Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə86/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   102

 
342 
2) Ovulyasiya mərhələsi – yetişmiş birinci follikul 
yumurtalığın üzərinə düşüb partlayır və daxilindəki maye 
yumurta hüceyrəsi ilə birlikdə qarın boşluğuna tökülür, yəni 
ovulyasiya baş verir. Yumurta hüceyrə  uşaqlıq borusuna keçir, 
orda spermatazoidlə görüşüb mayalanır, rüşeym uşaqlığa düşür, 
onun divarına implantasiya olunur.  
3) Ovulyasiyadan sonrakı  mərhələ – mayalanma olmadıqda 
aybaşı (menstruasiya) əmələ  gəlir. Mayalanmamış yumurta 
hüceyrəsi uşaqlığı tərk edir.  
4) Nisbi sakitlik mərhələsi – uşaqlıq daha təqəllüs etmir. Sarı 
cisim yox olur. Progesteron ifrazı artır. Heyvanlarda bu 
mərhələlər olmur. Onlarda cinsi fəaliyyət dövrü fəsli xarakter 
daşıyır. Uşaqlıq yolundan selik ifraz olunan dövrdə dişi heyvanlar 
erkəkləri cinsi əlaqəyə buraxırlar.  
Kişi cinsiyyət vəziləri. İnsan və yaşlı heyvanlarda birinci cinsi 
əlamətlərə cinsiyyət üzvlərinə cüt orqan olan xayalıqlar xayanın 
kanallarından və onların sperma axan borucuqlarından, cinsiyyət 
artımı  vəzilərindən (toxum qovcuqları, prostat vəzi) və xarici 
cinsiyyət orqanlarından, interstisial toxumadan təşkil olunmuşdur. 
İnsan orqanizmində həm kişi, həm də qadın cinsiyyət hormonları 
hazırlanır. Cinsi yetişkənlik yaşına çatmış  oğlanlarda cinsiyyət 
vəzilərində spermatazoidlər  əmələ  gəlir.  İkinci cinsi əlamətlər 
dedikdə kişiləri qadınlardan fərqləndirən xüsusiyyətlər başa 
düşülür. Kişilərdə  bığ  və saqqalın çıxması, səsin kobudlaşması, 
tüklənmə,  ətrafın uzun olması, gövdənin uzun, həmçinin psixi 
vəziyyətin və davranışın dəyişməsi aid edilir. 
Cinsiyyət vəzilərinin hormonlarının orqanizmin cinsini müəy-
yən etmək xoruz və toyuq üzərində aparılan təcrübədən müəyyən 
etmək olar. Belə ki, kastrasiyadan sonra xoruzun toxumluğu, to-
yuğa, toyuğun yumurtalığı isə xoruza köçürülmüşdür. Bir 
müddətdən sonra xoruzun ala-bəzək tükləri tökülür, pipiyi kiçilir, 
davakarlığı itir, toyuğa oxşayır. Toyuqda isə xoruza xas olan 
əlamətlər inkişaf edir və o xoruza oxşayır. Hətta toyuqları 
gördükdə özünü xoruz kimi aparır.Yumurtalıq köçürülmüş erkək 
siçovullar, hətta siçovul balalarına süd verir.  
 
343 
 Xayalarda kişi cinsiyyət hormonları androgenlər və cüzi miq-
darda estrogenlər əmələ gəlir. Daha fəal androgen testosterondur. 
Androgenlərin təsiri altında orqanizmdə ikinci dərəcəli kişi 
cinsiyyət  əlamətləri inkişaf edərək, müvafiq cinsi davranış for-
malaşır. Androgenlər ümumi maddələr mübadiləsinə  də  təsir 
edərək, bu baxımdan STH-nin fəaliyyətini tamamlamaqla yanaşı, 
toxumaların inkişafını sürətləndirərək, zülalların sintezini stimul-
laşdırırlar. Androgenlərin cüzi miqdarı spermatozoidlərin  əmələ 
gəlməsi prosesini fəallışdırır. 
Xayalıqların funksiyaları hipotalamusun hipofizin ön payının, 
qalxanabənzər vəzinin və böyrəküstü vəzi qabığının hor-
monlarının tənzimləyici təsiri altında olur. Hipotalamusun qapı 
venasına ifraz etdiyi rilizinq amillərin təsiri ilə hipofiz vəzin ön 
payı  həm qadın, həm də kişi cinsiyyət vəzilərinin fəaliyyətinə 
təsir edən qonadotrop hormonlar – follikulu stimulə edən (FSH), 
lüteinləşdirici (LH) və prolaktin (PH) hormonlarını hazırlayır. 
Lakin kişi cinsiyyət vəzilərinin hormonal tənzimlənməsində 
həlledici rol hipofizar hormonlara: FSH və LH-a aid olur. FSH 
spermatogenezi, LH isə testosteronun əmələ gəlməsini stimullaş-
dırır. Xayalıqlar öz növbəsində hipofizə təsir göstərirlər.  
Kastrasiya olunmuş heyvanlarda cinsiyyət vəzilərinin yeniləri 
ilə  əvəz olunması orqanizmin bir çox pozulmuş funksiyalarının 
praktik şəkildə bərpa olunması ilə nəticələnir. 
İnsanda cinsi yetişkənlik 5 dövrə bölünür: 
1) Uşaqlıq dövrü – oğlanlarda 10 yaşa, qızlarda 8 yaşa qədər 
davam edir.  
2) Yetişkənlik dövrü – oğlanlarda 10-14, qızlarda isə 9-12 yaşı 
əhatə edir. Qızlarda follikullar və qraf qovucuqları əmələ gəlməyə 
başlayır. Oğlanlarda sperma əmələ gəlir. 
3) Gənclik dövrü – oğlanlarda 14-18 yaşı, qızlarda isə 13-16 
yaşı  əhatə edir. İkinci cinsi əlamətlər sürətlə inkişaf edir. Onlar 
cinsi  əlaqədə olmaq qabiliyyəti  əldə edir. Qızlarda qraf qovucu-
qları yetişir və partlayır, aybaşı dövrləri baş verir.  
4) Qocalıq dövrü – qadınlarda 45-50, kişilərdə isə 60 yaşdan 
sonra başlayır. Buna cinsi qocalıq deyirlər. Klimaksteriya dövrün-
downloaded from KitabYurdu.org


 
344 
də qadınlarda aybaşı  kəsilir (yaş amenoreyası), yumurtalıqların 
follikulları  tədricən yox olur. Kişilərdə isə spermatazoidlərin 
fəaliyyəti zəifləyir, cinsi əlaqə çətinləşir. 
Hermofrodizm adlanan xəstəliyə düçar olmuş insanlarda isə 
eyni bir bədəndə həm toxumluq, həm də yumurtalıq olur. 
Cinsiyyət vəzilərinin fəaliyyəti sinir sistemi və hipofizin, 
həmçinin epifizin hormonları ilə  tənzim edilir. Onlar çoxlu 
afferent və efferent sinirlərlə  təchiz olunmuşdur. Lakin vəzilərin 
funksiyalarının reflektor tənzimi hələ mükəmməl 
öyrənilməmişdir. 
Məlumdur ki, mərkəzi sinir sistemi normal cinsi fəaliyyətin 
təmin olunmasında mühüm rol oynayır. Məsələn, müsbət 
emosiyalar (şadlıq, sevinc) cinsiyyət hormonlarının ifrazını artırır, 
mənfi emosiyalar isə (qoxu, kədər, ağrı, iztirab) əksinə, azaldır. 
Hipotalamusun təsirindən hipofizin ön payı üç növ qonadotrop 
hormon-folikulu stimuləedən (FSH), liteninləşdirici (LH) və 
prolaktin hormonları hazırlayır. 
FSH folikulların qraf qovuqcuğuna çevrilməsinə, 
spermatazoidlərin  əmələ  gəlməsinə, LH toxumluq və 
yumurtalıqda androgen və estrogenlərin sintezinə  və partlamış 
qraf qovuqcuğunun yerində sarı cismin əmələ  gəlməsinə  səbəb 
olur. Prolaktin süd ifrazını tənzim edir.  
 
7.17. Epifiz (əzgiləbənzər) vəzinin daxili sekresiyası 
 
130-201-ci illərdə yaşamış  qədim Roma həkimi K.Qalenə, 
XVII  əsrdə yaşamış fransız alimi R.Dekarta məlum olmasına 
baxmayaraq, bu sirli orqanın sirləri elm üçün hələ  də  ətraflı 
öyrənilməmiş qalır. 
Epifiz baş beyinin III mədəcik damının 5-8 mm-lik çıxıntısı 
olub, məməlilərdə epifiz vəzi (əzgiləbənzər cisim), orta beyinin 
arxa hissəsində dördtəpəli cismin yuxarı təpələri arasında nisbətən 
dərində yerləşmişdir. O, heyvanlarda çoxlu funksiyalar yerinə 
yetirir. Filogenetik cəhətdən qədim heyvanlarda epifiz işığa qarşı 
həssaslığa malikdir və  işığın sirkadion ritmlərinə  təsirini təmin 
 
345 
edir. Epifiz vəzi vegetativ sinir sisteminin simpatik şöbəsi ilə 
tənzim olunur. Sümüklü balıqlarda, suda-quruda yaşayanlarda, 
sürünənlərdə epifiz başın təpə nahiyəsində yerləşir. Onun altında 
kəllə qapağında birləşdirici toxuma ilə örtülü dəlik vardır. Bu 
törəmə  təpə gözü adlanır. Məməlilərdə  işığın birbaşa təsiri ehti-
mal ki, II dərəcəli  əhəmiyyətə malikdir, lakin onu nəzərə al-
mamaq lazımdır ki, fotonlar vəziyə, hətta dəridən və  kəllədən 
keçərək daxil ola bilərlər. Məməlilərdə  də epifiz sirkadion 
ritmlərin tənzimində iştirak edir. İşıq tor qışa ilə qəbul olunur və 
bu informasiya sinir yollarilə vasitəsiz olaraq hipotalamusa (reti-
nohipotalamik trakt) çatdırılır. Hipotalamusdan siqnallar ney-
ronlar zəncirindən keçərək simpatik sinir sisteminin yuxarı boyun 
şöbəsinə daxil olur. Sonra yuxarı boyun düyünündən keçərək 
kəlləyə daxil olan qalxan simpatik liflərə qoşulur və epifiz onu 
innervasiya edir. Mövcud halda neyromediator simpatik innerva-
siyalı bütün strukturlarda noradrenalindir. Bu cür mürəkkəb yolla 
epifiz hüceyrələri işığın və qaranlığın, yəni gecə  və gündüzün 
ritmik növbələşməsi haqqında məlumatı alır. Epifizin vacib 
məhsullarından biri melatonindir. Epifizin hormonu melatonin 
Yerin Günəş  ətrafında fırlanması ilə koordinasiya olunan bioloji 
ritmlər (sutkalıq, aylıq, fəsil və illik ritmlər) sirkadion-sutkalıq 
ritmin tənzimində iştirak edir. Melatoninin sintezi və ifrazı işıqda 
azalır, qaranlıqda artır. Heyvanlarda melatoninin bir çox funksiya-
ları çoxalma ilə  əlaqədardır. Melatonin (N-asetil-5-metooksitrip-
tamin) qana və Likvora daha çox gecələr ifraz olunur. Mela-
toninin plazmada gecələr miqdarı 1-3 qr/ml, yaşlı  uşaqlarda 250 
pq/ml, yeniyetmələrdə – 120 pq/ml, 50-70 yaşlarında – 20 pq/ml 
olur. Eyni zamanda istənilən yaşda gündəlik miqdarı 7 pq/ml 
təşkil edir. 
XIX əsrin sonunda oğlanda epifiz vəzinin şişi nəticəsində vax-
tından  əvvəl cinsi yetişkənlik müşahidə olunmuşdur. Elə bu 
illərdə  uşaqları olmayan gəncin yuxarı simpatik düyününün 
epifizlə əlaqəsinə ləngidici təsir etdikdən sonra uşaqları olmuşdur. 
Heyvanlar üzərində aparılan çoxlu sayda təcrübələr epifiz vəzinin 
çoxalma ilə əlaqədar cinsi aparata ləngidici təsir göstərdiyi və bu 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə