Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova


  sm); 2. 14 yaşlı normal  boylu uşaq; 3. 13 yaş 10  aylıq xəstə hipofizar qiqant  uşaq (boyu 186,8 sm.).  Şəkil



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə85/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   102

 
336 
sm); 2. 14 yaşlı normal 
boylu uşaq; 3. 13 yaş 10 
aylıq xəstə hipofizar qiqant 
uşaq (boyu 186,8 sm.). 
Şəkil 
7.26. 
Eyni 
vaxtda 
doğul-
muş iki it 
(12 ay-
lıq):  
solda – 
2,5 ay-
lığında 
hipofizi 
çıx-
arılmış, 
sağda – 
normal 
it.
 
STH sekresiyası 
prosesinin tənzim-
lənməsində hipotalamus 
iştirak edir. 
Hipofizin ön payında 
qalxanabənzər vəzi 
hormonlarının ifraz ol-
unmasını  tənzimləyən 
tireotrop hormon əmələ 
gəlir. TTH proteazları 
fəallaşdıraraq, 
qalxanabənzər vəzidə 
 
 
 
 
Şəkil 7.28. 5 yaşlı  qızda vaxtından  əvvəl cinsi 
yetişkənlik. 
 
337 
tireoqlobumin 
parçalanmasını artıra-
raq, bununla da tiroksin 
ilə tripodtironinin qana 
ifraz olunmasına səbəb 
olur. TTH-nin təsiri alıt-
nda qalxanabənzər 
vəzinin hüceyrələrində 
yodun udulması çoxalır. 
Hipofizin ön payında 
hasil olunan AKTH-nin 
təsiri altında yalnız 
böyrəküstü vəzi 
qabığının 
qlükokortikoidləri 
tənzim olunur. AKTH-
nin ifraz olunması 
prosesi hipofizdə hipo-
talamus vasitəsilə 
tənzimlənir. Hipotala-
mus isə öz növbəsində 
qanda 
kortikosteroidlərin təsiri 
altında olur. 
Hipofizin bazofil hüceyrələri tərəfindən hasil olunan 
follikulustimullaşdıran hormon qükoproteiddir. FSH dişilərin 
yumurtalığında follikulların artımını  təmin edərək, erkəklərin 
xayalığında spermatazoidlərin  əmələ  gəlməsi prosesinin 
stimullaşdırır.  
Qonadotrop hormonların (FSH və LH) sintezi hipotalamus 
vasitəsilə tənzimlənir. 
Prolaktin zülalı  qırmızı  rəngli asidofil hüceyrələrdə  əmələ  gəlir. 
LTH-nin təsiri altında sarı cismin mövcudluğu dəstəklənərək, onun 
vasitəsilə progesteronun sekresiyası prosesi fəallaşır. LTH cinsiyyət 
hormonlarının fəaliyyətinin gücləndirərək, süd vəzilərinin inkişafına 
downloaded from KitabYurdu.org


 
338 
yardım edərək, qalxanabənzər vəzi hormonu və kortikosteroidlər ilə 
birlikdə normal laktasiya prosesini təmin edir. Bununla bərabər 
prolaktin ailə instinktini və davranış tərzini dəstəkləyir.  
Prolaktin məməlilərdən başqa, bütün onurğalı heyvanlarda 
hipofizin aralıq payının melanposit stimullaşdırıcı hormonu ilə 
birlikdə melanin piqmentinin müvafiq şəkildə çökməsi sayəsində 
dəri örtüklərinin rənginin tənzimlənməsində iştirak edir. 
Hipofiz LTH-nin təşkili prosesinin tənzimlənməsində 
hipotalamusun strukturu iştirak edir. 
Beləliklə, hipofiz sinir-humoral tənzim sisteminə daxil olaraq, 
qayıdan  əlaqə prinsipi üzrə  işləyir, avtomatik şəkildə müvafiq 
vəzilərdə hormon ifrazını lazımi səviyyədə saxlayır. Hipofizin ön 
payı simpatik sinir lifləri ilə təchiz olunur. Simpatik sinirlər vəzi 
hüceyrələrinin sekretor fəallığını deyil, əsasən damar mənfəzini 
tənzim edirlər. Hipofizin ön payının fəaliyyətinin tənzim 
mexanizmində onun hipotalamusla ümumi olan qan təchizatı 
böyük  əhəmiyyətə malikdir. Hipotalamusun sinir hüceyrələrində 
əmələ  gələn fizioloji aktiv maddələr qanla hipofizin ön payına 
çataraq onun sekretor fəaliyyətini tənzim edir. Beləliklə, hipofizin 
ön payının daxili sekresiyası hipotalamusun nüvələri ilə  tənzim 
olunur. Lakin bu tənzim təsiri sinirlə deyil, humoral yolla verilir 
(şəkil 7.29,A). Hipofizin arxa payının ön payından fərqli olaraq 
hipotalamusun nüvələri ilə bilavasitə sinir əlaqəsi vardır. Həmin 
sinir hüceyrələrinin aksonları hipofizin ayaqcıqlarına daxil olur və 
arxa payda qurtarır (şəkil 7.29,B). 
 
Şəkil 7.29. Hipofizin ön payının hipotalamusla damar əlaqəsi (A) və 
 
339 
hipofizin arxa payının hipotalamusla sinir əlaqəsinin (B) sxemləri: 1-
ara beyin; 2-mamilyar cism; 3-görmə siniri çarpazı; 4-hipofizin ön 
payı; 5-hipofizin arxa payı; 6-hipotalamusun paraventikulyar nüvələri; 
7-supraoptik nüvə; 8-hipotalamo-hipofizar trakt; 9-arteriya; 10-ilk 
kapilyar tor; 11-hipotalamo-hipofizar qapı venası.  
 
Hipofizin ön payı digər endokrin vəzilərin işini tənzimləyən bir 
sıra vacib hormonal maddələr ifraz edir (şəkil 7.30). 
 
 
 
Şəkil 7.30. I-böyrəküstü vəzin qabıq maddəsi, II-qalxanabənzər vəzi, 
III-toxumluq, IV-yumurtalıq, V-süd vəziləri, VI-sümüklər, VII-süd 
vəziləri və  uşaqlıq boruları, VIII-böyrəklərin süzmə borucuqları. 1-
adrenokortikotropin hormon (AKTH), 2-Tiroid tənzimi hormonu 
(TTH), 3-qonadotropin hormonlar (FSH və LH), 4-qonadotropin 
hormanlar, folukultənzimedici hormon (FSH), lüteinləşdirici hormon 
(LH), 5-prolaktin (LTH), 6-böyümə hormonu (GH), 7-oksitosin, 8-
antidiüretik hormon (ADH). 
 
 Endokrin  vəzilər isə öz növbəsində orqanizmdə  həyat 
baxımından vacib prosesləri idarə etdiyindən hipofizdə  əksini 
tapan pataloji proseslər orqanizmin fəaliyyətində baş verən 
əhəmiyyətli pozğunluqlar ilə nəticələnir. Hipofizin ön payının tam 
və yaxud qismən dağılması zamanı hipofizin trop funksiyalarının 
fəaliyyətdən düşməsinin nəticəsi kimi çıxış edən hipofizar 
yorğunluq başlanır. 
 
downloaded from KitabYurdu.org


 
340 
 
7.16. Cinsiyyət vəziləri 
 
Kişi və qadın cinsiyyət vəziləri qarışıq vəzilərdən olub 
orqanizmdə iki funksiyanı yerinə yetirirlər. Kişilərdə xarici 
sekresiya funksiyası ilə  əlaqədar spermatogenez (sperma əmələ 
gəlməsi), qadınlarda isə ovagenez (yumurta hüceyrələrin  əmələ 
gəlməsi) prosesləri baş verir. Bununla yanaşı, cinsiyyət vəziləri 
qana daxil olan cinsiyyət hormonları hazırlamaqla daxili sekresiya 
vəzi funksiyasını yerinə yetirir. 
Cinsiyyət vəzilərinin hormon hazırlaması cinsi yetişkənlik 
yaşında – isti ölkələrdə 12-14, orta zonada 13-16, şimalda isə 16-
19 yaşlarında baş verir. Bu yaşlarda birinci və ikinci yetişkənlik 
əlamətləri üzə  çıxır. Həm qadınların, həm də kişilərin cinsiyyət 
vəzilərinin ifraz etdikləri hormonlar iki qrupa bölünür: qadın 
cinsiyyət hormonları  estrogenlər  (oestrus - axıtma) və kişi 
cinsiyyət hormonları androgenlər (yunanca andros - kişi).  
Qadın cinsityyət vəziləri. Qadınlarda 1-ci cinsi əlamətlərə 
yumurtalıqlar, fallop boruları, uşaqlıq yolu, uşaqlıq aiddir. Qadın 
cinsiyyət vəzilərində yumurtalıqlarda estrogenlər, progesteron və 
androgenlər kimi hormonlar əmələ  gəlir. Daha geniş yayılmış 
estrogenlər estradiol və estrondur. Estrogenlər yumurtalıq 
follikullarını daşıyan hüceyrələr vasitəsilə ifraz olunaraq, 
ovulyasiyadan  əvvəlki dövrdə külli miqdarda hasil olunur. Bu 
uşaqlıq divarının mayalanmış yumurtanın implantasiyasına 
hazırlanması üçün zəruridir. Estrogenlər zülallar ilə  əlaqədar 
şəkildə orqanizm boyu qan vasitəsilə  nəql olunur. Estrogenlərin 
təsiri altında əlavə və ikincidərəcəli qadın cinsiyyət əlamətlərinin 
inkişafı  və formalaşması baş verir. Estrogenlər qadının bədən 
quruluşunun xüsusiyyətlərini təmin edərək, sümüyün inkişafına 
təsir göstərir: uzun boruşəkilli sümüklərin artımı dayandırılaraq, 
epifizar qığırdaqların sümükləşməsi prosesi fəallaşır.  
Progesteron dağılmış follikulun yerində formalaşan sarı 
cisimdə əmələ gəlir: bundan başqa o, plasenta və böyrəküstü vəz 
qabıq maddəsində ifraz olunur. Progesteron qadın cinsiyyət 
 
341 
əlamətlərinin formalaşmasına cüzi şəkildə  təsir göstərsə  də, 
endometriyanın inkişafının tənzimlənməsində 
və onun 
mayalanmış yumurtanın implantasiyasına hazırlanmasında vacib 
rol oynayır. Progesteron estrogenlər ilə birlikdə yumurtanın 
implantasiyası  və embrionun sonrakı inkişafı üçün uşaqlığın 
sonuncu hazırlıq prosesini həyata keçirdiyindən qadın cinsinə 
hamiləliyi qoruyub saxlamaq üçün lazımdır. 
Progesteron süd vəzilərinin inkişaf prosesinin fəallaşmasında 
estrogenlərin effektini tamamlayır. Progesteronun effekti daha 
tam şəkildə yalnız yumurta hüceyrələri ilə mayalanma hallarında 
təzahür edir. Progesteronun uzunmüddətli ifrazı plasentanın əmələ 
gəlməsinə, süd vəziləri sekretor epitel yollarının inkişafına, tsiklik 
proseslərin yumurtalıqda və digər cinsiyyət orqanlarında başa 
çatmasına səbəb olur. 
Yumurtalıq hormonlarının əmələ gəlməsi hipofizin ön payının 
qonadotrop hormonlarının tənzimləyici təsiri altında olur – FSH, 
LH və LTH. Yumurtalıq ilə hipofiz hormonların sıx qarşılıqlı 
əlaqəsi məməli heyvanlarda menstrual (aybaşı) və estral 
tsiklərinin endokrinli tənzimlənməsinin əsasını təşkil edir. 
Estrogenlərin təsiri altında SPSH-nin hasilatı tormozlanaraq, 
LH və LTH-nin əmələ gəlməsi fəallaşır. Əksinə, progesteron LH-
nin prosesini ləngidərək, FSH ifrazın stimullaşdırır, lakin 
progesteronun LH-nin əmələ  gəlməsinə  təsiri qatılıqdan asılıdır: 
cüzi qatılıq zamanı progesteron estrogenlər ilə birlikdə LH-nin 
ifrazını stimulə edir. 
 Orqanizmdə hipofizin müxtəlif cür zədələnməsi və yaxud 
yumurtalıqlarda çatışmamazlıq nəticəsində qadın cinsiyyət 
hormonlarının cüzi miqdarı zamanı yumurtalıqların, uşaqlığın və 
ikinci dərəcəli cinsiyyət  əlamətlərinin qeyri-kafi inkişafı ilə 
xarakterizə olunan qadın hipogenitalizmi inkişaf edir. 
Qadınlarda cinsi fəaliyyət dövrü 27-28 gün davam edir və 4 
mərhələdə gedir: 
1) Ovulyasiya önü (praeoestrus) – hamiləliyə  uşaqlıq 
tərəfindən rüşeymi – embrionu qəbul etməyə hazırlıq estrogen 
ifrazı ilə başlayır.  
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə