28
29
mışdır.
A.İ.Qarayev və onun əməkdaşları tərəfindən aparılan
elmi ax-
tarışlarla – Naftalan neftinin orqanizmin dəri örtüyünün
məsamələrindən keçərək ürək fəaliyyətinə müsbət ionotrop təsiri
və damar genişləndirici kimi bənzəri olmayan unikal müalicə
keyfiyyəti aşkar edildi.
Akademik A.İ.Qarayevin vəfatından sonra onun tələbəsi və
davamçısı akademik H.H.Həsənov Elmi-Tədqiqat Fiziologiya İn-
stitutuna (1969-1995) rəhbərlik etmişdir.
H.H.Həsənovun elmi fəaliyyəti əsasən MSS-nin vegetativ
funksiyaların tənzimində və orqanizmin daxili mühitinin sabit
saxlanılmasındakı roluna həsr olunmuşdur. O, 100-dən artıq elmi
əsərin, 5 monoqrafiyanın, 1
dərsliyin, eləcə də 2 kitabçanın müəl-
lifidir. H.H.Həsənovun elmi nailiyyətləri elm və texnika
sahəsində «Azərbaycan Dövlət Mükafatına» (1972) layiq görül-
müşdür. Hazırda AMEA-nın Fiziologiya İnstitutunda 100-dən ar-
tıq elmi işçi fiziologiya elminin Azərbaycanda inkişafına böyük
səy göstərirlər.
Hazırda akademik A.İ.Qarayev adına Elmi-Tədqiqat Fiziologiya
İnstitutuna Azərbaycan MEA-nın müxbir üzvü, Azərbaycanda
milli fizioloq və biokimyaçı mütəxəssislərin yetişdirilməsində
xüsusi rolu
olan biologiya elmləri doktoru, professor T.M.Ağayev
rəhbərlik edir.
Akademik A.İ.Qarayevin fəal davamçılarından olan
akademik Ş.K.Tağıyev Azərbaycanda təkamül fiziologiyasının
əsasını qoymuşdur. Onun elmi-tədqiqat işləri təkamül prosesinin
ayrı-ayrı mərhələlərində beyin qabığının analitik-sintetik
fəaliyyətinin və analizatorların inteqrativ xüsusiyyətlərinin
öyrənilməsinə həsr edilmişdir. O, 200-dən artıq elmi əsərin, bir
neçə samballı monoqrafiyanın müəllifidir. Azərbaycanda milli
fizioloq kadrların yetişdirilməsində xüsusi xidmətləri olan
Ş.K.Tağıyev uzun müddət A.İ.Qarayev adına Fiziologiya İnstitu-
tunda əmək fəaliyyətini davam etdirməklə Azərbaycan EA-nın
biologiya bölməsinə rəhbərlik etmişdir.
Azərbaycanda fiziologiya elminin inkişafında ATU-nun,
ADPU-nun əməkdaşlarının müstəsna rolu vardır. ADPU-nun in-
san və heyvan fiziologiyası kafedrasına prof. R.Səfərovdan sonra
hal-hazırda, b.e.d., professor Ə.N.Fərəcov rəhbərlik edir.
P.Y.Rostovsevdən sonra ATİ-nin fiziologiya kafedrasına
(1951-1970) prof. S.R.Ocaqverdizadə (1895-1977)
rəhbərlik et-
mişdir. 1939-1941-ci illər ərzində o, APİ-nin insan və heyvan
fiziologiyası kafedrasının müdiri olmuşdur. Onun elmi-tədqiqat
işləri «Böyrəküstü vəzi fəaliyyətində interoseptiv reflektor təsir»ə
həsr edilmişdir.
1971-1991-ci illərdə ATU-nun fiziologiya kafedrasına prof.
Q.M.Qəhrəmanov rəhbərlik etmişdir. Onun elmi-tədqiqat işləri
baş-beyin fəaliyyətinin xolinergik və adrenergik mexanizmlərinin
öyrənilməsinə həsr edilmişdir.
1991-ci ildən ATU-nun fiziologiya kafedrasına MEA-nın
müxbir üzvü, tibb elmləri doktoru, prof. F.İ.Cəfərov
rəhbərlik
edir. Hazırda kafedra əməkdaşlarının əsas elmi tədiqiqatları
emosiya və motivsiyaların formalaşması və realizə olunmasında
opioid peptidlərin, meditorların fizioloji rolunun öyrənilməsinə
həsr edilmişdir.
Akademik A.İ.Qarayevin tələbəsi prof. T.D.Qaibov bütün hə-
yatını elmi-pedaqoji fəaliyyətə həsr etmişdir. Öz elmi-tədqiqat
işlərini qlikohomeostaz, hemostaz və radiobiologiya
problemlərinə yönəldərək, fiziologiyanın inkişafında
xüsusi rol
oynamışdır. T.D.Qayıbov Bakı Dövlət Universitetinin biologiya
fakültəsinin insan və heyvan fiziologiyası kafedrasına (1966-
1992) başçılıq edərək, yüksək ixtisaslı elmi-pedaqoji kadrların
hazırlanmasına çox böyük əmək sərf etmişdir. 1992-ci ildən
1997-ci ilə qədər kafedraya b.e.d., prof. H.Cəfərov rəhbərlik et-
mişdir.
1997-ci ildən isə insan və heyvan fiziologiyası kafedrasına və
kafedranın nəzdində fəaliyyət göstərən «Biostimulyatorlar» Elmi
tədqiqat laboratoriyasına biologiya elmləri doktoru, professor
Əli
Həsən oğlu Əliyev rəhbərlik edir.
Hazırda insan və heyvan fiziologiyası kafedrasının əsas elmi
istiqaməti «Analizatorlar, epifiz-hipotalamus və visseral
downloaded from KitabYurdu.org
30
31
sistemlərin həm norma,
həm də struktur-funksional
dəyişmələrindən sonra vegetativ funksiyaların neyrohumoral
tənzimində bioritmlərin rolu və hemostaz, maddələr mübadiləsi,
fiziki iş radiobiologiya sahəsində aparılan elmi işlərə həsr
edilmişdir.
II FƏSİL
ƏSAS ANLAYIŞ VƏ PRİNSİPLƏR
Fiziologiyanın əsas anlayış və prinsiplərinə tədqiqat
obyektləri, tədqiqat obyektləri və onların funksiyalarının qarşılıqlı
əlaqəsi haqqında anlayış, həmçinin, orqanizmin xarici və daxili
mühitləri haqqında təsəvvürlər və homeostazın
sabitliyinin tənzim
edilmə mexanizmlərinə dair anlayışlar aid edilir. Fiziologiyanın
əsas tərkib hissəsi orqanizmi əmələ gətirən molekulyar, hüceyrəvi
və qeyri-hüceyrəvi elementlərin funksiyalarıdır ki, bu
elementlərin çoxsaylı birləşmələri nəticəsində toxuma, orqan,
orqanlar sistemi və bütövlükdə orqanizm formalaşır. Nəhayət,
anlamaq çox vacibdir ki, termodinamika anlayışlarında
«yarıaçıq
sistem» adlandırılan anlayışı təşkil etməklə orqanizm yalnız xarici
mühitlə qarşılıqlı təsirdə olduqda fəaliyyət göstərir (termodi-
namiki olaraq açıq və qapalı sistemlər canlı obyektlərə
adekvat
deyildir).
Tədqiqat obyektləri. «Fiziologiya» anlayışı tərifindən (canlı
orqanizm və onu təşkil edən orqan, hüceyrə və molekulların funk-
siyalarının dinamik öyrənilməsi) belə çıxır ki, fiziologiyanın
tədqiqat obyekti 4 koordinata malik olan fiziki məkanın bir
hissəsidir. Koordinatlardan 3-ü məkan olub,
orqanizmin tutduğu
həcmi müəyyən edir; bir koordinat isə zaman koordinatıdır. Başqa
sözlə desək, fiziologiya daha çox statistik vəziyyəti deyil,
obyektlərin zaman çərçivəsində dəyişən xarakteristikasını, yəni
prosesləri – konkret funksiyaları və onların mexanizmini öyrənir.
Nəinki insan orqanizmi bütövlükdə, həmçinin orqanizmi təşkil
edən toxuma, orqan və onların sistemləri, hüceyrə və hüceyrəarası
maddə də konkret funksiyaları yerinə yetirir. Sadalanan obyektlər
cinsin «histoloji element» anlayışını birləşdirir.
Histoloji
elementləri
hüceyrəvi və
qeyri-hüceyrəvi (hüceyrəarası maddənin
komponentləri) olmaqla, 2 kateqoriyaya bölürlər.
Hüceyrəvi elementlərə hüceyrənin özü, simplast və sintsit
aiddir. Hüceyrə – əsas histoloji element (hüceyrə tipli çoxnüvəli
downloaded from KitabYurdu.org