138
tək izotonik təqəllüsü üçündür. İzometrik təqəllüs qüvvəsi 0,12 H.
Tək təqəllüsdə yük ilə iş arasında münasibət cədvəl 5.3-də
verilən rəqəmlərə daha yaxın olur. Lakin ləngidilən yük zamanı
tək əzələ təqəllüsündə məsafə və iş,
ləngidilən yüklə tetanusa
nisbətən az olur, belə ki, birinci halda fəallıq dövrü tetanus vaxtı
olduğu qədər əzələnin qısalması dövründə həddindən çox azdır.
Uzun əzələ yığıldıqda yükü daha çox hündürə qaldırır,
deməli çox iş görür.
Orqanizmin adi fizioloji şəraitində əzələ öz uzunluğunun 5%-
i qədər yığılır. Əzələnin işi nəinki əzələ liflərinin uzunluğundan,
həm də təcrübə şəraitində verilən qıcığın qüvvəsindən də asılıdır.
Qıcıq qüvvəsini tədricən artırdıqda əzələnin yığılma qüvvəsi də
artır. Lakin müəyyən vaxtdan sonra qıcıq qüvvəsinin artırılması
təqəllüsə təsir etmir. Çünki əzələdə də fəaliyyət potensialı
tərəfindən oyanmanın əmələ gəlməsi «hamısı və ya heç nə»
qanununa tabedir. Əzələnin qüvvəsini təyin etmək üçün onun
maksimal dərəcədə yığılmasını verən qıcıq qüvvəsi tətbiq
edilməlidir.
Əzələnin maksimal dərəcədə təqəllüs etdirə bilən qıcıq
verməklə və müxtəlif yüklər asmaqla onun daha qaldıra bilmədiyi
yük təyin edilir.
5.14-cü şəkildə göstərildiyi kimi əzələlər müxtəlif quruluşlu
olur. Buna görə də əzələnin en kəsiyilə bütün
liflərin en kəsiyi
həmişə uyğun gəlmir.
Bütün liflərin en kəsiyi 5.14-cü şəkildə göstərildiyi kimi təyin
edilir. Ancaq bütün liflərin en kəsiyinin kvadrat santimetrlərlə
ölçüsü təyin edildikdən sonra əzələnin qaldırdığı yük həmin
ölçüyə bölünür və beləliklə də əzələnin mütləq qüvvəsi təyin
edilir. Hesablamalar göstərmişdir ki, insanın nəli əzələsinin müt-
ləq qüvvəsi 5,9 kq/sm
2
-ə, bazunu bükən əzələnin 8,1 kq/sm
2
, çey-
nəmə əzələlərinin – 10 kq/sm
2
, bazunun ikibaşlı əzələsinin – 11,4
kq/sm
2
, bazunun üçbaşlı əzələsinin – 16,8 kq/sm
2
və saya
əzələlərinin 1 kq/sm
2
-ə bərabərdir. Lələkli əzələlər böyük fizioloji
kəsiyə malik olduğundan çox güclü olurlar.
139
Əzələ tonusu. Sakit halda insanın ətraf əzələlərinin
sinirlərində çox az gərginlikli fəaliyyət potensialı qeydə alınır.
Hər bir əzələ öz anatomik quruluşuna
görə çox uzana bilər,
lakin nədənsə uzanmayıb bir qədər yığılmış halda qalır ki, bu
onun tonusudur. Bəs belə olduqda əzələni boşalıb həqiqi uzunluğa
çatmağa qoymayan nədir? Aparılan elektrofizioloji tədqiqat
göstərir ki, buna səbəb əzələlərə fasiləsiz surətdə mərkəzi sinir
sistemindən və ilk növbədə onurğa beyninin ön buynuzlarında
yerləşmiş motoneyronlardan (hərəki neyronlardan) gələn
qıcıqlardır. Bəs o halda motoneyronları kim qıcıqlandırır? Onları
qıcıqlandıran əzələlərdə yerləşən əzələ oxlarında və hərəkət
aparatının digər hissələrində (vətərlərdə, bağlarda və s.) yerləşmiş
proprioreseptorlardan gedən qıcıqlardır. Beləliklə, tonusun
nəticəsində əzələnin yığılması (gərilməsi) hərəkət aparatındakı
proprioreseptorları oyadır, bu oyanma
da öz növbəsində afferent
sinirlərlə gedərək onurğa beynindəki motoneyronları oyadır,
beləliklə, impulslar dövranı yaranır, başqa sözlə desək, əzələnin
tonusu refleksor təbiətə malik olub, sonrakı tonusu təmin edir.
Brondjestin aşağıdakı təcrübəsilə bu impulslar dövranını sübut
etmək olar. Əgər spinal qurbağada bir tərəfdən onurğa beyninin
hissi köklərini kəssək, o zaman həmin tərəfdə tonusun itdiyi və
pəncənin sallandığı müşahidə ediləcəkdir. Oturaq sinirin
tərkibində əzələlərə gələn
hərəki sinirləri kəssək, yenə də eyni
nəticə əldə etmiş olarıq. Onurğa beyninin zədələnməsi isə
pəncənin hər tərəfdən sallanmasına səbəb olacaqdır.
Beləliklə, əzələlərin tonusunu yaradan onurğa beynidir. Lakin
bununla belə baş beyninin ayrı-ayrı şöbələri isə onurğa beyninə
göndərdikləri qıcıqlar vasitəsilə tonusu azaldıb-çoxalda, başqa
sözlə, onu nizama sala bilərlər.
Əzələnin tonusu bəzi amillərdən asılı olaraq dəyişə bilər.
Belə amillərdən biri insanın oyaq və ya yuxuda olmasıdır. İnsan
yatan zaman mərkəzdən gələn qıcıqların miqdarı azaldığından
tonus da azalır.
Əzələlər nisbi sakit halında, tamamilə boşalmır, gərgin
vəziyyətdə qalırlar ki, buna
tonus deyilir. Nisbi sakit halında
downloaded from KitabYurdu.org
140
əzələnin tonusda qalmasına səbəb, onurğa və baş beyində yaranan
sinir impulslarıdır.
Əzələlərin tonusunun tənzimi iradidir, insan
istədiyi vaxt
əzələlərini gərginləşdirə və boşalda bilir.
Eninəzolaqlı əzələlərin tərkibində tetanik və tonik liflər olur.
Əzələ tonusu və təqəllüsü əsasən retikulyar formasiyanın beyin
qabığına fəallaşdırıcı və onurğa beyninə ləngidici təsirindən asılıdır.
Məsələn, spinal qurbağada ətraf əzələləri tonusda olur. Əgər onurğa
beyninə arxa köklərdə əzələ reseptorlarından daxil olan sinir
impulsların, arxa kökləri kəsməklə ora daxil olmasını, ön kökləri
kəsməklə əzələlərə cavab siqnallarının gəlməsinin qarşısını alsaq,
əzələlərə sinir impulsları gəlmədiyi üçün onlar tamamilə boşalır.
Əzələlər tonusdan düşür, yəni boşalır, ətraflar sallanır (5.15).
Şəkil 5.15. Qurbağada arxa köklər birtərəfli kəsildikdən sonra aşağı
ətrafda tonusun itməsi.
5.7. Saya əzələ hüceyrələri və təqəllüsü
Saya əzələlərdə təqəllüs aktı. Saya əzələlərin tərkibində
olan saya əzələ hüceyrələri boş və borulu orqanların əzələ divarın
əmələ gətirir. Saya əzələ hüceyrəsində eninə zolaqlar yoxdur.
Çünki miofilamentlər eninəzolaqlı əzələyə xas
olan miofibrinləri
əmələ gətirmir. Skelet əzələsini təqəllüs etdirən minimum qıcıq
qüvvəsi saya əzələnin və ürək əzələsinin təqəllüsünə səbəb ola
bilmir.
Skelet əzələsinin avtomatiya qabiliyyəti ürək əzələsinin və
daxili orqanların saya əzələlərinə nisbətən zəifdir.
141
Yuxarıda deyildiyi kimi, ali heyvanların və insanların
orqanizmində saya əzələləri daxili orqanların, qan damarlarının
divarında və dəridə yerləşmişdir.
Saya əzələlərin təqəllüsünü skelet əzələlərinin təqəllüsündən
fərqləndirən onun son dərəcə yavaş təqəllüs etməsidir. Məsələn,
saya əzələ təqəllüsünün latent dövrü skelet əzələsinin latent
dövründən 300 dəfə çoxdur. Saya əzələlərdə təqəllüsün yığılma
və boşalma dövrü də çox yavaş cərəyan edir. Məsələn,
adadovşanının mədəsinin təqəllüsü 5 san, qurbağanın mədəsi isə 1
dəq davam edir. Xüsusən təqəllüsün yığılma dövründən sonra
gələn boşalma dövrü daha uzun sürür.
Saya əzələ üçün xarakter
olan cəhət onun uzun müddət yığılmış halda qalması və bu zaman
heç bir yorğunluq əlaməti aşkara çıxarmamasıdır. Belə təqəllüs
tipi tonik fəaliyyət adlanır. Saya əzələlərin uzun müddət tonik
təqəllüs vəziyyəində olması xüsusən boş orqanların
sfinktorlarında özünü daha aydın göstərir. Onların tonik təqəllüsü
orqanın möhtəviyyatının xaricə çıxmasına mane olur. Ödün öd
kisəsində, sidiyin sidik kisəsində toplanması, nəcisin düz
bağırsaqda formalaşması bununla təmin olunur. Qan damarlarının
və xüsusən arteriya və arteriolların divarlarında yerləşən saya
əzələlər də kəskin tonusa malikdir. Arteriya divarlarındakı əzələ
qatı onun mənfəzini,
qan təzyiqinin səviyyəsini, orqanların qan
təchizatını nizama salır. Saya əzələlərdən çoxunun fəaliyyət
potensialının amplitudası kiçik olub, 60 mv-ə bərabərdir, halbuki,
skelet əzələlərində bu 120 mv təşkil edir, fəaliyyət potensialının
müddəti də çox olub, 1-3 san-yə bərabər olur.
Aparılan tədqiqat göstərir ki, tək əzələ təqəllüsünü, ancaq
laboratoriya şəraitində almaq olar.
Təbii vəziyyətdə, sağlam
adamlarda heç vaxt tək əzələ təqəllüsünə təsadüf edilmir. Çünki
tək əzələ təqəllüsü üçün tək-tək qıcıqlar lazımdır. Təbii şəraitdə
isə skelet əzələlərinə qıcıq göndərən mərkəzi sinir sistemidir.
Mərkəzi sinir sistemi heç vaxt tək-tək qıcıq törədə bilmir. O,
daima topa-topa, yaylım atəşli qıcıqlar göndərir. Məlum olduğu
kimi, yaylım atəşli qıcıqlara qarşı isə əzələ, ancaq tetanik
təqəllüslərlə cavab verir. Zahirən tək əzələ təqəllüsü kimi görünən
downloaded from KitabYurdu.org