«Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında»



Yüklə 3,25 Mb.
Pdf görüntüsü
səhifə40/212
tarix29.07.2018
ölçüsü3,25 Mb.
#59510
1   ...   36   37   38   39   40   41   42   43   ...   212

BOYUNDURUQ

123


fel lə ri dəyişdirmək kimi optimist ədalar oyunçu həyatının 

ca zi bə dar tərəflərindən birini təşkil edir. 

«Qrand Opera»dan «Lyon de Belfor»acan piyada get-

dim. Artıq dan yeri o qədər də tez ağarmırdı; duman to-

pa sı səfil avaralar kimi səssizcə körpülərin altı ilə sü rü nür-

dü. Paris yuxuda olan qadına bənzəyirdi – ehtiyatsız və 

gö zəl. Bütün yer üzündə ondan daha gözəl  şəhər, mən-

dən daha xoşbəxt şəhərli yox idi.

Saat yeddiyə yaxın Raspay bulvarındakı evimə çatdım 

– mən hələ  də buranı «evim» adlandırmağa çalışırdım, 

hal bu ki bura artıq mənə  məxsus deyildi; amma Lorans 

köh nə stu diyaya  əl qoymaq istəsəydi, yəqin ki, belə bir 

qey ri-qanuni müdaxiləyə görə qiyam qaldırardım. Hər 

də fə növbəti sığınacaq yerimi tərk edəndə  mə nim di-

var la ra yazığım gəlirdi. Hər  şeydən  əvvəl ev sev 

gi si-


nə gö 

rə  təəssüflənirdim. Belə bir hissi mən yalnız va 

li-

deyn lə rimin evində yaşamışdım. On səkkiz il yaşadığım 



ev də – bizim evimizdə, onların, eyni zamanda da mə-

nim olan evdə... Atamın dəfn mərasimində (o, ana 

mın 

ar dın ca vəfat etmişdi) təkcə ona görə göz yaşı axıt mır-



dım, eyni zamanda, Duble küçəsindəki evimizə gö rə  də 

ağ la yırdım, çünki o artıq başqa adamların  əlinə ke 

çir di. 

Amma sonralar harada yaşayırdımsa yaşayım, mə nə elə 

gə lir di ki, orada müvəqqətiyəm; yalnız altı ilimi ke 

çir-


di yim meh 

manxana nömrəsini çıxmaq  şərti ilə – ora 

da 

mü vəq qəti olsa da, bu hissi itirmişdim; sonralar ora yeni-



dən qa yıdanda mən heyrət və  dəhşət içərisində gördüm 

ki, otaq başqa biri tərəfindən tutulub. Bax elə bu gün də 

özü mü ev sahibi kimi hiss etməsəm də,  ən azından son 

gün lə rimə qədər kirayənişin kimi hiss edəcəyim bu mən-

zil lə bağlı bəzi şeyləri başa düşmək istəyirdim; mən ar tıq 

bilirdim ki, əgər hər  şey pis başa çatarsa, daha heç vaxt 

Ras pay bulvarı boyunca qovulmaq, ya da yanlışlıq et 

di-


yim duyğusu olmadan gəzişə bilməyəcəyəm. Mənim səh-

vim…. və deməli, mənim qismətim belə imiş: yaddan çı-

xar maq lazım deyildi ki, ev hissiyyatı daş evlərlə ölümə 

məh kum quş arasında olan mənim kimi adamlar üçün de-

yil di; köçəri quşlarda münasibətlər güc üzərində qurulur, 

am ma onların gücləri də bərabər deyil. Mülkiyyət – bu sa-

hə də məsələ pulun hökmranlıq etdiyi başqa bir çox yer də 



FRANSUAZA SAQAN

124


ol du ğundan daha kəskin və daha şəriksizdir: ya sən sa hib-

lik edirsən, ya da astanadan kənarda qalırsan. 

«Lyon de Belfor» yenicə açılmışdı  və  mən səhər ye-

mə yi yemək üçün ora girdim. Barın piştaxtası qarşısında 

yarı yuxulu və yuxulu adamları hörmət dolu bir dəhşət 

içə ri sin də süzdüm, onlar işə getməli idilər və bu ən adi 

həyat tərzi idi. Mənim  şadyanalığım elə bir əl ilə gö 

tü-


rül dü: yarım ilə  mən  şlyager bəstələmişdim, var-dövlət 

qa zan mış  və itir miş dim, indi isə arvadımın bugün-sabah 

mə ni ev dən atacağını gözləyirdim. Mənim aqibətim ne cə 

ola caq dı? Yeddi il bu sual barədə xüsusi olaraq fi kir ləş mə-

miş dim, indi isə o, bütün qətiliyi ilə qarşımda dayanmışdı. 

Mən öz qayğısızlığıma bürünərək ondan nə  qədər qa çır-

dım sa qaçım, idrakım bəzən ağzını düz qulağıma tutub 

ba ğı rır dı: «Nə olacaq? Sən necə yaşayacaqsan? Harada? 

Sən nə ba ca rır san? Nə ilə məşğul ola bilərsən? İşə, hə ya-

tın ağır lı ğına tab gətirə biləcəksənmi?» 

Ona görə  də  mən narahatca öz mənzilimə qayıtdım. 

Borc lu kirayənişin kimi Loransın otağının yanından sivişib 

keç dim: tələbəlik illərimdə Latın kvartalında ev sahibinə 

bir ne çə  həftə ev pulunu ödəyə bilmədiyim vaxtlarda da 

be lə edirdim… barmaqlarımın ucunda, nəfəsimi içimə  çə-

kə rək oradan sivişib keçirdim. 

Yuxuya getməmişdən  əvvəl mən bir daha nəticə  çı-

xar mağa çalışdım.  Əslində,  əmin idim ki, bunu ba car ma-

ya ca ğam; bundan başqa, nəticəni  əvvəlcədən görürdüm: 

əgər uzun müddət və  ətraflı  şəkildə  təhlil etməyə baş la-

sam, siyahı tərtib edərək nədə haqlı, nədə haqsız ol du ğu-

mu, Lo ransın nədə günahkar olduğunu təyin etməyə ça-

lış sam və  nəticələrə  məntiqi yekun vursam, şübhəsiz ki, 

mə nə ali cənab bir rol düşəcək. Amma diqqəti yal nız hiss-

lər üzə rin də  cəmləsək,  əminəm ki, oyundan so 

yuq qan lı 

bir qa lib kimi çıxa biləcəyəm.

Bütün müzakirələr, yekun və  nəticələr lazımsız və 

əbəs idi; aramızda ixtilaf başladığı vaxtdan bəri özümü 

heç nədə günahkar saymırdım,  əlbəttə, yalnız və yalnız 

yel be yin li yim nəzərə alınmazsa. Loransın əleyhinə olan it-

ti ham aktı daha ağır çəkili görünürdü; bu akta qərəz bəndi 

də daxil idi, bu isə mənim dosyemdə yox idi…

Qaranlıqda öz dar yatağımda uzanaraq yuxuya ge-

də bilmədim və radionu işə saldım. Bethovenin sep te ti-



BOYUNDURUQ

125


ni çalırdılar. Bu musiqi məni başdan-başa yuyub-tə  miz -

lə di, yenidən özümü tez təsirlənən yeniyetmə ki 

mi hiss 

et dim və gözlərim yaşla doldu. Ona qulaq as maq lazım 

de yil di, bu musiqidə  məhəbbət haqqında bil 

mək is 


tə-

diyin hər  şey var idi: həssas zəriflik, coşqun se vinc, xü-

su si lə  də  səmimiyyət və sarsılmaz inam; yə ni hə qi qət-

də gö 


rə bilməyəcəyin hər  şey… biz isə bu dəyərlərin 

yal nız özümüz tərəfindən hazırlanmış, özü də çox za man 

mənasız formada hazırlanmış oxşarları, dəyəri ol 

ma yan 


saxta surətləri ilə kifayətlənməli oluruq. Kim tam əmin-

lik lə söyləyə bilər ki, onun belə bir məhəbbəti olub; əgər 

o,  əvvəllər bu məhəbbətin varlığına inanmayıbsa, on dan 

əzab çəkməyibsə, öz sevgilisinin hədiyyələri ilə he sab laş-

ma ya raq bu məhəbbətə öz inamını, öz müdafiəsizliyini 

sərf etməyibsə, kim bunu söyləyə bilər? Həyatın boyu, 

heç olmasa, bircə dəfə aşiq olmamaq ayıbdır və əgər səni 

kim sə sevməyibsə, bu, həddindən artıq ağırdır. Loransın 

oy na dı ğı üzücü komediya ilə belə bir məhəbbətin heç bir 

ümumi cəhəti ola bilməzdi. Faqot, violonçel, klarnet yarı-

qa ran lıq da məhz belə bir məhəbbət haqqında danışırdı, 

elə ürəyimin sentimental, zəif, kədərli simi buna cavab 

ola raq dillənmişdi.

…Hava işıqlanır, yeni gün gəlirdi, mən isə heç cür 

yuxuya gedə bilmirdim. Bütün əzilib-büzülməm, dik baş-

lı ğım və qayğısızlığım, sanki, uçub getmiş, öz-özümlə tək 

qal mışdım; zavallı  oğlan, sən cəmiyyətdən qaçmaq is tə-

yir din, hər  şey isə onunla qurtardı ki, cəmiyyət və  sənin 

öz arvadın sənə nifrət etməyə başladı; zavallı adam, səni 

han sı sa çəpər dibindəki xəndək, bir də yeganə dostun 

göz lə yir; elə o da içki düşkünüdür; sənin iki dəfə  bəxtin 

gətirdi, amma hər ikisində  də fürsəti  əldən qaçırdın; bəs 

in di nəyə ümid edə bilərsən? Yalnız və yalnız alçaldıcı ka-

sıb lı ğa. 

Mən gücsüz və köməksiz halda çarpayıda uzan 

mış-


dım, bununla belə, məntiqim məni tərk etmirdi. Adətən, 

ha mıya elə  gəlir ki, işlər nə  qədər pis gedirsə, düşdüyün 

və ziyyəti daha aydın dərk edirsən; mən isə  hətta işlərin 

yax şı getdiyi vaxtlarda belə özümə qarşı inamı itirirdim. 

Bu nun la belə, ipin nazildiyi yerdən qırıldığını  mənə başa 

sal ma ğa ehtiyac yox idi; nazik hələ ki dəqiq demək deyil-




Yüklə 3,25 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə