397
Nümunə üçün molyusklarda və buğumayaqlılarda görmə
orqanlarına diqqət yetirək. Nautilus
molyuskunda göz çox dar
dəliyi və az fotosensor hüceyrələri olan sadə kameradan ibarətdir.
İşıq şüaları bu dar dəlikdən daxil olur, dəliyin kiçik diametri
kameraya işığın ancaq nazik zolağı buraxa bilər. Belə göz yalnız
parlaq işıqda görür. Buğumayaqlılar (xərçəngkimilər, cücülər)
işığı çoxlu gözcük kanalları (ommotidlər) vasitəsilə qəbul edən
mürəkkkəb gözlərə malikdir. Onlara faset gözlər deyilir. Bu tip
gözlər kiçik
fotoreseptor səthə malikdir, müxtəlif tərəflərə baxan
ommotidlər geniş görmə sahəsi yaradır. Hər bir ommotidin qəbul
etdiyi azacıq işıq payları reseptor səthdə cəmləşərək tutqun görmə
obrazları yaradır. Faset gözlər bəzi üstünlüklərə malikdir. Onlar
işıq şüalarının çox geniş diapazonu qəbul edərək görmə obrazları
yarada bilirlər.
Şəkil 8.13. Onurğasızlarda gözcük və gözlərin müxtəlif formaları.
1.Gözcük. 2. Kamera-obskura tipli göz. 3. Mürəkkəb göz. 4. Billurlu
və tor qişalı göz. (Knowels, Dartnall, 1977).
Onurğalılarda təkmil və mürəkkəb quruluş kəsb edən gözlər
əmələ gəlmişdir. Qeyd etmək lazımdır ki, onurğalı heyvanların və
insanın
görmə sistemi morfoloji, fizioloji, neyrofizioloji
398
baxımdan nisbətən yaxşı öyrənilmişdir.
Mürəkkəb kamera quruluşlu gözlərdə fotoreseptorlar göz alma-
sının tor qişasında, onun ön səthində toplaşmışdır. Tor qişa göz
almasını arxa tərəfdən, göz kamerasının
dib hissəsi boyunca əhatə
edir.
Tor qişada 2 tip fotoreseptorlar-çöpcüklər və kolbacıqlar
yerləşir. Hər bir fotoreseptorun xarici seqmenti-modifikasiya
olunmuş kiprikciyi vardır. Kiprikciklər reseptor hüceyrələrərin
plazmatik membranlarının büküşləri kimi əmələ gələn membran
diskləri ilə təchiz olunmuşdur. Hər bir fotoreseptorun kiprikcik
seqmenti 1000 və daha çox membran diskə malikdir.
Membran
diskləri kiprikciklərin distal hissəsində mütəmadi olaraq dağılır,
proksimal hissəsində isə yeni membran diskləri əmələ gəlir.
Aşağıda torlu qişanın fraqmenti və fotoreseptor hüceyrələrin sxe-
matik təsviri verilmişdir.
Fotoreseptorların yastı və qapalı diskləri fotopiqmentlər
radapsin və ona bənzər maddələr saxlayır. İşığa həssas görmə
piqmentləri işığın 400 nanometrədən (nm) 800 nm qədər dalğa
uzunluğu olan şüaları enerjisini udur
və çevrilmələrə məruz qo-
yur. Çöpcük fotoreseptorların radopsini işığın 500-505 nanometr-
lik dalğalarına, kolbacıq fotoreseptorlarının fotopiqmentləri isə
qırmızı (570nm), yaşıl (535 nm) və mavi (445 nm) işıq dal-
ğalarına çox həssasdırlar.
Radopsin (görmə purpuru) zülaldan (opsin) və xromofordan
(II-sis retinal) ibarətdir. İşıq fotonları və ya kvantları təsirindən
II–sis retinal izomerləşmə prosesinə məruz qalır və trans-retinala
çevrilir.
Gözün tor təbəqəsinə, fotoreseptorların xarici
seqmentlərinə işıq kvantları düşdükdə aşağıdakı ardıcllıqla
fotokimyəvi proseslər baş verir (şəkil 8.14).
downloaded from KitabYurdu.org
399
Şəkil 8.14. Məməlilərdə tor qişanın fotoreseptor və neyron quruluşu
A. Çöpcüklər. B. Kolbacıqlar.
1.
Radopsinin fotoaktivləşməsi və II-sis retinalın
izomerləşməsi;
2.
Fotoreseptorun membran dişklərində molekulyar reseptor
zülalın – G-zülalın (transdusin) radopsin tərəfindən katalitik
fəallaşdırılması;
3.
Transdusin zülalı ilə qarşılqlı əlaqədə fosfodiesteraza fer-
mentin fəallaşması;
4.
Tsiklik quanizin monofosfatın (tsGMF) fosfodiesteraza ilə
fəallaşdırılması;
5.
TsGMF-dən asılı membran Na
+
kanallarının qapalı
vəziyyətə keçməsi;
6.
Fotoreseptor hüceyrənin səth membranının
ion yüklərinə
(K
+
və Na
+
ionlarına) görə hiperpolyarlaşması, ilkin membran po-
tensialının təsir (fəaliyyət) potensialına, sinir siqnallarına trans-
duksiyası;
7.
Fotoreseptorlardan görmə siqnallarının tor qişasının bipol-
yar neyronlarına ötürülməsi.
Bu proseslərin kimyəvi və fizioloji mexanizmləri kəşf edən
Corde Uold, Xolden Xartlayn və Raqnar Qranit 1967-ci ildə No-
bel mükafatına layiq görülmüşdür.
400
8.15. Gözün quruluşu və optikası
Fizioloji baxımdan mühitdən beyinə daxil olan sensor hissləri
3 yerə –
mexanoreseptor,
temperatur və
ağrı hissələrinə ayrımaq
olar. Mexanoreseptor hissiyyata taktil (təmas, təzyiq, vibrasiya)
və proprioreseptiv (postural) – pozanın hissi,
statistik vəziyyət və
təzyiq zamanı vəziyyət aiddir.
Hissetmənin həssaslıq yaranma yerinə görə –
eksteroseptiv
(daxili orqanlarda yaranmasına görə),
visseral (daxili orqanlarda
yaranmasına) və
dərin (hissiyyat dərində yerləşmiş toxumalardan
– fasiya, əzələ, sümük). Somotasensor siqnallar böyük sürətlə,
visseral siqnallar yavaş sürətlə verilir.
İnsan və heyvanlarda görmə üzvü bədənin baş hissində, başın
üz tərəfində yerləşir, gözlərin belə topoqrafiyası geniş görmə ilə
əlaqədar olan müxtəlif davranış aktları üçün olduqca əlverişlidir.
Bir sıra
heyvanlarda, o cümlədən insanda gözün quruluşu xeyli
mürəkkəbləşmişdir. Görmə siniri vasitəsilə beyinlə birləşən gözdə
göz alması, gözü hərəkət etdirən əzələ aparatı və gözü qoruyan
kipriklər və gözyaşı vəziləri kimi morfoloji törəmələr inkişaf et-
mişdir (şəkil 8.15).
Şəkil 8.15. Göz alması. Bəbək refleksi kəsiyində: 1-bağlar, 2-buynuz
downloaded from KitabYurdu.org