E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə38/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   34   35   36   37   38   39   40   41   ...   106

II Bölmə 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ 
XARİCİ SİYASƏTİN TARİXİNƏ DAİR 
Bu  bölmədə  əsasən  avropa  dövlətləri  arasında  yaranan 
beynəlxalq  münasibətlər  və  xarici  siyasət  məsələləri 
araşdırılmışdır.  Tarixi  baxımdan  1600-cü  illərdən  2000-ci 
illərədək olan dövr əhatə olunmuşdur. 
Həmin  dövrdə  Avropanın  ən  qabaqcıl  dövlətləri  arasında 
yaranan siyasi əlaqələr - münasibətlər və münaqişələrin xarakteri 
açıqlanmışdır.  Ayrı-ayrı  dövrlərdə  beynəlxalq  müqavilələr  və 
razılaşmaların  xarakteri  göstərilmişdir.  Həmin  dövrdə  dünya 
dövlətlərinin  formalaşması,  sərhədlərinin  müəyyənləşməsi  və 
beynəlxalq  sülh  danışıqları  aparılması  kimi  mütərəqqi  tarixi 
proseslər  baş  vermişdir.  Bununla  yanaşı  bu  dövrü  dövlətlərarası 
mübarizələr  tarixi  də  adlandırmaq  olar.  Bö  bölmənin  istənilən 
mövzusunu oxuyan hər bir şəxs Dağlıq Qarabağ münaqişələrinin 
həll  edilməsində  yaranan  ceperat  danışıqların  tarixi  baxımdan 
mövcud olmasının və təkrarlanmasımnşahidi ola bilərlər. 
121 


I Fəsil. 
XVII ƏSRİN ORTALARINDA AVROPADA ÜxMUMİ 
SİYASİ VƏZİYYƏT VƏ BEYNƏLXALQ 
MÜNASİBƏTLƏR 
XVII əsrdə Avropada olan siyasi vəziyyət bir tərəfdən XVI 
əsrdə  yaranmış  hadisələrin  məntiqi  nəticəsi  kimi  özünü  binizə 
verirdi,  digər  tərəfdən  isə  gələcək  yüzilliyə  olan  inkişafın  əsas 
istiqamətini  müəyyən  edirdi.  XVI  əsrdə  Avropa  xalqlarının 
həyatında  çox  köklü  dəyişikliklər  yaranmışdır.  Siyasi,  iqtisadi, 
dini,  mədəni  sahələrdə  olan  mütərəqqi  dəyişikliklər  beynəlxalq 
münasibətlərin  və  xarici  siyasətin  xarakterində  və  mahiyyətində 
də əsaslı dəyişikliklər  yaratmışdır. Orta əsrlərdə  qonşu dövlətlər 
arasında baş verən ərazi münasibətləri və hərbi münasibətlər yeni 
ziddiyyətlərlə  əvəz  olunurdu.  Orta  əsrlər  və  ilk  yeni  dövrün 
başlanğıcı  böyük  coğrafi  kəşflər  və  müstəmləkə  işğalçılığı  ilə 
xarakterizə olunurdu. 
Amerikanın  Hindistana  və  Cənubi  -  Şərqi  Asiya 
torpaqlarına  yeni  dəniz  yolunun  kəşfi  və  ilk  səyahətlər  dünya 
haqqında avropalılarda yeni təsəvvürlər yaratmışdır. Bütün bunlar 
Avropa  dövlətlərində  geosiyasi  mənafelərin  dəyişməsinə  səbəb 
olmuşdur.  Bir  tərəfdən  vahid  və  bütöv  Avropanın  formalaşması 
prosesi  gedirdi,  digər  tərəfdən  isə  böyük  coğrafi  kəşflər 
beynəlxalq əlaqələrə olan marağı artınrdı. 
Bu isə öz növbəsində əmtəə bazarının genişləndirilməsinə, 
qitələrarası  əlaqələrə və  Avropanın  Amerika,  Asiya və Afrikaya 
yaxınlaşmasına  zəmin  yaradırdı.  Müstəmləkəçilik  siyasətinin 
güclənməsi, siyasi, iqtisadi və hərbi imkanların artırılması Avropa 
dövlətləri  arasında  barışmaz  ziddiyyətlər  yaradırdı.  Müstəmləkə 
talançılığmm  nəticəsi  olan  sərvət  hər  hansı  bir  ölkənin  Avropa 
siyasətindəki  rolunu  müəyyən  edirdi.  Beləliklə,  XVI  əsr 
Portuqaliya  və  İspaniyanın  tarixində  çox  əhəmiyyətli  bir  dövr 
olmuşdur.  Daha  doğrusu,  Avropa  tarixində  «İspaniya  əsri» 
olmuşdur. 
122 


XVI əsr Qərbi Avropanın siyasi həyatında milli zəmində 
mərkəzləşmiş  dövlətlərin  formalaşması  dövrü  olmuşdur.  Bu 
dövlətlərin əksəriyyəti mütləq monarxiya  quruluşu formasında 
idi.  İngiltərə,  fYansa,  İspaniya,  Portuqaliya,  Danimarka, 
İsveç,  Niderlandda  əyalətlərin  Birləşmiş  Respublikası 
(İspaniyaya qarşı mübarizə nəticəsində meydana gəlmişdi) və s. 
O dövrdə milli dövlətlərin formalaşması və tam suverenlik əldə 
etməsi,  heç  də  orta  əsrlərdə  yaranmış  universal  xristian 
imperiyası yaratmaq prinsiplərinə uyğun gəlmirdi. 
V Kari Habsburq orta əsrlər siyasi mədəniyyəti və xarici 
siyasətinə  xas  olan  cəhətlər  əsasında  öz  sülaləsi  adı  altında 
İspaniya,  Almaniya,  Niderland,  İtaliyanın  bir  hissəsi,  Aralıq 
dənizi  adaları  və  eləcə  də,  Avropada  bəzi  əraziləri  İspaniyanın 
bütün müstəmləkələrini idarə etməyə səy göstərirdi. 
Bütün  bu  kimi  prinsipial  ziddiyətlər  xeyli  miqdarda 
konkret dövlətlərlarası münaqişə və mübahisələrə səbəb olurdu. 
Aydındır ki, ilk yeni dövrdə milli dövlətlər yaradılması və mütləq 
dövlət  forması  həmin  dövrdə  ideologiyanın  formalaşmasına 
zəmin  yaradırdı.  Beləliklə,  İtaliyanın  siyasi  mütəfəkkiri,  tarixçi 
Maknavellinin 
(1469-1527) 
vaxtından 
Siyasət- 
insan 
fəaliyyətinin  müstəqil  bir  sahəsinə  çevrilir.  Humanistlərin 
əsərlərində  «yeni  siyasi  anlayış»  formalaşmağa  başlayır. 
«Dövlət  mənafeyi»  və  «İctimai  neməb>  prinsipi  yaranır. 
Dövlətin  özü  isə  monarxın  mülkiyyəti  olmaqda  qalır.  Milli 
dövlətlərin siyasətlərində konkret olaraq «dövlət mənafe- yinin» 
öz əksini tapması ticarət müharibələrinə, dəniz yollarının ələ 
keçirilməsi 
uğrunda 
müharibələrə, 
müstəmləkələrin 
istismarında,  inhisarçılığa,  Avropa  syiasətində  hökmran 
olmağa və digər hadisələrə səbəb olurdu. 
Avropa  dövlətlərində  iqtisadiyyatın  təkamül  inkişafı 
beynəlxalq  münasibətlərə  daha  çox  təsir  edirdi.  Kapitalist 
münasibətlərinin artması və onun sabitliyi  beynəlxalq  siyasətdə 
ayrı  -  ayrı  dövlətlərin  hakimiyyətlərini  daha  da  sürətləndirirdi. 
Beləliklə, Almaniya, İtaliya və İspaniya tədricən öz liderlik 
123 


mövqelərini itirirdi. İngiltərə, Fransa və Hollandiya irəli çıxırdı. 
Odur ki, XVI əsrdə Avropada dini yanaşma vəziyyəti əsaslı 
surətdə  dəyişilmişdir.  Dinə  qarşı  ictimai  -  siyasi  hərəkat 
nəticəsində bir çox ərazilər katolizm  dünyasından ayrılmışlar: - 
Almaniyanın  bir  çox  əraziləri,  İsveçrə,  İngiltərə,  Danimarka, 
İsveç,  Norveç,  Birləşmiş  əyalətlər  Respublikası  və  s.  Uzun 
müddət  Almaniya  və  Fransada  dini  müharibələr  olmuşdur. 
Katolik  və  protestant  (dini  inamları)  ölkələri  arasında 
qarşıdurmalar baş verirdi. 
Burada  İspaniya  Kralı  II  Flipp  çalışırdı  ki,  «Protestant 
tərəfdarlarım məhv etsin» 
və bütün Avropada katolizmi bərpa etsin. Beləliklə, XVIII əsrin 
ortalarınadək dövlətlərarası ittifaqların və hərbi münaqişələrin 
formalaşması dini prinsipə əsaslanmışdır. 
Aydındır  ki,  orta  əsrlərdə  beynəlxalq  münasibətlərin 
formalaşmasına  dini  amillər  az  təsir  etməmişdir.  Beləliklə,  vaxt 
keçdikcə  dini  qarşıdurmaların  xarakteri  dəyişilmişdir.  Xristian 
kilsəsi daxilində müxtəlif dinlərin nümayəndələri daha prinsipial 
siyasi  rəqib  kimi  çıxış  edirdilər. Bu isə  Avropada dövlətlərarası 
qarşıdurmaya  səbəb  olmuş  və  xristian  Avropa  vahidliyini 
pozmuşdur.  Bütün  bunlar  nəticə  etibarı  ilə  Avropanın  Osmanlı 
imperiyası ilə (Müsəlman dininin genişlənməsi ilə) mübarizəsini 
zəiflətmişdir. 
Osmanlı İmperiyası orta əsrlərdə və ilk yeni dövrdə güclü 
dünya  dövləti  kimi  Avropa  siyasi  quruluşunun  aynimaz  bir 
hissəsinə çevrilmişdir. Bu imperiya Balkan ölkələrində və Şərqi 
Aralıq  dənizində  möhkəmlənmiş.  Macar  Krallığının  böyük  bir 
hissəsini  zəbt  etmiş.  Mərkəzi  və  Qərbi  Avropa  üçün  təhlükəyə 
çevrilmişdir. 
O dövrdə Avropanın beynəlxalq münasibətləri sistemində 
Portuqaliya  siyasəti,  onun  hərbi  və  maddi  qüdrəti  də  həlledici 
rola  malik  idi.  İstanbul  ən  zəruri  diplomatik  mərkəzə 
çevrilmişdir. Avropa dövlətləri arasında Türkiyə əleyhinə bir- 
124 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə