BOYUNDURUQ
117
mu oynadırdım; sol əlimləsə Vivianın paltarının al
tın da,
deyəsən, onu ehtirasın son həddinə qədər aparıb çı xar-
dım. Birdən stulun lap qırağında əyləşən Vivianın di li do-
laş dı, sözünü yarıda kəsdi, qabağa əyildi, sinəsini sto-
la ya
xın laş dırdı, başını aşağı salıb gözlərini yarı qapadı,
alt do da ğını dişlədi, güclə eşidiləcək səslə inildədi. Mən
özü mü o yerə qoymadım, sadəcə, hamı kimi nəzakətli
bir təəc cüblə ona baxdım. O, bir neçə dəqiqədən sonra
özü nə gəldi; mən heyranlıqla fikirləşdim ki, bu qadın necə
be lə ayaqüstü şiddətli həzz yaşaya, onu, demək olar ki,
nü may iş etdirə bilir; özü də bütün bunlar bu qədər asan
və təbii alınır.
Mən əlimi stolun üstünə qoydum, o, özünü düzəltdi,
göz lərini açdı, stulda yerini rahatladı və nə baxışları ilə, nə
də səsi ilə bir daha həyəcanını büruzə vermədi.
– Bağışlayın, – o, özünə tərəf əyilmiş və çox güman,
ona kömək etmək istəyən xeyirxahlardan birinə dedi, –
ba ğış layın! Bəzən qaraciyərimdə dəhşətli ağrılar olur. Bu-
ra da! – o, ikiqat əyilərək əli ilə göstərdi.
– Burada? Bu, mədəaltı vəzidir! – yanındakı adam
əmin lik lə dedi.
Onu, adətən, xərçəng xəstələri daha çox ma
raq lan-
dı rır dılar, amma yavaş-yavaş başqaları da diqqətini çək-
mə yə baş lamışdılar və indi o, müxtəlif xəstəlikləri diaq-
noz laş dı rır, istənilən əldən düşmüş adama öz işgüzar
mər hə mə ti ilə yardım etməyə tələsirdi.
– Siz artıq öz var-dövlətinizlə necə rəftar edəcəyinizi
fi kirləşmisiniz, Vensan? – Balans təbəssümlə soruşdu.
Mən Loransın bic və maraq dolu baxışlarını öz üzə-
rim də hiss etdim və beş dəqiqə əvvəl onun stolun altına
boy lanmaq imkanının olmadığına təəssüfləndim…
Mən özüm də Vivianın necə həzz aldığına tamaşa
edə-edə taqətdən düşmüşdüm və indi qisas almaq üçün
içim də əvvəlki coşqunluq yox idi; hər halda, buna cəsarət
et mək üçün gücsüz idim.
– Necə?... Məgər Lorans sizə heç bir şey deməyib?
Balans da qonaqları kimi təəccüb dolu baxışlarla göz-
lə rini mənə dikdi.
– Yox? Gizlətməyin nə mənası var ki? Mənim müəl lif
qonorarım bankda Loransın adına rəsmiləşdirilib; həm alı-
FRANSUAZA SAQAN
118
nan pullar, həm də bundan sonra ödəniləcək məb ləğ lər…
İki miz birlikdə belə qərara gəldik.
– Sən, yəqin ki, bizim ümumi hesab açdığımızı demək
is təyirsən, – Lorans soyuq halda dəqiqləşdirdi, amma
mən onun sözünü kəsdim:
– Hə… bütün çekləri artıq imzalamışam, Loransın əl
çan tasındadır. Həm də bu qədər uzun müddət onun qay-
ğısı altında yaşadıqdan sonra bir santim be
lə mə nim sə-
mə yə haqqım çatardımı? Burada hamı özümüzünküdür,
siz arvadıma nə qədər borclu olduğumu bilirsiniz, – bunu
de dik dən sonra həyəcan içərisində qalxıb yerindəcə do-
nub-qalmış Manninin əlini hörmətlə öpdüm.
Amma onun donmuş barmaqları heç qımıldanmadı
da. Hamı heyrət və təəssüf içində donub-qalmışdı; yə qin,
fi kirləşirdilər ki, bu naməlum və məşhur oğlan ağıl dan-
kəm dir.
– Bilirəm, bilirəm… sizə elə gəlir ki, ağını çıxarmışam…
– mən şuxluqla sözümə davam etdim, – hər halda, söh bət
milyon dollardan gedir!... Lorans əgər yeddi il müd də tin-
də məni dəhşətli dərəcədə ərköyünləşdiribsə belə, yenə
də bir ay ərzində ona köhnə pulla yeddi milyona başa gəl-
mə mi şəm… Düz demirəm? Gəlin məsələni şişirtməyək!
Haq lı yam, əzizim?
Mən için-için güldüm. Araya sıxıcı bir sükut çök-
müşdü.
Hər kəs beynində eyni hesablamanı aparsa da, söy-
lə di yim sözlər onlara tərbiyəsizliyin yüksək həddi və
qor xu lu bir qəribəlik kimi görünmüşdü. Nə vaxtdan bə-
ri ji
qa lolar öz məşuqəsi, ya da arvadları ilə haqq-he
sab
apar ma ğa başlayıblar ki? Bu harada görünmüşdü ki, ji qa-
lo nu yerdə qalan borcları ilə ödənilmiş borcları ara
sın da
fərq maraqlandırsın? Burada heç kim mənim əsl məq sə di-
min nə olduğunu ağlına belə gətirə bilməzdi.
– Yox axı, yox! And içirəm…. elə də baha deyil, – mən
Lo ransın üzünə məğrur, hətta müdriklik dolu baxışlarla
ba xa-baxa inadkarlıq edirdim; o, mənim oynadığım səh-
nə yə səbirlə, üzündə əzab dolu təbəssümlə tamaşa edir
və davam gətirirdi.
– Əlbəttə ki yox, – o, üzümə baxmadan pıçıltıyla təs-
diq etdi.
BOYUNDURUQ
119
Görəsən, o, ümumiyyətlə, bu məsələ haqqında heç fi-
kir lə şir dimi? Yoxsa yalnız Odil bizim Raspay bulvarındakı
yu va mızda oturaraq həyatımızı idarə edən rəqəmlər üzə-
rin də baş sındırırdı?
– Bu, hələ hamısı deyil! «Leysan!» Axı siz bu mahnını
«Ley san» filmindən tanıyırsınız… Ümid edirəm ki, onu eşit-
misiniz.
– Əlbəttə ki…. Əlbəttə ki… – akademik qəfildən yu xu-
dan ayıldı və eynəyinin arxasından məni hipnoz eləməyə
başladı.
– Deməli belə, «Leysan»… mən sizə bir şeyi deyə bi lə-
rəm… bu, yarıbayarı Loransın əsəridir!
Yenidən araya sükut çökdü. Lorans əlini yellədi.
– Yox, – o köksünü ötürdü, – yox!
Amma mən daha hündürdən danışmağa başladım:
– Necə yəni yox? Mən fortepiano arxasında axtarışda
idim, gəzişirdim. Yalnız ilk notum var idi, demək olar ki,
iki akkord: do-re, do-re… Lorans içəri girdi, elə o dəqiqə
də davamını oxumağa başladı: fa-si-lya-sol-lya-do-re…
Yox, deyəsən, səhv edirəm: lya-do-fa-re? (Loransın söz-
lə ri nə görə, solfeciodan elə də başım çıxmırdı…). Yox, o
ol ma sa, nə «Leysan» olardı, nə filmə bəstələnmiş musiqi,
nə də dollarlar!
Balans hələ də inamsızlıq dolu baxışlarla mənə ba xır-
dı; mən sözümü yekunlaşdırdım.
– Tapın görək Lorans bizim, indi isə onun olan pullara
gö rə mənə nə hədiyyə etdi? Gözəl bir «Steynvey»! Belə
bir şeyi ömrüm boyu arzulamışdım.
Bunu deyib susdum, qalib baxışlarla hamını bir-bir
süzdüm, yalnız Filiber mənim bu baxışlarıma cavab ver-
di. Sonra dərindən nəfəs alıb vanilli qaymağa gi
riş dim;
ondan həmişə xoşum gəlib, indi də Manninin bu nu xa tır-
la ma sından məmnun qalmışdım. Yeyib qur ta ran dan sonra
mə nim üçün nəzərdə tutulmuş bu xüsusi yemək üçün ona
min nətdarlıq etdim. Manni necəsə ləng bir hərəkətlə ba-
şı nı tərpətdi, sanki, mənim komplimentlərimdən se
vin-
mə miş, əksinə, dilxor olmuşdu; sonra tələm-tələsik ayağa
qalx dı və bununla da həddindən artıq uzun sürən sükutun
po zul masına, qızğın söhbətin başlanmasına işarə vermiş
ol du. Beləliklə də, öz desertimdən tam mənada həzz al-
maq mənə nəsib olmadı.
Dostları ilə paylaş: |