Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə37/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   102

 
146
uzunmüddətli ritmik təsiri nəticəsində  əvvəlcə mionevral 
sinapsın, sonra MSS-nin, nəhayət,  əzələnin iş qabiliyyətinin 
müvəqqəti azalmasına deyilir. Yorulma fəaliyyətdə olan orqanın 
funksiyasının müvəqqəti aşağı enməsi deməkdir. Bu az və ya çox 
davam edən istirahətdən sonra aradan qalxır.  Əzələyə daxil olan 
sinir uclarının – mionerval sinapsların yorulmasını müşahidə 
etmək üçün əzələni curare zəhərilə  zəhərləyib vasitəsiz 
qıcıqlandırmaq lazımdır.  Əzələnin yolurlmasını müşahidə etmək 
üçün qurbağa bədənindən sinir-əzələ preparatı hazırlanır və 
miofrafa birləşdirilərək tərəzi gözündən yük asılır. Ritmik şəkildə 
verilən qıcıqların qıcıq qüvvəsindən, tezliyindən və müddətindən 
asılı olaraq təqəllüsün latent dövrü uzanır, amplitudası  tədricən 
azalır və nəhayət itir. Bunu tam qurbağadan hazırlanan preparatın 
üzərində müşahidə etmək olar. Qıcığın tezliyi çoxaldıqca yorulma 
daha tez əmələ gəlir (şəkil 5.17). 
 
 
 
Şəkil 5.17. Müxtəlif tezlikli qıcıqlar zamanı yorulmanın sürəti. 1-
saniyədə bir qıcıqdan yorulma; 2-iki saniyədə bir qıcıqdan yorulma; 3-
dörd saniyədə bir qıcıqdan yorulma.  
 
Tam qurbağada yorulmanı müşahidə etmək üçün qurbağanın 
aşağı  ətraflarından birində bud-oma oynağı nahiyəsinə yaxın 
oturaq sinirini (
n. ischaticusu) tapıb, altından liqatura keçirilərək 
bağlanır və mərkəzi ucu kəsilir. Sonra M. castrocnemusun vətəri 
sümükdən ayrılaraq manivellanın qarmağına keçirilir və oturaq 
sinirinə qıcıq verilərək əzələ yorudulur. 
İnsan üzərində əzələlərin yorulmasını 
erqoqraf adlanan cihaz 
vasitəsilə  təyin edirlər. Bunun erqoqrafın lingindən 3-4 kq yük 
asılır. Sonra barmaq vasitəsilə yük qaldırılb-endirildikcə karandaş 
 
147
kağız üzərində barmaq əzələsinin işini qeyd edir. Alınan yazı 
erqoqramma adlanır. Bu prosesə erqoqrafiya deyilir. 
Erqoqrammaların amplidudasının qiymətinin azalması  və sonra 
barmağın yükü qaldıra bilməməsi onun yorulmasını göstərir. 
Yorulmanı izah etmək üçün bir neçə nəzəriyyə irəli sürülmüşdür. 
Bəziləri yorulmanı  iş  nəticəsində enerji ehtiyatının (ATF, KF, 
qlikogen) tükənməsi ilə (tükənmə  nəzəriyyəsi), bəziləri oksigen 
çatışmazlığı ilə (boğulma nəzəriyyəsi), digərləri isə  əzələ 
təqəllüsü zamanı  əmələ  gələn parçalanma məhsullarının (fosfat, 
süd və karbonat turşuları) toplanması ilə (zəhərlənmə nəzəriyyəsi) 
izah edirlər. Lakin bu nəzəriyyələrdən heç biri yorulmanın tam 
izahını vermirdi. Çünki onlar sinir sisteminin rolunu nəzərə 
almırdılar. Belə ki, vasitəli yolla sinir əzələ preparatının 
qıcıqlandırılması göstərmişdir ki, yorulma əzələ liflərinin özündə 
deyil, mionerval sinapslarda baş verir. Yalnız bundan sonra 
bilavasitə 
əzələ lifini qıcıqlandırdıqda 
əzələ yorulur. 
N.Y.Vvedenski xüsusi təcrübələrlə reflektor təsir nəticəsində 
əzələ yorulmasını müşahidə etmişdir. Tam qurbağa bədənində 
yorulmanı müşahidə etmək üçün kəsilmiş oturaq sinirin mərkəzi 
ucunu qıcıqlandırmaqla  əzələlərin yorulmasını  əldə etmək 
mümkün olmuşdur. Elektrodları yorulmuş  əzələnin üzərinə 
toxundurub qıcıqlandırdıqda  əzələ  əvvəlki qüvvəsi ilə cavab 
vermişdir. Buna görə belə bir nəticəyə gəlmək olar ki, yorulma ilk 
növbədə  əzələdə deyil, MSS-də sinir mərkəzlərində  əmələ  gəlir 
(sinir lifi əslində yorulmur). Deməli, ilk növbədə MSS, sonra 
mionerval sinaps və bunun ardınca əzələ lifləri yorulur. 
Tələbələrin zehni işinin yorulmaya təsirini öyrənmək üçün 
A.Masso imtahandan əvvəl və sonra tələbələrin erqoqrammasını 
ayırıb müqayisə etdikdə zehni işdən sonra iş qabiliyyətinin kəskin 
azalmasını müşahidə etmişdir. 
Qurbağa  əzələsində yorulma əmələ  gətirdikdən sonra 
vegetativ sinir sisteminin qurbağanın bel nahiyəsindəki simpatik 
sinir lifini qıcıqlandırarkən  əzələdə  iş qabiliyyətinin olması 
müşahidə olunmuşdur. Uzunmüddətli zehni və fiziki əməkdən 
sonra yorulmanın qarşısını almaq üçün passiv və fəal istirahətdən 
downloaded from KitabYurdu.org


 
148
istifadə edirlər. Məsələn, L.M.Seçenov iş zamanı yorulmuş sağ 
əlin  əzələlərinin iş qabiliyyətini, sol əlin iş görməsilə  əvəz 
olunması yolu ilə sağ əlin əzələlərinin istirahət etməsinə üstünlük 
vermişdir. O, MSS-ndə  əmələ  gələn yorulmanı passiv istirahətlə 
deyil, açıq havada gəzməklə, idman hərəkətləri etməklə aradan 
qaldırmağa üstünlük vermişdir. Deməli, zehni yorulmanı aradan 
qaldırmaq üçün fəal istirahəti məsləhət görmüşdür.  İ. P.Pavlov 
zehni işdən sonra həmişə qorodki oynamağa, velosiped sürməyə 
üstünlük vermişdir. 
 
 
Şəkil 5.18. İmtahandan  əvvəl və sonra tələbələrdə 6 saat ərzində 
yorulma əyrisi – erqoqrammalar (A.Massoya görə). 
 
Məlum olmuşdur ki, iş qabiliyyəti fəal istirahət zamanı passiv 
istirahətə nisbətən daha tez bərpa olunur.  
downloaded from KitabYurdu.org


 
147 
VI FƏSIL 
 
SINIR SISTEMI 
 
6.1. Sinir hüceyrələrinin  
təkamül prosesində formalaşması 
 
Yer üzündə çoxhüceyrəli heyvan orqanizmləri təxminən 
milyard il bundan əvvəl meydana gəlmişdir. Əsasən oturaq həyat 
tərzi keçirən hidrapoliplər və  sərbəst hərəkətli meduzalar çox-
hüceyrəli heyvan orqanizmlərinin  ən primitiv nümayəndələridir. 
İlk sinir hüceyrələri məhz bu heyvanların orqanizmində  əmələ 
gəlmişdir. Bağırsaqboşluqlular tipinə mənsub olan hidranın səthi 
müdafiəedici epitel hüceyrələrilə örtülmüşdür. Həmin hüceyrələr 
ilk vəziyyətlərində həm də hissi funksiyasını yerinə yetirən törə-
mələrə malik olmuşlar. Belə hüceyrələrin bir qismi öz şəklini də-
yişərək ektodermanın dərinliyinə keçmiş və çıxıntılı quruluş for-
ması  və yüksək oyanıqlıq qabiliyyəti qazanmışdır və  tədricən 
müxtəlif sinir sistemi tiplərini əmələ gətirmişdir. 
Sinir sistemi öz filogenez inkişafında dörd mərhələ keçmişdir. 
Sinir sisteminin təkamülündə (filogenezində) rast gəlinən ilk 
quruluş forması səpkin və ya diffuz sinir sistemidir. Onun ən tipik 
növünə bağırsaqboşluqlularda (hidralarda) rast gəlinir (şəkil 6.1). 
Hidranın sinir hüceyrələri yaxşı inkişaf etmiş heyvan orqaniz-
minin sinir hüceyrələrindən o qədər də fərqlənmir. Onlar əsl ney-
ron funksiyasına – siqnalları nəql etmək və yenidən işləmək funk-
siyasına malikdir. Hiss və  hərəki neyronlar arasında aralıq ney-
ronlara (interneyronlara) rast gəlinir, onlar həmin hüceyrələri bir-
birilə əlaqələndirir. 
Hidranın sinir lifində oyanmalar təxminən 0,07 m/san hərəkət 
sürəti ilə nəql olunur. 
Sinir sisteminin inkişafında sonrakı quruluş  mərhələsi tipi 
sapvarı sinir sistemidir. Ona bağırsaqboşluqlulardan sərbəst 
hərəkətli meduzalarda rast gəlinir (şəkil 6.2). Sapabənzər sinir 
sistemi, neyronların bədənin müəyyən yerində toplanıb sapvarı 
 
148 
törəmə bir kəmər əmələ gətirməsilə xarakterizə olunur. Bu kəmər-
dən bədənin digər hissələrinə sinirlər gedir. Qalan sinir hücey-
rələri isə səpkin quruluşda təşkil olunmuşdur. 
 
 
 
Şəkil 6.1. Hidranın diffuz sinir 
sistemi (V.A.Dogelə görə, 1940): 
1 – ağızətrafı  və 2 – ayaqaltı 
sahədə  sıx yerləşmiş subepitelial 
sinir kələfləri. 
Şəkil 6.2. Meduzanın sapaoxşar sinir 
sisteminin sxemi: A-çətir, B – saplaq, 
C – qollar, E – sinir kəməri, Q – kənar 
cismcik (A.İ.Qarayev və M.Q.Musta-
fayev, 1951). 
 
Meduzalarda kimyəvi, mexaniki, temperatur və hətta işıq qıcıq-
larını qəbul edən reseptor ünsürlər inkişaf etmişdir. Meduzların sinir 
lifində sinir impulslarının yayılma sürəti təxminən 0,19 m/san 
çatır.  
Təkamülün sonrakı mərhələlərində bağırsaqboşluqlularla mü-
qayisədə daha mürəkkəb – su, quru və hava mühitində yaşamağa 
uyğunlaşmış, onurğasız heyvanlarda (qurdlar, molyusklar, 
xərçəngkimilər, cücülər və s.) düyünlü və ya qanqlionar sinir 
sistemi inkişaf etmişdir. Beləliklə, bu sinir sisteminin bir sıra mü-
hüm xüsusiyyətləri vardır. 
Düyünlər sinir lifləri vasitəsilə bir-birilə birləşir. Baş nahi-
yəsində – udlaqüstü düyün, bu düyün udlaqaltı düyündən ayrı olsa 
da, hər iki törəmə bir-birilə sinir lifilə birləşib və udlaqətrafı sinir 
həlqəsini  əmələ  gətirir. Udlaqaltı düyün isə öz növbəsində 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə