E d. professor Rəyçilər: M. C. Atakişiyev



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə37/106
tarix08.03.2018
ölçüsü2,79 Kb.
#30858
1   ...   33   34   35   36   37   38   39   40   ...   106

daha çox əhəmiyyət verdiyi halda, bəzi dövlətlər əksinə bu sahəni 
o qədər də qiymətləndirməmişlər. 
Bunlardan  əlavə  bəzən  köhnə  və  yeni  diplomatiya 
anlayışları  da  bir-birindən  fərqləndirilir.  Ümumiyyətlə  tarixi 
baxımdan  Yunan,  İtalyan  və  Fransız  diplomatik  metodlarının 
təcrübəsi daha çox vurğulamr. Fransız metodu köhnə diplomatiya 
metodu  hesab  edilir.  Demək  olar  ki,  XVII  əsrdən  XX  əsrin 
əwəllərinədək  bütün  Avropa  dövlətləri  Fransız  metodunu  qəbul 
etmişlər. Burada beş əlamət əsas götürülürdü: 
1.
 
Avropa  əsas  və  ən  mühüm  qitə  hesab  edilirdi.  Asiya, 
Afrika  və  Latın  Amerikası  isə  Avropanın  siyasi  təsir  dairəsinə 
tabe idi. 
2.
 
Dövlətlərarası  münasibətlərdə  kiçik  dövlətlərin  roluna 
əhəmiyyət verilmirdi. 
S.Dövlətlərarası  münasibətlərdə  böyük  dövlətlər  kiçik 
dövlətlərin hərəkətinə məsuliyyət daşıyırdılar. Yəni onlann daxili 
işlərinə müdaxilə edirdilər. 
4.
 
Avropa  ölkəsində  peşəkar  diplomatik  xidmətin  təsis 
edilməsinə ciddi fikir verilirdi. Bilikli diplomatlar yetişdirilməsi 
nəzərdə  tutulurdu.  Onlara  müstəqil  fəaliyyət  göstərmək  imkanı 
verilirdi. Onlar müharibələrin qarşısının alınmasında öz səylərini 
birləşdirirdilər. 
5.
 
Danışıqlann  bir  qayda  olaraq  gizli  aparılması  tövsiyə 
edilirdi. Xalqın danışıqlara təsir edə bilməməsi üçün danışıqların 
gizli aparılması əsas götürülürdü. 
Aydındır  ki,  vaxt  keçdikcə  köhnə  diplomatiyanın 
müəyyən  tərəfləri  daha  da  genişlənmiş  və  yeni  diplomatiya 
tələbləri 
yaranmışdır. 
Kommunikasiya 
vasitələrinin 
təkmilləşdirilməsi  ilə  yeni  diplomatiyaya  keçilməsinə  zəmin 
yaranmışdır. 
İkitərəfli,  çoxtərəfli  diplomatiya  və  yaxud  yüksək 
səviyyəli,  əla  səviyyəli  diplomatiya  növləri  də  fərqləndirilir. 
İkitərəfli diplomatiya daha çox yayılmış diplomatiya növü hesab 
olunur.  Burada  ancaq  iki  dövlətin  nümayəndələri  arasındakı 
qarşılıqlı əlaqə əks olunur. Məsələn səfirlə xarici işlər 
118 


nazirləri 
arasında 
olan 
danışıqlar. 
Əgər 
diplomatiya 
münasibətlərində ikidən artıq dövlətin nümayəndəsi iştirak edirsə, 
bu  artıq  çoxtərəfli  diplomatiya  hesab  edilir.  Məsələn  beynəlxalq 
konfransların  işi,  beynəlxalq  təşkilatların  fəaliyyətləri  də 
çoxtərəfli diplomatiyaya aid edilir. 
Əgər  diplomatiya  funksiyası  peşəkar  diplomatlar 
deyil,  dövlətlə  hökumət  başçdarı  və  yaxud  digər  yüksək 
rütbəli  şəxslər  tərəfindən  həyata  keçirilərsə,  bu  yüksək  və 
yaxud zirvə səviyyəli diplomatiya adlanır. 
Aydındır  ki,  müəyyən  sahələr  üzrə  olan  diplomatiya 
həmin  sahələrin  adı  ilə  adlanır.  Məsələn  “hərbi”  diplomatiya, 
“iqtisadi” diplomatiya, aviasiya, dənizçilik, kosmos və s. sahələr 
üzrə apanlan diplomatiya və s. 
Onu  da  qeyd  etməliyik  ki,  diplomatiya  anlayışı  «dip- 
lomatiya qulluğu» anlayışı ilə çox yaxın əlaqədədir. Diplomatiya 
qulluğu dedikdə dövlətin xarici siyasətini həyata keçirən mərkəzi 
aparatda  və  xaricdə  çalışan  diplomatik  kadrların  işi  nəzərdə 
tutulur. Deməli diplomatiya qulluğu müəyyən dövlət orqanları və 
səlahiyyətli şəxslərin funksional vəzifələri hesab olunm-. Aydındır 
ki, diplomatik işlə məşğul olmaq üçün hər bir şəxs müəyyən biliyə, 
şəxsi  keyfiyyətə  və  yeniliyə  malik  olmalıdır.  Dövlət  diplomatik 
orqanları  dövlət  ərazisində çalışan xarici  işlər orqanları  və digər 
dövlətin ərazisində yerləşən xarici işlər orqanlarından ibarətdir. 
Xaricdə  yerləşən  xarici  işlər  orqanlan  da  daimi  və 
müvəqqəti formada həyata keçirilir. Daimi xarici işlər orqanları - 
diplomatik  və  səfirlik  adı  altında  həyata  keçirilir.  Diplomatik 
nümayəndəlik səfirlik və ikinci dərəcəli diplomatik nümayəndəlik 
formasında  olur.  Səfirlə  bu  nümayəndəlik  arasında  fərq  ondan 
ibarətdir  ki,  səfirliyə  daha  yüksək  ranqda  olan  diplomat 
rəhbərlik  edir.  İkinci  dərəcəli  vəzifə  isə  nisbətən  aşağı  ranqda 
olan  diplomat  tərəfindən  həyata  keçirilir.  Müasir  diplomatiya 
münasibətləri  praktikasında  ancaq  səfirlik  şəklində  olan 
diplomatiya nümayəndəliyi xarakterikdir. 
119 


Səfirliyin  təyin  edilməsi  qaydası  belə  olur;  səfir  təyin 
edilməzdən  əvvəl  həmin  şəxsin  namizədliyi  barədə  qarşı 
dövlətdən  razılıq  alınır  (bəzən  şəxsi  münasibətlər  mövcud  ola 
bilər). Sonra isə təyinat baş verir. 
Səfirliyin əsas funksiyaları aşağıdakılardan ibarətdir: 
-
 
Həmin ölkədə öz dövlətinin Milli mənafelərini və xarici 
siyasət kursunun təmin edilməsi
-
 
Yerləşdiyi ölkənin vəziyyəti barədə məlumat toplamaq; 
-
 
Başqa  ölkələrin  nümayəndəliklərinin  fəaliyyəti  barədə 
məlumat əldə etmək; 
-
 
Dövlətlərarası əməkdaşlıqların vəziyyətini öyrənmək 
və s. 
Diplomatik  nümayəndəliklərin  fəalij'yəti  1961-ci  ildə 
Vyana  Konvensiyasmda  müəyyən  edilmiş  normalara 
əsaslanır. Onların toxunulmazlıq hüququ vardır. 
Diplomatik  heyət  -  səfirdən,  ondan  aşağı  vəzifəli 
işçilərdən,  müşavirdən  (məsləhətçi),  ticarət  nümayəndəliyindən, 
attaşe, katiblər və s.-dən ibarətdir. Bununla yanaşı inzibati- texniki 
heyət, xidmət edən heyət də (sürücü, santexnik, bağban, qulluqçu 
və s.) bura daxildir. 
Beləliklə, diplomatlar müxtəlif funksiyalan yerinə 
yetirməklə hər bir dövlətin xarici siyasətində mühüm rol 
oynayırlar. Daha doğrusu: 
1 .Dövlətlərarası əlaqə yaradılmasını həyata keçirirlər; 
2.
 
məlumat əldə etmək, təbliğat işi aparmaq funksiyasını 
yerinə yetirirlər; 
3.
 
Münaqişələrin tənzimlənməsində əsas şəxs kimi iştirak 
edirlər; 
4.
 
Dövlətlərarası əlaqələrin genişlənməsinə və 
yaxşılaşmasına zəmin yaradırlar; 
5.
 
Konkret məsələlərin həlli üzrə danışıqlar aparırlar; 
6.
 
Xarici siyasət sahəsində ümumi rəhbərlik proqramı 
həyata keçirirlər. 
120 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə