«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə34/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   30   31   32   33   34   35   36   37   ...   212

BOYUNDURUQ

105


dı; hətta arvadım məni sevsəydi də, yenə də onun tər bi yə 

üsullarının sayəsində ya sadist, ya da impotent ola bi lər dim.

Yeri gəlmişkən, impotensiya haqqında… Məni bu mə-

sə lədə  bəzi  şeylər maraqlandırır: Lorans uzun müddət 

xü su si diqqətimi hiss etmədən keçinə bilməzdi; bəlkə, o 

he sab edirdi ki, bütün bunları gimnastik məşğələlər ki mi 

yerinə yetirirəm? Ya da bəlkə, düşünürdü ki, hər növ bə ti 

mübahisəmiz mənim cismani həvəsimi alışdırır? De yə sən, 

o  əsəbiləşərkən daha ehtiraslı olmağımla bağlı fik rə doğ-

ru dan-doğruya aludə olmuşdu. Bilmirəm, hə qi qə tən mi 

elə bilirdi ki, yenicə soyulmuş bir adamın ürəyində bül bül-

lər cəh-cəh vura bilər? Amma… niyə də olmasın? Və bu ra-

da mə sə lə qadın məntiqində, yaxud da bu məntiqin ori ji-

nal sen ti mentallığında deyil; dünyaya ancaq və ancaq əy ri 

güz gü də baxaraq bu cür nikbin nəticələri görmək olar dı. 

Mə nim hələ bəxtim gətirib ki, o, «Sən nə barədə da nı şır-

san? Hə, pulları deyirsən? Tfu! Ancaq xahiş edirəm, ko-

bud  luq etmə!» deyərək məni məzəmmət eləməyib. Belə 

ol say dı, bəlkə  də bu, mənə  təsir edər, mən də  səsimi 

kə sər dim…  Şükür Allaha ki, Lorans pul məsələlərində  işə 

cid di girişmişdi və bu cür utanmaz şəkildə riyakarlıq et-

mək onun ağlına belə  gəlməzdi. Yəqin ki, xoşbəxt bir 

unutqanlıq, ya da diqqətsizlik olub…. Əslində, bu və ziy yət 

ta ma milə normaldır… Əgər sizin şəxsi dəlilləriniz düş mən-

lə ri nizin də ağlına gəlirsə, mübarizədən söhbət belə gedə 

bil məz. Başımın daimi sakini – yəni Mən dilxor halda sə-

si mi kəsdim, çünki beynimdə özünə yer edən cənab Cur-

den «Döyüş vuruşan tərəflər olmadan başa çatdı» – deyə 

elan etdi. 

Cıdırdakı  şən hay-küydən sonra boş  və  səssiz mən-

zil kədərli görünürdü. Əgər Loransla Odil mə nim  əda lət li 

qəzəbimdən sonra stolun altına girib giz lən mə miş di lər sə, 

axşam saat altı üçün bu vəziyyət çox qə ri bə idi. Lon şan-

dan sonra gözlərim yumulurdu, artıq yu xu la yır dım… 

Təsadüfən gözüm yerə atılıb qalmış  zərfə sataşdı; 

çox güman ki, çarpayının örtüyünü götürərkən onu ye-

rə salmışdım; konvertin üstündə «Vensana» sözü ya 

zıl-


mış dı. O dəqiqə Loransın gözəl, düzgün və aydın xət ti ni 

tanıdım, amma zərfi açmamışdan  əvvəl tərəddüd et dim: 

birdən məndən  şələ-küləmi yığışdırıb itilməyimi is 

tə yir-



FRANSUAZA SAQAN

106


sə, onda necə? Bir anlıq içimi vahimə bürüdü: axı ba ta-

ram, o da bunu bilirdi… Yerimdən qımıldanmadan mək-

tuba baxırdım: hə, gülməli vəziyyət idi. Sonra birdən-birə 

ətim ürpəşdi: bu nə iyrənc qorxaqlıqdır belə?  Əgər bu, 

ana dan gəl mə qorxaqlıq idisə də, onda Loransın da əməyi 

az deyildi. Məktubu açdım, daha dəqiq desəm, cırıq la-

dım və istefaya göndərilmə xəbərimin yerinə dəvət, da ha 

doğ rusu, əmr oxudum. «Vensan, – o yazırdı, – bu gün Ba-

lans lar da şam edəcəyimizi unutma. Sənin smo kin qin van-

na ota ğından asılıb. Zəhmət olmasa, mə ni saat yed di də 

qaldır. Saat yeddiyə qədər mütləq din cəl mə li yəm». 

Bütün bunlar məni dəhşətli dərəcədə  əsəbiləşdirdi. 

Əv və la, o, «mütləq» sözünü xüsusi vurğulamışdı, sanki, 

adi vaxtlarda ona yatmağa mane olurmuşam; sonra da… 

onun  ən varlı dostlarından biri olan Balansların yanında 

na har mənim üçün açıq-açığına iztirab idi, xüsusilə  də 

Lon şandan sonra. Hə, bu məktub məni çox hirsləndirdi, 

ey ni zamanda da içimdə qəribə bir yüngüllük hiss etdim; 

am ma bunun özü də məni hirsləndirirdi, axı məktubda nə 

ya zıl dı ğı nı özüm də tam dəqiqliklə tapa bilərdim.



8

Ola bilsin ki, qədim protestant nəslinə  mənsub ol du-

ğu na, qəzetlərdə isə haqqında Paris vəkillərinin qocaman 

nü ma yən dəsi kimi söz açıldığına görə elə görünürdü ki, 

Pol Balans yetmiş iki yaşında çox yaxşı qalıb. Ondan on 

beş yaş kiçik arvadı Manni kimi... Onlar nə az, nə çox, ar-

tıq otuz il idi bir yerdə yaşayırdılar;  əslinə qalsa, həmişə 

on lar dan biri digərinin birgə həyatları ilə bağlı danışdığına 

təəc cüb edərdi.

Məsələn, Balans danışırdı: «Keçən həftə Londonda iki 

in gi lis lə qarşılaşmışdıq, biz onları dueldə mübarizə apar-

dıq la rına görə ittiham etdik». «Amma bu mümkün deyil!» 

– ət rafdakılar heyrətlənirdilər; düzdür, onların hamısından 

da ha çox heyrət edən, bu sözləri söyləyən Manninin özü 

olurdu. Ya da: «Mən Plazzda küçüyün zavallı Caklini ne cə 

diş lə diyini görmüşdüm», – Manni deyirdi. Amma ət raf da-

kı la rın heyrət dolu səs-küyünü onun ərinin səsi batırırdı: 

«Ne cə? Dişləyib? Caklin? Amma nə vaxt?» 




BOYUNDURUQ

107


Bununla belə, yəqin ki, yaşlandıqları üçün onların söh-

bə ti başqalarınınkından daha maraqlı və daha gözlənilməz 

alı nır dı; düzdür, belə qəribə vəziyyətlər də olurdu: mə sə-

lən, nahar vaxtı yaxınlıqda əyləşən birinin «Zavallı Balans! 

Mən onu cəmi bir neçə gün əvvəl görmüşdüm! Bu, necə 

də  kə dər lidir!» sözlərini eşidən Manni heyrətlə soruşur: 

«Ba ğış layın, mənim ərim ölüb? Axı nədən?»

Öz yeganə oğlunu, ağıldankəm Filiberi Balanslar iyir mi 

beş il heç kimə göstərməmişdilər, amma günlərin bir gü-

nü, nəhayət ki, onu dünya işığına çıxardılar və sanki, yeni-

dən övladlığa götürdülər: «Filiber belə dedi… Filiber be lə 

elədi…» Bundan sonra onlar bu uşaq haqqında elə sev gi 

və elə coşqunluqla danışırdılar ki, həmsöhbətlərinin xa rak-

te rindən asılı olaraq bu, onlara ya gülməli, ya da dəh şə tli 

gö rünürdü. Lorans, əlbəttə ki, belə bir biabırçı  və ziy yət-

də onların son dərəcə valehedici olduqlarını dü 

şü nür dü, 

am ma mən bütün bunları o dərəcədə də hə yə can lı he sab 

et mir dim.  Əgər gözəl və xoşbəxt uşaqlıq son su za qə dər 

uza narsa, çox eybəcər bir şeyə çevrilə bi lər. Bu nun la belə, 

bu üs tünlüyü lap erkən vaxtlarda əldə edə rək, son ra lar on-

dan yetərincə maraqlı bir şəkildə yararlana bi lər sən.

Adətən, valideynlər ağıldankəm uşaqlarına görə uta-

nır, vunderkind uşaqlarına görə isə qürrələnirlər. Yəqin ki, 

Ba lans lar öz oğullarının on yaşında başlayan geriləməsinə 

gö rə sarsılmışdılar, o vaxtdan da bu oğlan elə beləcə, 

«hə lə ki inkişaf etməmiş» yeniyetmə, gənc formasında da 

qalmışdı…  Əslində, iyirmi beş yaşı olana qədər oğul la rı nı 

tamam yaddan çıxaran Balanslar onu otuz yaşında «xoş 

bir  şəkildə, gəncləşmiş»  şəkildə  əldə etdilər. Yə ni onun 

uşaq lı ğı qeyri-normal hadisədən psixoloji ha 

di sə yə çev-

ril di. Və heç şübhəsiz ki, Filiber təklik, kədər, vəh şi ləş  mə 

için də yaşanan iyirmi beş ildən sonra öz təntənəli qa yı dı-

şın dan həzz alırdı. 

Biz gəlib çıxan kimi o, yöndəmsiz gözlərini pa 

rıl da-

da-parıldada mənim yanımda özünə yer elədi; çünki va-



li deyn ləri otaqda olmayanda onunla yalnız mən söh 

bət 


edirdim. Manni mənə yaxınlaşdı  və  hər zaman ol du ğun-

dan daha nəzakətlə əlimi sıxdı:

– Aaa, Vensan! Siz artıq bilirsiniz ki, Leyton ar va dı nı-

zın, bizim cazibədar Loransın fotoportretini çəkmək is tə-




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə