«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə37/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   33   34   35   36   37   38   39   40   ...   212

FRANSUAZA SAQAN

114


Mən imkan edə bilmədim, – dedi, – saat səkkizdə o 

hə lə yatırdı…

– Məndə  qəzet var! Ümumiyyətlə, hər  şeyi qoruyub 

sax la yıram! – Balans özünü qızğın oxucu kimi apararaq 

ara ya söz qatdı; onun istehzası ayağa qalxıb qəzetin ar-

dın ca yollanmağa da yetdi.

Qəzet nömrəsini havada yellədə-yellədə o, haqqımda 

ya zı lan səhifəni açaraq onu mənə uzatdı. Mən heyrət için-

də öz şəklimi gördüm, amma onun «Fuke»nin terrasında 

çəkil diyini dərhal başa düşmədim. Üç sütunluq mətnin 

üzə rin də isə belə bir başlıq yazılmışdı: «Yeni Midas

1

 mu si-



qi dünyasında ilhamı kafenin terrasında axtarır».

«Midas! Midas!» Bu jurnalist düz hədəfə vurmuşdu! 

Yox, doğrudan da, istedadla deyilmişdi. Daha bilmirəm, 

İov


2

, yoxsa Midasdır, amma sifətinin xoşbəxtcəsinə  sər-

xoş ifadəsi ilə bu sısqa adam, məncə, mənə elə  də çox 

ox şa mır dı. Əmin olduqdan sonra, özümdən asılı olmadan 

şə kil də Canini axtarmağa başladım; mən ona burada iliş-

miş dim… amma yox idi. O, hələ gəlməmişdi… və mü təəs-

sir halda, az qala, onu növbəti zolaqda axtarmağa baş la-

ya caq dım.

– Baxıb həzz alırsınız? Siz, doğrudan, qəzeti gör mə-

mi si niz, Vensan? – Manninin səsi eşidildi və  mən başımı 

qal dırdım.

Manni yaltaqcasına gülümsədi və  məni nə üçün belə 

qə bul etdiklərini, Balansların mənə qarşı bu maraqlarının 

ha ra dan doğduğunu, Pisarronu almaq təklifini, qadınların 

ci na yətkarcasına baxışlarını, onların da, başqalarının da 

diq qə tinin səbəbini sona qədər başa düşdüm. Mən tək-

cə var-dövlət əldə etməmişdim – bu, elə də çətin deyil di 

– həm də bundan daha böyük bir şey, məşhurluq qa zan-

mış dım. Mən axı nə danışıram?! Mən ulduz olmuşdum!

1

  Midas – yunan mifologiyasından bir personaj, çar. Allahlar onun 



arzu la rını yerinə yetirirdilər – onun toxunduğu hər bir şey qızıla çevrilirdi, 

bu səbəbdən də, az qala, aclıq və susuzluqdan öləcəkdi, çünki yemək və 

su da qızıla dönürdü.

2

 Bibliyadan İov – çox əzab çəkmiş – öz yaxşılıqlarına görə saysız-



he sab sız var-dövlət və ailə xoşbəxtliyi ilə mükafatlandırılmışdı, lakin bir 

an da da hər şeyi itirmişdi.




BOYUNDURUQ

115


– Yox, görməmişəm. Heç bilmirdim də, – baxışlarımla 

Lo ransla görüşməyə çalışdım, amma əbəs yerə. Aramızda 

beş adam oturmuşdu.

– Hər halda, Lorans məqaləni oxuyub! – Manni is teh-

za ilə dedi, – görün o nə deyir! Bu çox gözəldir! Çox gö-

zəldir!


Mən  əyildim və  məqalənin ortasında, medalyonun 

için də məqalənin müəllifinin yox, Loransın şəklinin yer ləş-

di ril di yini gördüm. Demək olar, uğurlu foto idi; çox gü-

man ki, onun özü bu şəkli jurnalistə vermişdi – o, Loransın 

də yər li fikirlərini yazdıqdan sonra: «Adətən, ərim öz möv-

zu ları nı kafelərin terrasında tapır, – cazibədar Lorans, 

«Ley san»dan sonra gözlənilmədən məşhurlaşan bəstəkarın 

ar va dı bizə dedi. – Elə bu əsərdən sonra da onun üzərinə 

əsl dollarlar leysanı yağmağa başladı» və sair və ilaxır…

Mən tələm-tələsik qəzeti qatladım, dumanlı halda 

jur na lis tin buna bənzər başqa fikirlər də  əlavə etdiyini fi-

kir ləş dim, məsələn: «Elə burada, kafelərin terraslarında 

bəs tə kar öz vaxtını fahişələrin ağuşunda keçirir». Amma 

re por tyor yaxşı  oğlan imiş, boşboğazlıq etməmişdi, ola 

bil sin ki, ixtiyarı özündə olmayıb…

– Lorans, – Manni çığırdı, – Vensan özünü elə apa rır 

ki, guya, bunlar heç vecinə də deyil: o hətta öz mə qa lə si-

ni sona qədər də oxumadı.

«Öz məqaləsini!  İndi bu artıq «mənim məqaləm» ol-

muş du.  Əldəqayırma bir musiqi quraşdırmışam…  əlbəttə, 

ar tıq insanların zəhləsini töküb… bir də axı Ksavye Bon-

na nın hər yerdə boş-boş danışığına  əsasən, bu musiqi 

heç mənim də deyildi; mən isə, mən isə… sadəcə, ji qa-

lo yam, ola bilsin, plagiatam, amma bütün bunların elə də 

əhəmiyyəti yoxdur: mən bir qalaq pul qazanmışam,  şək-

lim də belə bir qəzetdə çap olunub… kütlənin pərəstiş et-

mək dən başqa heç bir əlacı yoxdur.

Məqalənin sonu elə başlanğıcına uyğun idi: «Paris 

boyu addımlayaraq… fikirli gəzintilər… onun diqqətli ar-

va dı… cazibədar Lorans… on ilə yaxındır evlidirlər… iyir mi 

iki yaşında… əmək və sirlə yaşanmış həyat… Onun «Steyn-

vey»i… Bu çox iyrənc idi.

– Bu  iyrəncdir, – mən astadan dedim və  qəzeti yerə 

sal dım. Axı başqa nə demək olardı ki?




FRANSUAZA SAQAN

116


– Məncə, siz məmnun qalmalı idiniz… – dul qa dın cı-

ğaz gizli bir istehza ilə dedi. 

Qonaqlıqdakı bütün adamlar kimi o da mənim mət-

bua ta qarşı nankorluğuma heyrətlənmişdi.  Əlbəttə, po-

pul yar lıqdan yorulduğumu deyib şikayətlənmək təsirli ola 

bilərdi, amma bunun üçün üç sütunluq məqalə azlıq edir-

di. Qəzet və jurnalların əksəriyyətinin səhifələrində hökm-

ran lıq etmək lazım idi ki, bundan sonra özəl hə ya tı na qa-

rış dıq ları üçün şikayətlənə və tamaşaçıların zövq süz lü yü nə 

təəs süf lənə biləsən.

– Hə, çox məmnunam, – qəti şəkildə dedim, – amma 

si zin lə yanaşı əyləşdiyimə görə məmnunam. Ancaq buna 

görə.

O, az qala, yerindən sıçrayacaqdı; stoldan kənara çə-



kil di və mən birdən-birə onu dəhşətli dərəcədə istədiyimi 

hiss etdim. Vivian çox sevimli idi, hə, demək olar ki, se-

vim li idi; amma təpədən-dırnağa süni görünürdü: saçları, 

hə  rə kətləri, dərisinin rəngi, intonasiyası… Qisas almaq 

üçün mənə elə bu lazım idi. Amma mən hər cür məntiqə 

zidd olaraq Loransın bizi bir yerdə tutmasını istəmirdim. 

Sa  də  cə, elə buradaca bu qadına sahiblənmək lazım gəl di-

yi ni dü şünürdüm. Özü də qonaqlığın axırına kimi… içim-

də  ki pri 

mitiv, kobud, qaba adamı susdura bilmək üçün 

bu  nu et 

məli idim… çünki bu adam birdən-birə  hər  şeyə 

xor bax mağa başlamışdı, xüsusilə də öz şəxsi şöh rə ti nə...

– Bilirsiniz, Vivian, siz oxumalısınız! – əmin halda və 

çıl ğınlıqla söylədim, – sizin kimi bir səsi olan adamın oxu-

ma ma sı… sadəcə, təəssüf doğurur!

Sonra Vivianın düz gözlərinin içinə baxa-baxa di zim lə 

onun dizlərini sıxdım. O, boğazını arıtladı, salfeti si 

fə ti nə 

ya xınlaşdırdı, saxta qaralığın altında hiss ediləcək də rə cə də 

qı zardığı göründü… bununla belə, ayaqlarını da çək mədi. 

– Belə hesab edirsiniz? – mızıldadı, – mənə artıq də-

fə lər lə bunu deyiblər. Amma belə bir şeyi sizdən eşitmək… 

eti raf etməliyəm ki…

Gülümsədim və naharın qalan hissəsini özümü əsl 

sol da fon

1

 kimi apardım. Sağ  əlimlə  əti kəsir,  şərab do-



lu stə kanı götürür, aradabir də söhbət  əsnasında  əl-qo lu-

1

  Soldafon – qaba, tərbiyəsiz adam.




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə