Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə84/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   102

 
332 
sekresiyasını güclü təzyiq altına alır. Bununla yanaşı prolaktinin 
sekresiyasının tənzimində güman ki, peptidlər də rol oynayır. (tir-
eotropin-rilizinq hormon TRH, vazoaktiv intestinal polipeptid 
(VST) və angiotenzin 2, B(beta)-endorfin) (şəkil 7.21).  
Cədvəl 7.3 
Hipofizotrop hormonlar 
Qısa adı Tam 
adı Digər adı 
Nəyə 
təsir edir 
Rilizinq hormonlar 
TRH Tireotropin-rilizinq 
hormon  Tireoliberin TTH 
Lüteinləşdirici hormon 
Lyuliberin 
LH və FSH 
LH-RH 
rilizinq hormonu 
(qonadoliberin)   
KRH Kortikotropin-rilizinq hormonu 
Kortikoliberin   AKTH 
BH-RH  Boy hormonun rilizinq hormonu Samatoliberin 
 HB 
PRL-RH Prolaktinin 
rilizinq 
hor^fiO^ Prolaktoliberin 
 
PRL 
İngibirləşdirici hormonlar 
BH-İH 
Boy hormonun inqibirləşdirici  
hormonu 
Samatostatin  
HB 
PRL-İH  Prolaktin hormonunun 
Prolaktostatin  
PRL 
(PİF) 
İngibirləşdirici hormon (faktor) 
 
 
7.15. Hipotalamusun hormonların formalaşmasına  
təsir edən faktorlar 
 
Hipotalamusun RH və İH hazırlayan neyronları çoxsaylı ekstra 
və intrahipotalamik neyronlarla innervasiya olunur. Daha çox güclü 
impulslar orta beyindən noradrenerqemik, adrenerqik, 
seratoninerqik neyronlarla, həm də xüsusilə limbik struktur, 
badamabənzər nüvə və hipokampadan gəlir. Bu innervasiya xarici 
və daxili təsirləri inteqrasiya etməyə (əsas etibarı ilə orta beyindən) 
və emosional stimulu neyroendokrin tənzimləməyə (əsas etibarı ilə 
limbik sistem ilə) imkan verir. Öz növbəsində orta beyin və limbik 
sistem hipotalamusdan afferent siqnallar alır, nəticədə informasi-
yanın resiprok mübadiləsi gedir. RH və  İH-nun formalaşması da 
əks  əlaqə prinsipi ilə  tənzimlənir və hipofizar hormonların 
konsentrasiyasından və ya onların təsir nəticəsindən asılıdır.  
Hipofizin ön payında geniş  fəaliyyət spektrinə malik bir sıra 
 
333 
hormonlar əmələ gəlir. Onlardan bir çoxları digər daxili sekresiya 
vəzilərinə nisbətdə  kəskin  şəkildə ifadə olunmuş troplu effektə 
malik olurlar (honadotron, tireotrop, adrenokortikotrop hormonlar 
və b.). 
Samototrop hormon (STH) – boy artımı hormonu olub, 
müxtəlif heyvanlarda müxtəlif molekulyar kütləyə malik zülal 
kimi çıxış edir. STH sümüklər ilə bütün orqanizmin inkişafını 
stimullaşdırır. O, zülalın sintezini sürətləndirərək, amin 
turşularının parçalanması proseslərini ləngidir. Bu orqanizmdə 
azotun yubanmasına, su ilə duzların miqdarının artmasına, yağ 
tərkibinin azalmasına yardım edir. STH zülalın sintezinə 
stimullaşdırıcı 
təsir göstərərək, laktasiya prosesinin 
tənzimlənməsində  iştirak edir. STH periostal sümükləşməni, 
qığırdaq toxumasının proliferasiyasını  və hipofizar zonada 
sümüyün 
əmələ 
gəlməsini stimullaşdıraraq, sümüklərin 
uzunluğunun artmasına şərait yaradır. Buna görə də, bu hormonun 
yüksək ifrazat səviyyəsi qiqantizmin inkişafına  şərait yaradır 
(insanın boyu 2 m olur). 
Hipofizin ön hiperfunksiyası boyun sürətlə artmasına - 
qiqantizmə (nəhəngboylu) səbəb olur; Belə adamların boyu 2,5-2,6 
m-ə çatır, yəni normal adamın boyundan 1,5 dəfə çox olur. 
Skeletin quruluşunda umumi mütənasiblik pozulur, əzələlər 
adətən süst və  zəif olur. Çox zaman cinsi fəaliyyət zəifləməklə 
xarici cinsiyyət orqanları çox inkişaf edir.  
STH heyvanın boy artımı proseslərinə  təsiri orqanizmə 
hipofizar toxuma ekstraktının daxil edilməsi zamanı təsdiq olunur 
– bu zaman hiss olunan şəkildə boy artımı baş verir. Yaşlı insanda 
boy hormonunun külli miqdarda ifrazı akromeqaliyanın – 
sümükləşmə prosesinin başa çatmayan sahələrdə ayrı-ayrı 
sümüklərin qeyri-mütənasib artımına səbəb olur. Əksər hallarda 
əl, daban, çənə, almacıq sümüklərinin qeryi-mütənasib  şəkildə 
inkişafına rast gəlinir. Hipofizar nəhənglərdə olduğu kimi 
akromeqaliyaya yoluxmuş  xəstələrdə  də hipofizin ön payı 
hormonları ilə  tənzimlənən daxili sekresiya funksiyalarının 
pozulması müşahidə olunaraq, cinsiyyət vəzilərinin daxili 
downloaded from KitabYurdu.org


 
334 
sekresiya funksiyalarında,  şəkər diabeti ilə  nəticələnən mədəaltı 
vəzinin insulyar toxumasında çatışmazlıq inkişaf edir. 
Orqanizmin böyümə dövrü qurtardıqdan sonra, yəni yaşlılarda 
samotrop hormon artarsa, aktomeqaliya xəstəliyi baş verir (şəkil 7.23). 
 
Şəkil 7.23. Akromeqaliya 
Bu xəstəlik zamanı burun uzanır, dodaqlar və yanaqlar xeyli 
qalınlaşır, dil böyüyərək ağıza sığmır, daxili orqanlar (qaraciyər, 
ürək və s.) da böyüyür.  
Ön payın piy mübadiləsini tənzim edən hormonu azaldıqda 
müəyyən nahiyələr, məsələn, qarında, budlarda, çiyində artıq 
dərəcədə piy toplanır və hipofizar piylənmə adlanan xəstəlik baş 
verir (şəkil 7.24). 
 
 
Şəkil 7.24. Hipofizar piylənmə. 40 yaşlı qadında. 
 
335 
  
Somatotrop hormon boyun inkişafına təsir edir. Onun çatış-
mazlığı yaşdan asılı olaraq müxtəlif dəyişikliklər törədir. 
Uşaqlarda hipofizin ön payının hipofunksiyası boyun inkişafını 
ləngidir. Belə adamlara hipofizar karliklər (cırtdanboy) deyilir 
(şəkil 7.25). 
Onların sümükləri böyümür, maddələr mübadiləsi zəifləyir, 
cinsiyyət orqanları inkişaf etmir, onlar ağıllı olur, sənətlərə 
yiyələnirlər. Karlik qadınlar isə hamilə olmur.  
Yeni anadan olmuş küçüklərdə boy inkişafı çox zəif olur (şəkil 
7.26). Ağır xəstəliklər nəticəsində bəzən doğuşdan sonra qadınlarda 
hipofizar kaxeksiya həddən artıq arıqlama müşahidə edilir (şəkil 
7.27).  
 Hipofizin  ön  payından cinsiyyət vəzilərinə  təsir göstərən 
qonadotrop hormonun sintezi artdıqda vaxtından  əvvəl cinsi 
yetişkənlik müşahidə edilir (şəkil 7.28). Qonadotrop hormonu 
cinsiyyət vəzilərinin vaxtında inkişaf etməsinə şərait yaradır. 
 
 
Şəkil 7.25. Hipofizar hün-
dürboylu (qiqant) və cırtdan-
boylu (karlik). 1. 14 yaşlı 
hipofizar karlik (boyu 100 
Şəkil 7.27. Hipofizar kaxeksiya 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə