Düyünlü ur xəstəliyi üzrə klinik protokol



Yüklə 205,96 Kb.
Pdf görüntüsü
səhifə4/7
tarix05.03.2018
ölçüsü205,96 Kb.
#30311
1   2   3   4   5   6   7

 

12

USM vasitəsilə skrininq 

 

Əhali arasında, həmçinin palpasiya zamanı normal QV olan və 



tiroidin kanser olma ehtimalı  aşağı olan pasiyentlər arasında  

skrininq üçün US-dən istifadə etmək tövsiyə edilmir (C) 

 

Yüksək risk qrupuna daxil olan xəstələrdə (ailəsində tiroid 



kanseri, 2-ci tip çoxsaylı endokrin neoplaziya qeyd edilən və ya 

ətraf nahiyələrə metastazları olan xəstələr), palpasiya zamanı 

tiroid düyünləri və ÇDU aşkar edilən, maliqnizasiyaya şübhəli 

adenopatiyası olan xəstələrdə USM aparılması tövsiyə edilir (C). 

 

NAZİK İYNƏLİ ASPİRASİON BİOPSİYA (NİAB) 

NİAB düyünlü urun qiymətləndirilməsi üçün etibarlı  və  dəqiq 

üsul hesab edilir. Bu metodun həssaslığı 83%, spesifikliyi isə 92% 

təşkil edir. 

 

QV-nin NİAB ilə biopsiyasının  təhlükəsizliyi və etibarlılığı 



təsdiq edildikdən sonra, bu üsul tiroid düyününün diaqnostik 

qiymətləndirilməsinin  ayrılmaz hissəsinə çevrilmişdir. 

 

QV-nin biopsiyası  nəticəsində alınan yaxmaları QV xəstəlikləri 



sahəsində ixtisaslaşmış sitopatoloq müayinə etməlidir. 

 



Diaqnostik səhvlər: 

 

Səhv neqativ cavab nümunənin düzgün hazırlanmaması 



nəticəsində baş verir 

 

Səhv pozitiv nəticə adətən “şübhəli” (qeyri-müəyyən) 



tapıntılar olduqda baş verə bilər 

 

Follikulyar neoplazma, Hürthle hüceyrələrinin neoplazması 



sitoloji hesabatlarda boz zona kimi qeyd edilir, həmçinin bu

papilyar karsinomanın olması ehtimalını da göstərir, lakin 

onun üçün diaqnostik əhəmiyyət kəsb etmir. 

 



Terminologiyanın standartlaşdırılması  xəstəyə göstərilən tibbi 

xidməti yaxşılaşdıra bilər. Sitoloji diaqnozlar 4 kateqoriyaya 

bölünür – qeyri-adekvat nümunə, xoşxassəli,  şübhəli və 

bədxassəli şişlər.  

 

Qeyri-adekvat, qane etməyən və ya qeyri-informativ nəticə 



– yaxmada bir neçə follikulyar hüceyrə var və ya heç yoxdur.  

 

Xoşxassəli düyünlər və ya neqativ nəticə – bu qrupa kolloid 



düyünlər, Haşimoto tireoiditi, sist, tireoiditlər aiddir.  

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

13

 



Şübhəli və ya təyin olunmayan nəticə – sitoloji müayinə 

nəticəsində düyünün bədxassəli olması, həmçinin follikulyar 

neoplazma, Hürthle hüceyrəsinin şişi və ya atipik papilyar şiş 

müəyyən edilir, lakin diaqnozu dəqiqləşdirən meyarların 

hamısı təyin olunmur. 

 

Bədxassəli və ya pozitiv nəticə – bura birincili (QV) və ya 



ikincili (metastatik) kanserlər aiddir. 

Ultrasəs nəzarəti ilə nazik iynəli aspirasion biopsiya 

 



Ölçüsü  ≥10 mm, kənarları qeyri-müntəzəm, xaotik düyündaxili 

vaskulyarizasiyaya malik, uzun və dar formalı  və ya 

mikrokalsifikasiyalı hipoexogen düyünlərdə US-NİAB 

aparılmalıdır (B). 

 

USM zamanı düyünün kapsuldan kənara çıxması  və ya boyun 



limfa düyünlərinə metastaz etməsi aşkar edildikdə, düyünün 

ölçüsündən asılı olmayaraq təcili sitoloji müayinə aparılmalıdır 



(B). 

 



Haşimoto tireoiditində limfositar infiltrasiya hipoexogen sahə 

yaradır, ona görə  də  kənarlarının təyin edilməsi çətin olan 

hipoexogen düyünlərdə US-NİAB aparılmasından  əvvəl bu 

patologiyanı istisna etmək lazımdır (C). 

 

Qarışıq tiroid düyünlərində  əvvəlcə US-NİAB vasitəsilə  bərk 



hissədən nümunə götürmək, sonra isə mayeni drenaj etmək olar 

(C). 

 



QV-də olan törəmələr 6 və 12 ay sonra, daha sonra isə müntəzəm 

olaraq US vasitəsilə müşahidə edilməlidir (D). 

 

Düyünün rutin qiymətləndirilməsi üçün NMR (maqnit rezonans 



müayinəsi) və KT-dən (kompüter tomoqrafiyası) istifadə tövsiyə 

olunmur (C). 



NİAB zamanı təyin olunmayan düyünlər 

 



Morfoloji meyarların təyin edilməsi çətinlik törədəndə bədxassəli 

və xoşxassəli düyünləri fərqləndirmək çətin olur. Təyin 

edilməyən düyünlərin 20%-ində  cərrahi müdaxilə zamanı 

maliqnizasiya aşkar edilir. 

 

Belə düyünlərin təkrar biopsiyası məsləhət görülmür. 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

14



 

NİAB-la müqayisədə iri iynə ilə biopsiyanın aparılması daha az 

dəqiqliyə, böyük iş  həcminə  və  fəsadlaşma tezliyinə malik 

olduğu üçün onun istifadəsi hal-hazırda məsləhət görülmür. 

 

Hal-hazırda təyin olunmayan düyünlərin hamısının cərrahi yolla 



götürülməsi tövsiyə olunur. 

NİAB vasitəsi ilə diaqnoz qoyulması 

mümkün olmayan düyünlər 

 



Tərkibində az miqdarda follikulyar hüceyrə olan və ya heç 

olmayan sistli düyünlərin NİAB zamanı qeyri-kafi (qeyri-

diaqnostik) nümunələri alınır. 

 



Yenidən aparılan aspirasiya zamanı 50% hallarda qənaətbəxş 

nəticə almaq olar. 

 

Müvafiq texnikanın, təkrar biopsiyanın və US-NİAB-ın olmasına 



baxmayaraq düyünlərin 5%-ini müəyyən etmək mümkün olmur. 

Belə düyünlər cərrahi yolla kənarlaşdırılmalıdır (D) 

 

Bu hallarda təkrar aspirasiyanın aparılması tövsiyə edilir: düyün 



böyüyəndə, sist təkrarən dolanda, düyünün ölçüsü 4-5 sm 

olduqda və ya LT4 ilə aparılan müalicədən sonra düyünün 

ölçüləri kiçilmədikdə.  

RADİOİZOTOP SKANERLƏŞDİRMƏ 

Hal-hazırda dünyada ən geniş yayılmış, yüksək spesifik və 

həssaslığa malik müayinə üsullarından biridir. Radioizotop 

skanerləşdirmə (sintiqrafiya) – qalxanabənzər vəzidə izotopun 

toplanma xüsusiyyətinə  əsaslanır. Bu üsulla düyünün funksional 

xarakteri müəyyən edilir. Əgər tiroid düyünü və ÇDU zamanı TSH-

nin səviyyəsi normal göstəricinin aşağı  sərhədindən kiçik olarsa və 

ya ektopik tiroid toxumasının mövcudluğuna və ya retrosternal ura 

şübhə olarsa, QV-nin sintiqrafiyası aparılmalıdır (B)

Radioizotop skanerləşdirmə: 

 



Avtonom isti düyünlərin diaqnostikasında əvəzedilməzdir 

 



Yod defisitli regionlarda yaşı 45-dən yuxarı, düyünlü və ya 

çoxdüyünlü uru olan bütün pasiyentlərə göstərişdir və TSH 

səviyyəsi normanın aşağı  sərhədində olduqda belə, QV 

sintiqrafiyası aparılmalıdır (C) 

 

QV sintiqrafiyası üçün 



123

İ və ya 


99m

TcO


4

 istifadə edilir (B) 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 205,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə