«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə45/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   41   42   43   44   45   46   47   48   ...   212

FRANSUAZA SAQAN

138


ikisi yorğun idi və inamını itirmişdi… Lorans onları qulaq 

as ma ğa vadar edir; biri oturduğu kreslodan sıçrayıb qalxır, 

o biri isə əksinə, kresloya çökür; bu, həmin an onların han-

sı  vəziyyətdə olmasından asılı idi; amma heyranlıq ümu-

mi idi. Nəhayət ki, ərin səyi uğurla nəticələnir, onun şöh-

rət pərəstliyinə vurulmuş yaralara məlhəm sürtülür və o, 

sadəlövhcəsinə bu qələbənin atributlarına baxaraq gü lüm-

səyir (Lorans isə, əlbəttə ki, öz kiçik hiylələrini ona açmaq 

is tə məzdi). 

Bəstəkar hər  şeyi Loransa verməyi təklif edir, amma 

o imtina edir, çünki istəyirdi ki, əri özünü azad hiss etsin, 

ta le yini özü müəyyənləşdirsin; halbuki birgə yaşadıqları 

yed di il ərzində onun özü taleyini ayaqlar altına ataraq 

bir gə gələcəklərini, bu günlərini və keçmişlərini təmin et-

mə yə çalışmışdı. Və  gənc bəstəkarı  nə gözləyirdisə göz-

lə sin (qoy lap bu, Amerika Birləşmiş  Ştatlarının  ən yük-

sək mü kafatı «Oskar» olsun), dünyanın heç bir şan-şöh rə ti 

ax şam lar onun evdə rahatlıq tapmasına və titrəyə-tit rə-

yə Loransa qısılıb bu sözləri deməsinə mane ola bil məz: 

«And iç ki, heç vaxt məni tək qoymayacaqsan». Dır naq la rı 

bağ layın, məqaləni də bitirin. Carçılar şeypur və ba ra ban-

la rı nı çalırlar. 

Mən jurnalı kənara tulladım.

Birdən-birə  nəyə görə bu qədər  şöhrətləndiyimin sə-

bə bini başa düşdüm. Sən demə, Hollivudda filmə ya zıl-

mış  ən yaxşı musiqiyə görə mükafata iddiaçılardan bi 

ri 

imi şəm. Amma yerdə qalan başqa  şeyləri başa düşə bil-



mir dim: nə üçün Lorans həyatımızı qarmaqarışıq, xao tik, 

məz həkə ilə dolu, bayağı bir sabun operası kimi təq dim 

et miş di? Bu, ürəkbulandırıcı idi. Hətta nəinki ürək bu lan-

dı rı cı, iyrənc və murdar idi. İnsanların öz baxışlarını ni yə 

mən dən gizlətdiklərini indi anlayırdım… Bir cüt sa 

də löv-


hün, bir də kafenin sahibinin… hətta ən yaxşı dostum Ko-

rio la nın belə… 

– Mən nə edə bilərəm? – soruşdum.

– Heç  bir  şey, – Koriolan cavab verdi, – hər halda

«Lya Smen»ə (bu, məqalənin çap olunduğu jurnala rəqib 

jur nal idi) bütün bunların yalan olduğunu yaza bilməzsən. 

Öz variantını da təqdim edə bilməzsən, düz demirəm? 

Özü də  nəzərə alsan ki, Lorans burada bu cür əhvalatlar 




BOYUNDURUQ

139


qu raş dırıb. Bütün bunları necə  təkzib edə bilərsən? O ki 

fakt ları manipulyasiya edib.

– Bəzi şeyləri təhrif edib, bəzi şeyləri axıra kimi danış-

mayıb, – dedim, – mahiyyət etibarilə heç nəyi inkar etmək 

də mümkün deyil… həm də istəmirəm ki…

Mən əllərimi qoynumda çarpazlayıb fikrə getdım; indi 

mə nə elə gəlirdi ki, əllərim də mənim deyil… 

Xəcalət çəkirdim. Həyatımda ilk dəfə idi ki, sözün əsl 

mə nasında, utanırdım, yanaqlarım od tutub yanırdı; nə 

ka fe sahibinin, nə də onun müştərilərinin üzünə baxa bi lir-

dim. Bundan sonra heç cıdırda da görünməyə cəsarət edə 

bil mə yə cəkdim.

– Əgər indi onu atıb getsən, necə  əclaf kimi gö rü nə-

cə yini təsəvvür edirsən?  İnsanlar belə  şeylərə inanırlar, 

– Ko 

riolan dırnağı ilə jurnalı  mənə  tərəf itələdi, – sənin 



əley hi nə bircə kəlmə belə yoxdur. Söyləyə biləcəyi ən pis 

şey də onun dilindən elə gözəl səslənib ki… Bu da, təbii ki, 

onun tamamilə aydın başa düşülən zəifliyi kimi görünür; 

sə nin tərəfindən isə bu, sadəcə, dəhşətdir! Yox, yox… – 

mə nim çaşmış məsləhətçim başını yellədi.

Mən bir də ayıldım ki, fışqırıq çalır və barmaqlarımı 

sto la döyəcləyirəm, sanki, nə isə təxirəsalınmaz bir iş gör-

mə li idim; amma nə? Hə, indi başa düşdüm:  əşyalarımı 

yığ ma lıyam. Mən ayağa qalxdım.

– Hara? – Koriolan soruşdu.

Orada olan dörd nəfərin dördünün də ardımca necə 

bax dı ğını hiss edirdim. Əsəbi baxışları olan gənc  ər belə 

bir vəziyyətdə nə edə bilərdi? Koriolana tərəf əyilib pı çıl-

da dım:


– Hara? Əşyalarımı toplamağa, dostum.

Və cavab gözləmədən çıxdım. Tələsik addımlarla evi-

mə  tərəf yollandım; onun evinə… evləndikdən sonra o 

mən zil də biz uzun müddət qonşuluq etmişdik.



10

Bizim çatışmazlıqlarımız yaxşı  cəhətlərimizdən də-

fə lər lə tez və daha aydın  şəkildə üzə  çıxır: yəni sən sə-

xa vət li adam kimi himayə edəcəyini fikirləşənə  qədər 

xə sis artıq necə  qənaət edəcəyini başa düşür; cəsarətli 



FRANSUAZA SAQAN

140


adam özünü toparlayana kimi şöhrətpərəst özünü öy mə-

yə imkan tapır; ya da başqa bir misal: dalaşqan davaya 

baş layıb, sülhpərvər isə ona qarışmağa imkan tapa bil mir. 

İnsanın daxili dünyasında da, təxminən, buna bən zər şey-

lər baş verir. Loransın mənə sırıdığı həyat tər zi ni içim dəki 

tən bəl lik məni iş axtarmağa vadar edən  şöh rət pə rəst-

li yim dən qat-qat tez bir zamanda qəbul etdi; beləliklə, 

mən qeyri-adi bir tənbəlliklə çuqun özülə bərkidilmişdim; 

bu nun  la belə, yenə  də  məni itirməkdən qorxan Lorans o 

biri ayağıma da başqa kələfçə vurmuşdu – ləyaqət kə ləf-

çə si. Və indi arvadımı atsaydım, şübhəsiz ki, bütün dün ya-

nın gözündə ən böyük əclaf kimi görünəcəkdim; eyni şeyi 

mə nə Koriolan da demişdi.

Amma… Lorans aramızdakı  fərqi yaddan çıxarmışdı. 

O, insanların onun haqqında nə düşünəcəyinə qarşı hör-

mət lə yanaşmaq ruhunda tərbiyə edilmişdi, mən isə ya-

rı ma nar xist va 

lideynlərimin dərsindən yalnız mənə  sərf 

edən  şey lə ri öy rənmişdim; eyni zamanda da cəmiyyətin 

fik ri nə qar şı nif rət hissini...

Mənim sonu əvvəlcədən açıq-aydın görünən bu ni ka-

ha asanlıqla atılmağımın özü də Loransa imkan ya rat ma lı 

idi ki, bunu başa düşsün; ən azından onu xəbərdar et mə li 

idi ki, coşqunluğum və meydan oxumağa olan mə həb bə-

tim dörd yüz min sentimental oxucunun qəzəbini böyük 

se vinc hissi ilə qarşılamağıma kömək edəcək. Meydan 

oxu ma ğa və  dəliqanlılığa olan məhəbbətim başqa bütün 

şey lər dən – vərdişdən, minnətdarlıq və tamah hissindən, 

hət ta tənbəllikdən belə daha güclü çıxdı. Mənim ideal hə-

yat yoldaşım isə hesab edirdi ki, onun cızma-qarası sa yə-

sin də əlim-qolum bağlanacaq. Çox böyük səhv etmişdi!.. 

Evə qayıdıb yığışmağa başladım. Fikrim-xəyalım 

özüm də olmasa da, ürəyim rahat idi. Cəmiyyətə qarşı çıx-

ma ğım da ağıllı və gözəl heç nə görmürdüm, amma is tə-

ni lən halda təsiri altına düşdüyüm bu hiss nə idisə, qar şı-

sı a lın  maz idi.

Həmişə belə olur: ağlını  işlətməyə imkan tapmamış 

hiss lər adamı, Allah bilir, daha hansı işlərin içinə dartıb sa-

lır… Hisslərdən başqa nə gözləyəsən ki? 

Əşyalarımı çamadana yığdım, sonra tünd-yaşıl kost yu-

mumu götürüb-götürməyəcəyimi fikirləşdim; onu mə nə 



Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə