I Fəsil.
XVII ƏSRİN ORTALARINDA AVROPADA ÜxMUMİ
SİYASİ VƏZİYYƏT
VƏ BEYNƏLXALQ
MÜNASİBƏTLƏR
XVII əsrdə Avropada olan siyasi vəziyyət bir tərəfdən XVI
əsrdə yaranmış hadisələrin məntiqi nəticəsi kimi özünü binizə
verirdi, digər tərəfdən isə gələcək yüzilliyə olan inkişafın əsas
istiqamətini müəyyən edirdi. XVI əsrdə Avropa xalqlarının
həyatında çox köklü dəyişikliklər yaranmışdır. Siyasi, iqtisadi,
dini, mədəni sahələrdə olan mütərəqqi dəyişikliklər beynəlxalq
münasibətlərin və xarici siyasətin xarakterində və mahiyyətində
də əsaslı dəyişikliklər yaratmışdır. Orta əsrlərdə qonşu dövlətlər
arasında baş verən ərazi münasibətləri və hərbi münasibətlər yeni
ziddiyyətlərlə əvəz olunurdu. Orta əsrlər və ilk yeni dövrün
başlanğıcı böyük coğrafi kəşflər və müstəmləkə işğalçılığı ilə
xarakterizə olunurdu.
Amerikanın Hindistana və Cənubi - Şərqi Asiya
torpaqlarına yeni dəniz yolunun kəşfi və ilk səyahətlər dünya
haqqında avropalılarda yeni təsəvvürlər yaratmışdır. Bütün bunlar
Avropa dövlətlərində geosiyasi mənafelərin dəyişməsinə səbəb
olmuşdur. Bir tərəfdən vahid və bütöv Avropanın formalaşması
prosesi gedirdi, digər tərəfdən isə böyük coğrafi kəşflər
beynəlxalq əlaqələrə olan marağı artınrdı.
Bu isə öz növbəsində əmtəə bazarının genişləndirilməsinə,
qitələrarası əlaqələrə və Avropanın Amerika, Asiya və Afrikaya
yaxınlaşmasına zəmin yaradırdı. Müstəmləkəçilik siyasətinin
güclənməsi, siyasi, iqtisadi və hərbi imkanların artırılması Avropa
dövlətləri arasında barışmaz ziddiyyətlər yaradırdı. Müstəmləkə
talançılığmm nəticəsi olan sərvət hər hansı bir ölkənin Avropa
siyasətindəki rolunu müəyyən edirdi. Beləliklə, XVI əsr
Portuqaliya və İspaniyanın tarixində çox əhəmiyyətli bir dövr
olmuşdur. Daha doğrusu, Avropa tarixində «İspaniya əsri»
olmuşdur.
122
XVI əsr Qərbi Avropanın siyasi həyatında milli zəmində
mərkəzləşmiş dövlətlərin formalaşması dövrü olmuşdur. Bu
dövlətlərin əksəriyyəti
mütləq monarxiya quruluşu formasında
idi.
İngiltərə, fYansa, İspaniya, Portuqaliya, Danimarka,
İsveç, Niderlandda əyalətlərin Birləşmiş Respublikası
(İspaniyaya qarşı mübarizə nəticəsində meydana gəlmişdi) və s.
O dövrdə milli dövlətlərin formalaşması və tam suverenlik əldə
etməsi, heç də orta əsrlərdə yaranmış universal xristian
imperiyası yaratmaq prinsiplərinə uyğun gəlmirdi.
V Kari Habsburq orta əsrlər siyasi
mədəniyyəti və xarici
siyasətinə xas olan cəhətlər əsasında öz sülaləsi adı altında
İspaniya, Almaniya, Niderland, İtaliyanın bir hissəsi, Aralıq
dənizi adaları və eləcə də, Avropada bəzi əraziləri İspaniyanın
bütün müstəmləkələrini idarə etməyə səy göstərirdi.
Bütün bu kimi prinsipial ziddiyətlər xeyli miqdarda
konkret dövlətlərlarası münaqişə və mübahisələrə səbəb olurdu.
Aydındır ki, ilk yeni dövrdə milli dövlətlər yaradılması və mütləq
dövlət forması həmin dövrdə ideologiyanın formalaşmasına
zəmin yaradırdı. Beləliklə, İtaliyanın siyasi mütəfəkkiri, tarixçi
Maknavellinin
(1469-1527)
vaxtından
Siyasət-
insan
fəaliyyətinin müstəqil bir sahəsinə çevrilir. Humanistlərin
əsərlərində
«yeni siyasi anlayış» formalaşmağa başlayır.
«Dövlət mənafeyi» və
«İctimai neməb> prinsipi yaranır.
Dövlətin özü isə monarxın mülkiyyəti olmaqda qalır. Milli
dövlətlərin siyasətlərində konkret olaraq
«dövlət mənafe- yinin»
öz əksini tapması ticarət müharibələrinə, dəniz yollarının ələ
keçirilməsi
uğrunda
müharibələrə,
müstəmləkələrin
istismarında, inhisarçılığa, Avropa syiasətində hökmran
olmağa və digər hadisələrə səbəb olurdu.
Avropa dövlətlərində iqtisadiyyatın təkamül inkişafı
beynəlxalq münasibətlərə daha çox təsir edirdi. Kapitalist
münasibətlərinin artması və onun sabitliyi beynəlxalq siyasətdə
ayrı - ayrı dövlətlərin hakimiyyətlərini daha da sürətləndirirdi.
Beləliklə,
Almaniya, İtaliya və İspaniya tədricən
öz liderlik
123