385
maye kütləsində sıx birləşir, qalın otolit membranı əmələ
gətirirlər. Yarımdairə daraqcıqlar həlməşik maye kütləsinə daxil
olur, ampulun o biri tərəfinə qədər uzanırlar.
Vestibulyar aparatın reseptorları müxtəlif yönümlüdür. Bəziləri
öz tükcükləri ilə radial konfiqurasiya əmələ gətirir. İnsan və ya
heyvan başını tərpədəndə otolidəki və yarımdairə kanalalrındakı
bu tip reseptorlar təxminən bir cür oyanırlar. Adətən kinosillər
sterosillərin bir tərəfində lokallaşır, bütün bu qrup tükcüklər
kinosillərə tərəf əyiləndə vestibulyar sensorlar oyanır, əks tərəfə
əyiləndə isə tormozlanırlar.
Onurğasızlarda müvazinət sensorları oyanmanı öz aksonları
vasitəsilə birbaşa mərkəzi sinir qanqlilərə ötürürlər, onurğalılarda
isə vestibulyar sensorlar aksonlardan məhrumdur, onlar oyanmanı
kimyəvi sinapslar (neyromediator mexanizm) vasitəsilə hissi sinir
uclarına ötürürlər.
Əksər məməlilərdə o cümlədən insanda, vestibulyar siqnallar
nisbətən az sayda (təxminən 40 minə yaxın) hissi sinir lifi
vasitəsilə nəql olunur, əvvəlcə arxa beyindəki vestibulyar
nüvələrə çatır. Buradan vestibulyar siqnallar 3 istiqamətdə yayılır-
lar.
Vestibulo-spinal yol.
Onurğa beyninə proyeksiya olunan vesti-
bulyar siqnallar vestibulo-spinal sinir traktı ilə hərəkət edir. Bu
trakt medial və lateral şaxələrə ayrılır, medial şaxənin lifləri onurğa
beynin ön seqmentlərində, boyun və gövdə əzələləri idarə edən
hərəki neyronlar ilə sinaptik əlaqələrə girir, lateral şaxənin lifləri
isə aşağı ətrafların əzələləri idarə edən onurğa beyin motoney-
ronları ilə sinaptik əlaqələri yaradırlar. Medial trakt həm də tor-
mozlayıcı hissi liflərdən, lateral trakt isə, ancaq oyadıcı hissi
liflərdən ibarətdir. Beləliklə, dəhliz-onurğa beyni yolu bədənin
məkanda vəziyyəti müəyyənləşdirən skelet əzələlərin fəaliyyətini
geniş səpkidə tənzimləyə bilir. Vestibulyar siqnallar ilk növbədə
başın məkandakı vəziyyəti tarazlayan (sabitləşdirən) reflektor sis-
tem formalaşdırır. Baş boyunla, boyon gövdə ilə gövdə isə aşağı
ətraflar (ayaqlar) ilə əlaqəlidir və müəyyən məkan vəziyyətləri
alır. Başın məkandakı vəziyyəti boyun refleksləri ilə tənzimlənir.
386
Başın və gövdə ilə ayaqların hərəkətləri arasında boyun
hərəkətləri əlaqələndirici rol oynayır. Boyun əzələləri başa bağlı
olduğuna görə vestibulyar siqnallar onların reflektor reaksiyaları
müxtəlif məkan vəziyyətlərindən normal vəziyyətə qaytarır, bu
halda vestibulyar stimulyatorların, təsirləri azalır. Bu tip reflekslər
mütləqdir, bir çox hallarda qeyri-iradi xarakter daşıyır. Gövdə və
ayaq əzələləri başın məkan vəziyyəti ilə boyun əlaqələri sayəsində
müəyyən dəyişkən münasibətdə olur. Bu münasibətlər vestibulyar
oyadıcı və tormozlayıcı siqnallar və onurğa beyin hərəki
refleksləri vasitəsilə tənzimlənilir.
Vestibulo-okulyar yol.
Vestibulyar aparat gözlərin hərəkətləri
tənzim etməkdə əsas rol oynayır. Göz müxtəlif tərəflərə hərəkət
etməsinə baxmayaraq tor qişada təsvirlər stabil qalır, bu çox vacib
şərtdir. Gözün hərəkətləri 6 xarici göz əzələsi vasitəsilə tən-
zimlənir. Hər iki gözün hərəkətlərinin incə koordinasiyasında baş-
beynin görmə qabığının frontal sahələrindən vestibulyar sistemin
müdaxiləsi olmadan ekstraokulyar motoneyronların efferent
təsirləri müəyyən rol oynayır. Lakin gözlərin eyni bir müstəvi,
deyək ki, üfiqi xətt üzrə hərəkətləri, ələlxusus da kompensator
hərəkətləri, vestibulo-okulyar relekeslər vasitəsilə tənzimlənir.
Vestibulo-beyincik yolu.
Vestibulyar sensor liflər beyinciyin
qədim payı olan arxiserebelluma daxil olur. Beyincik lateral ves-
tibulyar nüvələri ilə əlaqələri sayəsində bədənin müvazinəti sax-
lamaqda daha mühüm rol oynayır.
Vestibulyar qabıq.
Vestibulyar nüvələrindən çıxan az sayda
hissiliflər talamusun arxa ventral nüvəsinə məxsus sahəyə daxil
olur və burada sinaptik əlaqələrə girirlər. Buradan vestibulyar
siqnallar somatosensor qabığın üz tərəfi sahəsində yerləşən kiçik
bir zonaya proeksiya olunur. Bəzi tədqiqatlara görə vestibulyar
talamik girişlər qabığın digər sahələri (gövdə və ayaqların fəza
vəziyyətləri idarə edən qabıq zonaları, alın və gicgah payları və
s.) üçün də xarakterikdir. Vestibulyar qabıq vestibulyar sensor
sistemə sıx bağlıdır, bədənin hərəkət və müvazinəti qavramaq və
iradi, şüurlu olaraq idarə etmək funksiyası daşıyır.
downloaded from KitabYurdu.org
387
8.10. Eşitmə sensor sistemi. Eşitmə hissi
Bir çox heyvanlarda və insanda eşidilən səslərə həssaslıq,
səsləri hiss etmək, qavrayıb tanımaq, özlərinin bəzi hərəkət və
davranışlarını eşitmə reaksiyalarına müvafiq olaraq qurmaq və
reallaşdırmaq qabiliyyəti əmələ gəlmişdir. Ən geniş mənada
eşitmə hissi bu səs hissidir.
Heyvanlar aləmində səs hissi başlıca olaraq həşəratlarda (bö-
cəklər, kəpənəklər, ikiqanadlılar, çəyirtkələr və s.) və onurğa-
lılarda inkişaf etmişdir. Eşitmə qabiliyyətinə malik olan heyvan
orqanizmləri ondan ən müxtəlif məqsədlər üçün istifadə edir. Səs
siqnalları heyvana məkanda yerdəyişmə, başqaları ilə ünsiyyət,
fərdlər arasında özününkünü və özgəni tanıma, cüt axtarma, yırtı-
cıdan qurtulma və başqa məqsədlər üçün gərəkdir. Səs siqnalları
həyat üçün çox vacib informasiya mənbəyidir. İnsanlar səs siqnal-
ları və eşitmə hissi sayəsində heyvanlardan fərqli olaraq çox geniş
fəaliyyət göstərə bilirlər, insanların nitq qabiliyyəti və
mədəniyyətlərinin bir sıra formaları eşitmə hissi ilə sıx əlaqədə
inkişaf etmişdir.
Səsin fiziki təbiəti
. Təbiətdə çoxlu cism və hadisələr,
canlıların özləri, onların bəzi hərəkətləri, insanların yaratdıqları və
istifadə etdikləri müxtəlif alət və mexanizmlər, maşınlar və qurğu-
lar cürbəcür səslərin mənbəyi ola bilər.
Fiziki mənada və ümumi halda səs suyun və ya sıxılmış ha-
vanın yayılma dalğalarından ibarət olan enerjili mexaniki
quvvədir. Səslər ən çox hava dalğaları zəminində yaranırlar.
Səslər dalğa uzunluğu və ya tezliyi, ucalığı, tonalılğı, intensiv-
lik və oktava (musiqi səslərdə) kimi parametrlərə malikdir. Səs
dalğaları tezliyinə görə çox geniş diapazonda dəyişirlər. Səsin
dalğa uzunluğu adətən metr (m) və onun hissələri (sm, mm, dm)
ilə, tezliyi Hers (Hs) və ya kiloHers (kHs), enerjisi (intensivliyi)
bel (b) və desibel (db), ucalığı oktava ilə ifadə edilir.
İnsan və heyvanlar tərəfindən qəbul edilən səslərin diapozonu
çox genişdir. Bu, adətən uzunluğu 400 sm-dən 0,34 sm-ə qədər,
tezliyi 20 Hs-dən 100 min Hs-ə və ya 0,002 kHs-dən 100 kHs-ə
388
qədər olan səs dalğalarıdır.
Əksər həşəratlar ətrafda yaranan aşağı tezlikli səs vibrasiya-
larına həssasdırlar. Onların bəzi növləri çox yüksək tezlikli səsləri
qəbul etməyə uyğunlaşmışdır. Məsələn, cırcırama tezliyi 200 Hs
ilə 50 min Hs, kəpənək 500 Hs ilə 100 min Hs arasında olan
səsləri eşidə bilir. Balıqlar 20-2000 Hs, qurbağalar 500-2000 Hs,
quşlar 500-5000 Hs, yarasalar 1000-100.000 Hs, gəmiricilər 100-
100.000 Hs, suitləri 200-50.000 Hs, delfinlər və balinalar 20-
100.000 Hs, insan 20-20.000 Hs tezliyi olan səsləri eşitmək iqti-
darındadır.
Eşitmə reseptorları
. Həşəratlarda alçaq tezlikli səs dalğaları
qəbul edən xüsusi reseptorlar inkişaf etmişdir. Onların bir tipi
şırımlı tükcüklərdir. Bu, serkalar adlanan artımlarda yerləşən tük-
cük sensillərə oxşayır. Digər tip reseptorlar conston orqanları ad-
lanır. Onlar həşəratın antenalarının dibində yerləşir, boşluğa malik-
dir, buradan bir və ya bir neçə sensor hüceyrə-xordosensillər uza-
nır. Sırımlı tükcüklər və conston orqanları tezliyi təxminən 2000
Hs (və ya 2 kHs) qədər olan səslərə həssasdır. Yüksək tonlu səsləri
qəbul edən reseptorlar, ancaq bəzi həşəratlara (çəyirtkələr, cırcıra-
malar və b.) xasdır. Bu tip reseptorlar timponal orqanlar adlanır.
Timponal orqan səsləri onurğalı heyvanların qulaqları kimi qəbul
edir, amma quruluşu və funksional xassələrinə görə onlardan
fərqlidir. Həşəratın timponal orqanları (qulaqları) bədənin müxtəlif
yerlərində: antenalarda (milçəklərdə), döşdə (kəpənəklərdə),
qarında (böcəklərdə) və ayaqlarda (çəyirtkələrdə) yerləşir.
Timponal orqan üzəri nazik kutikula zarı (timponal membran)
ilə örtülmüş təbilə bənzər havalı kisəcikdir, onda xordotonal
sensillər yerləşir. Səs dalğaları zarı titrətdikdə sensillər bu vibra-
siyaları qəbul edir. Hər bir sensil kiprikcikləri olan bipolyar ney-
rona malikdir, kiprikciklərin timponal membran ilə necə
əlaqələnməsindən və membranın necə əlaqələnməsindən və
membranın rezonans xassələrindən asılı olaraq həşəratlarda re-
septorlar müxtəlif səs tezliklərinə uyğun olaraq sazlanırlar.
Müxtəlif tezlikli səsləri qəbul edən reseptorların aksonları bir-
başa mərkəzi sinir düyünlərinə daxil olar və burada eşitmə ney-
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |