Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə77/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   102

 
304 
qlükoza yaranması ilə metobolizə olunurlar. Belə ki, orqanizmdə 
amin turşularının azad olması  əzələ zülallarının parçalanması 
nəticəsində olur. Bütövlükdə bu prosesə kortizolun zülallara 
katobolik təsiri kimi baxırlar. Bundan başqa qlükokortikoidlər 
bədənin bütün hüceyrələri tərəfindən qlükozanın qəbulu və 
istifadəsini zəiflədir, yəni qanda qlükozanın qatılığını artırmaqla 
insulinə əks effekt göstərir (ona görə də qlükokortikoidlərin çoxlu 
yaranması diabetin səbəbi ola bilər). Qlükokortikoidlər katobolik 
təsirdən  əlavə antianabolik təsirə malikdir. Qlükokortikoidlərin 
təsiri ilə xüsusilə  əzələ zülallarının sintezi artır. Belə ki, 
qlükokortikoidlər aminturşularının mənimsənilməsini artırır, 
hansı ki, bu aminturşuları qlükozanın (qlükoneogenez) və ya 
qaraciyər zülallarının sintezi üçün istifadə olunur. 
Qlükokortikoidlər, həmçinin lipid mübadiləsində  də  iştirak edir. 
Onların təsiri altında triqliseidlərin parçalanması gedir və qanda 
yağ turşularının miqdarı artır. Qlükokortikoidlərin təsiri altında 
qlükozanın piy hüceyrələri tərəfindən udulması zəifləyir, nəticədə 
onlarda az triqliseridlər yaranır ki, bu da bədənin piy ehtiyatının 
azalmasına səbəb olur.  
Stresə qarşı reaksiya. Fizioloji şəraitdə qlükokortikoidlərin 
sadalanan metobolik effektləri balanslaşdırıb vacib olan vaxtda 
onlar orqanizmi energetik material ilə  təmin edirlər. 
Qlükokortikoidlərin bu rolu böyük həyati əhəmiyyət daşıyır, ona 
görə  də  kəskin stress zamanı ilk növbədə hipotalamo-hipofizor-
böyrəküstü vəzi sistemi fəallaşır. Stress zamanı kortizolun 
qandakı  səviyyəsi tez artır. Ancaq bu və ya digər stress 
faktorunun yenidən və ya uzunmüddətli təsiri zamanı hipotalamo-
hipofızor-böyrəküstü vəzi sistemi yavaş-yavaş sönür, zəifləyir, 
dayanır, yəni bu təsirə uyğunlaşır.  
Böyrəküstü vəzi, hipotalamus və hipofiz vəziləri arasındakı 
funksional  əlaqəni, daha ətraflı Kanada endokrinoloqu Hans Sele 
öyrənmişdir. Onun tərəfindən elmə  məlum olmuşdur ki, yanıqlar, 
bədbəxt hadisələr, psixi gərginlik və s. adrenokortikotrop (AKTH) 
hormonunun, o isə qlükokortikoidlərin ifrazını sürətləndirir. Gös-
tərilən amillərin təsiri uzandıqda qlükokortikoidlər tükənir və 
 
305 
nəticədə  ağır vəziyyət meydana çıxır. Selye belə  ağır vəziyyəti 
«gərginlik» və ya «stress» adlandırmış  və onu üç dövrə  və ya 
fazaya bölmüşdür: 
1.
 
Həyəcan fazası – bu fazada xoşagəlməz qıcıq sistemə təsir 
edərək adrenokortikotrop və qlikokortikoidlərin ifrazını 
artırır; 
2.
 
Rezistenlik və stabillik fazası 
 bu dövrdə 
qlükokortikoidlərin çoxalması orqanizmin xoşagəlməz hala 
qarşı davamlılığını artırır ki, nəticədə normal vəziyyət bərpa 
olunur. 
3.
 
Tükənmə fazası – bu fazada qlükokortikoidlər tükənir, hətta 
ölüm də baş verə bilər.  
Kortizolun stress zamanı digər vacib funksiyası böyrəküstü 
vəzinin beyin maddəsindən – katxolaminlərdən adrenalin və 
noradrenalini qana buraxmasıdır ki, bunlar damarların saya 
əzələsinin və skelet əzələsinin yığılmasına səbəb olur. Bunun 
nəticəsində əzələlərə O
2
 və qida maddələri ilə zəngin qanın çoxlu 
miqdarda daxil olması  təmin olunur. Katexolaminlərin bu təsiri 
yalnız kortizolun iştirakı ilə meydana çıxır. Ona görə kortizol 
skelet  əzələlərinə  təsir etmir, o, katexolaminlərin təsirinə imkan 
yaradır. Ona görə onun təsiri permissiv, yəni icazəverici təsir 
adlanır. 
Kimyəvi quruluşca qlükokortikoidlər mineralokortikoidlərə 
yaxındırlar. Ona görə onlar mineralokortikoidlər kimi həmişə zəif 
ikincili təsir göstərir. 
Farmokoloji aspektləri. Qlükokortikoid təsirinə malik olan 
maddələr müasir dövrdə  dərman preparatları kimi işlədilir. 
Onların təsirinin farmakoloji və  fızioloji  əsaslarını bilmək 
lazımdır. Qlükokortikoidlərin orqanizmdə artıq miqdarda 
yaranması  və ya onu çoxlu miqdarda vurduqda yuxarıdakı 
effektlər gücləşmiş formada görünəcək. Zülalların parçalanması 
əzələ distrofiyasına, sümüklərdə zülal matriksinin dağılması isə 
patoloji vəziyyətə – osteoporoza gətirə bilər. Bununla əlaqədar 
olaraq qlükozanın yaranması, onun qanda qatılığı artır, nəticədə 
onlar qaraciyərdə qlikogenə çevrilirlər. Belə ki, bu proses 
downloaded from KitabYurdu.org


 
306 
insulinin miqdarı kifayət qədər olduğu vaxt optimal gedir, 
insulinin sekresiyası qlükokortikoidlərdə 
zəiflədilir. 
Qlükokortikoidlərin orqanizmdə yüksək səviyyəsi nəticəsində 
orqanizmdə perediabetik (diabetdənəvvəlki) inkişaf  baş verir. 
Iltihaba qarşı əks təsiri. Bütün qlükokortikoidlər xəstəlik pro-
seslərinin inkişafının zəifləməsinə bir neçə yolla təsir edir. 
İstənilən xəstəlik 3 simptomla müşahidə olunur: l) Qızartı-xəstə 
sahəyə qanın çoxlu axması ilə yaranır. 2) Şişkinlik – xəstə sahədə 
kapilyarların keçiriciliyinin artması  və hüceyrə arası sahəyə ma-
yenin daxil olması ilə yaranır. 3) Ağrı hissi – bu iki prosesin 
nəticəsində toxumaların qıcıqlanmasından yaranır. Bütün bu 3 
simptom qlukokortikoidlərin təsiri ilə aradan qaldırılır.  
Bununla yanaşı qlükokortikoidlər antitellərin yaranmasını 
zəiflədir ki, bu da orqanizmin infeksiyaya qarşı müdafiə 
reaksiyasının pozulmasına gətirir. Azmüddətli stress zamanı bu 
effekt nəzərə çarpmayandır. Ancaq kortizolun yüksək 
səviyyəsinin uzunmüddətli saxlanılması zamanı bu aydın görünür. 
Qlükokortikoidlərin bu təsiri klinikada orqanizmin allergik 
reaksiyasının aradan qaldırılmasında və transplantatların immun 
təsirinin qarşısının alınmasında istifadə olunur. 
Qlükokortikoidlərin sadalanan effektləri onu izah edir ki, 
qlükokortikoid təsirə malik dərman preparatları tibdə geniş tətbiq 
olunur. Bu preparatları  təyin edərkən həkim nəzərə almalıdır ki, 
qlükokortikoidlər iltihabi prossesi zəiflətməklə yanaşı orqanizmin 
müdafıə reaksiyasını (immuniteti) zəiflədir. Qlükokortikoidlər 
xəstəliyin yalnız simptomlarını aradan qaldırır və bakteriosid 
təsirə malik deyil və onların istifadəsi zamanı bakterial infeksiya 
«maskalana» bilər. Ona görə qlükokortikoidlər qəbul edən xəstə 
nəzarət altında saxlanmalıdır. Qlükokortikoidlərin digər arzuolun-
mayan  əlavə  təsirlərinə  aşağıdakılar aiddir: mədə xorasının 
sağalması zamanı  və ya toxumaların digər daxili zədələnməsi 
zamanı yaranan qaysağın yaranmasını tormozlayır. Bundan əlavə 
qlükokortikoidlər mədədə duz turşusunun (NaCl) sekresiyasını 
stimulə etdiyinə görə  mədə xorası olan xəstələrə  qəbul etmək 
olmaz. 
 
307 
Böyrəküstü vəzin androgenləri.  İnsanın bütün həyatı boyu 
böyrəküstü vəzin torlu zonasında androgenlərin böyük miqdarı 
hazırlanır. Androgenlər içərisində böyük aktivliyə testosteron ma-
likdir. Androgenlər arasında daha vacib olanı dehidroepian-
drosterondur. Qadınlarda bu androgen böyrəküstü vəzilərdə 
fizioloji  şəraitdə sintez olunur. Belə ki, bəzi patoloji vəziyyətdə 
onu çoxlu miqdarda yumurtalıqlar sekresiya edir. Kişilərdə 
androgenlərin 2/3 hissəsini toxumluqlar, 1/3 hissəsini isə 
böyrəküstü vəzi sekresiya edir. AKTH-nun yüksək 
konsentrasiyası  nəinki qlükokortikoidlərin (az miqdarda 
mineralokortikoidlər) həm də androgenlərin sintez və 
sekresiyasını stimulə edir.  
AKTH-nun yuxarıda sadalanan təsirləri adrenogenital 
sindromun (həmçinin anadangəlmə hiperplaziya adlandırılır) 
inkişafında mərkəzi rol oynayır. Bu xəstəlik zamanı kortizolun 
yaranması müəyyən qədər və ya tamamilə ferment 
çatışmazlığından blokada olunur. Yəni kortizolun normal 
şəraitində həyata keçirilən «-» əks əlaqə iştirak etmir. Buna görə 
hipotalamus çoxlu KRH sintez edir ki, bu da hipofizin çoxlu 
AKTH sekresiya etməsinə gətirir.  
Böyrəküstü vəzin ferment çatışmazlığı zamanı kortizol lazımi 
miqdarda yaranmır, ancaq digər steroidlər artıq miqdarda 
sekresiya olunur, o cümlədən androgenlər. Androgenlərin artıqlığı 
qadın genotipinə malik döldə kişi genotipinin inkişafına gətirir. 
Androgenital sindrom müxtəlif səviyyədə ola bilər və  bəzi 
hallarda aldosteronun aşağı sekresiyası ilə  əlaqədar duzların 
itirilməsi ilə müşayət olunur. Bəzən ferment çatışmamazlığı daha 
gec yaşlarda  əks olunur və  xəstəliyin simptomları yalnız cinsi 
yetişkənlik və ya onun qurtarmasından dərhal sonra (gecikmiş 
adrenogenital sindrom) üzə  çıxir. Elə hallar da məlumdur ki, 
məlum olmayan səbəblərdən böyrəküstü vəzinin qabıq qatı 
androgenlərin yüksək miqdarını sekresiya edir (çox vaxt 
dehidroepiandrosteronu), halbuki, bu vaxt kortizolun sintezində 
iştirak edən fermentlərin çatışmamazlığı  əlaməti olmur. 
Qadınlarda bu hallarda kişi tipli tüklənmə (virsutizm) və 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə