«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə48/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   44   45   46   47   48   49   50   51   ...   212

BOYUNDURUQ

147


– Hə, elədir, elədir! Nə olsun ki? Sən boş-boş şeylərə 

gö rə  əzab çəkirsən… hər cür cəfəngiyata görə üzülürsən; 

da rı xır san, əsəbiləşirsən… çünki ya yetərincə əylənə bil mir-

sən, ya da vaxtını başqaları ilə keçirmək istəyirsən… Am-

ma mən… üzünü məndən çevirən kimi, sanki, ürəyimə 

xən cər saplayırlar; başa düş, ətrafımda elə bir boşluq ya ra-

nır ki, lap dözülməz əzaba çevrilir; adam lap başını divara 

döyəcləmək, qanı tökülənə  qədər özünü cırmaq-cırmaq 

et mək istəyir… bu elə dəhşətlidir ki, Vensan, başa düş… Sə-

nin üzündən bütün bu dəhşət… başa düşə bilmirsən.

O, məni maraqlandıra bilmişdi. Bu, əbədi klassika idi: 

«Ve nera öz qurbanına qarşı ehtirasdan od tutub yanırdı». 

Təəs süf ki, həyatda bütün hisslər çox dayazdır – hər halda, 

bi zim gündəlik həyatımızda belədir.

– Öz  sağlamlığın haqqında fikirləş, – dedim, – elə 

adam ları tap ki, səni sakitləşdirə bilsinlər, həyat zövqünü 

özü nə qaytarsınlar.

Lorans acı-acı güldü:

– Bəs sən nə bilirdin? Bütün bu yeddi ili əl-qolumu 

ya nı ma salıb boş oturmuşam? Həkimlərin, psixiatrların 

ya nı na gedirdim, akupunkturanı  sınamışam, sakitləşdirici 

dər man lar qəbul etmişəm, gimnastika ilə  məşğul ol-

mu şam… hər  şey, hər  şey etmişəm… hər  şeyi sınamışam, 

Ven san, hər şeyi… Bunun nə demək olduğunu ağlına belə 

gə tir mirsən, – Lorans onun üçün nadir olan bir altruizm 

içə ri sin də  əlavə etdi, – düzdür, sənin bu işdə günahın 

yox dur… Həqiqətən də, əksər hallarda sevimli və dözümlü 

olur dun. Amma həm də dəhşətlisən, qorxulusan. Axı mə-

ni heç vaxt sevməmisən, məgər elə deyil? Cavab ver! Heç 

vaxt! Hətta bunu hiss etməmisən də; sanki, ha van çat mır-

mış kimi içini bürüyən cansıxıcı  kədəri… bax, bu ra da…– o, 

əli ni öz boğazına qoydu, sifətinə  qəribə bir ifadə verərək 

sıx dı, sanki, əli ilə boğazı arasında görünməz bir şeyi ba-

sıb əzmək istəyirdi. Mən tərəddüd etməyə başladım. 

– Yox, yox, – dedim, – hər halda, səni sevirdim. Bu 

mə sələdə heç nə başa düşmürsən, amma səni sevirdim, 

Lo rans! Sevməsəydim, yeddi il birlikdə yaşamazdıq.

– Nəzakət xatirinə belə deyirsən, – o çığırdı, – yal va rı-

ram, bu qədər nəzakətli olma. Nə istəyirsən elə, bircə be-

lə eləmə. Sənin nəzakətliliyin, sənin iltifatın,  şənliyin, gü-




FRANSUAZA SAQAN

148


lü şün, səhərlər pəncərəni açaraq dərindən nəfəs al ma ğın, 

küçələri addımlamağın, stəkandan içmək tərzin, qa dın la-

ra, mənə baxışın, hətta mənə, həyata münasibətin, zöv-

qün dəhşətdir! Bu, məni məhv edir! Sən heç vaxt bundan 

ya xa qurtara bilməyəcəksən! Necə ki mən səndən qurtula 

bil mi rəm! Bu, iyrəncdir, iyrənc!

– Hə, – mən içimdə  qəribə bir xoşbəxtlik hiss edib 

de dim, – hə, bu iyrəncdir!

O, əlini mənə tərəf uzadıb ehtiyatla çiynimə toxundu.

– Hə,  əgər bunun iyrənc olduğunu başa düşürsənsə, 

– o, yenə də dediyini deyirdi, – deməli, daha çıxıb ge də-

cə yi ni söyləməyəcəksən?! Bu lap ağ olardı. Dözülməzdir! 

Sən gedə bilməzsən, Vensan!

Etiraf edim ki, bu sözlərdən sonra səsimi kəsdim. 

Onun bədbəxt görünüşü, içindəki dərd, özü də çox bö-

yük dərd yavaş-yavaş məni utandırmağa başladı; bu dər-

din gözlərim önündə boy verən böyüklüyü məni bir az 

qor xut du da; gözümün qabağındaca çarpayının üstündə 

qıv rı lan və haqqında çox az şey bildiyim bu varlıq üçün 

nə isə elə mək istədim, içimdə güclü bir istək baş qaldırdı; 

mən an caq onun dərisini, nəfəsini, səsini, məhəbbətlə ne-

cə  məş ğul olduğunu, necə yatdığını bilirdim; başqa heç 

bir  şey… Mən Loransı başa düşmürdüm, heç vaxt da ba-

şa düş mə miş dim. Fikirləşirdim ki, niyəsə o, məni həd din-

dən artıq çox sevir; amma təsəvvür edə bilməzdim ki, bu 

«həd dindən artıq çox»un içərisində bütöv bir cə hən nəm 

var imiş. Loransı axmaq, nifrətə layiq, qəddar, xud pə sənd 

və gözü kor hesab etməyimə baxmayaraq, ürə yi min də-

rin li yin də ona valeh olmaya bilmirdim; çünki bil mə di yim, 

heç vaxt bilməyəcəyim və  nə  qədər qəribə  də ol sa, bil-

mək belə istəmədiyim  şeylər onun üçün əlçatan idi. De-

məli, divanə məhəbbət bu idi? Amma yox… bu, da ha çox, 

mə həb bətlə heç bir ümumi cəhəti olmayan ta le siz bir eh-

ti ra sa bənzəyirdı. Sevəndə sevinirlər, gülürlər – bu nu də-

qiq bilirdim. Biz isə Loransla heç vaxt birlikdə gül məz dik; 

hə qi qətən də – heç vaxt.

– Qulaq as, – dedim, – mənim burada qalmağıma 

dəy məz. Sənə görə, özümə görə, hər ikimizin xətrinə çox 

ça lış dım, amma daha belə davam edə bilməz. Çoxdandır 

səndən bu cür asılı olmaq, münasibətlərimizin alt-üst ol-




BOYUNDURUQ

149


ma sı, bu məqalələr, ətrafımızda olan çirkab… mənim üçün 

dö zül məz bir şeyə çevrilib. 

O, bütün deyilənlərdən yalnız bir sözü eşitdi: asılılıq! 

Və qəribə şəkildə bağıraraq tumbaya tərəf atıldı, əl çan ta-

sı nı qapıb çek kitabçasını çıxardı və mənim böyük təəc cü-

bü mə rəğmən nə isə yazmağa başladı.

– Nə istəsən, – o bar-bar bağırırdı, – ürəyin nə istəsə! 

Hər şeyi sənə verirəm, elə bu dəqiqə! Bax, bu da çek, iki 

çek, üç çek… bu, bizim ümumi çek kitabçamızdır, gündüz 

bank dan götürmüşdüm. Bir bax, çeklərin hamısına imza 

atı ram, bütün pullarını götürə bilərsən, sabah, ya birisi 

gün… mənimkiləri də götür – əgər istəyirsənsə. Hamısını 

gö tür, nə istəyirsənsə elə, istəyirsən yelə ver, istəyirsən 

dost larına payla, bircə çıxıb getmə, yalvarıram sənə, Ven-

san, get mə! Qulaq as, əgər sənə bircə çek yazsam belə… 

bir cə ye ganə çek… onda da bütün pulları götürə bilərsən… 

bu nu ki bi lir sən. Hə, qalırsan?!

Mən ayağa qalxıb ona ikrahla baxdım. Mürəkkəbə bu-

laş mış barmaqları ilə yarıcırıq çek kitabçasını imzalayan bu 

ağ layan qadına görə utanırdım: o, çox çətinliklə ya rat dı ğı 

bir  şeyi dağıdırdı. Hə, mənim zavallı dustaqxana gö zət-

çim qaçışın qarşısını ala bilməyəcəkdi. Özümə isə ona gö-

rə hirs lə nirdim ki, onun məğlubiyyətindən yararlana bil mi-

rəm – soyuqqanlılığım yetmirdi.

Bu, axmaqlıqdır, amma çeklərdən birini belə götürə 

bil mədim, halbuki bircəciyi də yetərli idi.

– Götür,  yalvarıram sənə, – o, düz gözlərimin içinə 

ba xa-baxa pıçıldadı; deyəsən, həyəcanı yavaş-yavaş aza-

lır dı, – hə, xahiş edirəm, götür. Götür və qal, getmə. Üç 

gün lük, iki günlük… üç günlük qall! Heç olmasa, iki günlük 

qal, bircə bu axşam çıxıb getmə, yalvarıram sənə, Vensan.

O, lənətə gəlmiş çeklərdən birini düz burnumun al tı na 

dürtürdü. Mən artıq tərəddüd etməyə başlamışdım. Əgər 

götürsəm, müəyyən müddətə qalmalı olacaqdım; ney-

ləmək olar, bəlkə  də, abırsızlığım qalib gələcək və  mən, 

hə qi qə tən də, bu gün olmasa da, nə vaxtsa buradan əki lə 

bi lə cə yəm; amma gedəcəyimə bu qədər  əminəmsə, de-

mə li, heç nə götürmək olmaz.

Lənət şeytana, axı bunlar mənim pullarımdır, niyə də 

onları götürməyim? Həm də Lorans bunu vəd kimi qəbul 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə