Düyünlü ur xəstəliyi üzrə klinik protokol


QV DÜYÜNLƏRİNİN MÜALİCƏSİ



Yüklə 205,96 Kb.
Pdf görüntüsü
səhifə6/7
tarix05.03.2018
ölçüsü205,96 Kb.
#30311
1   2   3   4   5   6   7

QV DÜYÜNLƏRİNİN MÜALİCƏSİ 

CƏRRAHİ MÜALİCƏ 

Düyünlər böyük, bədxassəli olduqda cərrahi  əməliyyat 

göstərişdir. Hipertireoz və ya ətraf strukturların sıxılması müşahidə 

olunmadıqda tək və xoşxassəli düyünlər cərrahi yolla 

kənarlaşdırılmır.  

 

Tiroid düyünü olan xəstələrin cərrahi müdaxiləyə olan 



göstərişləri aşağıdakılardır: 

 

Assosiasiya olunmuş lokal əlamətlər 



 

Böyük toksik düyün nəticəsində yaranan hipertireoidizm və ya 

hipertireoidizmlə müşayiət edilən ÇDU 

 

Düyünün böyüməsi 



 

NİAB zamanı pozitiv (maliqnizasiya əlamətlərinin olması) 

nəticənin alınması cərrahi müdaxiləyə göstərişdir (B) 

 

Cərrah-endokrinoloq xəstə  və onun ailəsi ilə birgə USM və 



sitoloji müayinənin nəticələrini nəzərdən keçirməli, müalicə 

taktikasını izah etməli, bütün suallara cavab verməli, cərrahi 

müdaxilənin potensial fəsadlarını müzakirə etməli, cərrahi məsləhət 

verməlidir (D)

 

Diferensiasiya olunmuş kanser və düyünün ölçüsü >1 sm olan, 



həmçinin ailəsində bu xəstəliyə rast gəlinən və klinik və ya US 

müayinələri zamanı  xəstəliyin multifokal olması, törəmənin kapsul 

və ya düyünlərə invaziya etməsi müşahidə olunan xəstələrdə total və 

ya subtotal tireoidektomiya tövsiyə edilir. Boyun nahiyəsinin 

mərkəzi sahəsində yerləşən limfatik düyünlərin götürülməsi 

mütəxəssis-cərrah tərəfindən həyata keçirilməlidir (C)

 

QV lobektomiyası total və ya subtotal olur, istmektomiya ilə və 



ya onsuz aparıla bilir. İstmusun  əvvəlcədən aparılan rezeksiyası 

tireoidektomiyanı asanlaşdırır. 

 

Xoşxassəli tək düyünlər zamanı lobektomiya və istmusektomiya 



olunur, ikitərəfli düyünlər zamanı isə subtotal tireoidektomiya 

aparılır. 

 

Cərrahi  əməliyyat  əsasən ümumi anesteziya altında yerinə 



yetirilir, bəzi hallarda isə yerli keyləşdirmədən istifadə edilir. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



 

19



 

Retrosternal yerləşən QV düyünü də boyun kəsiyi ilə xaric edilir, 

nadir hallarda isə lobektomiyanı  və ya total tireoidektomiyanı 

tamamlamaq üçün orta sternotomiya aparılır. 

 

Cərrahi əməliyyatın fəsadları 

1.

 



Laringeal sinirin parezi. Çox zaman əməliyyat nəticəsində baş 

verən səs dəyişikliyi 1-6 ay ərzində  bərpa olur. Belə  xəstələri 

əməliyyatdan sonra larinqoskopiya üçün mütəxəssis yanına 

göndərmək lazımdır. Qayıdan laringeal sinirin birtərəfli iflici çox 

zaman tolerant olur, nadir hallarda isə həyat üçün təhlükəli olan 

aspirasion pnevmoniya ilə nəticələnir. Bu fəsadı sadə cərrahiyyə 

texnikası vasitəsilə  səs telinin lateralizasiyası yolu ilə aradan 

götürmək olar. 

2.

 

Hipoparatireoidizm. Tireoidektomiya zamanı paratireoid vəzin 



zədələnməsi nəticəsində hipokalsiemiya baş verir, yalnız 2% 

hallarda bu vəziyyət 3 aydan çox çəkir. Hipokalsiemiya 

əlamətləri əmələ gəldikdə, zərdabda total kalsiumun, mümkünsə 

ionizə olunmuş kalsiumun (Ca

2+

) səviyyələri  əməliyyatdan bir 



gün sonra və  vəziyyət stabilləşənədək gündəlik yoxlanılmalıdır. 

Sonrakı müayinələr zamanı ionizə olunmuş Ca

2+

  səviyyəsi 



ölçülməlidir. Bəzi hallarda hipokalsiemiyanın müalicə 

olunmasını  təsdiq etmək üçün paratireoid hormonun (PTH) 

səviyyəsini ölçmək lazımdır. Hipokalsiemiya əlamətləri baş 

verdikdə  xəstəyə Ca əlavələri, alfakalsidol və ya vitamin D 

vermək lazımdır. Hiperkalsiemiyanın qarşısını almaq üçün 

zərdabda kalsiumun daimi monitorinqini aparmaq lazımdır. 

 

LEVOTİROKSİNLƏ (L-TİROKSİN)  

SUPRESSİV MÜALİCƏ 

Bəzi tədqiqatlar supressiv müalicə  nəticəsində düyünlü urun 

həcminin və düyünün ölçüsünün azalmasını göstərmişdir.  

 



Levotiroksin (L-tiroksin) ilə supressiv müalicə aşağıdakı hallarda 

aparılır (C)

 

Yod defisiti olan regionda yaşayan şəxslərdə 



 

Kiçik ölçülü düyünləri olan cavan xəstələrdə 

 

Funksional avtonomiya əlamətləri olmayan düyünlü ur zamanı 



Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




 

20



 

Bir çox hallarda və xüsusən də aşağıda göstərilən hallar zamanı 

levotiroksinlə terapiyanın aparılması tövsiyə edilmir (C)

 

Böyük ölçülü tiroid düyünləri və düyünlü ur zamanı, xüsusən 



funksional avtonomiya simptomları  və ya əlamətləri müşahidə 

edilirsə 

 

Klinik gedişi  şübhəli olan və ya qeyri-adekvat sitoloji nümunəsi 



olan  törəmələr 

 

Postmenopauzada olan qadınlar və yaşı 60-dan çox olan kişilər 



 

Osteoporozlu və ya sistem xəstəliyi olan şəxslər 

 

Kardiovaskulyar xəstəliyi olan şəxslər 



 

Bu cəhətlərə diqqət yetirmək lazımdır: 



 

Klinikada xəstələrin yalnız kiçik qismində L-tiroksin terapiyası 

nəticəsində tiroid düyünün həcminin azalması müşahidə edilir (B) 

 

TSH-nin uzun müddətli supressiyası yaşlı  xəstələrdə  və 



menopauzada olan qadınlarda sümük zəifliyi və aritmiya ilə 

nəticələnə bilər (B) 

 

L-tiroksinlə terapiya tam supressiv olmalı deyil (TSH <0.1 mikro-



İU/ml) (C) 

 

Düyünün yenidən böyüməsi adətən L-tiroksinlə terapiya 



dayandırıldıqdan sonra baş verir (C) 

 

Əgər müalicə zamanı düyünün ölçüləri kiçilirsə, bu halda L-



tiroksinlə terapiyanı uzun müddət davam etdirmək lazımdır (D) 

 

Əgər L-tiroksin terapiyası zamanı düyünün böyüməsi müşahidə 



olunursa, bu halda təkrar biopsiya və  cərrahi müdaxilə  məsləhət 

görülür (D) 

 

Levotiroksinin (L-tiroksin) əlavə müalicə kimi tətbiq edilməsi 



residivlərin əmələ gəlmə ehtimalını azaldır. 

 



İlkin müalicədən sonra TSH-nin supressiyası ilə aparılan müalicə 

iki məqsəd güdür. Birinci – TSH-nin qanda göstəricisini normal 

səviyyəyə çatdırmaqla hipotireoidizmi aradan qaldırmaq. İkinci – 

qalıq  şiş hüceyrələrinin TSH ilə stimulyasiyasının qarşısının 

alınması. Lakin uzunmüddətli remissiya olduqda, endogen TSH 

sintezinin dəf etməyə ehtiyac yoxdur və  əvəzedici terapiya 

aparıla bilər. 

 



L-tiroksin seçim preparatıdır. T3 uzunmüddətli terapiya zamanı 

istifadə edilmir. Onu yalnız hipotireoidizmin qısamüddətli 

korreksiyası və ya bədənin skanerləşdirməsinin hazırlıq mərhələsi 

zamanı tətbiq etmək olar. 

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 

İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 




Yüklə 205,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə