul, boşanmış, ya da ərə getməmiş qadınların isə həmişə 

ka va le rə ehtiyacı olur. Ona görə də yüksək cəmiyyət Loik 

Ler mi ti, demək olar ki, hörmət əlaməti olaraq yaraşıqlı bir 




DOLANBAC YOLLARLA

169


uşaq baz kimi qəbul etmişdi. Doğrudan da, axı onun subay 

hə ya tını başqa nə cür qəbul etmək olardı? Bir özünüz fi kir-

lə şin, onun xoşuna gələn, ya da ondan xoşu gələn qa dın-

la ra bəhanə kimi söyləmək üçün nə isə fikirləşmək la zım 

idi, ya yox?! Yüksək cəmiyyətdə isə belə  şeylər tez-tez 

olur du; ona da normal kişi həyatı yaşamaq üçün mane 

olan sə bəb yalnız bu ola bilərdi. Amma bu cür həyat dəb-

də bə li salonlarda tutduğu yerə dəyərdi… 

Əslində, o, mövhumata olan inamından çox gec əl 

çək miş  və sevdiyi qadının hesabına yaşamaqdan imtina 

et miş di; bəlkə  də, daha sadə insan kimi hərəkət edə bi-

lər di, amma qorxurdu ki, həmin qadının vəsaiti özünə çat-

maz. O, eyni şəkildə sevmədiyi qadının hesabına da yaşa-

maq dan imtina edərdi. 

Deməli, hər hansı bir süründürməçilik və  tə xi rə sa lın-

ma lar olmadan həmin o uzunmüddətli öhdəçiliyi həyata 

ke çir mək üçün gücü yetməyəcəkdi – onun həyatı elə belə 

də olmuşdu.

– Aman Allah, – çöldən qorxu içində  qırıq-qırıq çı-

xan səs eşidildi. Dəhşət hissi bu səsin qadına, yoxsa ki şi yə 

məxsus olduğunu başa düşməyə mane olurdu. – Aman 

Al lah! Onlar geri qayıdırlar!... Onlar yenidən geri qayı dır-

lar! Onlar çoxdurlar! – səs qışqırdı və kəsildi.

Elə  həmin dəqiqə yolda tam səssizlik yarandı. Bu, 

teat ral bir səssizlik idi. Əlbəttə ki, onu Diana pozdu.

– Necə də istidir! – o, xalçanın üstündə uzandığı yer-

dən dilləndi. – Siz əminsiniz ki…

– Susun, – Loik pıçıldadı, onun bu hərəkəti isə əsl ax-

maq lıq idi. Guya, təyyarəçi onları eşidə və hədəfə gö tü rə 

bilərdi. Loik artıq yuxarıda gün ərzində iki, ya da üç də fə 

eşit məli olduqları uğultunu seçməyi öyrənmişdi. Eş şə k arı-

sı nın iyrənc uğultusu – başda elə  zəif çıxır ki… sanki, ona 

adət etsinlər, onu unutsunlar, daha ondan qorxmasınlar 

de yə üç-dörd saniyə inadla güclənmək istəmir…

Səs birdən-birə güc yığaraq aşağıya şığıdı, elə bil, təy-

ya rə onu saxlayan zəncirləri qıraraq səmadan qopmaq is-

tə yir di. Sonra həmin səs qorxunc və həyasız bir uğultuya 

çev ri lə rək artdı; o, başdan-başa bütün ətraf təbiəti, bütün 

boş luğu, bütün səssizliyi doldurdu…

Bu səsdən qonşunun gözləri böyüyür və qaralırdı, bu 

səs adamı düz sifətinin yanındaca göyərən yaşıl otu qo-



FRANSUAZA SAQAN

170


par ma ğa vadar edirdi… Bu uğultu böyüyərək vəhşi, az-

man, apokoliptik fəryada çevrilirdi... O, insanı getdikcə 

da ha çox torpağa sıxır, bəşər övladlarının aciz və dəyərsiz 

bə dən lə ri ni, ətlə, qanla, əsəblə, su ilə doldurulmuş bu də-

ri torbaları yerə daha bərk basırdı… Adama elə  gəlirdi ki, 

bü tün bu insanlar o vəhşi uğultunun içərisində düşünə və 

hiss edə bilərlər; amma burada heç kim heç bir şey haq-

qın da fikirləşmirdi, dəhşətdən ağlını itirmiş heçliyə çev ri-

lə rək hiss etməkdən boyun qaçırırdı. Bir çox əsrlər  əv vəl 

on la rın xələfləri də  həmin bu günəşin altında be lə cə qal-

mış dı lar; bu günəş bu adamcığazların sülh zamanlarında 

ne cə iddialı olduqlarına tamaşa edərək gülərdi; indi də 

on la rın ölüm qarşısında qorxularına ürəkbulandırıcı bir ik-

rah la tamaşa edirdi.

Maşına nəsə dəydi, silkələdi, o, arxası üstə aşdı, uçdu, 

onunla birlikdə yıxılarkən bir-biri ilə toqquşan və bir-birinə 

yum ruq atan itaətkar sərnişinlər də içərisində… Bütün 

bun lar tam səssizlikdə baş verirdi. Onların fikirlərini ifadə 

edən yeganə söz pıçıltı ilə havaya atılmış «Yox!» nidası idi. 

«Yox!» Heç bir dəqiqləşmə, ünvansız məzəmmət ol 

ma-

dan, demək olar ki, təəccübsüz və  qəzəbsiz ifadə edilən 



bir nida! Bu «Yox!» dörd adamın başında olan milyardlarla 

be yin hüceyrəsindən doğulmuşdu.

Səs tez də yox oldu və bu, onun meydana gəl mə sin-

dən daha sürətlə baş verdi. Bir anın içərisində  gələn və 

yo xa çıxan ağrı kimi… «Yunkers»lər – bu dəfə onların sayı 

al tı ya çatmışdı – hələ bu qədər alçaqdan uçmamış  və bu 

qə dər qəddar hərəkət etməmişdilər. Silahsız adamların 

gül lə ba ran edilməsi nasist siyasətinin bir hissəsi idi, bu 

ba rə də Or sa sahillərində gizlində olsa da, çoxdan şüb hə-

lə nir di lər. Loik baş verə biləcək  şeylərə nifrət edirdi; o, 

sü rət lə  hərəkət etməkdə olan müharibəyə nifrət edirdi, 

çün ki bu müharibə özü ilə birlikdə saysız-hesabsuz bəd-

bəxt lik lər gə ti rir di... Bəlkə  də, o, Parisdə qalsa, mü qa vi-

mət gös tə rənlərə qoşulsa, daha yaxşı olardı… Amma nə-

yə?.. Ne  cə?.. Özü də onun yaşında? Əlbəttə, o, hələ çox 

zi ya fət sa  lonlarında peyda olacaqdı. Amma əmin de yil di 

ki, bundan sonra orada özünü şən hiss edə bilsin.

İndi isə söhbət müqavimətdən yox, sağ qalmaqdan 

ge  dir di. Onun üstünə ildırım kimi şığıyan Lyusun qarnına 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə