357
duz, hormon və s.) həssas olan xemoreseptiv mexanizmlər əldə
etmişdir. Kimyəvi həssaslıq və ya xemoresepsiya ilk baxışda sadə
mexanizm kimi görünsə də əslində kimyəvi hissiyyat növü
heyvan və insan orqanizmi üçün güclü və uzunmüddətli hisslər
oyatmağa qabildir. Ali məməlilərin həyatında qoxu
xemoreseptorları orqanizmin daxili mühitinin kimyəvi tərkibinin
nisbi sabit vəziyyəti (homeostazı) təmin etməkdə, daxili
hissiyyatların təşəkkülündə mühüm əhəmiyyət kəsb edir. Kimyəvi
hissiyyat növləri 4 kateqoriyaya ayrılır: ümumi kimyəvi hissiyyat,
daxili xemeresepsiya, qoxu və dad hissiyyatları. Ümumi kimyəvi
həssaslıq bütün heyvani hüceyrələrə xasdır. Onlar spesifik
molekullara, habelə kimyəvi maddələrə həssasdırlar, öz
reaksiyaları ilə sinir siqnalları doğura bilirlər. Daxili
xemoreseptorlar orqanizmin daxili mühitinin kimyəvi tərkibi,
məsələn, qanda oksigenin gərginliyi, şəkərin miqdarı, daxili
mayelərdə hidrogen ionlarının qatılığı, (PH), hormonların
səviyyəsi haqqında sinir impulsları yaradırlar. Qoxu və dad
hissiyyatları ayrı-ayrı sensor modallıqlar kimi yaranır. Qoxu
havadakı və ya qəbul edilən qidalardakı iyli maddələrə, dad –
ağıza düşən maddələrin və ya qidaların müəyyən xassələrə olan
həssaslıqdır.
Bu sensor mexanizmlərin spesifik fəaliyyət prinsipləri
ümumən oxşardır: kimyəvi maddə ilə xemoreseptorun qarşılıqlı
əlaqə və təsiri verilmiş reseptiv və ya sinir reaksiyasının orqanizm
üçün əhəmiyyəti ilə müəyyənləşir. Stimuləedici kimyəvi
maddələr, hansılar ki, hüceyrə, toxuma və ya orqan səviyyəsində
metabolik və ya funksional əhəmiyyət kəsb edir, yaxud zərərli,
zədələyici təsir effekktə malikdir, onlar az və ya çox müddətdə
təsir qabiliyyətləri qorunub saxlayan hisslər oyada bilirlər.
Stimuləedici kimyəvi maddələr, molekullar və ya ionlar
reseptorları oyadır və spesifik reaksiyaları işə salır. Orqanizmə
zəruri olan spesifik maddələrə kimyəvi həssaslıq müxtəlif tip
reseptor hüceyrələr vasitəsilə təmin edilir. Adətən, spesifik
reseptor mexanizmlər eyni tip hüceyrələrdə təmsil olunur və bu
hüceyrələr qruplaşaraq bu və ya digər kimyəvi sensor orqanı
358
əmələ gətirir.
Onurğasızlarda
ən yaxşı öyrənilmiş somatovisseral
xemoreseptiv orqan molyuskların osfordial orqanıdır. Bu orqan
molyuskun mantiya qabığının altında yerləşir, mantiya
boşluğundan keçən suyun kimyəvi tərkibinə həssasdır. Mantiya
boşluğuna su bilavasitə xarici mühitdən daxil olduğuna görə
osfordial orqan daxili mühitin kimyəvi tərkibi tənzimləmək üçün
vacibdir. Həşəratlarda və digər onurğasızlarda xemoreseptiv
orqanlar rolu oynayan rəngarəng törəmələr mövcuddur.
Onurğalılarda daxili və xarici xemoresepsiya xeyli dərəcədə
ixtisaslaşmışdır. Bu, əlbəttə, onların təkamül inkişafının səviyyəsi
və müxtəlif həyat tərzləri, geniş adaptiv imkanları ilə bilavasitə
əlaqədardır.
Qoxu üzvləri və qoxu hissi.
İnsanda qoxu zonasının səthi 5 sm
2
,
qoxu kirpiklərin ümumi səthi bundan yüzlərlə dəfə çoxdur. Qoxu
hissi qoxu üzvləri vasitəsilə xarici mühitdə olan müxtəlif
maddələrin müəyyən xassələrinin (iyləri, qoxuları) bilavasitə
duyulması və qavranılmasıdır. Quruda yaşayan heyvan
orqanizmləri iyli (qoxulu) maddələri onlardan havaya yayılan
kimyəvi maddə buxarları (molekulları) şəkilində su hövzələrinin
(dəniz, göl, gölməçə, çay və s.) heyvan sakinləri isə suda həll
olunmuş kimyəvi maddələrin ion və ya molekulları şəkilində
duyurlar.
Qoxu hissi kimyəvi və ya xemoresepsiyanın bir növü olub
aşağı həssaslıq həddi (qapısı) ilə xarakterizə olunur, kimyəvi
stimula (qıcığa) qarşı fərdi duyğuların əmələ gəlməsi ilə müşayiət
edilir, siqnal əhəmiyyəti daşıyır. Müxtəlif növ heyvanlarda (həm
onurğasızlarda, həm də onurğalılarda) qoxu orqanlarının inkişaf
dərəcəsi və qoxu hissinin davranış reaksiyalarında rolu
müxtəlifdir. Bu əlamətə görə onurğalı heyvanlar arasında qoxu
hissi yaxşı inkişaf etmiş növlər-makrosmatiklər (məməlilərin
əksər növləri), qoxu hissi zəif inkişaf etmiş növlər-mikrosmatiklər
(quşlar, su itləri, bəzi balina növləri, meymunlar) və qoxu
hissindən tamam məhrum olan növlər - anosmatiklər (dişli
balinalar və s.) seçilir.
downloaded from KitabYurdu.org
359
Qoxu hissi heyvanlara və insana qida axtarışı və qidaları seçmə
reaksiyaları, şikarı dişləmək, düşmənlərindən xilas olmaq,
biooriyentasiya və biokommunikasiya üçün əhəmiyyət kəsb edir.
Heyvanlararası kommunikativ əlaqələr və intim hisslər bədən
əzalarının ifraz etdikləri feromonlar və kayramonlar adlanan qoxu
maddələrinin təsirləri ilə sıx bağlıdır. İnsanlar üçün çox hallarda
xarici mühitdə yaranan pis və ya xoş qoxulu maddələr, qidaların
qoxuları, az hallarda isə başqa fərdlərin bədən qoxuları əhəmiyyət
kəsb edir. Qidaların iylərini duymaqdan məhrum olan insanlar
tez-tez qida zəhərlənmələrinə məruz qala bilər.
Bir sıra iyli maddələr üçün qoxu hədləri–qoxu hissi doğuran ən
az miqdarları məlumdur. İnsan, məsələn, 1 sm
3
havada trinitro-
butiltoluolun miqdarı 5
⋅10
-15
qram (bu təxminən 10 mln. molekul
təşkil edir) olduqda onu hiss edə bilər. İpəkqurdu (barama)
kəpənəklərinin erkəkləri dişi kəpənəklərin ifraz etdiyi cinsi
feromonun (bambikul) 1 sm
3
havada çox cüzi miqdarı -100
molekulu hiss edə bilirlər. İtlər bəzi iyli maddələrə olduqca
həssasdırlar. Qoxu hədləri o qədər aşağı ola bilər ki, bəzi qoxu
reseptorları havadakı iyli maddənin, hətta 1 molekulunun
təsirindən oyanırlar. Qoxu reseptorları bu və ya digər iyli
maddələrə müxtəlif həssaslıq göstərməkdə uyğunlaşmışdır. İyli
maddələrin geniş spektrinə həssas olan reseptorlarla yanaşı yalnız
tək-tək iyli maddələrə çox yüksək həssaslıq göstərən qoxu
reseptorları da mövcuddur.
Orqanizm üçün bioloji əhəmiyyət kəsb edən kimyəvi
molekullar orqanizmdən müəyyən məsafələrdə yerləşən
mənbələrdən təsir göstərir. Deməli, qoxu reseptorları distant
reseptorlara aid edilə bilər, lakin qoxulu maddə molekulalrı qoxu
reseptoru ilə bilavasitə təmas olunduqda qoxu hissi yarandığından
qoxu reseptorları eyni zamanda kontakt reseptorlara aid edilə
bilər. Qoxulu maddələrin mənbəyi bitki, yırtıcı, şikar, başqa
fərdlər, havaya səpələnmiş iyli üzvi və ya qeyri-üzvi maddə də
oynayır. Artıq qeyd olunduğu kimi eyni cinsə mənsub olan iki
fərd arasında kimyəvi siqnallaşma (kimyəvi kommunikasiya)
xüsusi vəzilərin ifraz etdiyi feromonlar – kimyəvi tərkibinə görə
360
terpenoidlər; streoidlər, spirtlər, doymuş və doymamış yağ
turşuları, aldehidlər qrupuna aid olan qoxulu üzvi maddələr
vasitəsilə həyata keçir.
Feromonlara, onlara attraktakanlar da deyilir, habelə digər
qoxulu maddələrə qarşı hisslər (olfaktor hisslər) heyvanların
böyük əksəriyyəti üçün zəruridir. Onurğasızlar arasında qoxu
hissi daha çox ictimai həşəratlarda (arılar, qarışqalar və s.)
əhəmiyyət kəsb edir. Bal arısında ayrı-ayrı qoxulu maddələri hasil
edən ekzokrin vəzilər fəaliyyət göstərir. Onlarda qoxu reseptorları
bədəninin baş hissəsində nazik bığcıqlarda (antenalar)
yerləşmişdir. Bəzi müəlliflərə görə, bal arısının hər iki əsas
bığcığında qoxu reseptorlarının ümumi sayı 40 mindən 200 minə
qədərdir. Erkək ipəkqurdunun qoxuları qəbul edən iki iri antenası
vardır. Hər bir antena çoxlu sayda tükcüklərlə (sensillər) təchiz
olunmuşdur. Bir sensila bir və ya bir neçə qoxu reseptora, hər
reseptor isə öz növbəsində bir neçə periferik kiprikciyə (dendritə)
malikdir.
Bığcıqlara təsir edən cinsi feromonlar (attraktakanlar) çox
yüksək hissi təsir gücünə malikdirlər. Hesablanmışdır ki,
feromonun bir molekulu kifayətdir ki, bığcıqlardakı qoxu
reseptorunda aydın qeyd edilən cavab reaksiyası (reseptor siqnalı)
doğursun, feromonun 200 molekulu isə erkək həşəratda cinsi
davranış reaksiyası oyada bilər.
Onurğalılarda qoxu hissi yaradan orqan kimi burun
boşluğunun arxa hissəsinin epitel qişasında düzülmüş kiprikcikli
qoxu reseptorları fəaliyyət göstərir.
İbtidai onurğalılarda (balıqlar, suda-quruda yaşayanlar) burun
boşluğu nisbətən sadə quruluşlu kisəcik formasındadır və qoxu
reseptorları onun divarlarında düzülmüşdür, iyli maddələri
saxlayan su və ya hava axınları bilavasitə reseptor təbəqəninin
üzərindən keçir.
Məməlilərdə qoxu hissi orqanları bir qədər başqa daha
mürəkəb şəkildə qurulmuşdur. O məməlilər ki, daha incə qoxu
hissələrinə malikdirlər, onlarda burun boşluqlarının quruluşu və
reseptor hüceyrələri heyrətamiz dəyişikliklərə məruz qalmışdır.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |