Ə. H.Əliyev, F.Ə.Əliyeva, V. M. Mədətova


  həmçinin kortikosteroidlərin normal səviyyəsi vacibdir



Yüklə 66,66 Kb.
Pdf görüntüsü
səhifə79/102
tarix17.11.2017
ölçüsü66,66 Kb.
#10957
növüDərs
1   ...   75   76   77   78   79   80   81   82   ...   102

 
312 
həmçinin kortikosteroidlərin normal səviyyəsi vacibdir. 
Qanda qlükoza və amin turşuların miqdarının yüksək olmasına 
cavab olaraq insulinin sekresiyası stimulə olunur və adrenalin 
onun azalmasına təsir edir. Alfa hüceyrələrin sekretor aktivliyi 
qanda qlükozanın yüksək qatılığı ilə zəifləyir və onun azalmasilə 
stimulə edilir. Amin turşuları qlükozaya nisbətən  əks təsir 
göstərir. Alfa hüceyrələr tərəfindən sekresiya edilən qlükaqon 
parakrin yolla təsir edərək beta hüceyrələr tərəfindən insulinin 
sekresiyasını  zəiflədir. Samatostatinin sekresiyası qlükozanın, 
amin turşularının və yağ turşularının, həmçinin mədə-bağırsaq 
sisteminin hormonlarının yüksək səviyyəsi ilə stimulə edilir. 
Samotostatin parakrin yolla beta hüceyrələr tərəfindən insulinin 
sekresiyasını  zəiflədir. Mədəaltı  vəzin hormonları haqqında 
cədvəl 7.1-də daha ətraflı məlumat verilmişdir. 
 
 
Şəkil 7.15. Adacıq hüceyrələrinin fəallığının tənzimi. 
 
 
313 
Cədvəl 7.1 
Mədəaltı vəzinin hormonları və onların mübadilə 
 proseslərinə təsiri 
Vəz Hüceyrələri Hormonları 
Təsir yeri 
Fizioloji effekti 
M
əd
əal

 v
əzi
 
β-betta 
insulin 
bütün  
orqanizm 
Orqanizmin bütün 
hüceyrələrində qlükozanın 
mənimsənilməsini tənzim edir, 
sinir hüceyrəsi müstəsnalıq 
təşkil edir.  
α-alfa 
qlükaqon qaraciyər 
Qlükogenin qlükozaya 
çevrilməsini təmin edir. 
γ-qamma 
samostostatin hipofiz 
və 
digər  
toxumalar 
Boy hormonun, insulin, 
qlükaqon, mədə-bağırsaq 
traktının peristatikasını 
zəiflədir. Həzm sisteminin 
aktivliyini zəiflədir.  
vəzi 
axacaqlarının 
epitelindən 
lipokain qaraciyər Yağ turşularının oksidləşməsini 
və mənimsənilməsini təmin 
edir 
 
vaqotonin 
MSS, sümük  
sistemi  
Parasimpatik S.S. fəal eretro-
poezi təmin edir. 
 sentropenin 
Tənəffüs 
mərkəzini 
oyadır, 
bronxları 
genəldir 
Bronxları genəldir, oksigenin 
daşınmasını artırır.  
Langerh
ans
 ad
ac
ıqlar
ı 
 kallikrein 
Əzələ, dəri, 
qaraciyər 
Arterial və kapilyarların 
mənfəzinin genəldir. 
 
 retardin 
 Hiperfunksiyasında fəaliyyətini 
ləngidir. 
 
 
7.11. Insulin. Kimyəvi quruluşu və qanda 
şəkərin səviyyəsinə təsiri 
 
Mədəaltı  vəzinin beta hüceyrələrində yaranan insulin iki 
zəncirdən ibarət polipeptiddir. A zənciri 21 amin turşu qalığından 
ibarətdir və 30 amin turşusundan ibarət B zənciri ilə disulfid 
körpücüyü ilə birləşir. Müxtəlif növ heyvanların insulini amin 
turşu tərkibinə görə yalnız azca fərqlənir və eyni bioloji təsirə 
malikdirlər. İnsulinin qanda miqdarı normada 0,8-1,0 q/l-dir. Kar-
downloaded from KitabYurdu.org


 
314 
bohidrat qəbul etdikdən sonra qanda şəkərin səviyyəsinin artması 
insulinin mədəaltı  vəzindən qana  xaric olmasına səbəb olur. 
İnsulinin təsiri ilə orqanizmin, demək olar ki, bütün hüceyrələri 
tərəfindən qlükozanın udulması artır və onun qanda qatılığı 
yenidən azalır. 
Qlükozanın normal qatılığında (təxminən 100 mq/100 ml) 
plazmada insulin demək olar ki, praktiki olaraq tapılmır, ancaq 
qanda  şəkərin miqdarının artması ilə insulinin qatılığı fizioloji 
şəraitdə birdən qalxır.  
İnsulinin qaraciyərdə qlükoza mübadiləsinə təsiri. Qaraciyər 
qlükozanı ehtiyat şəkildə saxlayan orqanizmin orqanlarından 
biridir. Qlükoza qaraciyər hüceyrələrinə sərbəst diffuziya edə bilər 
və qanda onun səviyyəsi azaldıqda ordan sərbəst çıxıb qana daxil 
ola bilər. Qaraciyər hüceyrələrində insulinin təsiri ilə qlükoza qlü-
kogenə çevrilir və onun qandakı miqdarı azalır.  İnsulinin  əsas 
biokimyəvi effektliyindən biri qaraciyər hüceyrələrinə daxil olan 
qlükozanın fosforlaşmasını katalizə edən qlükakinazanın 
aktivləşdirməsidir.  İnsulin digər fermentləri də aktivləşdirir, o 
cümlədən, fosfofruktokinazanı və qlikogensintetazanı aktivləşdirir, 
hansı ki, onlar fosforlaşmış qlükozanın qlükogen əmələ gəlməsi ilə 
polimerləşməsini təmin edir. Bunun köməyi ilə insulinin yüksək 
səviyyəsi qlükogenin qaraciyərdə qatılığını təmin edir (şəkil 7.16).  
 
Şəkil 7.16. Qanda insulinin qatılığının qlükozadan asılılığı. 
 
315 
 
Qida qəbulundan sonra qlükogenin tez sintezi və 
qlükogenolizin zəifləməsi hesabına qanda artan qlükozanın 
qatılığı tez normal səviyyəyə qayıdır və insulinin də miqdarı 
normallaşır. Orqanizmə enerji lazım olanda qlükogen yenə  də 
qlükozaya çevrilir. İnsulinin qanda qatılığı bu dövrdə çox azalır. 
Ona görə fosforelaza fəal vəziyyətdə olur və qlükogeni 
qlükozafosfata çevirir, hansı ki, qlükozafosfataza ilə defosforlaşır. 
Bu vaxt yaranan qlükoza hüceyrədən diffuziya yolu ilə  sərbəst 
xaric ola bilər. Bu şəkildə qanda qida qəbulundan digər qida 
qəbuluna qədər keçən vaxt müddətində qlükozanın daimi 
səviyyəsi sabit saxlanılır. Normal qidalanmada qida ilə  qəbul 
olunan qlükozanın 60%-i müvəqqəti qaraciyərdə saxlanılır, sonra 
qanda şəkərin miqdarı qlükogenin parçalanması ilə tez azad olub 
qana daxil olur.  
İnsulinin əzələ hüceyrələrində qlükoza mübadiləsinə təsiri
İnsulinin qanda aşağı miqdarı zamanı  əzələ hüceyrələri qlükoza 
üçün keçirici deyil və bütün lazım olan enerjini yağ turşularının 
oksidləşməsindən alırlar.  
Qanda qlükozanın səviyyəsinin qalxması ilə insulinin 
qatılığının artması (qida qəbulundan sonra) əzələ hüceyrələrini 
qlükoza üçün keçirici edir. Sonra əzələ hüceyrəsində bu 
qlükozadan enerji mənbəyi kimi istifadə olunur. Lakin yüksək 
əzələ aktivliyi zamanı hüceyrə membranı insulinin iştirakı 
olmadan da qlükoza üçün keçirici olurlar. Bu halda işləyən 
əzələnin energetik substrat kimi qlükozaya olan təlabatı insulinin, 
hətta bazal səviyyəsində belə (ən az) təmin olunur. Bu mexanizm 
incəliyinə  qədər hələlik öyrənilməyib. Belə ki, qida qəbulundan 
dərhal sonra, əzələlər fəal vəziyyətdə olmadığı halda yəni insulin 
və qlükozanın yüksək qatılığında belə onlarda da qlükogenin bir 
hissəsi saxlanılır. Yüksək tələbat zamanı bu qlükogen yenidən 
qlükozaya çevrilir və  əzələ hüceyrələri tərəfindən istifadə olunur. 
Bir qayda olaraq qlükoza qana lazım olanda əksinə olaraq 
buraxılmır və qida qəbulundan sonra qanda şəkərin səviyyəsinin 
tənzimlənməsində rol oynayır.  İnsulin  əzələ hüceyrələrinin 
downloaded from KitabYurdu.org


Yüklə 66,66 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   102




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə