377
diskləri adlanan başqa tip reseptor hüceyrələrə də rast gəlinir. Onlar
dəridəki tüklərin follikullarında lokallaşırlar, toxunma
reseptorlarıdır, dəri səthində hərəkət edən obyektlərin təsirlərinə
həssasdırlar. Funksional xassələrinə görə Meysner reseptorlarına
bənzəyir.
Dərinin dərin qatlarında və dərialtı hüceyrəli toxumada Fater-
Paçini cisimləri adlanan iri inkapsulyar reseptorlar yerləşir. Bu tip
reseptorlar əsasən barmaqlarda, xarici cinsi orqanlarında və süd
vəzilərində lokallaşırlar. Onlar dəridə və dərialtı toxumalarda tez
baş verən vibrasiyaları və digər mexaniki dəyişiklikləri tutur və
tez adaptasiya olunurlar. Dəridə Ruffini cisimcikləri və Krauze
kolbacıqları adlanan hissi törəmələr də mövcuddur. Onlar
inkapsulyar mexanoreseptorlara aiddir, bədən səthinin torlu
təbəqəsində oynaq kapsulalarında lokallaşırlar. Ruffini
cisimcikləri dəri bərk basıldıqda, ona güclü və uzunmüddətli
təzyiq olduqda oyanır, qıcıqlara yavaş adaptasiya olunur. Krauze
kolbacıqları Paçini cisimcikləri kimi dəri deformasiyaları, dəriyə
təkrar mexiniki təsirlər zamanı fəallaşır, qıcıq təsiri kəsiləndən
sonra da bir müddət sinir impulslar göndərməkdə davam edir
(şəkil 8.8).
Şəkil 8.8. Dəri reseptorlarının növləri.
1-plastik (Fater-Pacini) hüceyrələr;
2-təmas (Meysner) hüceyrələri; 3-tük hissəciyində sinir kələfi;
4-soğanaqcıq (Krauze kolbacıq);
378
5-buynuz qişada sinir kələfi: N-sinir lifi.
8.8. Dərinin termoreseptorları
Ətraf mühitin, havanın temperaturu, iqlim dəyişiklikləri, istilik
və soyuqluq dərəcəsi, cismlərin başqa orqanizmlərin istiliyi və ya
soyuqluğu dəridə yerləşən termoreseptorlar vasitəsilə qəbul edilir.
Dəridə termoresepsiya funksiyası yerinə yetirən reseptorlar hissi
sinir liflərinin sərbəst ucları və ya onların inkapsulyar formaları -
Ruffini cisimcikləri və Krauze kolbacıqları kimi təmsil
olunmuşdur. Son illərin tədqiqatları göstərmişdir ki, Ruffini
cisimcikləri və Krauze kolbacıqları dəridə lamisə reseptorları
funksiyası daşımaqla yanaşı, həmçinin temperatur təsirlərinə də
həssaslıq göstərirlər. Ruffini cisimcikləri istiyə, Krauze
kolbacıqları soyuğa həssasdırlar.
Primatlarda termoresepsiya müxtəlif hissi liflər arasında
paylanılmışdır. Soyuma əsasən nazik mielinlə örtülmüş A-delta
liflər (ad liflər), qızma isə qalın mielinlə örtülmüş C-liflər
vasitəsilə hiss edirlər. Reseptorların istilik və ya soyuqluq
reseptorlarına aid olub-olmaması həqiqətdə onların həssaslıq
zirvələri bədənin hərarətinə görə nə dərəcədə aşağı və ya nə
dərəcədə yuxarı həddə müvafiq olmasıyla müəyyən edilir. Eyni
bir termoreseptor tempraturun aşağı düşməsinə və ya yuxarı
qalxmasına tez və ya yavaş reaksiya ilə cavab verə bilər.
Dəridə ixtisaslaşmış istilik və soyuqluq reseptorlarınn varlığı
fikri bir çox tədqiqatçılar qəbul edir. İstilik və soyuqluq
reseptorları istinin və soyuğun qradasiyaları təyin edən
detektorlardır. İnsanın dəri səthinin çox hissəsində istilik və
soyuqluq nöqtələri adlanan kiçicik reseptiv sahələr aşkar
edilmişdir. Bəzi müəlliflərə görə, insanda soyuqluq nöqtələri
istilik nöqtələrindən sayca 5-10 dəfə çoxdur.
Dərinin termohəssaslığı statik və dinamik ola bilər. Uzunmüddətli
nisbi sabit hava temperaturu dəridə statik temperatur hissi yaradır.
Bizdə dəri tempraturu 36-37
°-C-dən yuxarı qalxanda, 43-45°-C-ə
çatanda, sabit istilik hissi, 30
°-C-ə qədər aşağı düşəndə sabit soyu-
downloaded from KitabYurdu.org
379
qluq hissi formalaşır. Dərinin istiliyi 43-44
°-C-dən yuxarı qalxanda,
biz bunu artıq ağrı, yanğı hissi kimi qəbul etməyə başlayırıq. Dərinin
temperaturu 20-17
°-C-ə qədər aşağı düşəndə, bu da ağrı impulsları
yaradır. Termoreseptorların dinamik həssaslığı nisbətən zəif
öyrənilmişdir. Göstərilir ki, müxtəlif növ termoreseptorlar qarşılıqlı
olaraq biri digərinin həssaslığını dəyişdirə bilər. Belə ki, bir növ ter-
moreseptorda oyanıcılığın artması digər termoreseptorda oyancılığın
azalması ilə müşayiət oluna bilər. İsti günlərdə səhər və axşam
soyuğu deteksiya edən reseptorlar daha fəallaşırlar.
Lamisə və temperatur hisslərinin mərkəzi mexanizmləri.
Dərinin mexano və termoreseptor cihazları öz sensor informasi-
yalarını impuls kodları halında onurğa beyninə nəql edir. Bu im-
pulslar somatosensor siqnalaların tərkib hissəsi olaraq müxtəlif
hissi kanallarla nəql olunur. Somatosensor siqnallar onurğa
beynində iki mühüm vəzifə daşıyır. Bir halda onlar onurğa beyni
səviyyəsində həyata keçən məhəlli reflektor reaksiyaları işə salır.
Ayağın diz nahiyəsinə endirilən ağrı stimula qarşı əmələ gələn diz
bükücü refleks buna əyani sübutdur. Digər halda somatosensor
informasiyalar onurğa beyni üzrə qalxan sinir yolları vasitəsilə
baş-beynin müvafiq mərkəzlərinə ötürülür.
Dəridən gələn hissi liflərin əksəriyyəti onurğa beyninin arxa
buynuzlarının sensor neyronlarında qurtarır. Arxa buynuzlar çox-
qatlı hissi neyron şəbəkələri şəklində təşkil olunmuşdur.Burada
sensor neyronların müxtəlif tipləri rast gəlinir. Bəzi neyronlarda
müxtəlif tip hissi liflər konversensiya olunur. Belə hesab edilir ki,
bu kimi konvergensiyalar spinal səviyyədə ayrı-ayrı sensor mo-
dallıqlar arasında baş verən qarşılıqlı təsirlərin əsasında durur. Bu
qarşılıqlı təsirlərdən insana daha çox şamil edilən bir forması
lamisə siqnalları ilə ağrı siqnalları arasında baş verir. Çoxlarına
məlumdur ki, bədəndə xəstə yerin ətrafında dəriyə yüngül toxun-
maq, onu sığallamaq, masaj etmək və ya qıdıqlamaqla ağrını
azaltmaq olar. Arxa buynuzlarda sensor informasiyaların qarşılıqlı
təsirləri və analiz-sintezi spinal interneyronların fəaliyyəti,
onlarda oyanma və ləngimənin dinamik münasibətləri ilə sıx
əlaqədardır. İnterneyronları sensor siqnalı gücləndirən və ya tor-
380
mozlayan «astanalar», «qovuşdurucular» rolu oynayırlar. Hələ
keçən əsrin 60-cı illərində Melzak və Uoll ağrıya astana nəzarəti
haqqında nəzəriyyə ilə çıxış etmişdir.
Dəridən ötürülən sensor siqnallar mərkəzi sinir sisteminin
qalan hissələrinə iki əsas yolla nəql olunur. Onurğa beyninin arxa
buynuzlarından dəri reseptorlarının informasiyaları onurğa beyin-
talamik qalxan sinir traktı vasitəsilə baş beyinə qədər çatdırılır.
Bu traktın bir çox sensor sinir lifləri başlıca olaraq temperatur və
ağrı siqnalları nəql edir, onların arasında lamisə siqnalları və oy-
naqların proprioseptiv informasiyaları daşıyan liflər də vardır.
Onlar öz yolunda baş beyin sütunu səviyyəsində retikulyar forma-
siya neyronlarına çoxlu sayda kolleterallar verir. Retikulyar for-
masiya neyronları da öz növbəsində polisinaptik qalxan liflər sis-
temi əmələ gətirir ki, bu son nəhayətdə talamusla əlaqələnir. Reti-
kulyar neyronların impulsasiyaları bir çox hallarda somatosensor
hisslərin «oyanması» və qavranılması proseslərinə rəvac verir.
Onurğa beyninin arxa (dorsal) sütunları ilə beyinə qalxan hissi
yolların bəziləri medial leminsk (həlqə) tərkibinə daxil olur və
daha sonra bu yolla talamusa çatır. Medial leminsk dəriyə
toxunma və təzyiq haqqında ən dəqiq informasiyaları ötürür.
Leminsk liflər də retikulyar neyronları ilə sinaptik əlaqələr yaradır
və bu yolla dəri hisslərinin güclənməsinə yardım edir.
Somatosensor qalxan yollar, onurğa beyin-talamik liflər və
leminsk lifləri hamılıqla talamusda qurtarır, talamik rele ney-
ronları ilə çox saylı sinaptik əlaqələrə girirlər. Somatosensor yol-
lar talamusun ventral arxa nüvəsində, leminsk və onurğa beyin-
talamik liflər isə talamusun lateral hissəsində qurtarır. Üzün
dərisindən sensor siqnalları daşıyan üçlü sinirin nüvəsindən gələn
liflər isə talamusun medial hissəsində qurtarır. Primatlardan
aşağıda duran məməlilərdə (məsələn, pişikdə) bu qrup talamik
neyronlar ventrobazal kompleks adlanır. Beləliklə, talamus
dəridən taktil və digər siqnalları qəbul edən və baş beyin yarım
kürələri qabığının somatosensor sahələrinə göndərən son beyin
instansiyası vəzifəsi yerinə yetirir.
Məməli heyvanların baş-beyin qabığında somatosensor
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |