Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə88/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   84   85   86   87   88   89   90   91   ...   102

 
345 
VIII FƏSİL 
 
ANALİZATORLARIN FİZİOLOGİYASI 
 
 
HİSS (DUYĞU) ÜZVLƏRİ, SENSOR SİSTEMLƏR 
 
8.1. Hiss üzvləri haqqında anlayış 
 
Hiss üzvləri və ya duyğu orqanları barədə ilk naturalistik 
təsəvvürlər hələ çox qədim zamanlarda yaranmışdır. Eramızdan 
üç  əsr  əvvəl Qədim Yunanıstanın məşhur filosofu və alimi 
Aristotel heyvanlara və insana xas olan hissləri təsnif edərək 
onları beş növə ayırmışdır: görmə, eşitmə, iybilmə (qoxu), 
dadbilmə  və lamisə (toxunma. taktil) hissi. Sonralar fiziologiya 
elmi hissiyyatların başqa növləri-əzələ hissiyatı. daxili (visseral) 
hissiyat, müvazinət (vestibulyar) hissi, dəri hissiyyatının bəzi 
modifikasiyaları (tempratur hissi və s.) aşkar etmişdir. 
Duyğu orqanlarının qıcıqlandırılması  və onlardan beyin 
yarımkürələri qabığına impulsların daxil olması  nəticəsində  əldə 
olunan məlumatlar analiz-sintez edilir və müvafiq cavablar verilir. 
Analizin ali forması isə əsasən baş beyin yarımkürələri qabığı ilə 
həyata keçirilir. 
Heyvan və insan orqanizmində hissetmə, duyma qabiliyyəti 
canlı aləmin təkamül prosesində formalaşan mərkəzi sinir 
sisteminin və sinir-reseptor cihazların fəaliyyəti ilə bilavasitə 
bağlıdır. 
Reseptorla müxtəlif növ qıcıqları qəbul edən afferent sinir uc-
ları  və ya mühitdəki dəyişmələri həssaslıq göstərən xüsusi sinir 
hüceyrələridir. 
Onurğasız və onurğalı heyvanlarda, xüsusən də ali 
məməlilərdə, o cümlədən insanda, hiss üzvləri xarici aləmin, eləcə 
də orqanizmin öz daxili mühitinin cürbəcür təsirləri qəbul etməyə 
və sinir sisteminə ötürməyə qabil olan xüsusi morfo-funksional 
törəmələr kimi formalaşmışlar. Hiss üzvlərinin təkamül inkişafı 
 
346 
çox heyrətamiz dəyişiklikləri nümayiş etdirir. Həm 
onurğasızlarda, həm də onurğalılarda bəzi hiss orqanları,  əsasən 
də görmə, lamisə, vestibulyar-eşitmə  və qoxu orqanları  təkamül 
inkişafı zamanı istər anatomik, istərsə  də funksional baxımdan 
kəskin dəyişikliklərə məruz qalırlar. 
Bizim indiki elmin təsəvvürlərimizə görə, hissetmə, duyma 
qabiliyyəti olmayan heyvan və ya insanın yaşaya bilməsi müm-
kün deyil. Belə orqanizm tezliklə ölümə  məhkumdur.  İ.M.Se-
çenov «Baş-beyin refleksləri» əsərində yazmışdır ki: «Xarici hiss 
oyanması olmadan şüurda heç bir psixi akt yarana bilməz». 
İ.P.Pavlov qıcığı qəbul edən mühitdə olan reseptor, oyanmanı 
nəql edən siniri və beyin qabığında yerləşən mərkəzi birlikdə 
analizator adlandırmışdır. Maddi cismin təsirlərinə qarşı meydana 
çıxan müxtəlif hissiyyatlarından asılı olaraq analizatorlar bir neçə 
növə bölünür. Bunlara görmə, eşitmə, temperatur (istilik və so-
yuqluq hissi), ağrı, toxunma, qoxu və dad analizatorları aiddir.      
Hiss üzvləri və onların daha sadə quruluşlu təmsilçiləri olan 
reseptorlar orqanizmi onu əhatə edən xarici aləmlə bilavasitə 
əlaqələndirirlər. Məcazi mənada desək, xarici mühitlə bilavasitə 
təmasda olan duyğu üzvlərini (göz, qulaq, burun, dil, dəri) 
«orqanizmin xaricə açılan pəncərələri» adlandırmaq olar. Bədənin 
xarici səthlərində və daxili toxuma və orqanlarında yerləşən hiss 
üzvləri və ya reseptor cihazlar xarici və daxili təsirləri hiss etmək 
üçün ixtisaslaşmışlar. 
Görmə üzvü olan gözlər, ancaq xarici aləmin işıq şüalarını qəbul 
edərək görmə hissi doğurur. Eşitmə hissini qulaqlar tərəfindən 
tutulan səs dalğaları yaradır. Qoxu və dad hissləri xarici aləmin və 
orqanizm tərəfindən qəbul edilən qida maddələri və mayelərin 
müəyyən kimyəvi təsirlərindən oyanır. Dəri örtükləri xarici mühitin 
tempetarur, mexaniki toxunma və təzyiq dəyişikliklərini hiss edir. 
Vestibulyar aparat bədənin və başın məkanda müvazinətini təmin 
edir. Proprioreseptorlar skelet əzələlərində yığılma zamanı yaranan 
gərginlik, daxili (visseral) reseptorlar isə orqanizmin daxili 
mühitinin fiziki-kimyəvi, kimyəvi-mexaniki, temperatur və digər 
dəyişiklikləri hiss etmək üçün uyğunlaşmışlar. 
downloaded from KitabYurdu.org


 
347 
Orqanzmə təsir göstərən hər hansı bir qıcıq (stimul) hiss üzvü 
və ya reseptor səviyyəsində öz təbiətini dəyişərək sinir impulsu 
(sinir siqnalı, sinir oyanmaları) yaradır. Deməli, hiss üzvləri və ya 
reseptorlar təbiətən müxtəlif olan xarici və daxili təsirləri yeganə 
bir fizioloji prosesə, daha doğrusu, sinir prosesinə çevirən 
(transformasiya edən) xüsusi aparatlar kimi işləyirlər. 
Sensor sistemlər xarici və daxili təsirlərə yüksək həssaslıq gös-
tərməklə yanaşı geniş adaptiv (uyğunlaşma) imkanları  təzahür 
etdirir, bu və ya digər qıcığın  ən zəif və  ən qüvvəli təsirləri bu 
sistemlərin funksiyalarını müvafiq şəkildə  dəyişdirə bilir. 
Bununla yanaşı, sensor sistemlər qıcıqları gücləndirən və 
zəiflədən mexanizmlər kimi fəaliyyət göstərirlər. Mərkəzi sinir 
sisteminin və onun ayrı-ayrı şöbələrinin mütəmadi fəaliyyəti üçün 
müxtəlif sensor sistemlər eyni əhəmiyyət kəsb etmir. 
 
8.2. Hiss üzvlərinin və reseptorların təsnifatı 
 
Hiss üzvləri və reseptorlar bədənin anatomik (morfoloji) 
strukturlarında yerləşməsi qaydalarına, xarici və daxili təsirləri
məsafədən və ya bilavasitə  təmas nəticəsində  qəbul etmək 
qabiliyyətinə, təsir edən amillərin təbiətinə görə təsnif edilir. 
Sensor reseptorların bir neçə təsnifatı mövcuddur: modallığına 
görə; görmə, eşitmə, qoxu, dad, təcil, toxunma, təzyiq, isti, soyuq, 
oksigenin gərginliyi (PO
2
), PH, osmotik təzyiq. 
Adekvat qıcığın növündən asılı olaraq reseptorları mexano-, 
termo-, xemoreseptorlar, ağrı  və elektromaqnit reseptorları kimi 
təsnif edirlər. Digər təsnifata uyğun olaraq isə, distant (məsafədən 
siqnalları  qəbul edən); eksteroreseptorlar (xarici mühitdən 
qıcıqları  qədul edən); daxili mühitin qıcıqlarına reaksiya verən 
interoreseptorlar; bədənin məkanda vəziyyətindən məlumat alan 
proprioreseptorlar təsnif edirlər. 
Hiss üzvləri və reseptorlar bədənin xarici səthində  və ya 
daxilində lokallaşmasından asılı olaraq ekstro (xarici) və intero 
(daxili) hissi cihazlara ayırırlar. Birincilər sırasına görmə, eşitmə, 
müvazinət (vestibulyar), qoxu, dad və  dəri hissi cihazlar aiddir. 
 
348 
Əzələ-vətər və oynaq (proprio və ya kinestezik) reseptorlar və 
daxili reseptorlar interoresepsiya növləri kimi xarakterizə edilir. 
Resepsiya növlərinin təkamül inkişafı baxımından təsnifi hansı 
resepsiya növünün filogenezdə  əvvəl və ya sonra yaranmasına 
görə  aşağıdakı  sıra üzrə yerləşdirmək olar: xemoresepsiya, 
mexanoresepsiya, fotoresepsiya (görmə resepsiyası), statosit 
(müvazinət-vestibulyar) resepsiya, fonoresepsiya (eşitmə 
resepsiyası), termoresepsiya, baroreseptorlar. 
Hiss üzvləri və reseptorları distant və kontakt hissi cihazlara 
ayırmaq olar. Distant hiss üzvlərinin  ən  əsas təmsilçiləri görmə, 
eşitmə  və qoxu üzvləridir. Dilin, dərinin, daxili (visseral) 
orqanların reseptorları və proprioreseptorlar təmas (kontakt) hissi 
cihazlar kimi xarakterizə edilir. 
Ayrı-ayrı hiss üzvləri və ya reseptorlar orqanizmin həyat 
fəaliyyəti və reaksiyaları üçün müstəsna  əhəmiyyət kəsb edir. 
Bununla belə, heyvan orqanizmlərinin təkamül inkişafından, 
yaşadıqları şəraitdən və həyat tərzindən asılı olaraq bu və ya digər 
hiss üzvləri onlar üçün az və ya çox əhəmiyyət kəsb edə bilər. 
Suda yaşayan bir sıra heyvanların (balıqlar, məməlilərin bu həyat 
tərzinə keçmiş  bəzi növləri) həyatında statosit (müvazinət) və 
eşitmə orqanları xüsusi rol oynayır. Havada uçmağa daha çox 
alışmış quşların görmə qabiliyyəti və qravitasiya hissləri yüksək 
inkişaf etmişdir. Yırtıcı heyvanlar üçün eyni zamanda qoxu, 
eşitmə, görmə  və kinestezik hissi aparatlar olduqca böyük 
əhəmiyyət kəsb edir. İnsan orqanizmi daha çox görmə, eşitmə, 
vestibulyar, kinestezik və temperatur hissi aparatları möhtacdır. 
Somatik (bədən) və visseral (daxili) duyğular öz mənşəyinə 
görə 3 sinfə ayırmaq olar:mexanoreseptiv, temperatur və  ağrı 
duyğuları. 
 
8.3. Reseptorların morfo-funksional təsviri 
 
Bizim indiki təsəvvürlərə görə hər bir heyvan orqanizmi xarici 
mühitdə və bədən daxilində baş verən dəyişiklikləri hiss etmədən 
yaşaya bilməz. Heyvan orqanizmi üçün ilk növbədə xarici 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə