Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə76/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   72   73   74   75   76   77   78   79   ...   102

 
300 
qabıq maddəsi üç zonadan ibarətdir, nəinki, morfoloji baxımdan 
ayrılmış, eləcə  də müxtəlif fizioloji funksiyaları yerinə yetirən 3 
zonadan ibarətdir ki, bunlar morfoloji cəhətdən bir-birindən 
fərqlənir: 
l) Xarici-yumaqcıqlı zona; 
2) Ondan altda yerləşən dəstəli zona; 
3) Daxili-torlu zona. 
Bu zonalar müxtəlif hormonlar hazırlayır. Torlu zonada əsasən 
androgenlər, həmçinin qlükokortikoidlər, dəstəli zonada 
qlükokortikoidlər, yumaqcıqlı zonada mineralokortikoidlər hazır-
lanır. 
Böyrəküstü vəzilərin qabıq maddəsində külli miqdarda hor-
monlar hasil olunur. Yalnız onlardan bir hissəsi – təxminən 80 
hormon yaxşı  tədqiq olunmuşdur. Onları 3 qrupa bölmək müm-
kündür: cinsiyyət hormonları, mineralokrtikoidlər, qlükokorti-
koidlər. Böyrəküstü vəzilərin qabığında hasil olunan hormonlar 
bir çox hallarda steroidlərdirlər: onlardan bir çoxu qana daxil olan 
hormonların sonuncu formalarının sələfləridirlər. 
Böyrəküstü vəzilərin qabığında orqanizmin cinsindən asılı ol-
mayaraq həm kişi, həm də qadın cinsiyyət hormonları hasil ol-
unur. Müvafiq cinsiyyət vəzilərində əmələ gələn hər hansı bir cins 
üçün səciyyəvi olan hormonlar böyrəküstü vəzilərin qabığı ilə if-
raz olunan cinsi hormonların ifraz olunması səviyyəsini artırırlar. 
Torşəkilli zona tərəfindən ifraz olunan esterogenlər, androgenlər 
və progesteronlar böyrəküstü vəzilərin cinsi hormonlarıdırlar. 
Çox güman ki, məməlilərdə androgenlər  əsas cinsiyyət hor-
monlarıdırlar. Onların təsir altında heyvanın cinsinə müvafiq 
olaraq tüklərin artımı,  əzələlər ilə skeletin inkişafı baş verərək 
xarici cinsiyyət orqanları diferensiasiya edərək, orqanizmin 
müvafiq cinsiyyət davranışı formalaşır. 
Bəzi hallarda böyrəküstü vəzilərin  şişli zədələnməsi 
nəticəsində cinsiyyət hormonlarının ifrazı  kəskin  şəkildə artaraq 
uşaqlarda erkən cinsiyyət yetişkənliyi başlanır. Qadınlarda 
hipernefrianın inkişafı zamanı qadınlarda aybaşı dövrü başa çata-
raq kobud kişi səsi  əmələ  gəlir.  Şişin kəsilməsi bu pataloji 
 
301 
təzahürləri aradan qaldırır. 
Böyrəküstü vəzi qabığının mineralokortikoidləri qanda qeyri-
üzvi ionların, orqanizmdə su ilə mineral duzlar mübadiləsinin 
miqdarının tənzimlənməsində fəal şəkildə iştirak edirlər. Onlardan 
yaxşı  tədqiq olunmuş ionlar yumaqcıqlı zonanın ifraz etdiyi 11-
dezoksikortikosteron və aldosterondur. Birincisi – orqanizmdən 
Na
+
 ionlarının, xloridlərin və suyun çıxarılmasını müvafiq şəkildə 
azaldaraq, K
+
 ionları ilə fosfatların xaric olunması prosesini 
gücləndirir. 11-dezoksikortikosteron Na
+
, H
+
  və  K
+
 ionlarının 
xaric olunması əvəzində reabsorbsiyanı stimullaşdıraraq Henle il-
gəyinin yuxarı sahəsinə və distal kanallara təsir göstərir. Bu hor-
monun kifayət qədər olmaması zamanı Na
+
 ionlarının orqanizm-
dən ifraz olunması proseslərinin  əhəmiyyətli  şəkildə güclənməsi 
baş verir. Orqanizmdə Na
+
 
və 
K
+
 mübadiləsinin 
tənzimlənməsində  əhəmiyyətli rol aldosterona məxsusdur. Onun 
insan qanında miqdarı 0,08 mkq/100 ml təşkil edir. 
Böyrəküstü vəzilərin qabıq maddəsinin dəstəli zonasında hasil 
olunan qlükokortikoidlərə antiiltihabi fəaliyyətə malik olan kor-
tizon və hurokortizon aiddir. Bu hormonların təsiri altında amin 
turşularının dezaminləşməsi proseslərinin sürətlənməsi və onların 
azotsuz qalıqlarının karbohidratlara çevrilməsi yolu ilə 
qaraciyərdə qlikogenin miqdarı artır. 
Qlikokortikoidlər yağlar mübadiləsinə təsir göstərirlər: onların 
təsiri altında yağın yağ deposundan səfərbər olunması  və ondan 
enerji mübadiləsi reaksiyalarında istifadə olunması prosesi 
güclənir. Qlükokortikoidlər orqanizmdə su ilə elektrolitlərin pay-
lanmasında, su-duz mübadiləsinin tənzimlənməsində  iştirak 
edirlər. Kartizonun təsir altında iltihab və allergiya reaksiyalarının 
zəiflənməsi başlayır. 
Böyrəküstü vəzi qabığında hormonların ifrazat intensivliyi 
orqanizmin fizioloji tələbatlarının dəyişilməsi zamanı dəyişikliyə 
məruz qalır. Böyrəküstü vəzi qabığında hormonların təşkili 
proseslərinə xüsusilə güclü stimullaşdırıcı  təsirə hipofizdə hasil 
olunan AKTH hormonu malik olur. AKTH böyrəküstü vəzi 
qabığı hormonlarının bütün üç qrupunun ifraz olunmasına yardım 
downloaded from KitabYurdu.org


 
302 
edərək, qlükokortikoidlərin ifrazına xüsusilə güclü təsir göstərir. 
Hipofizektomiya zamanı heyvanlarda böyrəküstü vəzi struktur-
larının dəstəli və torşəkilli zonalarının atrofiyası müşahidə olunur. 
Qlükokortikoidlər. Sekresiyanın tənzimlənməsı, sintezi və 
maddələr mübadiləsinə təsiri. Müəyyən hipotalamik neyronlar iri 
peptid (41 amin turşu qalıqlı)-kortikotropin-rilizinq-hormon (KRH) 
hazırlayır. Bu neyropeptid qapı sistemi damarına daxil olur, hi-
pofizin ön payına gəlir və burada AKTH-nun sekresiyasını stimulə 
edir. AKTH hipofiz vəzisinin ön payından qana buraxılır, böy-
rəküstü vəzilərin qabıq qatına gəlir və onun hüceyrələrində 
qlükokortikoidlərin yaranmasını stimulə edir. İnsanda vacib 
qlükokortikoid kortizol hesab olunur. O, orqanizmdə çoxlu funksi-
yalar yerinə yetirir. Həmçinin hipofiz və hipotalamusun sekretor 
aktivliyini zəiflədir. Bu halda o, «-» əks əlaqə prinsipi ilə təsir edir 
və bununla da KRH və AKTH-nun sekresiyasına aid olan 
tənzimləmə  zəncirini qapayır. Bu tənzimləmə sisteminin sxemi 
şəkil 7.14-də verilib.  
 
 
Şəkil 7.14. Hipotalamus-hipofiz-böyrəküstü vəzin qabıq sistemi. Bu 
sistemin tarazlığı  ətraf mühit faktorlarından-xüsusilə stress 
faktorlarından pozula bilər.  
 
Ekstrahipotalamik strukturlardan, xüsusilə orta beyin və limbik 
 
303 
sistemdən emosiyalar haqqında informasiya, ağrı hissiyatı  və s. 
haqqında informasiya hipotalamusa, oradan isə AKTH sintez 
edən hüceyrələrə ötürülə bilər.  
Kartizolun səviyyəsinin dəyişməsi. AKTH-bu böyrəküstü 
vəzlərin qabığında kortizolun sintez və sekresiyasını stimulə edən 
trop hormondur. Sutka ərzində kortizolun qanda konsentrasiyası 
dəyişikliklərə məruz qalaraq sirkadion (sutkalıq) ritmə tabe olur. 
Səhər saatlarında kortizolun konsentrasiyası gecə saatlarına 
nisbətən çoxdur. Belə ki, bu dəyişmə yuxu rejimindən deyil, 
sutkanın vaxtından asılı olur. Yuxu rejimi pozulmuş insanlar 
üzərində (məsələn, növbəli iş rejimində  işləyənlərdə) aparılan 
təcrübələr göstərmişdir ki, sirkadion ritm bu cür dəyişikliklərə 
tədricən uyğunlaşır. Buradan belə  çıxır ki, səhər saatlarında 
kortizolun yüksək səviyyəsi fiziolojidir, ancaq bu səviyyənin 
günortadan sonra və ya gecə vaxtlarında müşahidə edilməsi artıq 
patologiyaya işarədir. 
Peptid hormonlar bioloji aktiv formada sintez olunmurlar, onlar 
daha iri molekullu sələflərdən ayrılırlar. Bir qədər əvvəl AKTH-nun 
sələfınin amin turşu ardıcıllığı müəyyən olunub. AKTH 39 amin 
turşu qalığından ibarət olduğu halda, bu molekula beta endorfin 
və alfa-melanosit-stimulə edən hormon – MSH adlı endogen 
opioid peptidin aminturşu ardıcıllığına malikdir. Bu halda, bu 
sələfın sintezi genetik proqramlaşdırılmış hüceyrələri AKTH 
hüceyrələr (sintez edən) deyil, propiomelanokortin-sintezedici hü-
ceyrələr POMX-hüceyrələr adlandırmaq lazımdır. Bu 
hüceyrələrdə bir yüksək molekullu sələfdən 3 maddə-betta-endor-
fin, alfa-MSH, AKTH yaranır. Başqa sözlə, klassik AKTH-hü-
ceyrələr  əslində POMK-sintez edən POMK-hüceyrələrdir. Bax-
mayaraq ki, bu hüceyrələr alfa-MSH, beta-endorfinlə sintez 
edirlər, onlar hormon kimi müəyyən rol oynamırlar. Ona görə bu 
hüceyrələrin sekresiyasının vacib məhsulu AKTH-dir. 
 
7.8. Qlükokortikoidlərin maddələr mübadiləsinə təsiri 
 
Qanda kortizolun yüksək səviyyəsinin təsirindən amin turşuları 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə