BOYUNDURUQ
75
– Banka gedirəm, – deyib ayağa qalxdım, qapıya tə-
rəf çevrilmişdim ki, birdən-birə xatırladım, – hə, yeri gəl-
miş kən, bu hesabı ləğv etməmişdən əvvəl gəl birlikdə bir
qəbz imzalayaq, yeganə bir qəbz; elə bir qəbz ki, orada
sə nə mənim imzam gərək olacaq... Budur…
Mən əlimin altında olan çeklərdən birini ona uzatdım;
bu nu dünən bankda mənə vermişdilər. Lorans çekə göz
atıb qaşqabağını salladı.
– Üç yüz min! Üç yüz min franklıq çek? Yeni pulla? – o
«yeni pulla» sözünü qəribə tərzdə vurğuladı, sanki, ağlını
itir miş, əyalətdən gəlmiş köhnə fikirli bir xalayla danışırdı;
belə xalalara istənilən mərifətli ailədə rast gəlmək olar.
– Təzə pulla! Hə, hə, əlbəttə, təzə pula, – deməyim
az mış kimi başımla da təsdiqləyib gülümsədim; amma
ey ni zamanda da özümü elə hiss etdim ki, sanki, gü lüm-
sə mir, dişlərimi qıcayıram.
– Nəyinə lazımdır ki?
O, elə bir şən təəccüblə soruşdu ki, mən də məcbur
olub onunkundan da artıq şən səslə cavab verməli oldum;
bi zim birlikdə bu talesiz çeki ələ salaraq necə qəhqəhə
çək di yi mizi gözlərim önündə canlandırdım.
– «Steynvey» almaq istəyirəm... Sonuncu buraxılışını...
Onun səsinin necə gözəl olduğunu təsəvvür belə edə bil-
məz sən! Bu arzunu, bu yanğını, bu həsrəti artıq on ildir
ürəyim də bəsləyirəm, – ümidlə əlavə etdim və fikirləşdim
ki, bu pafos ona inandırıcı görünəcək.
Görəsən, bütün bu köhnə heyrətamiz sözlər hara yoxa
çı xıb; indi onların, heç olmasa, kimin üçünsə əhəmiyyəti
qa lıb mı? «Bəsləmək»... bəlkə, bu sözün arxasında elə bir
şey gizlənib ki, ondan gələcək yarana bilər?!. Belə bir op-
ti mist tale qədər...
Bəlkə də, dünən bizi yandıran reallıq artıq onun ürə-
yin də sönmək üzrə idi… ya da gizli bir dəliliyə çev ril miş-
di... Yəni dilimi işə salmaq üçün uğursuz zaman seç miş-
dim: Loransın çox sevdiyi «mimika kokteyli» artıq sifətinə
çök müş dü; o, üzünə kədər və mərhəmətqarışıq ifadə ver-
mə yi çox xoşlayırdı.
– Niyə bu barədə mənə heç nə deməməlisən?
Mən məsdər şəkilçisinin xüsusi ağırlığını hiss etdim;
be lə dedikdə bu ifadə daha ağır səslənirdi; halbuki Lorans
FRANSUAZA SAQAN
76
sua lı keçmiş zamanda da qura bilərdi: «Nə əcəb bu barədə
mə nə heç nə deməmişdin?»
Bir sözlə, xəyal hər dəqiqə məni haralarasa dartıb
apa rır, nə illah edirdimsə, fikrimi cəmləşdirə bilmirdim.
– Axı çox bahalıdır! – izah etdim, – ah, bağışla, sənin
qə ləmin yoxdur.
Mən özündənrazı görkəmlə qələmimi ona uzatdım,
san ki, imza atmağı uzatmasının səbəbini indicə başa düş-
müş düm. Vurnuxa-vurnuxa gah sifətinə, gah da saata
bax dı ğım müddətdə Lorans çeki artıq yüzüncü dəfə idi
oxu yur du. Halbuki tələsdiyimi hiss etdirmək üçün əllərimi
də ovuş dur mağa başlamışdım.
Elə bu vaxt… qəfildən başa düşdüm ki, nifrət nə de-
mək dir. İçimdə qəribə bir dalğa baş qaldırdı, beynimə
vur du, sonra da qulaqlarımı batırdı. Sanki, iki bir-birinə
zidd impuls bütün bədənim boyu gəzişdi; biri məni qar-
şım da əyləşən iyrənc varlıqdan, məni alçaldaraq göz
lə-
mə yə vadar edən insandan uzaqlaşdırmağa çalışır, ikincisi
isə ona tərəf dartır, onu bu təmtəraqlı çarpayıda əzməyi,
lay lay deyə-deyə boğmağı əmr edirdi. Ürəyim tez-tez
dö yün məyə başladı, təpədən-dırnağa gərginləşdim. Yox…
bu, səthi və tez də ötüb-keçən hiss deyildi. Qollarım bo-
şal mış dı; mənə elə gəlirdi ki, onlar cansızdı, sallana qalıb,
daha heç nəyə yaramır və əldən düşmüş qocanın qolları
ki mi süstləşib; amma səhv etmişdim… onlar yavaş-yavaş
can lan mağa başladı, mən artıq əlimi tərpədə də bilirdim;
don muş barmaqlarım yavaşca aralanmağa başlayırdı; bu
vaxt qəribə bir hiss keçirirsən; sanki, dərinlə bədənin ara-
sın da xoşagəlməz bir boşluq var və o, varlığını gözə sox-
maq üçün dayanmadan qışqırır.
Mən yenidən hisslərimə necə hakim kəsildiyimi diq-
qət lə müşahidə edirdim; bu köhnəlmiş ifadənin mənim
üçün qeyri-müəyyən olan əsl mənasını yalnız bu gün də-
qiq lik lə başa düşməyə başlayırdım; çünki özümlə məş ğul
olduğum bir vaxtda Loransın «Yox!» sözünü güclə eşit-
dim. Nifrətimi gizlətmək üçün üzümü yana çevirdim və
elə be lə cə – arxam ona tərəf donub-qaldım; sanki, qa çıl-
maz bir şeylə barışmalı olmuşdum; yəqin ki, bütün kə lək-
lə rinə baxmayaraq, müharibə başladığı zaman diplomatlar
bu na bənzər hisslər keçirirlər.
BOYUNDURUQ
77
«...Nə olursa qoy olsun!» – mən baş verən şeylə ba-
rış dım, amma yenə də axıra qədər inana bilmirdim: doğ-
ru danmı, o, mənim pullarımı mənə verməkdən imtina
edir?! Özü də hansısa əşyanın alınmasına xərclənəcəyini
bi lə-bilə. Bu, mənim üçün ağır olmaqdan başqa, həm də
ma raq lı idi; sanki, bu ani, amma güclü tutma nəticəsində
içim dəki sarılıq bütünlüklə axıb bayıra tökülmüşdü.
– Ciddi sözümdür… Başa düşmürəm, «Pleyel»in nəyini
bə yən mirsən ki?..
Lorans təəccüblə elə soruşurdu ki, sanki, «Pleyel»in
ad lı-sanlı dul xanımı idi və şəxsən özü tamahkar alıcıların
qar şısında dayanaraq özünü müdafiə etməyə çalışırdı.
– Bağışla, – əsl bilici görkəmi ilə etiraz etməyə baş-
la dım, – mən ki səndən nə üçün «Trua kartye»dən deyil,
«Şa nel»dən geyinməyə üstünlük verdiyini soruşmuram…
in san dan bu cür izahatlar tələb etmirlər.
Mən artıq sərhəd boyu apardığımız «döyüşdən» yo rul-
muşdum; amma hiss edirdim ki, Lorans əlini adyalın üs-
tün də döyəcləyə-döyəcləyə bu sözləri söyləyəndə məni
tə ləyə salmağa çalışır:
– Əyləş burada, Vensan! Hə, gəl görüm...
Mən ehtiyatla əyləşdim və bir anlıq düz onun göz lə-
ri nin içinə baxdım; bu gözlər həyəcanlı, dinməz, öl dü rü cü
və gözqamaşdırıcı idi; sanki, faralarının işıqlarını tən zim lə-
mə miş avtomobil gecə qaranlığının içindən qəfildən sıç ra-
ya raq düz mənim üstümə gəlirdi.
– Vensan, mənə bax, xahiş edirəm!
O, başımı qolları arasına alıb özünə tərəf çəkdi; əgər
is tə səydim, mən öz Loransımı caynağıma keçirə bilərdim.
Özü mü saxlaya bilmək üçün elə bir güc sərf etməli oldum
ki, bu, insanın qüvvəsindən uzaq idi… O, açıq-açığına kə-
lək bazlıq edirdi. Bizim bir-birinə bu qədər yaxın, əslində
isə həddindən artıq uzaq olan baxışlarımızdakı yalançı
açıq lıq və düzgünlükdə hər şey o dərəcədə ağır, vulqar və
süni idi ki, özümdən asılı olmadan kəskin hərəkətlə Lo ran-
sı özümdən uzaqlaşdırdım… və ilk dəfə idi belə edir dim.
– Məncə, bəsdir! Ya mən öz pullarımla «Steynvey» alı-
ram, ya da biz bir daha bu haqda danışmırıq. Əgər is tə yir-
sənsə, bütün məbləğə atan üçün çek yazım.
– Vensan, mənim buna haqqım yoxdur! – o, yalvarış
do lu səslə inildədi, – bütün pullarını, Allah bilir, kimlər
Dostları ilə paylaş: |