«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə42/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   38   39   40   41   42   43   44   45   ...   212

BOYUNDURUQ

129


olmağa başlayırsa, o andan etibarən, avtomatik ola 

raq 


ona layiq ola bilmir. Əvəzində indi mən onu da bi li rəm ki, 

ki şiyə necə lazımdırsa qulluq göstərən qadın da av to ma-

tik olaraq ona layiq birinə çevrilmir. Düzdür, Lorans bu ak-

sio mu bilmirdi, ya da özünü elə göstərirdi ki, guya, on dan 

xəbərsizdir. Bununla belə, problem, ilk növbədə, bun 

da 


idi; yerdə qalan bütün şeylər yalnız və yalnız nəticə idi. 

Nə ti cələr isə belə idi: birincisi, az qalmışdı ki, mən azad-

lı ğa çıxım; ikincisi, Lorans bunu etmək üçün mənə imkan 

ver mə di; və üçüncüsü, indi bütün bunlara görə özümü 

çox pis hiss edirdim.

Bu problemlər necə həll olunursa olunsun, mən əmin 

idim, hətta inanırdım ki, Loransı diz üstə oturtmalı və ne-

cə la zım dırsa, kötəkləməliyəm;  əgər belə eləsəydim, bu-

nun la da ailə  həyatımız dərhal öz axarına düşəcəkdi. 

Bəl kə də, belə deyildi. Bəlkə də, bu məsələdə də ax maq-

ca sı na və yaramaz kimi düşünürdüm. Kim bilir? Bir də 

axı  mən həyat haqqında nə bilirəm ki? Heç nə. Getdikcə 

onun haqqında təsəvvürüm daha da azalırdı. Hətta qə-

tiy yən təsəvvürüm yoxdur da deyə bilərdim. Qətiyyən! 

Bü tün həyat mənim üçün necəsə qeyri-müəyyən, dö zül-

məz və  dəyərsiz idi… Hər  şey məni bezdirmişdi, yalnız 

bir  şey istəyirdim: yatmaq… aspirin qəbul etmək və yat-

maq… Məndən isə bütün həyat tərzimi dəyişdirməyi tə-

ləb edirdilər; tutaq ki, ehtiyac olanda bunu etməyə qa dir 

idim; amma buna görə  əşyalarımı toplamaq lazım gə lə-

cək sə, o zaman… buna mənim gücüm yetməzdi...

– Bir de görüm, – Koriolan özünü ortaya atdı, – sənin 

III Napoleon üslubunda bəzənmiş qonaq otağında içməyə 

bir şey tapılmaz ki?

O, öz qəhvəsini içib qurtarandan sonra yeni nəyəsə 

gi riş mək istəyirdi. 

– Hansı qonaq otağında? – soruşdum.

– Sənin mebelin III Napoleonun stilindədir,  əzizim. 

Xə bə rin yox idi? Yeddi il ərzində, heç olmasa, gözucu da 

ol sa evinin avadanlığına fikir verə bilərdin. Əlbəttə ki, bu-

nun la arvadın məşğul olur. De-ko-ra-si-ya… – o, he ca la ya-

raq dedi.

Söz sözdür, biz məşhur qonaq otağına getdik, mən 

ba rı açdım, butulkanı  çıxardım və iki qədəh götürdüm. 




FRANSUAZA SAQAN

130


Ko rio lan altında cırıldamağa başlayan divanda yerini ra-

hat la dı  və butulkaya baxaraq gülümsədi. Elə bu zaman 

qa pı zəngini və dəhlizdən Odilin səsini eşitdik.

– Müsyö Şatel! – o, bizi xəbərdar etmək üçün hün dür-

dən danışırdı. – Müsyö Şatel! Necə də xoş sürpriz!

Budur, hər  şeyi yoluna qoymaq üçün qayınatam da 

təş rif buyurmuşdu. Mən ildırım sürəti ilə qədəhimi Ko rio-

la na ötürdüm və məktəbli uşaq kimi ayaqlarımı cüt ləş di rə-

rək onunla üzbəüz oturdum. Oğru – məktəbli. Bu, özü mü 

evimdəki kimi hiss etmədiyimi sübut edən gözəl il lüs tra-

siya idi; mən, həqiqətən də, heç vaxt burada rahat ol ma-

mış dım.


– Qızım evdədir? – kələkbaz qayınatamın səsi gur-gur 

gu rul dadı.

Birdən-birə onun bütün əmlakımı mənimsədiyi yadı ma 

düşdü və bu, məni cəsarətləndirdi. Amma o, qə zəb lən miş 

buğa kimi artıq otağa daxil olmuşdu, təhqiredici nə zər lər-

lə mənə ötəri baxdı və gözlərini divanda rahatca əy ləş  miş 

Koriolana dirəyərək, onu nəzərdən keçirməyə baş la dı.

– Müsyö?


– Senyor! – Koriolan iki metrdən hündür boyunu nü-

ma yiş etdirərək ayağa qalxdı; sanki, diqqətimi yalnız in di 

cəlb etmiş  dəbdəbəli matəm kostyumunu nümayiş et di-

rir di. Toyumda mən, həqiqətən də, ona qara bir kos tyum 

ba ğış lamışdım – bugünkü təsadüfü nəzərə al ma saq, Ko-

riolan onu cəmi iki dəfə geyinmişdi: dəmir mə mu la tı dü-

ka nı nın sahibinin dəfn mərasimində, bir də Gözəl Sənətlər 

Mək tə dində  təşkil olunmuş hansısa mərasimdə. Məncə, 

o, hör 

mət dolu hərəkətlə  təzim edən qayınatamda da 



yax şı təəssürat oyatdı. 

– Müsyö Şatel və senyor Latello! – mən «l»nı güc lən-

di rə rək və Latelo soyadında vurğunu «o»nun üzərinə sa la-

raq təqdim etdim; bu soyadda olanların hər biri ata dan ta 

oğula qədər on dördüncü dairədə yükdaşıyan iş lə yir di. – 

Müs yö Şatel, arvadımın atası, – mən Koriolan üçün də qiq-

ləş dirdim, – müsyö Latello isə «Qrammofon» fir 

ma sının 

Mad riddə  səlahiyyətli nümayəndəsidir, mənim mah nı ma 

müəl lif hüquqlarının güzəşti ilə məşğul olur.

– Müsyö, – qayınatam təzim etdi və gələcək ra zı laş ma 

haqqında fikir ağlına gələn kimi baxışları od-alov saç dı.




BOYUNDURUQ

131


– Senyor! – Koriolan bir addım qabağa ataraq səs lən-

di, amma qayınatam geri çəkilmədi və  mən dostumun 

ko bud qabığının altında gizlənən cəsarətə heyran qaldım.

Mən qayınatamın Koriolana baxarkən kədərli sərxoş 

ada mı, ev qulluqçularını sevən və az qala, qızının toyunu 

bər bad edən birini xatırlayacağını düşünüb narahatlıq ke-

çi rir dim; amma o vaxt o, qaranlıqda pırtlaşıq saçlı,  əzgin 

si fət li tipi ötəri görmüşdü, indi Raspay bulvarındakı  mən-

zil də, divanda əyləşmiş ispan centlmeni ilə onun arasında 

heç bir ümumi cəhət yox idi. 

– El padre de la senora Laurcns?

1

 – Koriolan hər iki əi 



ilə qayınatamın əllərindən tutdu. 

– Hə, – zavallı qoca mızıldandı, – hə!  Yo soy… İ am 

… Mən el padre… mənim qızımın… You

2

… Siz onunla ta nış-



sınız?

– Si, si, la conozco! Ah, bueno! Aqui es el padre y 



aqui es el marido! Bueno!

3

 (Bu axmaq sevinə-sevinə bizi 



qu caq layır, özünə elə  sıxırdı ki, onun qoltuğunun altında 

bu run-buruna gəlməmək üçün fədakarcasına müqavimət 

gös tərməli olduq.) – Povres bougros! – Koriolan yenə 

də çığırdı və tez-tez təkrar etməyə başladı. – Si, si, si! La 



con-ozco!

4

 – qayınatam bizi buraxdı, amma hər ikimizin 



çiy ni nə elə şappıldatdı ki, yerimizdə səndələdik.

Çox  təəssüf edirəm, – qayınatam yüngülcə  həvəs-

lən mişdi və qeyri-ixtiyari silkələnə-silkələnə danışırdı, – 

təəs süf ki, ispan dilində danışa bilmirəm! No hablo!

5

Bir çox məlumatsız adamlar kimi o, eyni zamanda 



həm özündənrazı, həm də  şübhəli tərzdə Koriolana gü-

lüm sədi, sanki, ispan dilini bilməməsi ona həmsöhbətinin 

gö zündə anlaşılmaz və sadəlövh bir gözəllik verirdi. 

– No hablo, amma mən iki dəfə olmuşam,  dos!

6

 – o, 


Ko rio lanın gözləri önündə barmağını iki dəfə silkələyərək 

1

  Senyora Laurenseninin atası (isp.)



2

 «Mən… Mən…. atayam… Siz…» (isp., ing.)

3

 «Hə, hə, mən onunla tanışam! Yaxşı! Burada ata, burada da ər! 



Yax şı!» (isp.)

4

 «Zavallılar! Hə, hə, hə! Onunla tanışam! Tanışam!» (isp.)



5

 «Danışmıram!» (isp.)

6

  İki! (isp.)




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə