«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə39/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   35   36   37   38   39   40   41   42   ...   212

FRANSUAZA SAQAN

120


9

Evə gedərkən aradakı səssizliyi pozmaq üçün qey ri-ix-

tiyarı radionu işə saldım. Qonaqlıq haqqında fi kir lə şir dim. 

Ziyafətdə  hər  şey onunla yekunlaşdı ki, mən kon yak qə -

dəhlərini keçmiş məşuqələrimdən birinin əri ilə bo  şal t ma lı 

olmuşdum. Yeri gəlmişkən, o, yaxşı oğ lan imiş və iş ada-

mı üçün həddindən artıq suyuşirin idi. Gö rə sən, ar va dı nın 

ağlı harada idi ki, ona mənim ki mi bi ri ilə buy nuz qoy muş-

du? Hər halda, biz bundan son ra da gö rüşmək və birlikdə 

id man la məşğul olmaq üçün şərtləşdik; hətta bir sıra xoş-

niy yət li və dumanlı layihələrdən sonra Madlen ba 

rın da 


bö yük şah mat partiyası oynamaq üçün gün də təyin etdik.

Neyləmək olar, bu ziyafətdə  mən bir sıra fərqli emo-

sio nal vəziyyətlərdən adlamalı olmuşdum: estetik həzz 

və ar tis tlik  şöhrətpərəstliyindən ta erotik məmnunluğa və 

ki çik bir komediantlığa qədər; özünü gülməli hiss etmək 

və baş qa larını da gülünc vəziyyətə qoymağın da öz xüsusi 

gö zəl liyi var idi. Eyni zamanda, bütün digər şeylərdən əla-

və, mən həm də kişilik hörmətinin şirin bəhrəsini yeyir dim.

Loransın profilini görmək bəs edirdi ki, ziyafətin onun 

üçün mənimki qədər uğurlu keçmədiyini başa düşəsən. 

Bu dur, mən radionu qoşmuşam, amma tərs kimi, yaxşı bir 

caz dan sonra yenə  də «Leysan»lara etdiyim gözəl bir im-

pro vizə səsləndirildi, özü də saksafonda. Birdən-bi rə içi mi 

qü rur bürüdü: mənim musiqim çoxmənalıdır, mə ha rət lə 

ya zı lıb, əsl musiqidir; o, sanki, öz-özünə inkişaf edir di; və 

be lə olan halda onu sadə adlandırmaq da ol maz dı; sonra 

öz-özümə qanım qaraldı ki, nahaq onun müəl lif li yi ni belə 

asan lıq la başqa birinin adına yazdım. Bu nun la belə, onun 

bəh rəsi başqalarına qismət olsa be lə, o, ye nə də mənimki 

ola raq qalırdı  və bu, mənim ye ga nə var-döv lə tim idi; o 

mə nim yuxular dünyamdan, yad 

da şım dan, mu 

si qili fan-

ta zi yam  dan yaranmışdı. Bu məsələdə heç kim heç nəyi 

də yi şə bilməz. Amma bu axşam onun efir də  səs lən di ril-

mə sin dən elə  çıxırdı ki, guya, mən Loransa qarşı xüsusi 

qur ğu qurmuşdum (elə bil, musiqi proqramlarına görə 

mən cavabdehdim).

Birinci və ikinci qaçışların nəticələrinin elanı arasında 

ra dio da «Leysan»ı  səsləndirdikləri üçün, çox güman ki, 




BOYUNDURUQ

121


Ko  rio  la nın Loransdan az qanı qaralmamışdı; beləliklə,  ət-

ra  fım  da xeyirxah alqışlar qətiyyən müşahidə edilmirdi.

Mən Koriolana görə narahat idim. Əgər biz öz yetmiş 

min frankımızı Lonşan, ya da başqa bir yerdə batırarıqsa, 

ona necə kömək edə bilərdim? Bəlkə, cıdırda pulları həzz 

ala-ala göyə sovurmaqla bərabər, həm də aradabir ar tır-

maq da mümkündür?! Hər halda, mən bunu sübut et miş-

dim. Bədbəxtlikdən, bu gün udacağıma  əmin olduğum 

ki mi, sonda hər  şeyi itirəcəyimə  də  əmin idim. Bununla 

belə, bir çoxları kimi ehtiyatlı oyunçuydum; qoy azartı 

ol ma yan qəribə adamlar tayfası bizim haqqımızda nə fi-

kir lə şir-fikirləşsin; öz təbiəti etibarilə konformist olan bu 

adam lar ippodromda qaçış  cığırı yanında, ya da oyun 

sto lu nun yaşıl mahudu önündə duran oyunçunu tor paq-

dan minlərlə kilometr uzaqda könüllü olaraq dənizə atı-

lan adam kimi standart təsəvvür edirlər. Bax elə bu mə-

sə lə də  də müdrik əlillər səhvə yol verirlər:  əvvəlcə heç 

kim sənə ciddi yanaşmır, heç kim sənin taleyinlə bağlı 

əsl oyun çu dan daha artıq narahat olmur; ona görə ki, o, 

özü nü təhlükə içərisində hiss edir. Amma yalnız əvvəldə, 

o da ona görə ki, bu bünövrənin  əsl kontinentlə heç bir 

ümu mi cəhətə malik olmadığını daha çox fikirləşir – adi 

gün lər lə bayramlar qədər fərqlidirlər; və budur, gözəl 

gün lə rin birində tamamilə haqlı bir dəyişiklik baş verir – 

ye ga nə  bərk bünövrə – harada ki yalnız və yalnız onun 

üçün möv 

cud olmaq mümkündür, hərəkət edir; atların 

nal la rı al tına düşür, əsl həyat isə kazino jetonlarında fik ri ni 

cəm lə yir, çünki hər halda, həyatda adilikdən daha ağır və 

daha amansız heç bir şey yoxdur. Hə, bu günahın fi na lı isə 

mədhiyyədir: jokey gödəkcələrinin, ya da ka zi no je ton la-

rının rənglərindən daha parlaq və daha azad, açıq sə ma 

altındakı qaçış meydançasından və ya ka zi no nun si qa ret 

çəkilən zalından daha dəyişkən, cins atın ye 

ri şin dən, ya 

da dəyəri milyon olan jetonun hə rə kə tin dən da ha yün gül 

heç bir şey yoxdur; qalibiyyətin, ya da məğ lu biy yə tin haq-

qında öyrənmək üçün isə iki kartı açmaq ye tər lidir. Mən 

bu Vivianı birdən-birə arzuladığım kimi, qəf lə tən də oy-

na maq həvəsinə düşdüm və bu istəyə qarşı çıx maq üçün 

gü cüm olmadı. Mən qızışmış, zalımlaşmış qa 

nı mın ağır 

tə kan ları altında ürəyimin necə  ağır-ağır dö 

yün dü yünü 




FRANSUAZA SAQAN

122


hiss edirdim; o artıq mənə öz qanım kimi gö rün mür dü; 

bəl kə də, ona görə ki, mən onu məzmunsuz bir üzün tü ilə 

qa rış dırmışdım.

– Zəhmət olmasa, burada saxla, – dedim. Lorans elə 

kəskin hərəkətlə saxladı ki, başımı kulək pəncərəsinə ya-

pış dırdım. 

– Oynamaq istəyirəm, – izah etdim. – Görürsən? Ora-

da, yuxarıda.

Çənəmlə stollar və kartın məni gözlədiyi mərtəbəyə 

işa rə elədim. Amma əyilmiş sifətini gördükdə ona rəh-

mim gəldi və çağırdım:

– Gedək, əgər istəyirsənsə, gedək. Maraqlı olacaq.

O cavab vermədi, sanki, mənim təzyiqimdən do na raq 

yerindən tərpənə bilmirdi. Qapını çırpıb çıxdım, ma şı nın o 

tə rəfinə keçdim. Sanki, səki ayaqlarımın altında yır ğa la nır-

dı. Loransa tərəf əyildim:

– Rahatca qayıt. Çox qalmayacağam.

Səkidən mən, adətən, ehtiyatlı olan Loransın alış dı rı cı-

nı, işığı yoxladığını, faraları yandırıb-söndürdüyünü, nə ha-

yət, qaza basdığını və bir söz belə söyləmədən, hət ta ge-

ri yə də boylanmadan çıxıb getdiyini görürdüm. Am ma bu 

də fə o, maşın yığınının arasında itib-batmamış çevrildim 

və yu xarı qaçdım.

Bu gecənin bütün hadisələrini təfərrüatı ilə da nış ma-

ya cağam, sadəcə, onu deyəcəyəm ki, möhtəşəm idi. Sən 

demə, istənilən bir oyun üçün əlimdəki çek yetərli imiş; 

və  mən başa düşürdüm ki, haqqımda yazılmış o məş-

hur məqalənin bu işdə öz rolu az deyil. Saat beşə  qə dər 

həd din dən artıq böyük bir məbləği uduzmuşdum, sə hə-

rə yaxın isə uduzduqlarımı geri qaytara bildim. Evə sübh 

açı lan da – piyada yollandım, cibimdə bir frank da qal-

ma mış dı; bununla belə, son dərəcə qürurlu və xoşbəxt 

idim. Az qala, bütün pullarımı yelə vermişdim, amma 

pes si miz mə qapılmadım, yenidən döyüşə atıldım və dö-

yüş dən ləyaqətlə  çıxdım. Mən qürurlu idim, içimdə  hər 

şey  şadyanalıq edirdi; mənim keçirdiyim hissləri yalnız 

əsl oyunçular başa düşə bilərdi. Bunun üçün bir şeyi bil-

mək lazım idi – oyunçu öz hesabını xəbər formasında yox, 

felin lazım formasında aparır; və «Mən filan qədər uduz-

mu şam…» kimi ifadələr mənim heç ağlımdan da keçmirdi; 




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə